19:02 26.02.2019 1332

Nihat Kahveci: "Azərbaycanda çalışmaq istərdim"

2019-cu il UEFA Avropa Liqasının final matçı ilə əlaqədar tədbirdə iştirak etmək üçün Bakıya gələcək Türkiyənin məşhur veteran futbolçusu Nihat Kahvecinin müsahibəsi

- "Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşmaya dəvət alan məşhurlar arasında siz də varsınız. Bu barədə nə deyə bilərsiniz?
- Belə bir dəvət aldığım üçün xoşbəxtəm. Daha əvvəl futbolçu kimi Azərbaycana gəlmişəm. Türkiyə yığmasının heyətində meydana çıxmışam. Azərbaycanla Türkiyə bir-birlərini sevən, dəstəkləyən, çox yaxşı münasibəti olan qardaş ölkələrdir. Siyasi, iqtisadi, mədəni, eləcə də idman baxımından yaxşı əlaqələrimiz var. Təkrar Bakıya gəlmək sevindiricidir. Avropa Liqasının finalı Azərbaycan paytaxtında olacaq. Bu, Azərbaycanın futbolu və ölkənin tanıtımı baxımından möhtəşəm olaydır. Bu cür tədbirlərə ev sahibiliyi etmək həm Azərbaycan, həm də Türkiyə üçün müsbət haldır. Bununla qürur duyuruq.

- Amma Türkiyə komandalarından heç biri Bakıdakı finalın iştirakçısı ola bilməyəcək...
- Əlbəttə, "Beşiktaş”, "Qalatasaray” və ya "Fənərbağça”nın Avropa Liqasında yoluna davam etməsini istərdim. Ancaq təəssüf ki, onlardan heç biri 1/8 finalda yoxdurlar. Ölkə olaraq durumumuza görə məyusuq. Ancaq hazırda mübarizəni davam etdirənlər arasında çox yaxşı komandalar var. Məncə, Bakıda çox gözəl final olacaq. Çünki "Napoli”, "Benfika”, "Arsenal”, "Valensiya”, "Vilyarreal”, bu kuboku ən çox qazanan "Sevilya” kimi komandalar yollarına davam edirlər.

- Sonuncu dəfə 12 oktyabr 2010-cu ildə Avropa çempionatının seçmə mərhələsində millinizin Azərbaycana 0:1 hesabı ilə uduzduğu oyun vaxtı Bakıda olmusunuz. Həmin görüşü necə xatırlayırsınız?
- Doğrudur, bundan bir il sonra karyeramı da başa vurdum. Mənim üçün fərqli və həyəcanlı matç oldu. Səfər maraqlı keçsə də, uduzmağımız üzücü oldu. Həmin vaxt Azərbaycan futbolunda infrastruktur və klublara böyük sərmayə qoyulduğunu, futbolun nə qədər inkişaf etdiyini də gördük.

- Avropa Liqasının finalının keçiriləcəyi Bakı Olimpiya Stadionu həmin vaxt hələ tikilməmişdi...
- Yenicə inşa olundumu? O stadionu görməmişəm. Bu cür böyük yarışlara ev sahibliyi hüququnu almaq üçün belə böyük stadionların inşası çox önəmlidir. Bu, doğrudan da böyük uğurdur.

- Martın 3-də Bakıda hansı futbolçularla birgə meydana çıxacağınızı bilirsiniz?
- Eydur Qudyonssen, Deko, İrji Dudek, Mikael Essyen kimi oyunçular var. Gözəl bir tədbir olacaq. Azərbaycan xalqının stadiona axın etməsini gözləyirik. Belə oyunda olmağımız öz adımıza da qürurvericidir.

- İspaniya təmsilçisi "Real Sosyedad” ilə 2-ci yeri tutduğunuz 2002/2003 mövsümündə Azərbaycandakı futbol azarkeşlərinin böyük qisminin sizə görə komandanızın La Liqadakı bütün oyunlarını izləyirdilər. Burada çox popluyar bir şəxs olduğunuzu bilirsiniz?
- Bəli, xəbərim var. İndi də sosial şəbəklərdə azərbaycanlı qardaşlarım məni izləyirlər, paylaşımlarımı bəyənib, mesajlar yazırlar və öz sevgilərini ifadə edirlər. "Real Sosyedad” və "Vilyarreal”da çıxış etdiyim vaxt məni izləyirdilər. Dəstəklərinə görə hamısına təşəkkür edirəm. Bununla qürur duyuram.

- Dünən baş tutan İstanbul derbisində "Beşiktaş” evdə "Fənərbağça” ilə heç-heçə etdi – 3:3. Bu oyunu necə şərh edərdiniz?
- Əlbəttə, zamanında "Beşiktaş”da oynadığım üçün sabiq komandamın qalib gəlməsini istərdim. 3:0 hesabı ilə nəticələnən möhtəşəm bir ilk hissə, fasilədən sonra isə bərabərlik. Hamımız üzüldük, heç-heçəyə heç kim sevinə bilmədi. Kaş qalib gələrdik. Ancaq rəqib də hər zaman derbilərdə yaxşı oynayan "Fənərbağça” idi. Bunu bir daha göstərdilər.

- Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviç Slaven Biliçin köməkçisi kimi "Beşiktaş”da çalışıb. Yığmanın sabiq baş məşqçisi Robert Prosineçki isə Türkiyədə "Kayserispor”a rəhbərlik edib. Bu mütəxəssislər barədə nə deyə bilərsiniz?
- Yurçeviç və Biliç birgə çox yaxşı mövsümlər keçirdilər. Eyni sözü Prosineçki barədə də deyə bilərəm. Hər ikisi çox səviyyəli mütəxəssislərdir. Son illər seçmə mərhələlərdə Azərbaycan millisi çətin qruplara düşsə də, qalib gəldiyi, xal qazandığı oyunlar oldu. Bu cür davam etmək lazımdır. Çünki rəqiblər də güclənir. Azərbaycan futbolunun önümüzdəki illərdə daha da inkişaf edəcəyinə inanıram. Fürsət olsa, Azərbaycanda çalışmaq istərdim.

- Son zamanlar hansı işlərdə çalışmısınız?
- İspaniyada kurslara qatılaraq aldığım UEFA "Pro” lisenziyam var. Sonuncu dəfə AVRO-2016-da Türkiyə millisində Fatih Terimin köməkçisi olmuşam. Hazırda işsizəm. Ümidvaram ki, Azərbaycana səfərim vaxtı iş perspektivlərini də nəzərdən keçirəcəyik (gülür - red.).

- Avropa Liqası üçün favoritiniz hansı komandadır?
- "Napoli” və ya "Sevilya".

Mənbə: Report.az


Oxşar xəbərlər

Xəbər lenti

01 İyun 2020
20:25

Koutinyunun növbəti klubu "Çelsi" ola bilər

19:10

"Barselona"dan ayrılmağa hazırdı - "Siti"də oynamaq istəyir

18:15

Bundesliqada tura yekun vurulur: "Layptsiq" "Köln" səfərində

17:36

Poqba PSJ-yə keçə bilər

17:10

Messi, yoxsa Ronaldu? - Lovren seçimini etdi

16:36

"Arsenal" ulduz futbolçuya illik 12 milyon avro maaş təklif edib

16:00

Sanço Messi və Ronaldunun göstəricisini təkrarladı

15:28

Tanrının əlləri

15:17

Azərbaycan Premyer Liqasının oyunları saat 19:00-dan tez başlamayacaq

15:09

İqalonun "Mançester Yunayted"dəki taleyinə aydınlıq gəldi - RƏSMİ

14:55

İtaliya klubu loqosunu dəyişdi - FOTO

14:40

"Neftçi"dən Donald Gerye açıqlaması

14:05

İtaliya A Seriyasında hər gün oyun keçiriləcək

13:18

Azərbaycan Premyer Liqası və kubokun təqvimi açıqlandı

13:14

"O, çox sayda insanın həyatını riskə atıb" - "Valensiya" "Atalanta"nın məşqçisi haqda bəyanat yaydı

12:29

MY 20 yaşlı futbolçuya görə 55 milyon avro ödəməyə hazırdı

12:17

Jozef-Monroz Türkiyə klubuna keçir? - AÇIQLAMA

12:15

“Vulverhempton” Renat Dadaşovla bağlı qərarını verdi

11:29

"Neftçi" daha bir legioneri ilə bu gün rəsmən vidalaşacaq - ÖZƏL

11:20

Makqreqor Həbiblə revanş döyüşünə çıxacaq? - AÇIQLAMA

10:44

Bakı klubu cənubi amerikalını göndərir - ÖZƏL

10:40

Fenomen Ronaldo bəyəndiyi futbolçuları açıqladı - Siyahıda Kriştianu yoxdu

10:16

"Borussiya" futbolçularından Corc Floyda dəstək: "İrqçiliyə birlikdə qalib gələcəyik"

09:59

Azərbaycan çempionu İtaliya klubuna keçir

09:50

"Neftçi" legioner ilə yolları ayırdı

09:37

"Borussiya"dan darmadağın - VİDEO

09:15

"Barsa" "Malyorka" səfərində, "Real" "Eybar"a qarşı - TƏQVİM

08:20

Meksikanın ən cazibədar idman jurnalisti - FOTOLAR

00:02

Avropa Güləş Federasiyasının prezidenti dünyasını dəyişdi

31 May 2020
22:45

"Borussiya"dan maraqlı qələbə sevinci - FOTO

22:05

Bundesliqa: 2 oyun, 2 darmadağın

18:17

Saul: "Üç günə yeni klubumun adını açıqlayacam"

17:34

Millimizin üzvü oynamadı, komandası böyük hesabla uduzdu

16:22

Klublarımız paltardəyişmə otağından istifadə etməyəcək

15:47

Azərbaycan Premyer Liqasının bərpa tarixi açıqlandı - RƏSMİ

15:27

50 milyonluq transfer açıqlandı - RƏSMİ

15:04

Qadın döyüşçü UFC-də ilkə imza atdı

14:57

Azərbaycanda qapalı şəraitdə də məşqlərə icazə verildi - RƏSMİ

14:35

Makqreqor 12 aya nə qədər qazanıb?

14:07

Azərbaycanda ilk dəfə bu idman növündə yarışlar bərpa olunacaq

12:46

İngiltərədə 10 futbolçu koronavirusa yoluxdu

12:21

Üçqat olimpiya çempionu öldü

11:40

"Qəbələ" ispaniyalı legionerini qaytara bilmir

11:05

Anası koronavirusdan vəfat edən azərbaycanlı jurnalistdən ürəkdağlayan sözlər

11:00

AFFA-nın vitse-prezidenti: “Premyer Liqa bərpa olunmalıdı"

10:00

Azərbaycan Premyer Liqası üçün vacib gün - Tarix açıqlana bilər

09:39

Azərbaycanı tərk edə bilməyən əcnəbi məşqçi ömürlük cəzalandırıla bilər

09:30

Məşhur futbolçunun sevgilisi canlı yayımda elə etiraflar etdi ki... - FOTOLAR

09:00

Ulduz futbolçunun evi qarət olundu

08:20

Fahişəxanada yaxalanan məşhur hakimdən şok açıqlama - FOTOLAR

30 May 2020
23:10

Bundesliqa: "Bavariya" qol olub yağdı

21:56

Pavel Paşayev qələbəyə sevindi

19:59

Nurlan Novruzov bu tur nə etdi?

19:40

Gülay Zeynallı: “Kamilə hər zaman dəstəyəm” - VİDEO

19:20

"Arşavini yalnız Messi ilə dəyişə bilərik" - "Zenit"in "Barselona"ya cavabı

18:15

Premyer Liqa bərpa edildi: İlk oyunda qonaqlar sevindi

17:35

Tiaqo Alkantara "Barselona"ya qayıtmaq istəyir

17:28

Rauf Məmmədov: "Sanki yenidən məktəbə getməyə başlamışam" - MÜSAHİBƏ

17:02

"Mən də Ronaldunun fanatıyam, amma tarixin ən yaxşı futbolçusu Messidi"

16:31

Almeydanın "Baniyas"dakı taleyi necə olacaq? - SON DURUM

16:23

5 qat çempion Premyer Liqada iştirakdan imtina etdi

15:50

Azarkeşlər stadionlara buraxıla bilər - La Liqada

15:09

İtaliya klubunun 15-dən çox üzvünün koronavirusa yoluxduğu məlum oldu

14:41

Kompani Quardiolanın təklifini rədd edib

14:35

"Latsio"nun lideri PSJ yolunda

13:59

Cazibədar gimnastımız zəngin iş adamı ilə yeni FOTOLARını paylaşdı

13:52

Memfis Depayın aqibəti necə oldu?

13:45

Arbeloa "Real"a qayıdır

13:20

Premyer Liqa tarixinin ən yaxşı mərkəz müdafiəçisi kimdi? - SIRALAMA

12:44

25 yaşlı futbolçu koronavirusdan dünyasını dəyişdi

Facebookdan bizi izləməyi unutmayın.