15:35 03.03.2020 995

Nigeriyanın kasıb məhəllələrindən "zirvə"yə - "Mançester Yunayted"in yeni hücumçusunun həyat hekayəsi

"Mançester Yunayted"in yeni hücumçusu Odion İqalo ötən həftə Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində "Brüqqe" ilə oynanılan matçda "qırmızı şeytanlar"ın forması ilə ilk qoluna imza atdı. Nigeriyalı futbolçu debüt qolunu dekabr ayında dünyasını dəyişən bacısına həsr etdi: əlləri ilə səmanı göstərdi, formasını qaldırdı və orada Mari Atolenin şəkli var idi.
 
İqalonun bacısı Marinin 43 yaşı var idi. Qardaşı kimi, o da uşaq yaşlarından etibarən "Mançester Yunayted"ə azarkeşlik edirdi. İqalo bacısı haqda danışarkən emosiyalarını cilovlaya bilməmişdi: "Bacımın həmişəlik aramızdan ayrılması və onu bir də görə bilməyəcəyimi bilmək ürəyimi ağrıdır. Bəzən tək olanda onu xatırlayıram və ürəyimə sanki ox batır. Əkiz bacım Akhere arada mənə zəng edir, Mari barədə danışır, onun üçün darıxdığını deyir və ağlayır. Mən də tək olanda onu düşünüb göz yaşı tökürəm. Çox ağır itkidi, amma bir kişi olaraq güclü olmağa çalışıram. Mən "Mançester Yunayted"də oynayıram, o isə bunu görə bilmir. Hərçənd onun yuxarıdan məni izlədiyini bilirəm".
 

 
Bu gün İqalonun Nigeriyanın kasıb məhəllələrindən sevimli klubu "Mançester Yunayted"ə qədər olan "yol"una nəzər salacağıq. Bunun üçün ilk növbədə Ovolabi Oludare Piterin "köməy"inə ehtiyacımız olacaq. O, Odionun həm vəkilidi, həm də ona məxsus kimsəsizlər evinə rəhbərlik edir: "Odionun hekayəsini daha yaxşı başa düşmək üçün zamanı bir az geri çəkməliyik. Əvvəlcə, bildiyiniz, böyüdüyünüz rahat dünya barədə düşünün. İndi isə bunun tamamilə əksini xəyal edin. Kənddə, Ayequnledəki gettoda yaşayırdıq. İşığımız, qazımız, əyləncə imkanlarımız yox idi. Hə, bir tərəfdən də içməli su problemi... Keçmiş və indiki İqalo arasındakı yeganə bənzərliyin nə olduğunu bilirsiz? O, uşaq olanda da "Mançester Yunayted"in formasını əyninə keçirirdi, indi də..."
 
Qış "transfer pəncərəsi"nin son saatları yaxınlaşdıqca İqalo "Mançester Yunayted"in prioritet hədəfinə çevrildi. Erlinq Holann və Coşua Kinqin transferlərində istənilən nəticəni əldə edə bilməyən "qırmızı şeytanlar" yekunda nigeriyalı futbolçunu icarə əsasında heyətinə qatdı. Son zamanlarda İqalonun adının "Kardiff Siti" və "Aston Villa" kimi, daha aşağı səviyyəli klublarla hallanmasına baxmayaraq, baş məşqçi Ule Qunnar Sulşar transferdən razıdı. İqalo 2019-cu ildə keçirilən Afrika Millətlər Kubokunun bombardiri olmaqla yanaşı, Çində oynadığı müddətdə 31 dəfə fərqlənməyi bacarıb.
 
Görəsən, son iki mövsümü Çin Superliqasında keçirmiş biri yenidən Premyer Liqa futboluna uyğunlaşa biləcəkmi? Həm Çində, həm də "Uotford"da İqalo ilə birlikdə işləmiş məşqçi Kike Sançes Flores suala cavab tapmağa çalışıb: "Əsas problem Çindəki məşqlərlə bağlıdı. Ora ilə İngiltərə eyni deyil. Aradakı fiziki fərqin böyük olması səbəbindən Premyer Liqada oynamaqda çətinlik çəkə bilərmi? Güman ki, tam uyğunlaşması üçün bir aya ehtiyacı olacaq. O, bədənini yaxşı tanıyır, zədələrin qarşısını almaq üçün çalışır və məşqdən sonra əlavə işləyir. Düzü, Çində olanda da, dörd il əvvəlki kimi, eyni cəhdlə və keyfiyyətlə çalışırdı. Düşünürdük ki, Avropanın istənilən yüksək səviyyəli komandasında uğur qazana bilər".
 
İnsayderlərin məlumatına görə, son bir il ərzində "Barselona" İqalonu icarəyə götürməyə cəhd edib. Həmçinin "Tottenhem" də onunla ciddi şəkildə maraqlanırmış. Joze Mourinyu zədəli Harri Keynin boşluğunu nigeriyalı ilə doldurmağa çalışsa da, Deniel Levi keçidə lazımi qədər maliyyə ayırmaqdan imtina edib. Üstəlik, İqalo uşaqlıqdan bəri azarkeşi olduğu "qırmızı şeytanlar"ın formasını geyinmək istəyirdi.
 
Futbolçunun yaxın dostu Antonio Ruizal: "İqalo həmişə "Mançester Yunayted"də oynamağın xəyalını qurub. Bilirəm, futbolda transferi baş tutan hər kəs belə ifadələr işlədir. Mən onun adına çox həyəcanlı idim. Hətta xəbəri eşidəndən sonra yata bilmədim. O, Çindəki evində həmişə "Yunayted"in, həmçinin sabiq komandası "Uotford"un oyunlarını izləyərdi. Bir dəfə birlikdə restorana getdik. 2016-cı ilin yanvar ayı idi. Onda İqalo "Uotford"da çıxış edirdi. "Mançester Yunayted"in baş məşqçisi Lui van Xalın onunla maraqlandığından bəhs etdi. Sonra van Xal klubdan ayrıldı və yerinə Joze Mourinyu gəldi. Təyinat reallaşandan sonra keçid baş tutmadı".
 
Mourinyu o zaman Zlatan İbrahimoviçi komandaya cəlb etmişdi. Amma indi rollar dəyişib: bu dəfə İqalonu sərəncamında görmək istəyən şəxs məhz portuqaliyalı mütəxəssis idi. Etibarlı mənbələrin məlumatına görə, İqalonun Çindəki illik məvacibi təxminən 7 milyon avro təşkil edir və "Yunayted" mövsümün sonuna qədər bu məbləğin böyük hissəsini ödəyəcək. "Tottenhem"in təklifi maddi cəhətdən "Yunayted"inki qədər cəlbedici deyilmiş.
 
İqalo üç menecerlə əməkdaşlıq edir. Aneke onu kəşf edən və gənc yaşlarda Avropa futboluna bəxş edən şəxsdi. Digər iki nəfər isə Ladi Salami və Patrik Bastianellidi. Odionun "mankunyanlar"a keçidi dəqiqləşən kimi ilk olaraq birlikdə restorana gediblər və transferi qeyd ediblər. Əslində, proses heç də asan başa gəlməyib. "Transfer pəncərəsi"nin bağlanmasına iki saat qalmış hələ də cavabsız suallar var imiş. Çində koronavirus təhlükəsinin geniş vüsət alması da "Yunayted"in işini çətinləşdirib. MY oyunçunun yeni mövsüm hazırlıqları çərçivəsində virus riskinin böyük olduğu ərazilərə səyahət edib-etmədiyini dəqiqləşdirməyə çalışıb. Yalnız bundan sonra rəsmi addımlar başlayıb. Aneke: "Cümə günü günorta saatlarında transferin baş tuta biləcəyinə inanmağa başladım. İqalo gecəyə kimi oyaq qaldı. Xəbəri eşidəndə şoka düşdü, amma eyni zamanda, çox sevinirdi. Hər şey qısa müddət ərzində baş verdi. İqalo adi günlərdən birinə oyanmışdı, axşam isə artıq "Mançester Yunayted"lə sənəd işlərini həll edirdik".
 

 
Vətənində - Nigeriyadakı kəndində onun transferini qeyd etmək üçün xüsusi parti keçirilib. Yaxın ailə üzvlərindən biri futbolçunun həyat yolunu belə təsvir edir: "Ayequnlenin küçələrində, ən təhlükəli məhəllələrdən birində böyümək, həqiqətən də, çətindi. Ətrafda cibgirlər dolaşır, təhlükə böyükdü. Getto mühitindən söhbət gedir. Amma o, Allahın lütfü və öz çalışqanlığı sayəsində həyatını dəyişə bildi".
 
İqalo "Mançester Yunayted"də oynayan ilk nigeriyalı futbolçudu. Onun hüquq müdafiəçisi Ovolabi: "Uşaqlıqda gettoda sadəcə bir yer var idi ki, orada peyk antenasından istifadə etmək mümkün idi. 50 nəfər qəfəsvari balaca yerə yığışırdı və Premyer Liqa oyunlarını izləməyə çalışırdı. İqalo həmişə Rayan Giqqz, Endi Koul və Duayt York kimi olmağı arzulayırdı. Heç vaxt düşünməzdik ki, dostlarımızdan birini mavi ekranda "Mançester Yunayted" forması ilə izləmək mümkün olacaq. Onunla bağlı ən gözəl şey doğulub-böyüdüyü yerləri unutmamasıdı. Kimsəsizlər evi ilə bağlı layihəyə birbaşa onun istəyi ilə başlamışıq və ümumi büdcənin 70%-ni şəxsən İqalo verir. Orada 30-a yaxın uşaq var. Bəziləri artıq yaxşı ailələr tərəfindən övladlığa götürülüb. Onlar vəfat etmiş, müxtəlif cinayətlərin qurbanı olmuş və ya qaçırılmış insanların uşaqlarıdı. İqalo sayəsində həmin uşaqlar özəl məktəblərdə təhsil ala bilir. Onlar artıq həyata yeni ümidlə baxır".
 

 
İqalonun "Uotford"da çıxış edərkən mövsümün ikinci yarısında anidən formadan düşməsi zamanında kifayət qədər müzakirə mövzusu olmuşdu. Yanvardan əvvəlki performansı ilə Lui van Xalın "radar"ına düşən, yanvardan sonra isə sadəcə 1 dəfə fərqlənməyi bacaran Odionun problemləri atasının vəfatı ilə əlaqələndirilir. İndi də ona dair şübhələrin təməlində məhz bu məsələ dayanır. Yəqin ki, bu barədə o dönəm komandaya rəhbərlik edən Kike Sançes Floresdən yaxşı söhbət ortağı ola bilməz:
 
"Onunla söhbətimizdə soruşmuşdum: "İqqi, nəsə dəyişib? Mənimlə bu barədə rahat danışa bilərsən. Bəlkə, şəxsi məsələdi?" O, cavabında dedi: "Dəyişən bir şey yoxdu. Əvvəl etdiklərimi təkrarlayıram, sadəcə, top qapıya daxil olmur".
 
O, həmişə maksimum gücünü ortaya qoymağa çalışırdı. Problem İqalo deyildi. Sadəcə, o zaman komanda formadan uzaq idi və vəziyyət bu səbəbdən çətinləşmişdi. Amma əminliklə deyə bilərəm ki, bizi məyus edən İqqi deyildi. O, "Mançester Yunayted"də də hər şeyini ortaya qoyacaq. Onunla bağlı əla təəssüratlarım var. İqalonu çox sevirəm. Çox professional biridi. Həyatını hamıdan gizli saxlamağa çalışır. Xristian dəyərlərinə böyük önəm verir və ehtiramlı insandı. Oyunçu kimi İqalonu tam olaraq izah etmək çətindi. Onun əsas keyfiyyəti topu saxlaya bilməsidi. Komanda yoldaşlarının meydana yerləşə bilməsi üçün onlara zaman verir. Həmçinin "ikinci toplar"ı qazanmaq bacarığı da yaxşıdı. Topu ondan almaq çox çətindi. Göründüyündən daha güclü və daha sürətli futbolçudu. Arada 5 il fasilə var, indi bir az dəyişib. Amma o, həmişə fiziki mübarizələrdə üstün biri olaraq qalacaq. Biz onu irəlidə Troy Dini ilə birlikdə oynadırdıq. Onlar bir-birilərini kifayət qədər yaxşı tanıyırdılar. Amma İqalonu tək hücumçu kimi də oynatmaq olar. Onun ən dəyərli özəlliklərindən birini qeyd edə bilərəm: komanda yoldaşları qısa müddət ərzində Odionun güclü tərəflərini öyrənə bilir və ona uyğunlaşırlar".
 

 
İqalo üçün daha böyük "səhnə" ola bilməz: artıq o, sevimli klubu "Mançester Yunayted"dədi və hətta fərqlənməyə də imkan tapıb. Həm özünün, həm də dünyasını dəyişmiş bacısı Marinin xəyalını reallaşdırıb. Meneceri Anekenin də dediyi kimi, Nigeriyanın kasıb gettolarından "zirvə"yə aparan yol qət olunub: "İqalonu "Yunayted" forması ilə izləmək qürurdu. 2007-ci ildən bəri onunla çalışıram, Nigeriyadan Norveçə qədər birlikdə olmuşuq. Tanıdığım azsaylı dəyərli insanlardandı. Məsələ təkcə kimsəsizlər evi ilə bağlı deyil. O, dul qadınlara da maddi cəhətdən kömək edir. İqalo Laqosun ən kasıb bölgəsindən gəlib, indi isə zirvədədi".
 
Hazırladı: Rüfət Məcid
 
İstifadə olunan mənbələr: "Daily Mail", "Athletic", "Guardian" 

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

15 Avqust 2020
03:00

ÇL: Son 15 ildə ilk dəfə Ronaldu və Messisiz...

02:01

"Barsa" son dəfə belə rəzaləti 1946-cı ildə yaşamışdı

00:51

ÇL: "Bavariya" "Barselona"nı biabır etdi

14 Avqust 2020
20:41

"Səbail" - "Keşlə" oyunu heç-heçə bitdi

19:23

Həbib Nurməhəmmədov: "Turnikdə 12 dəfə dartına bilirəm"

17:50

Moldovada futbol çempionatı dayandırıldı

17:13

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:57

"Sumqayıt"da yeni hücumçu

16:30

İdmançılara tövsiyə: Bu ayaqqabılardan istifadə edilməlidir

16:07

"Mançester Siti" afrikalı oyunçunun klubuna 63 milyon təklif etdi

15:50

Əmir Ağayev Yunanıstan klubunda - RƏSMİ

15:28

Koronavirus "Qalatasaray" və "Trabzonspor"lulara da yoluxdu

15:02

Millimizin təlim-məşq toplanışı start götürdü

14:37

Həbib karyerasını başa vurmağı düşünür?

14:19

“Qalatasaray”ın iki futbolçusu koronavirusa yoluxdu

14:03

"Qəbələ" monteneqrolu futbolçu ilə müqavilə imzaladı

13:46

"Keşlə" yeni qapıçı transfer etdi

13:13

Millimizin məşqçiləri yoxlama oyunlarını izləyəcək

12:55

"Sumqayıt" millimizin sabiq futbolçusuna məşqçilik təklif etdi

12:50

"Özümüzü Bakı səfərinə və avrokuboka kökləyəcəyik" - “Sileks”in müdafiəçisi

12:31

8 Premyer Liqa klubu "Qəbələ"nin bazasında - İCMAL

12:20

18 yaşlı boksçu atışmada öldürüldü

12:16

"Neftçi"nin son sınağı

12:10

Klublarımızın avrokubok oyunlarını bu kanallarda - TV AFİŞA

12:00

"Sumqayıt" iki hücumçu transfer edir - 3 futbolçu getdi

11:40

Azərbaycan çempionatı: "Neftçi" öndə, "Qarabağ" bir addımlığında

11:19

"Gələn il üçün planımız yoxdur" - UEFA prezidenti

10:51

DƏHŞƏT! 400 kq ağırlığı qaldırarkən canlı yayımda dizləri qırıldı - VİDEO

10:47

"Komandada hamı çox xoşbəxtdir" - "Neftçi"nin legioneri

10:30

Kriştianu Ronalduya şok zəng: "Səni istəmirəm"

10:13

Bakıda Qran-pri keçiriləcək

09:56

"Fənərbağça"da koronavirus şoku

09:40

"Atletiko" Çempionlar Liqası ilə vidalaşdı - VİDEO

01:50

Müller: "Messini saxlaya bilərik"

00:57

Çempionlar Liqası: “Layptsiq” "hindular"ı yarımfinalsız qoydu

13 Avqust 2020
22:01

Şehiç Superliqada klub dəyişdi

21:59

Kiyev "Dinamo"su İtaliya klubuna "qiymət oxudu"

21:31

Premyer Liqa klubları bu qış dincəlməyəcək

20:02

"Səbail" qapıçısı ilə vidalaşdı - RƏSMİ

19:48

"Yuventus"u Bekhemin klubuna dəyişdi - RƏSMİ

18:00

Yunuszadənin "Neftçi"si

17:18

UEFA yığmalarımızın iştirak edəcəyi turnirlərlə bağlı qərar verdi

16:11

AMADA-nın cəzalandırdığı idmançı: "Karyeramı başa vurmuşam"

16:08

"Səbail" "Keşlə" ilə qarşılaşacaq

15:33

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı - YENİLƏNİB

15:11

Ronaldu ilə bağlı "Barselona"ya şok təklif

14:58

Alman klubu "Qarabağ"a satmadığı futbolçunu pulsuz buraxır

14:37

Türk klubundan yeni transfer

14:14

Koronavirusa yoluxan “Barselona”lı futbolçunun adı açıqlandı

13:50

İkardinin arvadından yarıçılpaq FOTOLAR

13:31

"Liverpul" firuzəyi rəngi seçdi - FOTO

13:13

Neymar Messinin rekordunu yenilədi

12:53

Yaşıl meydandakı "çantalı kişi"

12:33

28 mövsümdə 37 poker

12:14

“Elxan Məmmədovla Parisdə tanış olmuşduq” - Canni De Byazi

11:50

Məşhur baş məşqçi "Barselona"nın təklifindən imtina etdi

11:36

Çempionlar Liqası iştirakçısına texniki məğlubiyyət

11:06

"Qarabağ" barədə düşünməyi qadağan etmişəm" - "Sileks"in baş məşqçisi

10:41

Dünya çempionatı ləğv olundu

10:27

Toya gedən Super Liqa ulduzu və hamilə xanımı koronavirusa yoluxdu - FOTO

10:10

Asim Xudiyev Çempionlar Liqası matçına təyinat aldı

09:57

"Qarabağ" - "Sileks" oyunu ukraynalılara tapşırıldı

09:43

"25 baş mənim düşündüyümü fikirləşsə..." - Millimizin yeni baş məşqçisi

09:31

Canni De Byazi yığmaların məşqini izləyib

09:22

"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça"da

09:00

Çempionlar Liqasında ilk yarımfinalçı müəyyənləşdi - VİDEO

12 Avqust 2020
23:58

Matyuidi "Yuventus"dan getdi

22:43

"Qalatasaray" Emreni heyətinə qatdı - RƏSMİ

21:46

Riera "Qalatasaray"a döndü - RƏSMİ

19:52

"Fənər" Sassuolonun müdafiəçisini gətirir

Facebookdan bizi izləməyi unutmayın.