11:41 29.03.2021 880

"Neftçi"yə nə karyera, nə də pula görə keçmişəm" - Keysuke Honda

"Neftçi"nin yeni transferi Keysuke Honda "La Gazzetta dello Sport"un suallarını cavablandırıb.
 
Fanat.Az həmin müsahibəni təqdim edir...

"Bu gün Bakıdayam, sabah isə kim bilir harada"

- Necə oldu ki, Dünya Turnesi sizi Azərbaycana gətirdi?
- Yeni çağırış axtarırdım və Bakını seçdim. Mənə oynamaq lazım idi. Biz çempion olmağa çalışırıq.

- "Neftçi" son 5 mövsümdə 5-ci komandanız oldu...
- Mənə özümü göstərmək üçün həmişə yeni stimullar lazımdır. Bu, karyera məsələsi deyil. Karyera barədə gənc ikən düşünürdüm. Pul məsələsi də deyil. Mən yalnız öz ehtirasımın - futbolun arxasınca düşmüşəm.

- Yəqin ki, burada əsas söz "ehtiras"dır...
- Çoxları "Keysuke qurtarıb" deyir. Mən yalnız problemlər barədə düşünür və sevdiyim işi görürəm. Bu gün Bakıdayam, sabah isə kim bilir harada.

- Yenidən İtaliya A Seriyası ola bilər?
- Heç vaxt "heç vaxt" demə. Layihə xoşuma gəlirsə, niyə də yox?! Özümü baş məşqçi və komanda üçün vacib hiss etməliyəm.

"Milan"ın strategiyası və pulu yox idi"

- "Milan"a keçidiniz necə alınmışdı?
- 2014-cü ildə "Milan"dan təklif gələn kimi bir dəqiqə də düşünmədən razılıq verdim. Bundan daha əvvəl "Latsio"dan da təklif var idi. Lakin çıxış etdiyim Rusiya MOİK-i razılıq vermədi.

- Sizə İtaliyaya getməyi Yaponiya yığmasının sabiq baş məşqçisi Alberto Zakkeroni məsləhət gördü?
- Biz onunla bu barədə xeyli danışdıq. Zakkeroni mənə İtaliya mədəniyyətini, ölkəni və fanatların isti münasibətini anlatdı. O, qərar verməyimə kömək etdi. Bir sözlə, bu mütəxəssislə xeyli "artırdım".

- "Milan"a keçən kimi 10 nömrəli formanı seçməyinizə səbəb nə oldu?
- 12 yaşımda ikən orta məktəbdə bu barədə inşa yazmışdım. Hətta bu gün də Adriano Qallianiyə ("Milan"ın keçmiş vitse-prezidenti - red.) arzumu həyata keçirmək imkanı yaratdığı üçün minnətdaram. Lakin orada çoxlu problem var idi. Digər kontekstdə, yəqin ki, heç vaxt "Milan"da oynamazdım. Bunu etiraf etməliyəm. Belə bir çətin durum mənə kömək etdi.

- Nə mənada?
- Klubun top-futbolçular almağa pulu yox idi. Bu səbəbdən bir çox "normal" oyunçu "qırmızı-qara" formanı geyinmək imkanı qazandı. Həmin vaxt klubun strategiyası, dəqiq korporativ strukturu yox idi. Hər üç ayda komandaya yeni baş məşqçi gəlirdi. Belə bir ab-havada nəticəyə nail olmaq mümkünsüz idi. Gücümüzün 100 faizini ortaya qoyurduq. Lakin azarkeşlər daha çoxunu gözləyirdi.

- Ehtiyat oyunçular skamyasında sonradan komandada baş məşqçi kimi çalışmış Filippo İnzagi də var idi...
- O, yaxşı oyunçu idi, baş məşqçilik imkanını xeyli tez əldə etdi. İqnasio Abate və ya Cakomo Bonaventura kimi yaxşı oyunçular var idi. Tez-tez deyirdik ki, bu, bizdən əlavə güc tələb edir. Amma bəzi oyunçular bunu başa düşmürdü. Ona görə də məsuliyyət İnzaginin üzərinə düşürdü.

"Balotelli üçün məşq iki gündən sonra darıxdırıcı idi"

- Mario Balotelli barədə hansı xatirələriniz qalıb?
- Nəhəng istedada malik idi. Amma o, daha da yaxşı olmaq üçün heç nə etmədi. Mən onun günlük nizam qaydasını dəyişmək istədim. "Mario, mənə inan. Daha yaxşı olmaq istəyirsənsə, daha çox məşq etməlisən" dedim. O, mənə ciddi ifadə ilə baxdı və ertəsi gün idman zalına məşqdən 40 dəqiqə əvvəl gəldi. Daha bir gün də belə etdi. Lakin üçüncü gün onun üçün darıxdırıcı idi. Bu, Mariodur.

- Bəs kapitan Alessio Romanyoli?
- Əla müdafiəçi idi. Lakin o da həmin illərdə 100 faizlik məşq etmirdi. Özünə daha çox inanmalı və fərqli fəlsəfəyə malik olmalıdır.

- Bəs Canluici Donnarumma barədə nə düşünürsünüz?
- O da adaşı Buffon kimi dünyanın ən yaxşı qapıçılarından ola bilər. Donnarummaya həmişə deyirdim ki, bunu bacarsa, mənə yaxşı şərabla şam yeməyi təklif edə bilər.

- İndi "Milan" əbədiyaşar Zlatan İbrahimoviçdən zövq alır...
- İbrahimoviçlə heç vaxt görüşməmişəm. Amma bunu istərdim. Fikrimcə, futbol anlamında nəhəngdir. Xarakteri baxımından da çox şey öyrənmək istərdim. Ümidvaram ki, "Milan"la Skudettonu qazana biləcək. Bu komandanı daim izləyirəm.

- Hazırda A Seriyasında çıxış edən iki yaponiyalı Maya Yosida və Takehiro Tomiyasu barədə fikirləriniz necədir?
- Maya Yaponiyanın ən yaxşı müdafiəçisidir. Takehiro isə gənc, amma böyük gələcəyə malik oyunçudur. İtaliyada bir çox şeylərini daha da yaxşılaşdırsalar, ideal oyunçuya çevrilə bilərlər.

"Uill Smitlə birgə fondum var"

- Siz həm də sahibkarsınız...
- Mən müxtəlif müəssisələri idarə edirəm. "NowDo" ilə biz aşağı məbləğə təhsil təklif edirik. Mən Yaponiyada xeyli məşhur sosial audiosistem olan "NowVoice" şirkətini yaratmışam. Eyni zamanda, Tokioda tamamilə onlayn idarə olunan həvəskar "Edo All United" adlı komandam var. Həmçinin, müxtəlif investisiya fondlarım, o cümlədən Uill Smitlə birgə fondum var. Rəqəmsal tədbirlər və informasiya texnologiyaları vasitəsilə dərmanların işlənilib-hazırlanmasından elektron kommersiyayadək müxtəlif sektorlarda 150-dən çox startapı maliyyələşdirmişik.

- Bir sözlə, rəngarəng həyat tərziniz var...
- Mən həm də Kamboca yığmasının baş meneceriyəm. O qədər xoşbəxtəm ki... Heç vaxt məzuniyyətə getmirəm. Belə bir imkanım olan kimi İtaliyaya qayıdacağam. Bəlkə də oynamaq üçün.

- Hobbiniz nədir?
- Bu, ən çətin sualdır (gülür - red.). Oxumağı sevirəm.
 
Tərcümə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 May 2021
13:06

“Səbail” – “Neftçi” matçını FIFA referisi idarə edəcək

12:41

"Azərbaycanda futbolçu azdır, seçim imkanı yoxdur" - De Byazi

12:34

Mourinyodan məşhur erməni futbolçuya ağır zərbə

12:01

"Xocalı" futbol klubu azyaşlılara enerji içkisi içirdir - FOTOLAR

11:50

Simeone "Barselona"nın futbolçusuna göz dikib

11:31

Xosep Qvardiolanın atası: "Ona nə edəcəyi mən deyə bilmərəm, amma..."

11:13

"Çelsi" Jorjinyo ilə bağlı qərar verdi

10:56

Həftənin futbolçusu adına namizədlər

10:43

AVRO-2020: Kubok Bakının müxtəlif məkanlarında

10:30

AVRO-2020-nin kuboku İlham Əliyevə təqdim olundu - FOTOLAR

10:27

AVRO-2020-nin kuboku Bakıda

10:03

Tokio-2020: Taekvondoçularımızın növbəti sınağı

09:56

Böyük Dəbilqə: Camal Feyziyev mübarizəyə başlayır

00:53

Avropa Liqası: Finalda MY və "Vilyarreal" oynayacaq

00:52

Nurlan Nepalda ilk qolunu belə vurdu - VİDEO

06 May 2021
22:04

"Barselona" Neymarı aparır - MƏBLƏĞ AÇIQLANDI

21:50

Güləşçilərimiz Olimpiadaya lisenziya qazana bilmədilər

18:35

"Neftçi" vaxtından əvvəl çempion oldu

17:51

"Real" Azərbaycana başsağlığı məktubu göndərdi

17:37

Həftənin rəmzi komandası açıqlandı

17:18

Milli Paralimpiya Komitəsi ilə ADBTİA arasında memorandum imzalandı

17:07

Tokio-2020: İki güləşçimiz yarımfinalda

16:58

Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

16:40

Messi Neymarı razı saldı

16:11

"İki topluq fərqə görə demirəm, bombardir o olacaq"

16:07

"Real" Hazarla bağlı qərar verdi

15:55

"Mənim sizin köməyinizə ehtiyacım var!"

15:33

"Qəbələ" və "Keşlə"nin baş məşqçiləri kursa yazıldılar

15:21

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

14:54

Pyaniçin "Barselona"da gələcəyi sual altındadır

14:01

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

13:44

Hidayət Heydərov ipponla uduzdu

13:15

"İnter" Martineslə müqaviləni yeniləyir

12:52

"Çelsi"nin qapıçısı rekorda imza atdı

12:31

Tarixdə ilk dəfə: Transgender olimpiadaya vəsiqə qazandı

12:16

Fernandinyonun yerinə Rays

11:51

I Divizion: "Neftçi" çempionluğu təmin edə biləcəkmi?

11:35

"Çelsi"nin baş məşqçisi ÇL-in tarixinə düşdü

11:17

Günün oyunları bu kanallarda - AFİŞA

10:45

AFFA rəsmisi Çempionlar Liqasının finalına təyinat aldı

10:29

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər

06:49

Vinisius Junior: "Bəlkə də yenilgi qaçılmaz idi"

06:32

"Eden Azar "Real"a belə tüpürür"

00:46

Komandası yenildi, bəs Pavel hanı?

00:38

ÇL: Finalda iki İngiltərə komandası qarşılaşacaq

00:10

"Qalatasaray"da prezident seçkiləri ləğv olundu

05 May 2021
18:00

AFFA azarkeşlərlə bağlı Operativ Qərargaha müraciət etdi

17:51

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi

17:24

AFFA cəzaları yağdırdı

17:13

"Sabah" rəsmisi haqda araşdırma başa çatdı - Qərar

17:08

Azərbaycan Kuboku: Cəzalar açıqlandı

16:56

“Sumqayıt”ın futbolçusuna 4 oyunluq cəza

16:31

Naxçıvan stadionu təmirə bağlanıldı

16:08

Mourinyo "Roma"nın tarixinə düşdü

15:59

Lemann irqçiliyə görə klubdan qovuldu - FOTO

15:34

Honda "Qəbələ" ilə oyundakı hərəkətindən danışdı

15:21

“Sabah”ın futbolçusu üçün əlamətdar oyun

14:53

AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir

14:48

"Barselona"dan sabiq futbolçusuna 100 milyon avroluq təklif

14:08

Millimiz lisenziya turnirinə Özbəkistan və Fransada hazırlaşacaq

13:50

Əliyar Ağayev I Diviziona göndərildi

13:36

Azərbaycan Kuboku: “Keşlə” nominal meydan sahibidir

13:11

Amil Yunanovdan yubiley qolu

12:53

"CBC Sport" "Barselona" - "Atletiko" oyununu yayımlamayacaq - AÇIQLAMA

12:41

"Qarabağ"ın qapıçısı klubun tarixinə düşdü

12:29

Nərgiz İsmayılova Avropa çempionatına təyinat aldı

12:19

Karantin rejimi qaydalarını pozan idman zalı aşkarlandı

12:02

Avropa nəhəngi Türkiyə millisinin üzvünü transfer edir - 50 milyon avroya...

11:51

"Qarabağ"ın legioneri: "Neftçi" ilə matç həlledici olacaq"

11:34

Rus qadın futbolçudan şok etiraf

Facebookdan bizi izləməyi unutmayın.