14:38 25.04.2020 527

“Neftçi”nin “Qalatasaray”la tarixi oyunları: “Şövkət Ələkbərova türk futbolçulara mahnı oxumuşdu”

Azərbaycan futbolu tarixində bir sıra unudulmaz matçlar olub. Bunlardan bəziləri müstəqillik illərində baş veribsə, digərləri sovet dövründə – SSRİ-nin tərkibində olduğumuz vaxt baş verib.

Bu yazıda sovet illərində "Neftçi”nin Türkiyənin üç nəhəng klubundan biri olan "Qalatasaray”la qarşılaşmalarından bəhs edəcəyik.

Gənc nəsil həmin qarşılaşmalardan xəbərsizdir. Öncədən bildirək ki, Bakı komandası "Cim-Bom”la keçirdiyi hər iki matçda rəqibinə uduzmayıb – 3:1 və 2:2.



İlk belə qarşılaşma 11 iyul 1960-cı ildə baş tutub. O vaxt SSRİ çempionatları yaz-payız sistemi ilə keçirilirdi. "Neftçi” yayda dövrələrarası fasilədə Bakıda üç oyun keçirib.

Almaniya Demokratik Respublikasının "Motor” komandası ilə qolsuz heç-heçəyə imza atan "Neftçi” ikinci oyununu "Qalatasaray”la oynayıb.

Üçüncü görüş İndoneziyanın "Persika” komandası ilə olub. Bu görüşdə komandamız cənub-şərqi asiyalılara böyük hesabla qalib gəlib – 5:2.



"Qalatasaray”la oyuna gəlincə, o vaxtın Türkiyə mətbuatı oyunu belə şərh edib:

"İstanbulun "Qalatasaray” peşəkar futbol komandası 8 iyulda Bakıya gəlib. Türkiyəli idmançılar hava limanında gənclər və əhali tərəfindən qarşılanıb, kiçik yaşlı məktəbli uşaqlar onlara çiçəklər təqdim edib. Azərbaycan Futbol Federasiyası adından danışan məsul bir şəxs qonaqlara "xoş gəldiniz” deyib və hər iki məmləkət (Türkiyə və Azərbaycan) arasında idman təmaslarının artırılmasının vacibliyini bildirib. Buna cavab verən "Qalatasaray”ın prezidenti Refik Səlimoğlu eyni fikirdə olduğunu söyləyib.

"Qalatasaray”lılar üç gün Bakıda qalıb və iyulun 11-də 50 min tamaşaçı önündə Respublika Stadionunda Bakının "Neftçi” komandası ilə dostluq qarşılaşmasına çıxıb. Türkiyə İstiqlal Marşı ilə Azərbaycan Milli Marşının (Azərbaycan SSR-in himni – S.M.) səslənməsindən sonra hər iki klub prezidentləri çıxış edib. Oyunda 3:1 hesabı ilə Azərbaycan komandası qələbə qazanıb. "Neftçi”nin qollarını sağ cinah hücumçusu Kamil Eynullah (əslində Kamil Eynullayev – S.M.), "Qalatasaray”ın qolunu isə sağ cinah yarımmüdafiəçisi Ahmet Berman vurub.

Türkiyə klubunun nümayəndələri çıxışlarında Azərbaycanda isti və səmimi qarşılandıqlarını və qonaqpərvərlik gördüklərini bildiriblər”.



Tərəflərin ikinci qarşılaşması isə 1990-cı ilin yanvarında Türkiyədə baş tutub. Artıq "aşkarlıq” dönəmi idi və SSRİ klubları kapitalist ölkələrə getməkdə problem yaşamırdı. 

SSRİ çempionatının I dəstəsində çıxış edən "Neftçi” təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb. Tərəflər məşhur "Ali Sami Yen” stadionunda qarşılaşıblar. Lakin "Neftçi”nin rəqibi "Qalatasaray”ın əsas yox, üçüncü liqada çıxış edən komandası (indiki əvəzedicilər – S.M.) olub.

İlkin məlumata əsasən, Türkiyə vaxtı ilə saat 13:30-da başlayacaq oyunda "Qalatasaray”ın əsas heyətindən İlyas Tüfəkçi, Kiçik Savaş (Savaş Koç) və Yusuf Altıntaş meydana çıxmalı idi. Lakin sonra məlum olub ki, İstanbul klubunun futbol bölməsinin rəhbəri Ərgün Gürsoy ABŞ-a getməzdən əvvəl bu üç futbolçudan başqa, Kiçik Bülənt ("Qalatasaray”ın kapitanı kimi 2000-ci ildə UEFA Kubokunu qazanmış, 2009/10 mövsümündə "Bakı” komandasının baş məşqçisi olmuş məşhur Bülənt Korkmaz – S.M.), Böyük Bülənt (Bülənt Alkılıç), Semih Yuvakuran və Böyük Savaşın (Savaş Dəmiral) da bu oyunda oynamasını istəyib. Lakin bu futbolçular matç günü ortada görünməyincə, "Qalatasaray”ın əvəzediciləri "Neftçi”nin önünə çıxıb.



Oyunun gedişatı haqqında da bizə Türkiyə mətbuatında o vaxt gedən yazı kömək olur. Həmin yazını təqdim edirik:

"Qalatasaray”ın III liqa komandası Azərbaycanın "Neftçi” klubu ilə 2:2 bərabərə qalıb. Çox az sayda tamaşaçı önündə oynanılan qarşılaşmada "Qalatasaray”ın III liqa komandası orta keyfiyyətdə futbol sərgilədi.

İlk qol qonaq komandadan gəldi. 10-cu dəqiqədə Vidadinin (Vidadi Rzayev) hava ötürməsindən sonra Yunis (Yunis Hüseynov) sərt zərbə ilə hesabı açdı – 0:1.

"Qalatasaray” bu qola 12-ci dəqiqədə İlyasın sağ cinahdan hava ötürməsindən sonra Hakanın baş zərbəsi ilə cavab verdi – 1:1.

48-ci dəqiqədə "Neftçi” yenə üstünlük əldə etdi. Samirin (Samir Ələkbərov) sağ cinahdan vurduğu qüvvətli zərbədən sonra top tora qovuşdu – 1:2.

86-cı dəqiqədə hakim "Qalatasaray”ın lehinə gülməli penalti qərarı verdi. Qərara etiraz edən bakılı Arzu (Arzu Mirzəyev) qırmızı vərəqə aldı. Penalti zərbəsini isə Kemal yerinə yetirdi – 2:2. Qarşılaşma bu hesabla sona çatdı”.



AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov hər iki matçın iştirakçısı olub. O, ilk oyunda "Neftçi”nin qapıçısı, ikinci oyunda isə "Neftçi”də komanda rəisi kimi iştirak edib.

Ç.İsmayılov Oxu.Az-a verdiyi açıqlamada ilk oyunu yaxşı xatırlamadığını bildirsə də, bəzi məqamları bizə çatdıra bilib:

"Onda mənim 25 yaşım vardı. "Neftçi”də həmin oyunda meydana çıxmış futbolçulardan, demək olar ki, sağ qalanı yalnız mənəm. Bir hissədə qapıda mən, digər hissədə Vladimir Kosenkov dayanıb. Onların qapıçısı və bir də Mətin (Mətin Oktay – S.M.) adlı futbolçuları yadımdadır. Mətin əla futbolçu idi. Bakıdakı beynəlxalq oyunlarda SSRİ-nin yox, həmişə bizim himnimiz səslənirdi.

Yadımdadır ki, onlar köhnə "İnturist” mehmanxanasında qalırdı. Oyundan sonra komandamızın rəhbəri Mahmud İsgəndərovla "Qalatasaray”a baş çəkməyə getmişdik. Səhv etmirəmsə, ziyafət zamanı Sara Qədimova və Şövkət Ələkbərova da mahnı oxumuşdu.

Bakıdakı oyunlardan sonra Sudan və Efiopiyaya gedib, orada da matç keçirmişik. Fuad Musayevlə birgə AFFA-nın yaradıcısı olmuş Şövkət Orduxanovu da özümüzlə hakim kimi aparmışdıq”.



Çingiz İsmayılov ikinci qarşılaşma barədə isə bunları deyib:

"Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Turan Yazqan o vaxt türkdilli ölkələrə səfər edirdi. Azərbaycana da gələndə bizi İstanbula dəvət etmişdi. Yanvarın 15-17-si aralığında "Qalatasaray”la oynadıq. Onların komandasının tərkibində üç alman futbolçu oynayırdı (əslində səhv xatırlayır, həmin dövrdə "Qalatasaray”da alman futbolçular oynamayıb – S.M.). Bizdə isə legioner yox idi, hamısı azərbaycanlı uşaqlar idi. Baş məşqçimiz Ruslan Abdullayev idi.

2:1 qalib gəlsək də, türk hakim bizim əleyhimizə penalti verdi. Arzu Mirzəyev də hakimə "Allahın olsun” dedi və bu sözə görə qırmızı vərəqə aldı. Biz bu oyundan sonra "Beşiktaş”la da oynamalı idik. Amma Bakıda yanvar hadisələrindən sonra bu oyundan imtina etdik. Dedik ki, biz oyuna çıxa bilmərik, Bakıya qayıtmalıyıq. "Beşiktaş” klubunun rəhbərliyi bizi anladı. Amma türkiyəli jurnalistlər bizə təxribatçı suallar verirdi ki, niyə oynamaqdan imtina edirsiniz?

Açığı, biz o vaxt "Qalatasaray”ın əsas heyəti ilə oynadığımızı bilirdik. Amma sizdən eşidirik ki, əsas komanda ilə oynamamışıq”.
 


Mənbə: oxu.az
Oxşar xəbərlər

Xəbər lenti

19 Sentyabr 2020
08:20

Cazibədar taekvondoçu Hollivuddan təklif aldı - FOTOLAR

00:23

"Fənər" braziliyalı oyunçusunu satdı - RƏSMİ

00:10

Kamranın komandasına divan tutdular

00:01

Türk futbolçu İtaliya klubunda - RƏSMİ

18 Sentyabr 2020
22:23

Asim Xudiyev Avroliqa matçına təyinat aldı

21:20

Nağıyev darmadağına sevindi

21:03

"Beşiktaş" sabiq oyunçusunu geri qaytardı - RƏSMİ

19:39

İquayn ABŞ klubunda - RƏSMİ

17:53

"Zirə"nin fəxri prezidenti: “Hədəfimizə doğru səbrlə irəliləyəcəyik”

17:22

"Başakşəhər"in futbolçusu "Neftçi"də

17:21

Azərbaycan Premyer Liqası: IV turun oyun proqramı

16:54

Amil Yunanov yeni klubda

16:27

"Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi

16:03

Elxan Məmmədov səfir ilə görüşdü

15:43

ASTB-nin yeni rəhbərliyi müəyənləşdi

15:10

Cavid İmamverdiyev keçmiş klubuna qayıtdı

14:42

"Neftçi"yə qol vuran futbolçu: "Çox xoşbəxtəm"

14:21

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:52

"Keşlə" Cavid İmamverdiyevlə bağlı qərar verdi

13:38

AMADA-dan idmançılar üçün seminar

13:19

Təxirə salınan oyun keçirildi

12:51

Günün oyunları bu kanallarda - AFİŞA

12:33

Hakan Şükür "Neftçi" - "Qalatasaray" qarşılaşmasını belə şərh etdi - VİDEO

12:14

UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlandı

11:43

"Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq

11:29

Millimizin futbolçusu: "Özümü çox yaxşı hiss edirəm"

11:01

UEFA reytinqində yenə gerilədik

10:44

Avropa Liqası: "Qarabağ"ın qarşılaşa biləcəyi komandalar açıqlandı

10:31

Hafiz Məmmədov Arda Turanla görüşdü: “O, bizim dəyərlimizdir”

10:24

Arda Turan üçün daha bir 66: təsadüf, yoxsa jest?

10:08

"Səbail" sponsoru ilə yeni müqavilə bağladı

01:42

Avropa Liqası: 42 oyun keçirildi, 1-i dayandırıldı

00:01

"Neftçi" "Qalatasaray"a belə uduzdu - VİDEO

17 Sentyabr 2020
23:25

Fatih Terim: "Neftçi"yə yenilmək sürpriz olardı"

23:02

Füzuli Məmmədov: "Uşaq səhvlərindən uduzduq"

22:22

"Roma" Albaniya millisinin üzvünü aldı - RƏSMİ

21:25

"Neftçi" "Qalatasaray"a yenildi - YENİLƏNİB

17:47

"Mölde"də "Qarabağ"la oyunun ən yaxşısı məlum oldu

17:20

Teymur Rəcəbov onlayn şahmat akademiyası açdı

16:51

Şok iddia: “AFFA müəlliflər hüququnu pozub”

16:17

"Zirə"də ayrılıq

15:45

Çempionlar Liqası: Pley-offun vaxtı açıqlandı

15:22

Qurban Qurbanovla 3-cü dəfə...

14:56

"Sumqayıt" "Qarabağ"ı məğlub etdi

14:39

"Zirə" - "Sabah": 8-ci duel

14:16

Qara Qarayev: "Qarabağ"a qarşı qərəz hiss olunur"

13:48

Olimpiya Mərkəzində təmir işləri aparılır

13:15

Millimiz reytinqdə irəlilədi

12:58

"Qarabağ" Avroliqada bu klublardan biri ilə qarşılaşacaq - SİYAHI

12:40

"Sabah" millimizin üzvü ilə yeni müqavilə imzaladı

12:19

"Penalti vuranları Qurban Qurbanov müəyyənləşdirirdi" - Mahir Emreli

12:02

"Neftçi" və "Qalatasaray" rəhbərliyi arasında görüş oldu - FOTO

10:31

"Qalatasaray"ın vitse-prezidenti: "Mərhələni keçərək Türkiyəyə qayıdacaq"

10:07

Bədavi Hüseynov: "Karyeramda ilk dəfə penalti vururdum"

09:45

"Bu məğlubiyyətin təsiri qısa vaxtda getməyəcək" - Qurban Qurbanov

09:31

Qəbələdə Polad Həşimovun adını daşıyan klub yaradıldı

08:02

Millimizin hücumçusu əməliyyat olundu

00:27

ÇL: "Omoniya" və "Makkabi" pley-offda

16 Sentyabr 2020
23:49

"Qarabağ" Çempionlar Liqasını tərk etdi

19:29

Füzuli Məmmədov: "Qələbə şansımızdan yararlanmağa çalışacağıq"

19:21

Fatih Terim: "Qarabağ"ın "Neftçi" ilə rəqabətdə olduğunu bilirəm"

17:51

Avropa Liqası: II təsnifat mərhələsi başlayır

17:44

Çempionlar Liqası: Daha 5 "pley-off"çu müəyyənləşir

17:32

Avropa Oyunlarının proqramında yeni idman növləri

17:02

İttifaq binası qarşısında atışma

16:36

“Liverpul”un rəqibi bilindi

16:19

Levandovski mövsümün ən yaxşısı seçildi

15:58

"Qarabağ" və "Neftçi"nin 800-cü oyunu

15:35

"Şerif"in "Qarabağ"a vurduğu qol ən yaxşı seçildi - VİDEO

15:01

Azərbaycan Premyer Liqasının maliyyə dəyəri açıqlandı - FOTO

Facebookdan bizi izləməyi unutmayın.