15:44 23.02.2021 364

"Neftçi"nin ağ-qara forması... - Tahir Süleymanov yazır

Stadion ağzına kimi doludur. 70 min azarkeş tribunalardadır. Ən azı bir o qədər də futbol fanatı bilet əldə edə bilmədiklərinə görə pərişandır. "Marakana"da 200 min braziliyalı qarşısında qapılarına qol vuran dahi üçün bu nədir ki...

Bütün dünyadan qonaqlar axışıb Bakıya gəlib.

Uşaq, yeniyetmə, gənc, hətta cavan azərbaycanlı futbol aşiqləri gözlərinə inanmırlar. Axı 35 ildir eyni sözləri eşidirlər: "Azərbaycanda heç vaxt futbol olmayıb".

Sağ qalan ata-babalar nəvə-nəticələrinin əllərindən tutaraq övladlarına böyük futbolun nə olduğunu anladırlar. Kövrəlirlər, gözləri də yaşarır. Keçmişə, xoşbəxt gənclik illərinə qayıdırlar...
Tribunalarda kimlər yoxdur. FİFA, UEFA, sayılıb-seçilən ölkə federasiyalarının prezidentləri, dövlət xadimləri, artıq yaşıl meydana çıxa bilməyən yaşlı futbol ulduzları... Dövlət başçısı dolu tribunalar qarşısında qonaqları, xalqımızı salamlayır, qısa, möhtəşəm açılış mərasimi olur...

Yaşıl meydanda kimlər yoxdur. Buffon, Messi, Ronaldo, Zidan, Salah, Kannavaro, Kafu, Şevçenko, Bekhem... Və budur, bütün dünyadan axışan dahilər aram yerişlə, bəziləri əli çəlikli mərkəzə dəvət edilir. Pele, Bloxin... Onlar vaxtilə futbol dahimizə qarşı çox oyunlar keçiriblər...

Yubiley matçı 100-dən artıq ölkəyə canlı yayımlanır. Əvəzolunmaz futbolçumuzun ruhu yenidən dünyanı dolaşır. Çox sevinclidir. Həmişə öz sadəliyi ilə seçilən biri kimi, "mən nə etmişəm ki", düşünüb bir qədər utanır da...

Stadionu tanımır. Bir az narahat olur. Elə bilir qollar vurduğu, azarkeşləri ayağa qaldırdığı, özü əllərdə meydanı tərk etdiyi stadion artıq yoxdur. T.Bəhramov adına stadionun üzərində pərvazlanıb sakitləşir: "Tədbir burada, doğma stadionda niyə keçirilmir"?

Geri dönərkən Bakını seyr edir: "İlahi, doğma şəhərim necə dəyişib, daha da gözəlləşib. Belə göydələnləri ancaq xaricdə görmüşdüm". Stadionun üzərində "Uembli"ni, "Marakana", "Lujniki"ni xatırlayır: "Görəsən bizim vaxt belə möhtəşəm stadionumuz olsaydı, yenə dolu olardı"?

Dərhal da füsunkar təbəssümü ilə özü-özünə təskinlik verir: "Elə indi də mənə görə gəliblər"!
Tribunaların çılğınlığını görüb özü də sevinir.
Bakını canı qədər sevdiyi kimi, Qarabağın azad olunmasına, çiçəklənməsinə uşaq kimi sevinir...

Siqareti çox çəkərdi. 90-larda bir gün görüşəndə cibindən siqaret qutusu çıxartdı. Nəzər yetirib soruşmuşdum: "Niyə "Qarabağ" siqareti çəkirsiz"? Çox kədərli cavab vermişdi: "Dərdimizi çəkirik". Artıq o dərd yoxdur, doğma torpaqlar da azaddır!

Yubileydən qabaq informasiya savaşı pik həddə çatmışdı. Rusiya, ermənipərəst qüvvələrin qızışmasıyla Bakıdakı oyunda dünya yığmasına rəqib kimi SSRİ formasında meydana çıxmaq təklif edilmişdi. Mixitaryanlar da nəsə donqullanmışdı...

Ruhu stadionu dolaşaraq çox sevinirdi. "Neftçi"nin ağ-qara forması çox uzaqlara aparmışdı dahimizi. İkinci hissədə bir an toparlandı. Dünya ulduzlarına qarşı milli formamızı görüb qürurlandı. Heç vaxt geyə bilmədiyi üçrəngli formamızı əynində hiss etdi.

Bir an yenidən ruhən yaşıl meydana endi: "Bizim zamanımız olsaydı, bu müqəddəs formayla dünya, Avropa finallarında oynayardıq" xəyalları ilə bir qədər futbol adına kədərləndi... 
Fanatların coşqusunu, sevincini, ruhunu görüb, inamlı halda ah-nalə çəkdi: "Qayıdar, qayıtmalıdır o futbol"! Unudulmamağından çox məmnun görünürdü. Xoş, rahat ruhu ilə yenidən səmalara ucaldı. Yaşıl meydanlarda da hər zaman ucalarda idi...

Beləcə, Banişevskinin adına, səviyyəsinə, ruhuna layiq 80 illik yubiley tədbirləri sona çatdı. Qısa ömürdə, cəmi 51 il yaşayaraq bu gün də zirvələrdə qalmaq, xalqın, azarkeşlərin sevgisini qazanmaq - böyük xoşbəxtlikdir!

Ruhun şad olsun, sadə, əvəzolunmaz, dahi Banışevski. 75 yaşın mübarək!
 
Tahir Süleymanov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2021
09:30

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür

09 May 2021
22:42

"Dörd solaxay futbolçumuzun olmaması..." - Ramin Quliyev

22:30

"Bəzən daha istəkli olanda hər şey asan olur" - Qurban Qurbanov

21:58

"Qarabağ" liderliyi geri aldı

20:53

"Bizim lehimizə belə qərar verilmir" - Elmar Baxşıyev

20:43

"Minay" uduzub getdi, bəs bizimkilər hanı?

20:37

Paşayev gözə dəymədi, komandası...

20:29

"Köklənmişdik, alınmadı" - Rəşad Sadıqov

20:25

"Sabah" - "Qarabağ" matçı bərpa olundu - YENİLƏNİB

20:09

Nəbiyev Çexiyada coşdu, komandasına qələbə qazandırdı

19:42

Aynur Məmmədova Olimpiadaya lisenziya qazandı

18:12

Millimizin futbolçusu het-trik etdi, komandası darmadağın oldu

14:20

Fatih Terim yeni müqavilə imzalayacaq? - AÇIQLAMA

13:37

Kramarenkonun qızı Bakıda gümüş medal qazandı

13:03

“Euro-2020 Volunteer Digital Kick-off” tədbiri təşkil olunub - FOTOLAR

12:52

Sona 1 tur qalmış Liqa-1-ə yüksəldilər

12:29

Futbol meydançası və idman zalında karantin qaydaları pozuldu - FOTO

11:35

"Səbail"in futbolçusunun başına tikiş qoyuldu

11:20

Məşhur basketbolçunun forması hərracda rekord məbləğə satıldı

10:34

Eddi İsrafilov hardadı?

10:31

Dadaşov darmadağınla lider oldu

10:20

Messidən 15 il sonra uğursuz göstərici

10:00

Yılmaz Vural istefaya göndərildi

08 May 2021
23:15

"Sumqayıt"ın "Keşlə" üzərində qələbəsi - VİDEO

23:03

"Neftçi"nin məşqçisi: "Məqsədimiz qələbə idi və onu da bacardıq"

22:41

Aftandil Hacıyev: "Neftçi" qələbəyə layiq idi"

22:08

“Neftçi” və "Sumqayıt"dan qələbə

21:39

Ayxan Abbasov: "Mövsümün sonunda sevinən biz olacağıq"

21:25

"Keşlə"nin baş məşqçisi: "Gərək, futbolçular üzülməsinlər"

20:47

AVRO-2021: Millimizdən qələbə

19:06

Tokio-2020: Olimpiya çempionumuz lisenziyasız qaldı

18:20

AFFA "Neftçi"nin şikayətini təmin etmədi

18:01

AFFA VAR layihəsi ilə bağlı tender elan etdi

17:52

Sərdardan boşandı, futbolçu ilə sevgili oldu - FOTOLAR

17:35

Tokio-2020: Yunan-Roma güləşçilərimizdən biri davam, dördü tamam

16:54

Neymar yeni müqavilə imzaladı - RƏSMİ

15:37

Gimnastlarımız təsnifat mərhələsindəki çıxışlarını başa vurdu

14:33

3 məşhur klub Avropa Super Liqası ilə bağlı ortaq bəyanat yaydı

13:41

Böyük Britaniyanın Azərbaycandakı səfiri BOS-da

13:15

"Qəbələ" və "Səbail"in UEFA yarışlarına buraxılmamasının səbəbi

12:58

AFFA Lisenziyalaşdırma Komissiyasının qərarları açıqlandı

12:45

I Divizion klubları yenə Premyer Liqaya buraxılmadı

12:34

AFFA iki klubu avrokuboklara buraxmadı

12:17

Günün oyunları bu kanallarda - AFİŞA

11:53

Millimizin oyunlarının təqvimi müəyyənləşdi

11:31

"Qarabağ"ın oyunu Rauf Cabbarova tapşırıldı

11:04

“O vaxt Azərbaycan xalqı balaca qıza inanıb şans verdi” - FOTO/VİDEO

10:41

Dünya Kuboku: Gimnastlarımız finala vəsiqə qazandı

10:25

"Qarabağ" braziliyalı futbolçu transfer edir

10:03

Güləşçilərimiz üçün lisenziya şansı

00:54

İspaniya Primyerası: "Real Sosyedad" şansını boşa vermədi

00:50

Azər oynadı, autsayder uduzdu

00:48

İPL: 6 qolun vurulduğu oyunu qonaqlar qazandı

00:36

Milli futbolçumuz darmadağın gördü

00:08

Almaniya Bundesliqası: "Ştutqart"dan əzmkar qələbə

07 May 2021
21:53

Elis finala yüksəldi, Olimpiadaya vəsiqəni təmin etdi

21:14

Tuxel Salaha və daha 2 ulduza göz dikib - ADLAR

20:30

Raul Bundesliqa klubuna baş məşqçi təyin olunur

20:11

Bəybalayev oynadı, komandası...

20:01

Fəridə Tokioya lisenziya qazandı

18:23

MOİK də evdə sevindi, "Zaqatala" da

17:58

Araz Abdullayev "Boluspor"da dubl etdi

17:42

Turun oyun cədvəli müəyyənləşdi

17:30

Təcili Yardım maşını gecikdi, Azərbaycan çempionatının oyunu gec başladı

17:09

Millimiz Avropa çempionatına hazırdır

16:31

"Neftçi-2"dən ilk

16:04

Qadın güləşçilərimizdən uğursuz çıxış

15:29

Azərbaycanda ilin ilk beynəlxalq idman yarışının açılışı oldu

15:02

"Neftçi"nin baş məşqçisi: "İndiki futbolçular robotdur"

14:10

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.