"Qış fasiləsində hücumçu axtarışı çox çətindi. Üç oyunçuya təklif göndərdik, gəlmək istəmədilər".
Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.
43 yaşlı mütəxəssis bildirib ki, onların hər üçü əcnəbidi: "Biri Macarıstanda oynayan gürcü futbolçudu. Dedi ki, çempionatınızı izləyirəm, amma gəlmək istəmirəm. Digəri İsveçrənin "Bazel" klubunun üzvüdü. Gənc olduğu üçün çox vaxt icarədə olur. Oyunçuda perspektiv gördükləri üçün Azərbaycana göndərmək istəmədilər. Üçüncü hücumçu isə Ekvadorda çıxış edir, uruqvaylıdı. Klubu çox pul istədiyi üçün keçid baş tutmadı".
S.Abasov axtarışların davam etdiyini və daha bir forvardla danışıqlar apardıqlarını söyləyib.
Qeyd edək ki, "Neftçi" hazırda 24 xalla turnir cədvəlinə başçılıq edir.