"L’Equipe" dünyanın ən yaxşı futbol məşqçisini müəyyənləşdirməyə çalışıb.
Fanat.Az xəbər verir ki, jurnalistlərin səsverməsinə əsasən, "Real"ın baş məşqçisi Zinəddin Zidan hamını qabaqlayıb. Yürqen Klopp ("Liverpul") və Pep Quardiola ("Mançester Siti") ən yaxşılar sırasında qərarlaşsalar da, fransız mütəxəssisdən geri qalıblar.
Qeyd edək ki, "Real" 2019-20 mövsümündə Zidanın rəhbərliyi altında La Liqanın qalibi olub.
Fanat.Az