16:31 05.05.2021 290

Naxçıvan stadionu təmirə bağlanıldı

Naxçıvan Muxtar Respublikasının stadionu təmirə bağlanılıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Report"a Muxtar Respublika səfərindən qayıdan AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib.

Assosiasiya rəsmisi səfər zamanı arenaya baş çəkmək istəklərinin təmirlə əlaqədar baş tutmadığını söyləyib: "Bizə bildirdilər ki, stadionun ot örtüyü dəyişdiriləcək və bəzi təmir işləri aparılacaq. Bu səbəbdən, stadiona gedə bilmədik".

Həsənzadə arenanın işıqlandırma sisteminin bərpası ilə bağlı məlumata malik olmadığını sözlərinə əlavə edib: "Detallara varmadıq. Çox güman ki, hansısa texniki nasazlıqlar varsa, tələblərə cavab vermirsə, bu barədə həm klub, həm də federasiya rəhbərliyi məlumatlıdır və lazımi nəticələri çıxaracaqlar".

Azərbaycan millisinin sabiq qapıçısı Naxçıvanın hansısa təmsilçisinin Premyer Liqa və I Divizionda iştirak ehtimalına da münasibət bildirib: "Bu barədə böyük miqyasda müzakirə olmayıb. Sözsüz ki, onlar da öz istəklərini irəli sürdülər. İstəyərlər ki, komandaları daha böyük miqyasda futbol oynasın və daha peşəkar səviyyəyə qalxa bilsin. Amma bu məsələ müzakirə mövzusu deyil. Orada bəzi standartlar və lisenziyalaşdırma var. Onları yaxın təmasda olaraq, müzakirə etmək lazımdır. Gələcəkdə Premyer Liqada oynamaq istəklərini bildirdilər. Müvafiq qaydada hamı əsas liqada oynamaq şansını necə qazanırsa, onlar da elə etməlidirlər".

O, bölgə təmsilçilərinin əsas liqada olmasının yaxşı hal olduğunu vurğulayıb: "Ad xatirinə hansısa komandanın Premyer Liqada olmasının tərəfdarı deyiləm. Kəmiyyət baxımından razıyam, həm də keydiyyət ortaya qoyulmalıdır. Naxçıvan bölgə kimi Premyer Liqada təmsil olunmağa qismən hazırdır. Əsas meydan təmir olunur və köməkçi meydançalar, təlim-məşq bazaları var. Niyə də Naxçıvan komandası əsas çempionatda olmasın? Niyə də yox?! Bu məsələlər mənim istəyimlə deyil. Orada futbolun inkişafı ilə bağlı mesajlar var".

Həsənzadə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri və Naxçıvan Futbol Federasiyasının prezidenti Azad Cabbarovla görüşdüklərini, müxtəlif futbol tədbirlərinin təşkili, kütləviliyin artırılması ilə bağlı fikir mübadiləsi apardıqlarını sözlərinə əlavə edib: "Azad müəllim futbolu sevən biridir. Onunla fikir mübadiləsi aparmaq xoş oldu. Belə səpkidə insanlarla işləmək daha rahatdır. Futbolun tələblərini və tendensiyalarını anlayır, çalışır ki, onlarla ayaqlaşsın".

Texniki direktor Naxçıvanın Babək rayonu ərazisindəki Uzunoba Təlim-Məşq İdman Kompleksində də olduqlarını xatırladıb: "Orada böyük ölçüdə bir, kiçik ölçüdə isə iki süni meydança var. Çalışırlar ki, ilkin mərhələdə infrastrukturu ərsəyə gətirsinlər ki, gələcəkdə futbolun inkişafına qulluq edən təlim-məşq bazası olsun. Biz də idman qurğusu ilə tanış olduq, onların gələcək planlarını dinlədik. Öz məsləhətlərimizi də bilavasitə verdik".

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının stadionunda iki dəfə Azərbaycan Kubokunun finalı, bir dəfə Superkubok oyunu keçirilib. Arena 12 800 tamaşaçı tutumuna malikdir.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 İyun 2021
11:39

Çempionlar Liqası: "Neftçi"nin növbəti raunddakı potensial rəqibi müəyyənləşir - YENİLƏNİR

11:26

"Səbail" təcrübəli futbolçusu ilə müqaviləni uzatdı

11:20

AVRO-2020 oyunu "İdman TV"nin diqqətindən yayınıb - FOTO

11:14

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:07

"Neftçi" Honda ilə vidalaşdı

11:03

AVRO-2020: Türkiyə - Uels matçına azarkeşləra bu cür daşınacaq - QRAFİK

10:26

Türkiyənin oyununa nə qədər bilet satılıb?

10:10

AVRO-2020: Türkiyə millisi Bakıda ilk oyununu keçirəcək - YENİLƏNİR

09:57

Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri açıqlandı

09:00

AVRO-2020: Günün oyunları bu kanallarda - AFİŞA

08:40

COVID-19-a yoluxdu, AVRO-2020-dən kənarda qaldı, sevgilisi ilə tətilə getdi - FOTOLAR

08:20

"Qalatasaray"dan şok transfer - Danışıqlar başladı

08:10

Didye Deşam Almaniya üzərində qələbəni şərh etdi

02:21

AVRO-2020: Nəticələr - YENİLƏNİR

01:49

Poqbanı dişləsələr də, hakim "qırmızı" vermədi

01:14

Fransa - Almaniya matçının ən yaxşısı kim oldu?

00:55

AVRO-2020: Portuqaliya Macarıstanı, Fransa Almaniyanı yendi

00:25

"Fənərbağça" "Darmştadt"ın forvardı ilə müqavilə bağladı - RƏSMİ

00:14

AVRO- 2020: Ronaldudan 3 rekord

15 İyun 2021
23:06

Macarıstan - Portuqaliya matçının ən yaxşısı bəllidir

22:19

"Neftçi" "Dinamo"nu keçsə, bu rəqiblərdən biriylə oynayacaq - ADLAR

22:16

Qaret Beyl: "Azarkeşlərin bizi fitə basmasına öyrəşmişəm"

22:01

Robert Peyc: "Türkiyə millisindən çəkinmirik"

21:47

AVRO-2020: Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirdi

21:07

AÇ: Sübhan finalda yenildi

19:09

Rusiyanın qənimi Ukraynanı nədə üstün görür? - AÇIQLAMA

19:06

Bakıdakı AVRO-2020-nin əməkdaşlarından Eriksenə dəstək

18:00

Burak Yılmaz: “Bakıdakı oyunlarda hədəf 6 xaldır"

17:55

Şenol Güneş: "Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik"

16:49

Xanım azarkeşlərdən AVRO-2020 proqnozu

16:26

AFFA yeni sponsorla anlaşdı

16:09

Konfrans Liqası: I təsnifat mərhələsinin püşkü atıldı

16:05

“Neftçi”də maxinasiya, yoxsa… – Ayda 10105 manat maaş alan futbolçu Kamran Quliyev

15:53

"CBC Sport"dan AVRO-2020 açıqlaması: "Danışıqlar oldu, sadəcə..."

15:49

Kaxaber Tsxadadze: "Neftçi" ciddi rəqibdi"

15:08

"Neftçi"nin baş məşqçisi püşkü dəyələndirdi

14:54

Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

14:48

"Zirə"də istirahət davam edir

14:37

Futzal çempionatında transfer dönəminin vaxtı bəlli oldu

14:21

Çempionlar Liqası: "Neftçi"nin rəqibi müəyyənləşdi

14:09

Qadın MMA döyüşçümüz kəmər uğrunda döyüşə çıxacaq

13:53

Türkiyə millisinin üzvləri Bakıda yarışdı - VİDEO

12:30

"Səbail" Əfran İsmayılovla bağlı qərar verdi

12:15

Futbolçunun qətli ilə bağlı qandonduran etiraf - FOTOLAR

11:57

"Yenilik yoxdur" - "Sabah" rəsmisi

11:55

Eriksen azarkeşlərə müraciət etdi

11:33

Millimizdən heç-heçə

11:06

"beIN SPORTS" "Qarabağ"ın düşərgəsindən reportaj hazırladı - VİDEO

10:51

AVRO-2020-nin oyunları bu kanallarda - AFİŞA

10:32

Lionel Messi: "Qələbə ilə başlamaq istəyirdik"

09:50

Argentina xal itirdi, Messi Batistutanı keçdi - VİDEO

09:40

"Qarabağ" sabiq hücumçusunu transfer etmək istəyir

00:57

AVRO-2020: Çexiya və Slovakiya qələbəylə başladı, İspaniya yox

14 İyun 2021
23:03

AVRO-2020: Polşa yığmasının qapıçısı tarixə düşdü

22:38

Polşa - Slovakiya matçının ən yaxşısı mərkəz müdafiəçisi oldu

21:02

AVRO-2020: Çempionun qazanacağı məbləğ açıqlandı

19:18

Şotlandiya - Çexiya matçının ən yaxşısı bilindi

18:26

4 nəfərin ölümünə səbəb olan Elşad görün kim imiş... - FOTOLAR

17:54

Aftandil Hacıyevdən AVRO-2020 proqnozu

17:40

"Qarabağ"dan Ovusu açıqlaması: Klubdan ayrılıb?

17:35

Şəhriyar turnirin qalibi oldu, Teymur erməni ilə "sülh" bağladı

17:29

"Səbail"in baş məşqçisi: "Vəziyyət dəyişməz olaraq qalır"

17:23

Şərhi ilə gündəm olan İlqar Mikayıloğludan AÇIQLAMA

17:15

"Qarabağ" yeni transferlərini nə zaman açıqlayacaq? - RƏSMİ CAVAB

16:37

"AVRO-2020-nin favoriti Fransa olsa da, ..." - “Qızıl top”un azərbaycanlı jürisi

16:23

Yaya Ture Rusiya klubunda

15:54

"Neftçi"dən transfer açıqlaması: "Danışıqlar gedir"

15:38

"Mançester Yunayted" "Atletiko" ilə danışıqlar aparır - kimi istəyir?

15:17

"Keşlə" sabahdan başlayır

14:52

Elxan Məmmədov TFF-nin baş katibi ilə görüşdü

Facebookdan bizi izləməyi unutmayın.