18:04 23.07.2020 743

Moldova millisinin sabiq baş məşqçisi "Neftçi"yə təklif olunub

Moldavılı baş məşqçi Aleksandr Spiridon "Neftçi"yə təklif olunub. 

Bu barədə "Report"a 60 yaşlı mütəxəssisin agenti Arkadi Zaporojanu məlumat verib. O, paytaxt təmsilçisinin Spiridondan imtina etdiyini və Füzuli Məmmədova üstünlük verdiyini söyləyib. Agent hazırda təcrübəli mütəxəssisin Ukraynanın "Dinamo" (Kiyev) komandasında çalışmasının mümkünlüyünü əlavə edib. 

Zaporojanu deyib ki, Roberto Bordinin qışda istefaya göndərilməsindən sonra xalq komandası "Neftçi"ni onun köməkçisinə etibar etmək riskli qərar olardı. Bir tərəfdən, mövsümün ortası idi, üstəlik, komandada qeyri-sağlam ab-hava hökm sürürdü. Lakin zaman göstərdi ki, Füzuli Məmmədov öz işinin öhdəsindən yaxşı gəlir. Oyunda sabitlik yaranmış və ən əsası, keyfiyyət artmışdı. Bu isə çempionatı son 5 ildə ən yaxşı sayılan yenə ikinci pillədə başa vurmağa imkan verdi". 

Agent "Neftçi"yə xarici baş məşqçinin, o cümlədən, Spiridonun dəvət olunmamasının səbəbindən də danışıb. Zaporojanunun fikrincə, bu məsələdə iki amil - koronavirus və maliyyə vəziyyəti əhəmiyyətli rol oynayıb: "Birinci amil Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyinatında da təsirini göstərdi. Bunu təyinatın 4-5 ay gecikməsindən görmək olar. İkinci amil isə komandanın oyun keyfiyyətinə ciddi təsir edə bilər. Əcnəbilər əksər hallarda yerlilərdən bahalı olurlar. "Neftçi"də isə büdcə ardıcıl ikinci mövsümdür azaldılıb. Bunu hətta transferlərdən də görmək mümkündür. Təzə oyunçular faktiki yeni adlardır".

Bununla belə, agent "Neftçi"nin seleksiya işində irəli getməməyin gərəkliyini vurğulayıb: "Əlbəttə, hamı kimi mən də yeni tapıntıların timsalında istedadlarını açan keyfiyyətli oyunçuları görməkdən şad olaram. Bunu bizə Avropa Liqasındakı ilk oyunlar göstərəcək". 

Öz növbəsində "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a açıqlamasında kluba Spiridonla bağlı təklifin gəlmədiyini bildirib: "Ötən mövsümün ortalarında və indi baş məşqçi axtarışında olmamışıq ki, bizə hansısa mütəxəssis təklif olunsun. Roberto Bordinin gedişindən sonra da hansısa təklif gəlməyib. Əvvəlcədən qərar verilib ki, Füzuli Məmmədov mövsümün axırına qədər komandada olacaq və ümumi vəziyyətə baxılacaq. Mövsüm bitəndən sonra isə qərar verildi ki, onunla yola davam ediləcək. Baş məşqçi axtarışında olmamışıq və heç kiminlə də danışıq aparmamışıq. Biz axtarış etməmişik ki, bizə də təklif göndərsinlər". 

Qeyd edək ki, Aleksandr Spiridon son olaraq, 2018 - 2019-cu ildə Moldova millisinin baş məşqçisi olub. O, 2004 - 2016-ci illərdə Ukraynada "Şaxtyor" (Donetsk) komandasında, 2016/2017 mövsümündə isə Rusiya "Zenit"ində baş məşqçi Mirça Luçeskunun köməkçisi olub. Luçesku bu gün Kiyev "Dinamo"suna baş məşqçi təyin olunub. 

Oxşar xəbərlər

Xəbər lenti

21 Sentyabr 2020
22:55

Araz Abdullayev Türkiyə çempionatında debüt etdi

20:48

Ronaldudan yeni rekord

20:15

Xorvat ulduz milli karyerasını bitirdi

19:30

"Keşlə" 3 hücumçu arasında seçim edir

18:50

Arvadının 8 il həbsini tələb edir

18:36

"Sabah"ın futbolçuları qol vurduqları üçün xoşbəxtdirlər

17:35

"Keşlə"də qalmaqal: Baş məşqçi və futbolçu bir-birini yalançı adlandırdı

17:21

Fatih Terim: "Neftçi"dən daha yaxşı komandaya qarşı oynayacağıq"

17:06

İstefa verən Fazil Məmmədovun yerinə yeni prezident seçildi

16:29

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:20

"Sabah"da uruqvaylı qapıçı - RƏSMİ

15:45

“Keşlə” rekordunu təkrarladı: 3-cü “3"

15:32

İclas keçirildi, millimizin baş məşqçisi Abdullayev oldu

15:17

Madrid klubunun forvardı "Yuventus"a gedir

14:50

Semedu İngiltərə klubuyla 5 illik müqavilə razılaşdırdı

14:34

Zidan: "Beyllə aramızda problem olmayıb, sadəcə..."

14:20

"Neftçi" - "Qalatasaray" oyununda təxribat

14:11

"Milan"ın oyununa azarkeşlər buraxılacaq

13:55

"Qarabağ" italiyalı oyunçu ilə danışıq aparır

13:37

I Divizionun başlanma tarixi açıqlandı

12:28

"Neftçi" "Qarabağ"ın uğurlu seriyasını qırdı

10:20

Evlilik öncəsi ulduz futbolçunu sarsıdan etiraf - FOTOLAR

10:00

De Byazinin millidə görmək istədiyi yeni hücumçu

09:11

"Liverpul"dan "Çelsi"yə iki qol - VİDEO

20 Sentyabr 2020
23:02

"Qarabağ" - "Neftçi" oyunu FOTOLARda

23:00

Azərbaycan derbisində vurulan qollar - VİDEO

22:57

Qurban Qurbanov: “Fikirləşirlər ki, prinsipə hücumçu almıram”

22:54

Füzuli Məmmədov: "Bu qələbə bizim üçün çox vacib idi"

22:25

"Qalatasaray" çempionu məğlub etdi - VİDEO

22:09

Azərbaycan derbisi: "Qarabağ" 5 oyun sonra "Neftçi"yə uduzdu

21:49

Abdullah Zubir "Neftçi"yə qarşı niyə oynamır?

21:10

"Zirə" "Sabah"a bu qollarla uduzdu - VİDEO

20:30

Rəşad Sadıqov: "Məğlubiyyətlər qaçılmazdı"

20:15

"Sabah"ın baş məşqçisi: "Avrokuboklar uğrunda mübarizə apara bilərik"

18:32

Azərbaycan Kubokunun TƏQVİMİ

18:28

Azərbaycan Premyer Liqasının tam TƏQVİMİ açıqlandı

17:50

Millimizlə oyunu buraxan futbolçu koronavirusu yendi

17:15

Çempionlar Liqası yeni formatda keçirəcək

16:49

"Səbail"in qapıçısı: “Azərbaycanda quzu əti çox yeyirlər”

16:18

“Neftçi” Türkiyədə və dünyada tanınan komandadır" - Mert Çelik

15:55

Olimpiyaçılar arasında yarış keçirildi

15:37

Asim Xudiyev Avroliqa oyununda

15:16

Azərbaycanın MMA döyüşçüsündən qələbə - VİDEO

14:59

“Qarabağ”ın potensial rəqibi uduzdu

14:34

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat aldı

14:14

Sumqayıtda "Şən startlar" yarışı keçirildi

13:58

"Barselona" mövsümə kubokla başladı

13:35

Günün oyunları bu kanallarda - AFİŞA

13:12

Dünya çempionatı ilə bağlı açıqlama yayıldı

12:53

Türkiyə millisinin üzvü İngiltərə Premyer Liqasında - RƏSMİ

12:30

Nəbiyevin komandasının "tilsim"i qırıldı

12:06

“Fənərbaxça”dan daha bir transfer - RƏSMİ

11:50

Millimizin baş məşqçisi: "Lazım olan şərait yaradılıb"

11:31

Dəhşətli yol qəzası: 8 futbolçu öldü, 4-ü yaralıdı

11:15

Cazibədar idmançı gizli FOTOLARını çəkən gəmi kapitanını ifşa etdi

10:56

"Kəpəz" "Turan Tovuz"la heç-heçə etdi

10:32

Qaret Beylin yeni klubu rəsmən açıqlandı - 20 milyon avro...

10:08

Nurlan Novruzovun komandası məğlubiyyətə üzüldü

09:47

Paşayev oynadı, komandası uduzdu

09:29

"Liverpul"dan yeni transfer

19 Sentyabr 2020
22:11

"Sumqayıt"ın qələbə qazandığı oyun - VİDEO

21:54

“İmamverdiyev öz üzərində işləsə, ...” – Ayxan Abbasov

21:50

"Səbail" yaşayarsa, ..." - Aftandil Hacıyev

21:11

"Sumqayıt"dan qələbə, "Qəbələ" "Keşlə" ilə heç-heçə etdi

20:17

Qəbələdə qolsuz heç-heçə - VİDEO

20:06

“Onunla söhbətimiz olacaq” – Elmar Baxşıyev

19:51

Yunis Hüseynov: "Cavid özü xahiş etdi ki, ..."

17:47

"Qalatasaray"ın yetirməsi rəsmən "Neftçi"də

16:08

Levandovski dələduzluqda ittiham olunur

15:07

"Qarabağ" - "Neftçi" oyununa hakim təyinatı

Facebookdan bizi izləməyi unutmayın.