00:41 28.03.2021 480

Milliləşdirmə siyasətinin yekunu

Milli komandamızın legioner debütantı Aleksey İsayevin erməni dostunun təbrikini İnstagramda paylaşması böyük rezonans doğurdu. Bəli, biz eyni çoğrafiyada yaşadığımız ermənilərlə başımıza açdığı bütün oyunlara baxmayaraq tədricən dostlaşmağa və Aleksey kimi qardaşlaşmağa çalışmalıyıq. Amma Vətən müharibəsindən 44 gün keçib. Ermənilərin Gəncədə, Bərdədə, başqa torpaqlarımızda dinc əhaliyə qarşı etdiyi vəhşiliklər və günahsız şəhidlərimiz, itkin düşənlərimiz, yaralılarımız haqda fikirlər hər gün beynimizdədi. 

Buna görə də Alekseyə milli forma etibar edənlərə haqq qazandıra bilməyəcəm. Əslində günah Alekseydə də deyil. Bu adamın Aəzrbaycana heç bir bağlılığı yoxdu. Və onun düşüncəsi də təbii ki azərbaycanlı düşüncəsi deyil. Alekseyin etdiyi indiyəcən milli forma geyinmiş bəzi legionerlərin əməllərinin fonunda toya getməlidi. 

ERMƏNİSTAN SEVDASI

Yazının manşet fotosunda gördüyünüz futbolçular çox da tanınmış deyil. 

Soldan sağa: Şamil Qurbanov, Maqomed Musalov və Abdulla Abatsiyevdi. 

Şamillə Maqomed dağıstanlı, Abdulla osetiyalıdı. Təbii ki, vətənlərinə düşmən olan hansısa ölkəyə heç vaxt isti münasibət göstərməzlər. Çünki, dağ adamlarıdı, Qafqaz temperamenti, damarlarında axan qan buna imkan verməz. Amma doğma bildikləri vətənlərinə...

Bu cigitlər futbolumuza 14 ildi rəhbərlik edən Elxan Məmmədovun himayəsi ilə bir müddət öncə Azərbaycan milli komandasının formasına layiq görülüblər. 

Şamil Qurbanov "Neftçi"nin prezidenti Kamran Quliyevin tapıntısıdı. Quliyev "Sumqayıt"da işlədiyi vaxt Şamili Azərbaycana gətirib əvvəl milliyə, sonra klubuna cəlb etmək istəsə də, Rusiya yığmalarında forma geyinmək qabiliyyəti olmayan futbolçu yalnız yığmada oynamağa razılaşıb vətəninə qayıtmışdı. Elxan Məmmədov Şamilə təcili Azərbaycan pasportu verdi. Qurbanov Azərbaycan millisinin formasında rəsmi matçlara çıxdı. 

Bir müddət sonrasa Şamil Qurbanov düşmən ölkədə oynamaq arzusu ilə Ermənistanın "Uliss" klubuna yollandı.  

"Azərbaycan yığmasını çoxdan unutmuşam. Və qərara gəlmişəm ki, bir daha ora gəlməyim.  Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərim var. Amma mən bu münaqişənin iştirakçısı deyiləm. Sadəcə, futbol oynamaq istəyirəm. Mən siyasətçi yox, adi bir Rusiya vətəndaşıyam" - deyən Şamilin Azərbaycan məcarasını bilən ermənilər isə "Məlum səbəblərə görə, heyətimizdə azərbaycanlı futbolçu ola bilməz" açıqlaması verib dağıstanlı legionerdən imtina etdi.

Maqomed Musalov və qardaşı Tahir Musalov da Rusiya yığmasında oynamaq perspektivi olmayan amma Elxan Məmmədovun Azərbaycan millisinin formasını layiq gördüyü yüzlərlə dağıstanlıdan biri idi. Musalov qardaşları Azərbaycanda və Litvada millimizin keçirdiyi bir neçə təlim-məşq toplanışında iştirak etdilər. Günlərin birində isə rus və erməni mediasında "Azərbaycanlı futbolçu Ermənistan klubunda" xəbərləri çıxdı. AFFA-nın keçmiş baş katibi, indiki vitse-prezidenti Elxan Məmmədovun və əlaltılarının minlərlə şəhidimizin uğrunda canını verdiyi o müqəddəs bayrağımızın bəzədiyi müqəddəs milli formanı layiq bildiyi Musalov Ermənistan klubu ilə müqavilə bağladı. Maqa hazırda da "Pünik"də çıxış edir və erməni klubu ilə 2023-cü ilin iyul ayınacan müqaviləsi var. 

İMTİNA EDİLƏN AZƏRBAYCAN PASPORTU

Şəkildəki üçüncü  legioner futbolçu - osetiyalı Abdulla Abatsiyevə də Elxan müəllim və komandası Azərbaycan pasportu verib milli forma geyindirib. İlk iki həmkarından fərqli Abdulla bizim klublarda da oynayıb. Amma ölkəmizdən gedəndən sonra bütün bunlar yaddan çıxıb. Ermənilərin sahibi olduğu Armavir "Torpedo"suna keçən Abatsiyev komandası ilə İrəvanda təlim-məşqdə olub,  Azərbaycan pasportundan isə imtina edib. Mediaya açıqlamasında Rusiyada legioner sayılacağı səbəbindən deyil, şəxsi məsələlərə görə bu addımı atdığını bildirib.

Milli formada oynamağa razı salmaq üçün AFFA-nın 500 min avro verdiyi yazılan Eddi İsrafilovun yuxarıda adı çəkilən legionerlərdən fərqli Azərbaycanla müəyyən bağlılığı var. Hər halda anasının (doğma olub-olmamasını araşdırmamışam) azərbaycanlı olduğu deyilir. Amma görünür Eddinin anqolalı atasının genləri azərbaycanlı anasının genlərindən üstündü. Əks təqdirdə 44 günlük Vətən müharibəsi dövründə "erməni dostlarımızdan ayıbdı” deyib, xalqına ən azı mənəvi dəstək verməyən oğlu Eddiyə haqq qazandırmazdı. 

LEGİONERİN YAXŞISI

Yuxarıda adı çəkdiyim leginerlər istər futbolda, istərsə də futboldan kənarda, Azərbaycana maddi-mənəvi yalnız zərər verdi, ölkəmizin imicinə zərbə vurdu.

Ümumiyyətlə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının legioner siyasəti yalnız bu işə rəhbərlik edən və bu işi görən işbazlara sərf edir. İndiyəcən Azərbaycana heç bir bağlılığı olmayan yüzlərlə legionerə Azərbaycan pasportu verilib, aşağı yaşlılardan tutmuş əsas milli komandayacan oynamaqlarına şərait yaradılıb. Həmin legionerlərin əksəriyyəti indi ümumiyyətlə futbolçu deyil. Çünki, futbolçu "istedadları", potensialları yalnız belə qara işlərlə beş-on manat qazanıb-qazandırıb evlərinə qayıtmağa bəs edirdi. 

İnsafən, illərlə aparılan və neçə-neçə istedadlı azərbaycanlı uşağın milli komandalara yolunu bağlayan bu prosesdə nadir yaxşı futbolçulara da rast gəlinib.

Futbol planında ən yaxşı nümunə yəqin ki, Dmitri Nazarovdu. Amma o da gah pandemiya bəhanəsi ilə  milliyə gəlməkdən imtina edib, gah da

alman mediasına açıqlamasında aşağı liqadakı klubunun hansısa kubok oyununun Azərbaycan millisindən daha vacib olduğunu bildirib.

Fakt bu ki hətta Nazarov kimi ölkəmizə heç bir bağlılığı və sayğısı olmayan amma Azərbaycan səviyyəsində yaxşı legionerlə də millimiz heç bir uğur qazana bilməyib. 

Sadaladıqlarımı nəzərə alaraq milliləşdirilmə siyasətindən tam imtina labüd görünür. Bu isə AFFA rəhbərliyi dəyişmədən mümkünsüzdü. Çünki, adamların bəlli qazanc mexanizmləri var və bundan imtina edilməsi heç ağlabatan deyil. 

NİYƏ ELXAN MƏMMƏDOV? 

Yekunda onu deyim ki, insan kimi Elxan Məmmədova qarşı heç bir antipatiyam yoxdu. Tam əksinə, belə mədəni insalara qarşı hər zaman simpatiyam olub və var. Məhz buna görə də AFFA vitse-prezidentinin və komandasının Vətən dövründəki fəaliyyətini yüksək qiymətləndirən və bu haqda ilk dəfə yazan və ətraflı yazan mən olmuşam. Bilirəm ki, AFFA-nın həmin dövrdəki işi haqda hesabat yuxarı dairələrə də göndərilib və müsbət qarşılanıb. 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyəti Elxan Məmmədovun 14 illik futbol karyerasında yəqin ki, ən yaddaqalan məqamdı. Çünki, Azərbaycan futbolu bu 14 ildə küllü miqdarda yatırımlara baxmayaraq heç bir tərəqqiyə nail olmayıb və Elxan müəllim də buna görə cavabdeh olan birinci şəxsdi. Çünki, heç kimə sirr deyil ki, Rövnəq Abdullayev futbolu dərindən bilməyən, ümumiyyətlə, bu sahədə formal prezident adı daşıyan biridi. 

Buna görə də, futbolumuzla bağlı tənqidlərimi Elxan Məmmədova qarşı qərəz kimi qəbul edilməməsini istəyirəm. 

VƏ SONDA...  

Aşağıdakı fotoda Klaas Yan Huntelar və Uesli Sneyderin əhatəsində olan futbolçu haqda tanımayanlara qısaca məlumat verim. Bu saxta azərbaycanlı Maqomed Musalovun çıxış etdiyi "Pünik"dən 18 yaşında "Ayaks"a transfer olunan Ermənistan futbolunun yetirməsi Edqar Manuçaryandı. Ermənistan milli komandasının da şərəfini qorumuş bu futnolçu 44 günlük Vətən müharibəsində separatçı və terrorçu həmyerliləri ilə birlikdə Azərbaycana qarşı döyüşüb. 
 


Müəllif: Anar Şabanoğlu
Mənbə: estafet.az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 May 2021
15:02

"Neftçi"nin baş məşqçisi: "İndiki futbolçular robotdur"

14:26

Uşaqlara enerji içkisi verən "Xocalı" klubunu hansı cəza gözləyir? - AÇIQLAMA

14:10

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

13:41

Millimiz Böyük Dəbilqəni bir medalla başa vurdu

13:06

“Səbail” – “Neftçi” matçını FIFA referisi idarə edəcək

12:41

"Azərbaycanda futbolçu azdır, seçim imkanı yoxdur" - De Byazi

12:34

Mourinyodan məşhur erməni futbolçuya ağır zərbə

12:01

"Xocalı" futbol klubu azyaşlılara enerji içkisi içirdir - FOTOLAR

11:50

Simeone "Barselona"nın futbolçusuna göz dikib

11:31

Xosep Qvardiolanın atası: "Ona nə edəcəyi mən deyə bilmərəm, amma..."

11:13

"Çelsi" Jorjinyo ilə bağlı qərar verdi

10:56

Həftənin futbolçusu adına namizədlər

10:43

AVRO-2020: Kubok Bakının müxtəlif məkanlarında

10:30

AVRO-2020-nin kuboku İlham Əliyevə təqdim olundu - FOTOLAR

10:27

AVRO-2020-nin kuboku Bakıda

10:03

Tokio-2020: Taekvondoçularımızın növbəti sınağı

00:53

Avropa Liqası: Finalda MY və "Vilyarreal" oynayacaq

00:52

Nurlan Nepalda ilk qolunu belə vurdu - VİDEO

06 May 2021
22:04

"Barselona" Neymarı aparır - MƏBLƏĞ AÇIQLANDI

21:50

Güləşçilərimiz Olimpiadaya lisenziya qazana bilmədilər

18:35

"Neftçi" vaxtından əvvəl çempion oldu

17:51

"Real" Azərbaycana başsağlığı məktubu göndərdi

17:37

Həftənin rəmzi komandası açıqlandı

17:18

Milli Paralimpiya Komitəsi ilə ADBTİA arasında memorandum imzalandı

17:07

Tokio-2020: İki güləşçimiz yarımfinalda

16:58

Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

16:40

Messi Neymarı razı saldı

16:11

"İki topluq fərqə görə demirəm, bombardir o olacaq"

16:07

"Real" Hazarla bağlı qərar verdi

15:55

"Mənim sizin köməyinizə ehtiyacım var!"

15:33

"Qəbələ" və "Keşlə"nin baş məşqçiləri kursa yazıldılar

15:21

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

14:54

Pyaniçin "Barselona"da gələcəyi sual altındadır

14:01

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

13:44

Hidayət Heydərov ipponla uduzdu

13:15

"İnter" Martineslə müqaviləni yeniləyir

12:52

"Çelsi"nin qapıçısı rekorda imza atdı

12:31

Tarixdə ilk dəfə: Transgender olimpiadaya vəsiqə qazandı

12:16

Fernandinyonun yerinə Rays

11:51

I Divizion: "Neftçi" çempionluğu təmin edə biləcəkmi?

11:35

"Çelsi"nin baş məşqçisi ÇL-in tarixinə düşdü

11:17

Günün oyunları bu kanallarda - AFİŞA

10:45

AFFA rəsmisi Çempionlar Liqasının finalına təyinat aldı

10:29

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər

06:49

Vinisius Junior: "Bəlkə də yenilgi qaçılmaz idi"

06:32

"Eden Azar "Real"a belə tüpürür"

00:46

Komandası yenildi, bəs Pavel hanı?

00:38

ÇL: Finalda iki İngiltərə komandası qarşılaşacaq

00:10

"Qalatasaray"da prezident seçkiləri ləğv olundu

05 May 2021
18:00

AFFA azarkeşlərlə bağlı Operativ Qərargaha müraciət etdi

17:51

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi

17:24

AFFA cəzaları yağdırdı

17:13

"Sabah" rəsmisi haqda araşdırma başa çatdı - Qərar

17:08

Azərbaycan Kuboku: Cəzalar açıqlandı

16:56

“Sumqayıt”ın futbolçusuna 4 oyunluq cəza

16:31

Naxçıvan stadionu təmirə bağlanıldı

16:08

Mourinyo "Roma"nın tarixinə düşdü

15:59

Lemann irqçiliyə görə klubdan qovuldu - FOTO

15:34

Honda "Qəbələ" ilə oyundakı hərəkətindən danışdı

15:21

“Sabah”ın futbolçusu üçün əlamətdar oyun

14:53

AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir

14:48

"Barselona"dan sabiq futbolçusuna 100 milyon avroluq təklif

14:08

Millimiz lisenziya turnirinə Özbəkistan və Fransada hazırlaşacaq

13:50

Əliyar Ağayev I Diviziona göndərildi

13:36

Azərbaycan Kuboku: “Keşlə” nominal meydan sahibidir

13:11

Amil Yunanovdan yubiley qolu

12:53

"CBC Sport" "Barselona" - "Atletiko" oyununu yayımlamayacaq - AÇIQLAMA

12:41

"Qarabağ"ın qapıçısı klubun tarixinə düşdü

12:29

Nərgiz İsmayılova Avropa çempionatına təyinat aldı

12:19

Karantin rejimi qaydalarını pozan idman zalı aşkarlandı

Facebookdan bizi izləməyi unutmayın.