14:18 21.11.2019 1457

Milli oyuncaq

Azərbaycan milli komandası Avro-2020-nin seçmə mərhələsində təkcə biabırçı nəticəyə görə üz qızartmadı. AFFA-nın həmişə öyündüyü təşkilati məsələlərdə də fiasko yaşadıq.
 
Komandamız final mərhələsinə vəsiqə qazanmaq üçün qrupda oynadığı 8 görüşün 4-nü evdə keçirdi. Bu 4 görüş yığmamızın tarixində hər cür rəzilliyin baş verməsi ilə əlamətdar oldu.
 
Hər şey 2018-ci ilin sonlarında başladı. Qurban Qurbanovun məqsədli şəkildə millidən yola salınmasından sonra komandamıza baş məşqçi kimi naşı Nikola Yurçeviç təyin olundu. Yeni iş yerinə gəlib çatmamış xorvat mətbuatı mütəxəssisin illik 300 min avro məvacibə razılaşdığını yazırdı. Lakin eyni vaxtda AFFA-nın mətbuat xidməti "Futbolinfo”ya Yurçeviçin illik bir milyon avro (!) maaş alacağını etiraf etdi. Azca təcrübəsi olan heç kimin işləmək istəmədiyi postun məhz xorvat məşqçinin sərəncamına verilməsi, azarkeşlərin çoxunda bu addımın Xorvatiya millisinə qarşı keçiriləcək oyunların "xəta-bəlasız” ötüşməsi üçün atıldığı hissini yaratdı. Zaman keçdi və heç bir azarkeş yanılmadı. Görüb-görəcəyimiz şübhəli sülhdən qalan 1 xal oldu.
 
Millimiz doğma meydanda ilk matçında macarları qonaq edirdi. Qurbanovun vaxtında bilərəkdən Bakı Olimpiya Stadionuna "didərgin salınmış” yığmamız yenidən "Bakcell Arena”ya qayıtmışdı. Sirr deyil ki, bu stadion azarkeşlərin varlığını hiss etmək cəhətdən əlverişlidir. Demək olar ki, dolu tribunalar önündə keçən ilk ev oyununda 1:3 hesabı ilə məğlub olduqdan sonra hamı bir daha əmin oldu ki, "yeni baş məşqçinin gətirilməsi oyunu” kimlərinsə cibini doldurmağa xidmət edir. Sosial şəbəkələrdə azarkeşlər 3 gün sonra keçiriləcək növbəti ev oyununda "istefa” qışqırmaq barəsində razılığa gəlmişdilər. Futbolsevərlərin əksəriyyəti problemin baş katib Elxan Məmmədovdan qaynaqlandığını düşünürdü.
 
Fyodor Dostoyevski qeyd edirdi ki, "insan çox yalan danışanda özü də dediklərinə inanmağa başlayır”. Ancaq Məmmədov AFFA-nın baş katibi olduğu 12 il ərzində o qədər yalan danışıb ki, artıq öz dediklərinə inanmaqdan yorulub. Əks təqdirdə, slovaklarla ev matçında yerli fanatları stadiondan iyrəndirmək üçün əlindən gələni etməzdi. Azərbaycan – Slovakiya oyununda dünyada analoqu olmayan hal yaşandı – VİP sektorlar hamısı qonaq azarkeşlərə "hədiyyə” edilmişdi. Məqsəd bir idi – "istefa” şüarının qarşısını almaq, onun televiziyada görünməsini əngəlləmək. Axı, "CBC Sport”un kameraları VİP oturacaqlarla üzbəüz sahədən çəkiliş edir.
 
Görüşün ortalarında millinin qapısının "aşsüzənə dönməsi”ndən təngə gələn azarkeşlər 10 il sonra yenidən o "kreslosilkələyən” istefa şüarını səsləndirməyə başladı. Maraqlısı odur ki, oyunboyu AFFA-dan cana yığılan fanatlar etiraza başlamağa çəkinsələr də, slovakların qol sevincini analoji sözə bənzər tempdə qeyd etməsi azarkeşləri həvəsə gətirdi. Nəticədə onlarla millisevər stadiondan, yığmamız isə (1:5) meydançadan "qovuldu”.
 
Oyundan sonra federasiyaya yaxın saytlarda və sosial şəbəkələrdəki səhifələrdə məğlubiyyətə səbəb kimi görüşün iştirakçısı olmuş "Qarabağ” futbolçularından üçünü "günah keçisi”nə çevirmək üçün yazılar tirajlandı, kampaniyası həyata keçirilirdi. Ancaq ilahi ədalət öz sözünü dedi, UEFA matçın iştirakçılarını qiymətləndirərkən bəlli oldu ki, yığmamızda ən yüksək göstərici məhz onlardadı. Digər futbolçuların qarşılaşmadaki performansını qeyd etməyə ehtiyac qalmırdı.
 
3 ay keçdi. Milli komandanın "monopolist”i "Bakcell Arena”ya Yurçeviçin yerliləri təşrif buyurmuşdu. İstefa şüarının bəhrə vermədiyini görən yüzlərlə azarkeş stadiona gəlməmiş, əvəzində saksafonçalanlar (birdən istefa qışqırılsa, səslər eşidilməsin deyə), AFFA könüllüləri, "AFFA-ya ictimai dəstəy”in bütün ünsürləri oturacaqlarda yerlərini almışdı. "Neytrallar”ı düşündürən əsas məsələ isə başqa idi: "Görəsən, öz meydanında müəmmalı şəkildə yığmamızı çətinliklə məğlub edən xorvatlar səfərdə də yerlibazlıq edib Nikola bəyin kreslosuna dayaq olacaqdılarmı?”
 
İlk hissədə rəqibi "döyən” xorvatlar ikinci yarıda meydançada "sürünməyə” başladılar. Nəticədə Təmkin Xəlilzadənin qol epizodunda müdafiəçilərin "gözəgörünməz qüvvə” tərəfindən arxaya dartılması oyunun 1:1 hesabıyla yekunlaşmasına səbəb oldu. Bir neçə gün sonra qonaqların baş məşqçinin ölkəsinin mətbuatına "oyunçular zəhərlənmişdi” deməsi, gözdən pərdə asmaqdan başqa bir şey deyildi. Yəqin ki, dünyada oyunun ikinci hissəsində zəhərlənən yeganə milli Xorvatiya olmuşdu... Əslində isə zəhərlənən öz millimiz idi və növbəti oyunlardakı nəticələr hər şeyin "təsadüf” olduğunu göstərəcəkdi.
 
Son ev görüşündə Uelsi qəbul etdik. Yenə də istefa sözünün qüdrətindən qorxan AFFA rəhbərliyi növbəti xəyanətini edərək stadionda 1200 qonaq azarkeşin oturmasına şərait yaratdı. Beynəlxalq qaydalara görə stadiondakı yerlərin 5 %-i səfərə gələn azarkeşlərə ayrılır. Lakin 16 noyabrda 11000 nəfərlik stadionun oturacaqlarının 10 %-dən çoxu uelslilər üçün "saxlanılmışdı” (seçmə mərhələboyu azarkeşlərimizin stadiona gəlməsinə bir neçə dəfə əngəllərin yaradılması yada düşür). Nəticədə yığmamız öz meydanında qonaq kimi çıxış etdi və əzik şəkildə məğlubiyyətlə barışdı. Azarkeşləri "parter vəziyyəti”nə salınmış Azərbaycanın futbolçuları da oyunboyu o tərəf - bu tərəfə çırpınmağı ilə yadda qaldı.
 
Bundan başqa, Xorvatiyayla oyunda forma qalmaqalı da yaddan çıxmamalıdı. Səfər matçında emblemə vurulan loqolardan biri yaddan çıxmış, Emin Mahmudovun adı köynəyinə təhrif olunaraq yazılmışdı
 
Xəyanətlərlə zəngin seçmə mərhələ xal hesabında 55 ölkə arasında yalnız San Marino və Cəbəllütariqi qabaqlaya bilməyimiz, azarkeşlərin yığmamızdan iyrənməyi, 10 ildən sonra istefa şüarlarının stadiona qayıtmağı, AFFA-nın baş katibi Elxan Məmmədovun onu sevməyən jurnalistlərdən qaçmağı kimi hallarla yaddaşlara köçdü. Arxivə köçməyi labüd olan bir məsələ isə hələ də aktualdır – Elxan Məmmədovun futbol fəaliyyəti!

Mənbə: futbolinfo.az
Oxşar xəbərlər

Xəbər lenti

12 Avqust 2020
23:58

Matyuidi "Yuventus"dan getdi

22:43

"Qalatasaray" Emreni heyətinə qatdı - RƏSMİ

21:46

Riera "Qalatasaray"a döndü - RƏSMİ

19:52

"Fənər" Sassuolonun müdafiəçisini gətirir

18:25

İtalyan məşqçilər Bakıda nə qədər qalacaq?

18:15

"Kəpəz" baş məşqçi ilə müqaviləni rəsmiləşdirdi

17:58

Meksika klubu Kriştianu Ronaldunu transfer etdiyi barədə məlumat yaydı - FOTO

17:33

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Səbail"də ayrılıq - RƏSMİ

17:24

Azərbaycan Premyer Liqası: Mövsüm Sumqayıtda başlayacaq

17:18

"Beşiktaş" Atiba ilə bağlı qərar verdi

16:42

Canni De Byazi “CBC Sport”un qonağı olacaq

16:31

Ukrayna klubu Paşayevlə müqaviləni yenilədi

16:04

Millimizin toplanışa başlayacağı vaxt açıqlandı

15:57

Premyer Liqamızda yoluxma olarsa, hansı qərar veriləcək?

15:54

Azərbaycan Premyer Liqasında necə əvəzetmə olacaq?

15:45

İlham Zəkiyevə yeni vəzifə verildi - FOTO

15:31

PFL prezidenti avrokubokların püşkünü dəyərləndirdi

15:22

Premyer Liqanın püşkü atıldı: İlk turun təqvimi - YENİLƏNİB

15:17

Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edildi - VİDEO

15:05

"Neftçi" ilə matçda turu keçmək istəyirik" - "Şkupi"nin yeni transferi

14:31

"Barselona"da koronavirus ŞOKU

14:13

Canni De Byazi Bakı bulvarında – FOTO

13:55

Millimiz Avropa çempionatında iştirak edə bilməyəcək

13:36

İngilis psixoloq türk azarkeşləri coşdurdu - FOTOLAR

13:12

DÇ-2022-nin seçmə mərhələ matçları növbəti dəfə təxirə salındı

12:23

"Keşlə"nin oyununun başlama saatı bəlli oldu

12:10

"Sumqayıt" - "Şkendiya" matçının başlama saatı açıqlandı

11:34

Həftənin oyunçusu adına namizədlər

11:14

"Neftçi"nin rəqibindən daha bir transfer

10:59

PFL-də prezident seçkiləri nə vaxt keçiriləcək? - AÇIQLAMA

10:41

Azərbaycanlı baş məşqçi Küveyt millisini çalışdıra bilər

10:20

Çempionlar Liqası: 1/4 final mərhələsinə start verilir - YENİLƏNİR

09:58

Millimizin futbolçusu yenidən İngiltərə klubunun diqqətində

09:10

"Şaxtyor"un 4 qoluq qələbəsi - VİDEO

09:05

"Sevilya"dan tək qolluq qələbə - VİDEO

08:20

Altıqat dünya çempionu gözəlliyini belə göstərdi - FOTO

00:46

AL: "Şaxtyor" yarımfinala darmadağınla yüksəldi

00:37

"Qarabağ" "Sabah"ı belə yendi - FOTOLAR

00:10

Riberi hamını qabaqladı

00:08

İsrafilov milliyə gec qoşulacaq

11 Avqust 2020
23:53

"Qalatasaray" heyətinə yarımmüdafiəçi qatdı - RƏSMİ

23:02

"Azərbaycanda futbol mənim oynadığım dövrdəki qədər güclü deyil"

21:33

"Qarabağ" "Sabah"ı məğlub etdi

20:57

ÇL oyunu neytral meydanda keçiriləcək

18:36

"Borussiya" Sançoyla bağlı qərar verdi - RƏSMİ

17:08

Azərbaycan Milli Paralimpiya Komitəsindən yenilik

16:52

Elxan Məmmədov Canni De Byazi ilə görüşdü

16:29

"Hamı "Sumqayıt”ın çətinliklə üzləşəcəyini söyləyir" - Kapitan

15:55

"Real" dünya çempionu ilə yolları ayırdı

15:18

“Keşlə” - “Laçi” oyununun məkanı açıqlandı

15:05

Canni De Byazinin köməkçiləri açıqlandı - RƏSMİ

14:52

Qurban Qurbanovun imtina etdiyi posta kim gətirildi?

14:46

"Səbail"in yeni transferi: "Azərbaycanın yüksək səviyyəli liqası var"

13:59

"Qarabağ" "Sabah"a qarşı

13:31

Millimiz Zaqatalada məşqlərə başladı

12:58

“Laçi”nin direktoru: "Mərhələni keçəcəyimizə inanıram"

12:23

Qalmaqal: Rusiya millisinin sabiq futbolçusu hakimi döydü

12:07

"Qarabağ" media nümayəndələrinə müraciət etdi

11:49

AL: "İnter"in forvardı yarımfinalı buraxa bilər

11:26

Futbol federasiyasının prezidenti koronavirusa yoluxdu

11:05

"Səbail"dən ayrılan futbolçu Rumıniya klubunda

10:46

"Neftçi"nin rəqibi planlar qurur

10:14

Gənc tennisçi seksual FOTOLARı ilə heyran edir

09:59

Millimiz Türkiyəni məğlub etdi

09:43

Azərbaycan - Lüksemburq oyunu neytral meydanda? - AÇIQLAMA

09:35

Azərbaycandan ayrıldı, Rumıniya klubuna keçdi

09:25

"Mançester Yunayted”in qələbəsi - VİDEO

09:15

"İnter"i yarımfinala aparan qələbə - VİDEO

08:20

Rusiyanın yeni Şarapovası - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.