Madrid "Atletiko"sunun sabiq yarımmüdafiəçisi Qabi Fernandes karyerasını bitirib.
Fanat.Az xəbər verir ki, o, bu barədə "Instagram" hesabında yazıb:
"Futbol oynamağa başlayanda arzularıma çatacağımı təsəvvürümə gətirmirdim... İndi karyeramı başa vurmaq dəmi yetişib. Ən çətin anlarda yanımda olan komanda yoldaşlarıma, məşqçilərə, ailəmə və dostlarıma təşəkkür edirəm. Azarkeşlərə "çox sağ olun" deyirəm. Çünki, həmişə məndən yalnız meydanda yox, həyatda da yaxşı olmağı tələb ediblər.
Futbola məni insanların yaddaşında qalmaq imkanı yaratdığı üçün minnətdaram. Bu, ən böyük qazancımdır. Bundan sonra ailəmin qayğısına qalacam".
Qeyd edək ki, Qabi "Atletiko" ilə 2013/14 mövsümünün ölkə çempionudur. Orta xətt oyunçusu İspaniya Kubokunun (2012/13) və Superkubokunun (2014), 2 dəfə Avropa Liqasının (2011/12, 2017/18) və UEFA Superkubokunun (2012) qalibidir.
Fanat.Az