16:27 27.12.2020 490

"Mən sehrbaz deyiləm, baş məşqçiyəm" - Canni De Byazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin "Report”a müsahibəsi:

- Azərbaycan millisindəki işinizin birinci mərhələsini başa vurdunuz. Bura qədərki vəziyyəti necə qiymətləndirərdiniz: Nələr alındı, nələr alınmadı?
- İşimizi 360 dərəcəlik bucaqda qiymətləndirsək, fikirləşirəm ki, ilk fazanı pozitiv saymaq olar. Amma bu, o demək deyil ki, hər şey çox yaxşı oldu, hər şeyi mükəmməl etdik. Millətlər Liqasında bəzi oyunlarda xallar itirdik. Bu, həm təcrübəsizlikdən, həm də digər amillərdən oldu. Fikrimcə, ümumilikdə yaxşı oyun göstərdik. Düzdür, bütün matçlar eyni səviyyədə keçmədi. Bu baxımdan sabitlik tapmalı və bütün 90 dəqiqəni yüksək səviyyədə oynamalıyıq. Təbii ki, 3 gündən bir oyun keçirməyə öyrəşmək lazımdır.

- Yığma Millətlər Liqasında yer aldığı qrupda 3-cü oldu. Azərbaycan millisini kənara qoysaq, bu nəticəni özünüz üçün uğurlu saymaq olar?
- Hesab edirəm ki, şəxsi uğurlarım, göstəricilərim barədə danışmağım düzgün olmaz. Bəli, qrupda 3-cü olduq. Bunu qəbul etməliyik. Məncə, daha yaxşısını edə, daha çox xal yığa bilərdik. Futbolçular da bunu bilir. Millətlər Liqasındakı təcrübə bizə çox şeyi başa saldı. Hər mənada bundan nəticə çıxarmalıyıq.

- Real danışsaq, qrup birincisi ola bilərdikmi və bunun üçün nə çatmadı?
- Təbii ki, futbolda hər şey baş verə bilər. Oyunlara maksimum dərəcədə intensiv hazırlaşmalıyıq. Əlbəttə, qrupda birinci ola bilərdik. Keçirdiyimiz matçlardan sonra buna daha çox əmin oldum. Düşünürəm ki, bəzi matçlarda fərdi səhvlər edib, az qol vurduq. Bir daha eyni səhvləri təkrarlamamaq üçün bu çatışmazlıqlar üzərində işləməli, zəif tərəflərimizi inkişaf etdirməliyik.

- Son bir ayda xarici KİV-lərə verdiyiniz müsahibələrdə yığma üzvlərinin beynəlxalq təcrübəsinin olmamasını qeyd edirsiniz. Amma millinin sükanı arxasına keçdikdən sonra Dmitri Nazarov, Eddi İsrafilov, Rufət Dadaşov, Riçard Almeyda kimi təcrübələri olan legionerləri komandaya cəlb etmədiniz...
- Bəli, hazırda əlimdə olan oyunçuların beynəlxalq təcrübəsinin olmadığını demişəm və bunu bir daha təkrar edirəm. Düzdür, sadaladığınız oyunçuların xarici liqalarda oyun təcrübələri var. Amma bu, müntəzəm olaraq beynəlxalq matçlarda oynamaqla eyni deyil. Onların yığmaya çağırılmamasına gəlincə, Millətlər Liqasına yeni futbolçularla başlamaq istədiyim üçün bu qərarı verdim.

- Adlarını çəkdiyim futbolçuların, həmçinin Əmir Ağayevin DÇ-2022-nin seçmə mərhələ oyunlarında yığmaya çağırılma ehtimalı varmı?
- Bütün oyunçuları diqqətlə izləyirəm. Bura ölkə xaricində çıxış edən futbolçular da aiddir. Millinin qapısı heç kimin üzünə bağlı deyil. Mənim üçün ən vacib məsələlərdən biri onların yanaşma tərzidir. Təbii ki, oyun keyfiyyəti önəmlidir. Amma mənim üçün yanaşma da vacibdir. Ümumi layihə barədə danışsaq, daha çox gənclərə və perspektivli oyunçulara şans verməyi düşünürük.

- Müsahibələrinizdə qarşıdakı seçmə mərhələ barədə səsləndirdiyiniz fikirlərdən sonra belə qanaətə gəlmək olar ki, milli komanda nəticə yox, yenə təcrübə qazanmaq üçün iştirak edəcək...
- Bayaq da dediyim ki, oyunlara çox ciddi və intensiv hazırlaşmaq, inamlı oynamaq lazımdır. Meydana böyük əminliklə, udmaq üçün çıxmalıyıq. Təbii ki, elə oyunlar olacaq ki, onlardan təcrübə götürəcəyik. Ümumilikdə isə hər bir qarşılaşmanı nəticə üçün oynamalıyıq. Meydana elə-belə çıxmamalıyıq.

- Albaniya yığmasını 2016-cı ildə tarixində ilk dəfə Avropa çempionatının seçmə mərhələsinə çıxardınız. Sizcə, Azərbaycan millisinə albaniyalıların uğurunu təkrarlamaq üçün nə qədər vaxt lazımdır?
- Əfsuslar olsun ki, futbol riyaziyyat deyil. Burada "copy-paste” etmək olmur. Ona görə hamı istisnasız çoxlu işləməlidir. İlk növbədə, mentalitet dəyişikliyi olmalıdır. Hamımız məqsədimizə nail olmağa, daim qələbə qazanmağa çalışmalıyıq. Bunlar olmasa, heç bir uğur qazana bilməyəcəyik. Futbolda böyük sürprizlər baş verə bilər. Əsas odur, gördüyün işə inanasan. Albaniya millisinin uğurunu buna sübut kimi göstərə bilərəm. Eyni zamanda, komandanı tam tərkibdə seçmə mərhələyə yaxşı hazırlamaq lazımdır. Amma bu mənada pandemiya bizə müəyyən çətinlik yaradır.

- Yeri gəlmişkən, Albaniya yığmasında çalışdığınız vaxt Serbiya ilə oyununuzda dron qalmaqalı və nəticədə meydanda iki komanda üzvləri arasında dava baş vermişdi. Serbiyada sizə qarşı həmin vaxtdan birmənalı münasibətin olmadığını düşünmürsünüz? Yoxsa bu, yalnız Albaniya yığma komandasının üzvlərinə qarşı idi?
- Püşkatmadan dərhal son bu oyunun böyük risk altında olacağını bilirdik. Fikirləşirəm ki, UEFA-nın bu işə tam ciddi yanaşmaması da rol oynamışdı. Serblərlə heç bir problemim yoxdur. Peşəkarlıq və böyük istəklə öz işimi görürdüm.

- Artıq Azərbaycan futbolu barədə ətraflı məlumatınız var. Çempionatı izləyir, futbolçuları tanıyırsınız, onların psixologiyasına bələdsiniz. Hər şeyi nəzərə alsaq, yığma A qrupunda hansı nəticəni əldə edə bilər?
- Bunu meydandakı oyun göstərəcək. Mən sehrbaz deyiləm, baş məşqçiyəm. Çempionatı izləmək, futbolçuları yaxşı tanımaq qrupda neçənci yeri tutacağımızı deməyə imkan vermir. Uğur qazanmaq istəyirik. Maksimum dərəcədə uzağa getmək, nəticə əldə etmək niyyətindəyik. Bilirsiniz ki, çox çətin qrupa düşmüşük. Yığma üzvləri ilə çox işləmək imkanımız yoxdur. Bu da işimizə təsir edir. Rəqiblərimizin gücünü siz də bilirsiniz. Əminəm ki, baxımlı oyun göstərib, yaxşı nəticə qazana biləcəyik.

- Qrupdakı rəqiblərdən Portuqaliya, Serbiya və Lüksemburqla oyun təcrübəniz var. İrlandiya barədə nə deyə bilərsiz?
- İrlandiya millisinin son nəticələrinə baxsanız, yaxşı vaxtlarını yaşamadıqlarını görərsiniz. Hazırkı vəziyyət Covanni Trapattoni və Cek Çarltonun vaxtlarındakından tamamilə fərqlidir. Baş məşqçi dəyişikliyi yaxşı nəticələrə gətirməyib. Amma nəzərə alaq ki, oyunçuları İngiltərə Premyer Liqası və Çempionşipdə, həmçinin Şotlandiya çempionatında çıxış edirlər. Bu da həmin futbolçuların səviyyələrindən xəbər verir.

- A qrupunda Qətər millisi də yer alıb. Bu isə oyun sayının çox olması deməkdir. Bu amili mənfi, yoxsa müsbət cəhət kimi qeyd edərdiniz?
- Fikrimcə, müsbət məqamdır. Çünki daha çox oyun keçirmək bizə ancaq kömək edə bilər. Belədə, komandamın çıxışını daha yaxşı analiz edəcəyəm. Həmçinin bu amil bizə bəzi yenilikləri sınamağa imkan verəcək.

- Ramil Şeydayev yığmanın ən fəal üzvlərindən biri idi. Lakin son vaxtlar onun oyununda eniş var. Səbəbini nədə görürsünüz və bu amil sizi narahat edirmi?
- Bütün futbolçularda eniş və yüksəliş dövrləri olur. Bu baxımdan, Şeydayev də istisna deyil. Mövsümün əvvəlində futbolçular forma yığmaqda çətinlik çəkirlər. Buna görə narahat deyiləm. Əminəm ki, müvəqqəti haldır.

- "The Best" mükafatı üçün bütün nominasiyalar üzrə təxminləriniz düz çıxdı. Niyə məhz Robert Levandovski, Yurgen Klopp və Manuel Noyeri seçdiniz?
- Çünki onlar hər zaman qələbə üçün oynayırlar. Artıq uzun illərdir öz ustalıqlarını yüksək səviyyədə nümayiş etdirirlər. Fikrimcə, qalib olmağa layiq idilər.

- Dünyanın ən yaxşılarını düz tapdınız. Bəs Azərbaycanda bu nominasiyalara kimləri layiq görürsünüz?
- Milliyə çağırdığımı futbolçuları seçərdim. Amma ad çəkmək düzgün olmaz.

- Hazırda İtaliyadasınız. Ölkədə koronavirusla bağlı vəziyyət necədir?
- Bəzi regionlara giriş-çıxışı bağlasalar da, İtaliyada ümumi vəziyyət nəzarət altındadır. Təbii ki, təhlükə hələ də yüksəkdir. Amma insanlar maksimum dərəcədə bütün qadağalara əməl etməyə çalışırlar.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 Mart 2021
18:08

Dünya və Avropa çempionuna YAP-da yüksək vəzifə verildi

18:01

"Zaqatala" liderliyə yüksəldi

17:28

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi

16:41

Qapıçı məşqçiləri üçün kurs keçiriləcək

16:13

“Kəpəz”də Vətən müharibəsi iştirakçısı ilə görüş

15:38

Serbiya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

14:35

Tanınmış şahmatçı ABŞ vətəndaşı oldu

14:14

Mübariz Mənsimov azadlıqda!

13:29

“Neftçi”nin U-14 komandasının məşqindən maraqlı anlar – VİDEO

13:01

AFFA-nın milliləşdirəcəyi futbolçu ilə bağlı De Byazinin planı

12:34

Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü qeyd olunur

12:17

“Yuventus”un heyətində koronavirus şoku

11:52

"Vətən müharibəsində döyüşənlərin 80 faizi idmanla məşğul olanlar idi"

11:31

Günün oyunları bu kanallarda - AFİŞA

11:09

İdman zallarının açılması ilə bağlı nazirlikdən açıqlama

10:56

Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı - FOTO/VİDEO

10:40

Amerikada xəstəxanaya yerləşdirilən Azad Rəhimovdan xəbər var

10:30

Premyer Liqa klubu iki hücumçusunu itirdi

09:54

Millimizin oyunçusu: "Səfərdən 3 xalla dönməliyik”

08:20

Darya gözəlliyi ilə göz qamaşdırır - FOTOLAR

00:09

Mesut Özil sıradan çıxdı

04 Mart 2021
23:55

Arturo Vidal Liqa 1 klubuna keçir

23:44

Kərim Benzema: "Taysonla qürur duyuram"

22:12

Türkiyə Superliqası: "Fənər" qələbə qazana bilmədi

21:38

Joze Alesio da Silva: "Erkən qol vurmağı tapşırmışdım"

21:04

Busatı millimizə məğlubiyyəti dəyərləndirdi

20:58

Millimiz Moldovanı 5 qolla yendi

17:38

Pandemiya yığma oyunçularını kuryer, taksi sürücüsü və ofisianta çevirdi

17:09

Türk klubu baş məşqçisini istefaya göndərdi

16:51

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

16:34

Kamal Umudlu I Diviziona göndərildi

16:16

AFFA cəzaları yağdırdı

15:56

“Neftçi” və “Sumqayıt”a pul cəzası

15:39

Millimizin növbəti rəqibi bəlli oldu

15:14

WADA və AMADA arasında görüş keçirdi

14:43

"Qurban Qurbanov qurban olmağı öyrətdi" - "Qarabağ"ın legioneri

14:21

Essyen ölümlə hədələndi

13:57

Qara Qarayev: "Biz komanda olaraq hər zaman doğru olanı etmişik"

13:36

39 nəfər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıldı

13:04

Tanınmış cüdoçu millimizin heyətindən çıxarıldı

12:41

Təmkin Xəlilzadənin yubiley matçı

12:29

Azərbaycan Kubokunda finalın vaxtı dəyişdi

12:10

Şəhriyar Məmmədyarov həmkarının suallarını cavablandırdı - VİDEO

11:55

"Sabah"ın 50-ci məğlubiyyəti

11:36

Mübariz Mənsimov bu tarixdə azadlığa çıxır?

11:19

20-ci heç-heçə

11:05

Son 17 ilin ən yaxşısı “Qarabağ”dır

10:32

Rəqabətli çempionatlar: Premyer Liqamız neçənci yerdədir?

10:08

"Neftçi"nin futbolçusu: "Çempionluq əlçatmaz deyil"

01:40

A Seriyası: "Atalanda" və "Verona"dan darmadağın, "Milan" yenə xal itirdi

03 Mart 2021
23:12

Türkiyə Superliqası: "Qalatasaray" autsayderə yenildi

22:03

Portuqaliya - Azərbaycan matçı Turində keçiriləcək

21:50

"Neftçi" "Sabah"ı belə məğlub etdi - VİDEO

21:29

Visente Qomes: "Məğlubiyyətlərə görə vəziyyət daha da çətinləşir"

21:08

Samir Abasov: “İtirəcəyimiz xal bizi panikaya sala bilər” - VİDEO

20:56

Ronaldudan daha bir rekord

20:32

“Neftçi” lider mövqeyinə qayıtdı

19:38

"Qəbələ" ilə oyunda çatışmayan aqressiya bu gün var idi"

18:40

"Neftçi" - "Sabah" oyunu dayandırıldı - SƏBƏB

18:07

Rəşad Sadıqov: "Kamerunlu yoldadır, sifariş edəcəyik"

17:26

Sadıqov “Neftçi”nin futbolçusuyla maraqlanıb

16:47

Qara Qarayev: "Çıx, get, xaricdə oyna"

16:38

Serbiya millisi sabiq oyun qurucusuna tapşırıldı

16:12

Avropa Liqası oyununun yeri dəyişdirildi

15:50

ABŞ-da xəstə yatan Azad Rəhimovun vəzifəsini kim icra edir?

15:33

Dmitri Kramarenkonun anası koronavirusdan vəfat etdi

15:28

İtaliya millisinin sabiq futbolçusu azadlıqdan məhrum edildi

15:08

Tanınmış şərhçi vəfat etdi

14:40

Bruno "Sabah"la oyunu buraxacaq

14:14

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

Facebookdan bizi izləməyi unutmayın.