13:49 21.11.2020 423

“Mən millidə çalışıram və bu irəliləyişi daha yaxşı görürəm, nəinki qıraqdakı” – MÜSAHİBƏ

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin köməkçisi Arif Əsədovun Komanda.az saytına müsahibəsi:

- Arif bəy, Azərbaycan millisinin Lüksemburqla qolsuz bərabərə qaldığı səfər matçını necə şərh edərdiz, qələbə üçün çatışmayan nə idi?
- Belə deyək, ümumi götürsək, Sloveniya ilə yoxlama, Monteneqro və Lüksemburqla oyun üçün baş məşqçi geniş heyət hazırlamışdı. Çünki çətin oyunlar idi və zədələr də ola bilərdi. Siz də fikir verdizsə, hər oyunda yeni adlara rast gəlmək olurdu. Baş məşqçi müxtəlif variantlarla bütün futbolçulara şans vermək, onları tanımağı düşünürdü. Lüksemburqla oyunda bilirdik ki, rəqibin liderlik üçün şansı var və qələbə üçün meydana çıxacaqdılar. Bizdə də heyətdə çatışmazlıqlar var idi, üstəlik, Rahil Məmmədov, Təmkin Xəlilzadə və Maksim Medvedev koronavirusa yoluxduqları üçün bu oyunu buraxdılar. Oyun başlayan kimi rəqib hücumlar etməyə başlamışdı. Bunu gözləyirdik, rəqibi yaxşı təhlil etmişdik və digər oyunlarda ilk 20-25 dəqiqədə hesabı açdıqlarını bilirdik. İlk dəqiqədən qol buraxmamağı düşünürdük. Düzdür, istədiyimiz oyunu göstərə bilməsək də, ikinci hissədə baş məşqçi bəzi dəyişikliklər etdi və daha yaxşı oynamağa başladıq. Yaxşı imkanlarımız da var idi və qələbə qazana bilərdik. Oyunu udmaq istəyirdik, amma imkanları dəyərləndirə bilmədik. Səfər oyunu olduğunu və Lüksemburqun futbolçularının xarici klublarda oynamalarını nəzərə alsaq, düşünürəm ki, pis nəticə olmadı.

- Yığma son 4 oyunda qol vura bilməyib. Hücum xəttindəki problem nədir?
- Biz sırf müdafiə sistemiylə oynamırıq. Deyirlər ki, 5 müdafiəçi ilə çıxdılar, 6 müdafiəçi ilə çıxdılar… Əksinə, bu sistemin üstün cəhəti də var. Biz bu oyunlarda üç mərkəz müdafiəçisiylə oynayırıq. AÇ-2020-nin seçmə mərhələsindəki oyunlara baxsaq, görərik ki, qolları daha çox mərkəzdən gələn hücumlardan buraxmışıq. Ancaq indi üç müdafiəçi sistemiylə oynayırıq və bu da effektini verir. Hücum zamanı da kənar müdafiəçilər irəli çıxır və komanda üç hücumçu ilə davam edir. Bunların yanına da yarımmüdafiəçilər gələndə artıq sistem 3-4-3-ə çevrilir. Bizim imkanlarımız da olur, amma ya bəxtimiz gətirmir, ya ustalıq çatmır ki, hesabı açaq. Yəni real qol imkanlarımız olur. Düşünürəm ki, getdikcə xətlərarası əlaqə düzələcək, futbolçuların ustalıq səviyyəsi artacaq və hücumdakı problemi aradan qaldıracağıq.

- Milli komanda nəticə olmadığı üçün demək olar hər zaman tənqid olunur. Tənqidlərin əsas ünvanı da AFFA rəhbərliyidir. Siz nə düşünürsüz, günahkar kimdir: AFFA, baş məşqçi, yoxsa futbolçular?
- Məlum məsələdir ki, nəticə olmayanda hansısa tələblər, şüarlar çıxır. Bunlar məlum məsələdir, amma gəlin bir az real yanaşaq. Komandada irəliləyiş var və bunu görmək lazımdır. Mən millidə çalışıram və bu irəliləyişi daha yaxşı görürəm, nəinki qıraqdakı.

- Millidə gördüyünüz irəliləyiş nədir?
- Əvvəlki seçmə mərhələ oyunlarına baxsaq, artıq komandada nizam-intizamın daha yaxşı olduğunu görərik. Müdafiə də artıq yaxşı qurulub. Qısa müddətdə baş məşqçi tərəfindən yaxşı iş görülüb. Düzdür, bizim istədiyimiz komandanı yaratmaq üçün zamana ehtiyac var. Bu yolla getsək, problemlər də aradan qalxar.
De Byazidən əvvəl baş məşqçi olan Nikola Yurçeviçin də köməkçisi siz idiz. O vaxt da müsahibələrinizdə komandanı formalaşdırmaq üçün zamana ehtiyac olduğunu deyirdiz, indi də. 

- Komandanın formalaşması üçün nə qədər vaxt lazımdır?
- Mən deyirdim ki, vaxt lazımdır və yenə deyirəm. Fərqi yoxdur, ya Byazi, ya Yurçeviç, 6 aya bir komandanı düzəltmək qeyri-mümkündür. Bu baxımdan məşqçiyə zaman vermək lazımdır ki, istədiyini həyata keçirsin. Tutaq ki, sabah kimsə getdi, başqası gəldi. O da 0-dan komanda yaratmaq istəyəcək və bunun üçün də 6 ay kifayət deyil. Bir məşqçinin zamana ehtiyacı var. Biz müsbət cəhətlərə baxmalıyıq. De Byazi bu oyunlarda hər kəsə şans verdi, demək olmaz ki, kimsə kənarda qaldı. Gələcəyi nəzərə aldığı üçün yaş həddini də hesabladı. Artıq De Byazinin əlində bir mənzərə var ki, kimlə nə etmək olar.

- Komanda formalaşdırmaq məsələsini yığmadakı hər məşqçi deyir. Belədirsə, olmazdımı De Byazinin yerinə bu işi yerli mütəxəssisə tapşırıb, ona istədiyi zamanı da versinlər?
- Bu sual artıq mənə aid deyil. Mən məşqçi kimi fikirlərimi deyirəm. Komandanın içində olan biri kimi deyirəm ki, hansı istiqamətlərdə irəliləyiş var. Götürək De Byazinin özünü. O, Albaniya yığmasıyla nəticə qazandı, düzdür, amma bunun üçün beş il çalışdı. Demirəm bizdə də nəticə olması üçün beş il lazımdır. Ümumilikdə, dediyim odur ki, məşqçinin zamana ehtiyacı var.

- Yəqin bilirsiz, Ermənistan yığması UEFA Millətlər Liqasında qrupunu ilk sırada tamamladı. Ermənilər futbol oynayıb nəticə verə bilirsə, biz niyə bunu edə bilmirik?
- Bunu birbaşa millidən tələb etməli deyilik. Bunun üçün aşağı yaş qruplarına, orda çalışan məşqçilərin işinə, savadına baxmaq lazımdır. Akademiyalarımızın vəziyyətini öyrənmək lazımdır. Yığma elədir ki, 4-5 günlük toplanış olur və orda kiminsə səviyyəsini qaldırmaq olmur. Baxın, görün ermənilərin neçə futbolçusu xarici klublarda oynayır? Onların oyunçuları da yığmaya hazır vəziyyətdə gəlirlər. Bizim çempionatımızın səviyyəsini, uşaq futbolunun hansı vəziyyətdə olduğunu nəzər alın. Monteneqro, Kipr, Lüksemburq bizdən reytinq baxımından üstün olsalar da, onlarla başa-baş mübarizə aparırıq.

- Milli üzvlərinin Monteneqro və Lüksemburqla oyundakı nəticələrə görə mükafat aldığı deyilir. Siz də futbolçu olmusuz, belə nəticələrə görə futbolçulara mükafat düşür?
- Vallah, heç kim deyə bilməz ki, futbolçular, ya da məşqçilər mükafata görə meydana çıxır. Hər bir futbolçu üçün yığmada oynamaq şərəfdir. Görürsüz, artıq əvəzedilməz futbolçu da yoxdur. Hər mövqeyə 2-3 futbolçu var. Bu amil də vacibdir, bunu irəliləyişdən hesablamaq olar. Rəqabət olan yerdə, yığmaya düşən hər bir futbolçu üçün burda oynamaq bir şərəfdir. Şəxsən bizə heç kim deməyib ki, oyunu udsaz, mükafat olacaq, ya başqa nəsə. Şəxsən mən belə bir şey eşitməmişəm.

- Məşqçiliyi bir qırağa qoysaq, bir azarkeş kimi yığmanın bu Millətlər Liqasında sərgilədiyi oyun sizi razı salardı?
- Təbii ki, azarkeşin düşüncəsi başqadır. Hə, mən də razıyam, azarkeş ancaq nəticə istəyir. Lakin mən məşqçiyəm və bu məsələyə peşəkar yanaşıram. Yəni bundan əvvəlki Millətlər Liqasında biz D Liqasında bizimlə eyni səviyyədə olan komandalarla qarşılaşmışdıq. İndi isə bizdən reytinqdən üstün olan komandalarla mübarizə apardıq. Bu rəqiblərin həm futbolçuları, həm də, onların oynadığı klubların səviyyəsi də başqadır. Yəni biz rəqib futbolçuların hansı çempionatdan və hansı səviyyədə gəldiyini nəzərə almalıyıq. Bunlara baxsaq, yığmamızda hardasa irəliləyiş olduğunu düşünürəm. Yenə nəsə dəyişdirib, nəsə etmək istəsən, yenidən 0-a qayıtmış olursan. Buna görə deyirəm ki, məşqçiyə zaman verilməlidir ki, burda gördüyü işi gələcək turnirlərdə həyata keçirə bilsin.
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

18 Yanvar 2021
00:36

Levandovskidən inanılmaz rekord

17 Yanvar 2021
23:57

Almaniya Bundesliqası: Lider qələbə qazandı, Yoviç dubl etdi

22:09

İstanbul derbisində 2 qol vuruldu

21:29

Yunan-Roma güləşçilərimiz "Qran-pri"də 8 medal qazandı

21:07

“Fənərbağça” rəsmən açıqladı: Mesut Özil İstanbulda

19:43

Azərbaycan I divizionunda yeni klub

17:57

Millinin sabiq futbolçusu 40 yaşında öldü

17:21

Yoluxma sayı açıqlandı

16:59

"Neftçi"nin legioneri: "Toplanışın Bakıda olması daha yaxşıdır"

16:24

"Yuventus"un Pol Poqba planı

15:53

Fernando Torres məşqçiliyə başladı

15:21

"Milan"ın heyətində koronavirus şoku

14:50

Qazzayev Kramarenkonun təyinatından danışdı

14:17

Mahir Emreliyə Polşadan "elçi" var

13:44

"Fənərbağça" iki futbolçu ilə anlaşdı

13:10

Gimnastlarımıza ad verildi

12:49

Rövnəq Abdullayevdən Premyer Liqada klub sayı ilə bağlı AÇIQLAMA

12:12

"Barselona" “Mançester Yunayted”dən futbolçu alır

11:50

Azərbaycanlı məşqçi rəsmən Moskva ÇSKA-sında

11:32

İtaliya klubunda növbəti yoluxma

11:13

Günün oyunlarına necə baxaq? - AFİŞA

10:50

“Bavariya” hücumçusunu icarəyə verdi

10:31

Əfsanəvi futbolçunun ŞOK görüntüləri yayıldı

10:07

Şərifov Şərifov sıradan çıxdı

09:49

"Çelsi" London derbisində qalib gəldi - VİDEO

09:33

Messinin "Barselona" qərarı açıqlandı

09:31

Premyer Liqada qış bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:00

Yoldaş Mamedov, yaraşırmı?

01:58

Şərif Şərifov medalsız qaldı - QIZIL ALA BİLDİKMİ?

16 Yanvar 2021
23:01

Kuman: "Son qərarı Messi özü verəcək"

21:43

Veynaldumun yeni klubu açıqlandı - SON DURUM

19:36

Tayson dünyaca məşhur qanqsterə məktub yazıb

19:08

Qurban Qurbanovdan transfer açıqlaması: "Qarabağ" yeni futbolçu alır?

19:03

Həbib yenidən rinqə qayıdır

16:48

"Yuventus" ABŞ-dan futbolçu gətirir

16:13

Salah: "Çempionluq barədə danışmaq üçün tezdir"

15:57

"Turan Tovuz" Futbol Akademiyasının açılış mərasimindən FOTOLAR

15:34

Qran-pridə iştirak edəcək idmançılarımız

14:58

"Turan Tovuz" Futbol Akademiyasının açılış mərasimi keçirildi

14:40

“Sağlamlığım imkan versə, yığmada oynayacağam” - MÜSAHİBƏ

14:18

Fransa çempionatının oyunu təxirə salındı

13:55

Niderlandlı jurnalistdən UEFA-ya həqiqət dərsi

13:38

Bakıdakı "Formula 1" yarışı ləğv edilə bilər

13:07

"Azərbaycan futbolu haqqında geniş məlumatım yox idi" - MÜSAHİBƏ

12:40

Məşhur aktrisa komandasının qələbəsini bu FOTOLARla qeyd etdi

12:18

Ölkə çempionatı dayandırıla bilər

11:55

"Milan"dan yeni transfer

11:32

"Neftçi"nin qapıçısı: "Sonadək liderliyimizi qoruyacaq gücdəyik"

10:41

Azərbaycanda sərt karantin rejimi yumşaldılır

10:19

Türk idmançı: "Azərbaycan güləşçilərini qardaşlarımız kimi görürük"

09:46

Güləşçilərimiz Qran-pridə mübarizəyə başlayır

01:14

"Barselona"da prezident seçkiləri təxirə salındı - SON DURUM

00:46

Poçettino koronavirusa yoluxdu

00:05

"Çelsi"nin futbolçusu Türkiyə klubunda

15 Yanvar 2021
23:14

Sərbəst güləşçiərimizin sabahkı rəqibləri bəlli oldu

23:06

İngilis ulduz futbolçu karyerasını bitirdi

22:56

"Fənərbağça" ilə anlaşdı, sabah İstanbulda olacaq - RƏSMİ

22:12

Millimizin rəqibi bu heyətlə oynayacaq

21:04

Təbriz təmsilçisi bu tur nə etdi?

19:55

Yığmamızın sabiq futbolçusu klubunu dəyişdi

17:48

Millimizin heyəti açıqlandı

17:27

PSJ-nin loqosu dəyişdi

17:02

Bu klub dünya çempionatından imtina etdi

16:47

Tokio olimpiadası ləğv oluna bilər

16:29

Azərbaycan Kuboku: 1/8 final mərhələsinin oyun cədvəli açıqlandı

16:05

Azərbaycanda oynamış məşhur futbolçu ən yaxşı adına namizəd oldu

15:43

“Elxan Məmmədov işləməyimə imkan vermir” - MÜSAHİBƏ

15:24

"Qarabağ"ın sabiq futbolçusu klubunu təhqir etdi

15:09

Millimizin üzvü zədə səbəbindən Qran-priyə gedə bilmədi

14:51

Azərbaycanlı məşqçi məşhur Rusiya klubunun hədəfində

Facebookdan bizi izləməyi unutmayın.