15:47 29.11.2019 1329

Mehriban Əliyevanın AGF prezidenti kimi 17 illik fəaliyyəti dünya idmanı üçün nümunədir - RƏY/VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri zamanı idman məsələlərini də diqqət mərkəzində saxladı. Birinci vitse-prezident noyabrın 21-də "Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış oldu.

Onu "Lujniki” Olimpiya Kompleksində İrina Viner-Usmanova qarşıladı. Mehriban Əliyeva və Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova çay masası arxasında söhbət etdilər. Birinci vitse-prezident İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı. Sonda Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olundu.

İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanışlıq heç də təsadüfi deyildi. Mehriban Əliyeva artıq 17 ildir Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidentidir. Bu, Birinci vitse-prezidentin ilk ictimai vəzifələrindən biri kimi zəngin karyerasında xüsusi yeri tutur. İrina Viner-Usmanovanın isə ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafında xüsusi rolu var. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan və Rusiya arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Viner-Usmanova "Dostluq” ordeni ilə təltif edilib.



Mariana Vasileva: "Mehriban xanımın dəstəyi sayəsində gimnastika hər gün irəli gedir"

AGF İcra Komitəsinin üzvü və bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilevanın fikrincə, Kompleksin qapılarını açaraq, Azərbaycanın Birinci vitse-prezidentinə göstərməsi İrina Viner-Usmanova üçün böyük şərəfdir: "Mənim də bu kompleksi görmək imkanım olub. 19 - 21 iyulda gənclər arasında ilk Dünya Çempionatı məhz bu idman qurğusunda keçirilmişdi. Həmin vaxt Azərbaycan yığması 61 ölkə arasında komanda hesabında 5-ci yeri tutmuş, Arzu Cəlilova isə bir gümüş və bir bürünc medal qazanmışdı. Kompleksin qapılarını açaraq, federasiyamızın prezidentinə göstərməyin İrina Viner-Usmanova üçün böyük şərəf olduğunu düşünürəm. Çünki dünyada ilk dəfə belə bir kompleks məhz Azərbaycanda Mehriban xanım Əliyevanın təşəbbüsü və dövlətimizin başçısı İlham Əliyevin sayəsində inşa olunub. Hesab edirəm ki, Mehriban Əliyeva və ölkə rəhbərliyi sayəsində gimnastika təkcə Azərbaycanda deyil, bütövlükdə dünya miqyasında inkişaf edir. Gimnastikanın Azərbaycanda düzgün və əsaslı şəkildə inkişafı bu idman növü üzrə ixtisaslaşmış qurğunun tikintisinə ehtiyac yaradıb. Cəsarətlə deyə bilərəm ki, Milli Gimnastika Arenasının tikintisi digər ölkələrdə də belə bir idman qurğularının tezliklə inşasına təkan verib. Belə bir idman qurğusunun tikintisi digər ölkələr üçün yaxşı bir nümunə olub. Rusiya ilə yanaşı, Belarus və Qazaxıstanda da bu cür idman qurğuları inşa olunub.



10 ildən çoxdur bədii gimnastika üzrə milliyə rəhbərlik edən bolqarıstanlı mütəxəssis bildirib ki, M.Əliyevanın işlərinin çoxluğuna baxmayaraq, gimnastikanı da daim diqqətdə saxlaması nəticəsində bir sistem formalaşıb: "Mehriban xanım insanlara necə işləməyin lazım olduğunu göstərə bilir. O, 2002-ci ildən AGF-nin prezidentidir. Əlbəttə, o, özü çox məşğuldur, fiziki olaraq daim gimnastların yanında olmaq imkanı yoxdur. Lakin Mehriban xanım bizə bütün planlarımızı həyata keçirmək imkanı verir. Məhz onun dəstəyi sayəsində gimnastika hər gün irəli gedir. Əks halda, bu, mümkün deyil. Bunu birinci dəfə demirəm, hər dəfə təkrar edəcəyəm: Önəmli məsələ mənəvi dəstəkdir. Bəziləri elə düşünür ki, maliyyə dəstəyi varsa, hər şey tezliklə həyata keçəcək. Xeyr, bu, belə deyil. Mehriban xanım hələ 2009-cu ildə demişdi: "Mən ölkədə gimnastika üzrə sistem qurmağınızı istərdim". Sistemlə nəticə arasında böyük fərq var. İnsanlar bu fərqi çox vaxt anlamır, yalnız nəticələr əsasında mühakimə yürüdürlər. Sevindirici haldır ki, bədii gimnastika növündə təkcə sistem deyil, yaxşı nəticələrimiz də var. Biz bu sistemi onun dəstəyi və inamı sayəsində qurmuşuq".

"Biz dünya miqyasında ilk "5-lik"dəyik"

AGF İcra Komitəsinin üzvü artıq Azərbaycan gimnastlarının nəticələr verməyə başladıqlarını vurğulayıb. Bu baxımdan, M.Vasileva 2014-cü ildə inşa edilmiş Milli Gimnastika Arenasının (MGA) rolunu xüsusi qeyd edib: "Bu kompleks təkcə nailiyyətlərimizin yox, sistemin mövcudluğu sayəsində inşa olunub. Belə bir idman qurğusunun tikintisinə gərək var idi. Çox şadam ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına 2 lisenziyanı məhz son zamanlar Azərbaycanda formalaşmış bədii gimnastika məktəbinin yetirmələri - Zöhrə Ağamirova və qrup hərəkətləri üzrə komanda qazanıb. İnsanları öyrətmək lazımdır. Çoxları nəticələri Rusiya, Belarus, Bolqarıstan, Ukrayna və İtaliya gimnastlarının göstəriciləri ilə müqayisə edirlər. Belə müqayisə bir qədər düzgün deyil. Çünki Azərbaycanın gimnastikada bu ölkələr qədər ənənəsi olmayıb. Azərbaycan hələ nəticələr göstərməyə başlayır. Bununla belə, biz dünya miqyasında ilk "5-lik"dəyik. Belə nailiyyətə görə idmançılar və məşqçilərin işini vurğulamaq lazımdır. Bədii gimnastika da çox məqsədəuyğun formada inkişaf edir və istədiyimizə nail oluruq. Dəstək olmadan buna çatmaq mümkün deyildi".



Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova və qrup komandası Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına lisenziyanı sentyabrda Bakıda keçirilmiş Dünya Çempionatında qazanıb.

Bədii gimnastların ardınca kişi və qadın idman gimnastları da Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. 4 - 13 oktyabrda Almaniyanın Ştutqart şəhərində keçirilmiş Dünya Çempionatında qadın idman gimnasti Marina Nekrasova və kişi idman gimnastı İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, olimpiadaya vəsiqəni təmin ediblər. Nekrasovanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində bir ilkdir. O, olimpiadada bu növ üzrə ilk dəfə Yaponiya paytaxtında mübarizə aparacaq.

2020-ci ildə Azərbaycanda gimnastika növləri üzrə 8 beynəlxalq yarış keçiriləcək

M.Vasilevanın sözlərinə görə, lisenziyaların təkcə bədii gimnastikada yox, idman gimnastikasında da qazanılması bir ilin yox, illərin birgə əməyinin nəticəsidir: "İlk idmançılarımız çıxış etməyə başlayanda Avropa çempionatından medallar gətirirdik. Buna çox şadam. Çalışdığım müddətin 9 ilində qitə çempionatlarından medallarla qayıtmışıq. Nə qədər yerli idmançının nəticə verdiyini təsəvvür edin. İstər fərdi, istərsə 5 bədii gimnastdan ibarət olan qrup hərəkətlərində illərlə medallar qazanmışıq. Amma əsas məsələ nəticə yox, bu idmançılar və ilk məşqçilərin sonrakı nəsillərə yol açmalarıdır. Artıq yeni nəsil üçün nəticə göstərmək nisbətən asandır, çünki nümunə götürməyə kimsə var. Hakimlər yerli gimnastların nəyə qadir olduqlarını bilirlər. Artıq bu, qanunauyğunluqdur və belə də olmalı idi. Amma olmaya da bilərdi. Çünki bu, idmandır. Heç də hər zaman gözləntilərimiz alınmır. İstənilən peşəkar idman növündə zədə təhlükəsi var. İdeal hazırlaşdığın halda, elə səhv edə bilərsən ki... Necə ki, Gürcüstanın titullu bədii gimnastı, olimpiada iştirakçısı Salome Pajava Bakıdakı dünya çempionatında lisenziyaya çox yaxın olduğu halda, gürzlə hərəkət zamanı son saniyələrdə səhvə yolverdi. Gürzlərini yerə salması üzündən o, mundialda "Tokio-2020"yə lisenziya qazana bilmədi. İndi Pajava 2020-ci ildə son şansından yararlanmağa çalışmalıdır və ümid edirəm ki, məqsədinə çatacaq. Bizim bu lisenziyaları qazanmağımız isə qanunauyğunluqdur və buna çox şadıq. İndi məqsədimiz olimpiadada layiqincə çıxış edərək, həm fərdi, həm də qrup hərəkətləri üzrə finala yüksəlməkdir. Finalda isə hər şey mümkündür. Medal barədə isə heç vaxt düşünmürəm. Sadəcə, medal qazanmaq istəyirəm. Çünki medal heç vaxt hədiyyə olunmur, özün qazanırsan. İdmançının, federasiyanın əməyi, ölkəni təmsil edəcək hakimlərin, publikanın sayəsində".



Ötən il Milli Gimnastika Arenasında 3 Dünya Kuboku, 1 Dünya və 2 Avropa Çempionatı keçirilib. Bunlar batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, idman gimnastikası üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Dünya və Avropa çempionatı, Dünya Kuboku və aerobika gimnastikası üzrə Avropa çempionatıdır. Həmçinin Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar və "AGFJunior Trophy” beynəlxalq turniri də bu arenada təşkil olunub.

AGF üçün 2020-ci təqvim ili də beynəlxalq tədbirlərlə zəngin olacaq. Bakıda Dünya və Avropa çempionatları da daxil olmaqla, 8 beynəlxalq yarış təşkil ediləcək.

"Çox şadam ki, Mehriban xanım Prezident İlham Əliyevlə birlikdə bədii gimnastika üzrə Dünya Çempionatının açılış mərasiminə qatıla bildi. Onların tezliklə yenidən bizimlə olacaqlarına ümid edirəm. Çünki 2020-ci ildə olimpiadaya lisenziya xarakterli batut, idman gimnastikası və bədii gimnastika üzrə 3 Dünya Kubokuna da ev sahibliyi edəcəyik. Habelə, Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Dünya Çempionatı və kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Ümumilikdə isə gələn il Milli Gimnastika Arenasında 8 beynəlxalq yarış təşkil olunacaq" deyə baş məşqçi vurğulayıb.



Azərbaycanın dünyaya tanıdılmasında gimnastikanın rolu

Beynəlxalq miqyaslı fəaliyyətin daha bir istiqaməti isə Azərbaycanın mövqeyinin gücləndirilməsinə yönəlib. Bu baxımdan, AGF-nin sabiq baş katibi Fərid Qayıbovun 2017-ci il dekabrın 2-də Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi də tarixi nailiyyət kimi dəyərləndirilməlidir. M.Vasileva bu hadisəni Azərbaycanın böyük uğuru adlandırıb: "Fərid Qayıbov idman tarixində Avropada belə mövqeni tutan ilk azərbaycanlıdır. Azərbaycan Fərid Qayıbovun ölkəsidir, onun adı həmişə ölkəmizlə bağlı olacaq. Bu məqamın özü nəinki gimnastika, ümumilikdə qitə idmanında böyük rol oynayır. Çünki Qayıbovu bir prezident kimi müxtəlif nüfuzlu beynəlxalq forumlara tez-tez dəvət edirlər. Hesab edirəm ki, bu, Azərbaycan üçün böyük uğurdur. Azərbaycan istənilən beynəlxalq qurumda iştirak etdikcə daha da güclənir. Fikrimcə, məhz Mehriban xanım Əliyeva hamıya Avropada hansısa bir mövqeyi tutmaq üçün çalışmaqda nümunə olub. Mehriban xanımın bizə verdiyi örnək bizi onun ardınca aparır. Bu baxımdan, Fərid Qayıbovun belə yüksək vəzifəyə seçilməsi təsadüfi deyil".

AGF İcraiyyə Komitəsinin daha bir üzvü, Milli Məclisin deputatı Rauf Əliyev isə "Report"a açıqlamasında bildirib ki, gimnastika sahəsində əldə olunan uğurlar Azərbaycanın Birinci vitse-prezidenti, AGF prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır: "Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində respublikamızda idmanın bu növü üçün lazım olan, dünya standartlarına cavab verən maddi-texniki baza yaradılıb və Azərbaycanda gimnastika sürətlə inkişaf edib. Azərbaycan gimnastları iştirak etdikləri yarışlarda yüksək nəticələr əldə edirlər. 16 - 22 sentyabrda Milli Gimnastika Arenasında keçirilmiş bədii gimnastika üzrə 37-ci Dünya Çempionatı AGF prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çox yüksək səviyyədə təşkil olunmuşdu. Gimnastlarımız bu çempionatda uğurla çıxış edərək XXXII Yay Olimpiya Oyunlarına lisenziyalar qazandılar. İnanırıq ki, gimnastlarımız bundan sonra da nüfuzlu yarışlarda uğurla iştirak edəcək və "Tokio 2020"də Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklər".

R.Əliyevin sözlərinə görə, bədii gimnastika üzrə Dünya Çempionatı Azərbaycan artıq müxtəlif idman növləri üzrə Dünya və Avropa çempionatlarının, digər beynəlxalq idman tədbirlərinin keçirildiyi idman ölkəsinə çevrildiyini bir daha nümayiş etdirib: "Azərbaycan "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına, "Formula 1”ə, UEFA Avropa Liqasının final matçına ev sahibliyi edib. Gələn il AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyunu Bakıda təşkil olunacaq. Bütün bunlar Azərbaycanın uğurlarıdır və eyni zamanda Azərbaycanın dünyada təbliğ olunmasında böyük rol oynayır".
 
Mənbə: Report.az
 
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2020
19:30

Tanınmış futbolçunun koronavirusa yoluxduğu ortaya çıxdı - Klubu gizlədib

18:50

ÇL finallarının ən yaxşı oyunçusu - Messi (SIRALAMA)

17:58

İbrahimoviç uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

17:30

126 milyonluq oyunçu sıradan çıxdı

16:56

Klub sahibi koronavirusa qalib gəldi

16:25

Avroliqada mövsüm erkən başa çatdı - RƏSMİ

15:49

"Real" Holanda görə Hakimini "qurban verməy"ə hazırdı

15:31

Zidan Edeqoru qaytarır

14:33

Premyer Liqanın bərpası yönündə daha bir addım

14:15

Avroliqa prezidenti mövsümün ləğv olunmasını istəyir

14:10

İTTİHAM: "Zeynəb Məmmədyarova evimi əlimdən almaq istəyir"

13:12

"Qarabağ" 766 komanda arasında 12-ci oldu

12:47

Vəli Qasımov: "Dedilər ki, dəlisiz, belə necə içirsiz?"

12:14

"Dabonun "Neftçi"dən ayrılması..." - AÇIQLAMA

11:40

Benites yenidən "Nyukasl"da?

11:15

"Deyəsən, biz, həqiqətən də, axmağıq" - Klub prezidenti

11:04

Azərbaycan klubunun 4 futbolçusu koronavirusa yoluxdu

10:38

İtaliyada futbolçular oyunların günorta saatlarında keçirilməsinə qarşıdı

10:20

Ronaldunun sevgilisi hovuzda çəkilmiş yeni FOTO paylaşdı

10:17

"Mançester Yunayted"dən ayrılır - Çində oynayacaq

09:55

Futbolçunun sevgilisi özündən daha titullu idmançıdı - FOTOLAR

09:34

"Layptsiq"dən beş, "Auqsburq"dan üç cavabsız qol - VİDEOLAR

09:10

"Klopp, bəlkə, artıq Verneri transfer edəsən?"

24 May 2020
23:44

Belarus Kubokunun sahibi müəyyənləşdi

22:06

Zinəddin Zidan cərimələnə bilər

19:57

Bundesliqa: "Maynts" öz meydanında biabır oldu

18:23

Futbolçunun transseksual həyat yoldaşı aylıq qazancı ilə rekord qırır - FOTOLAR

18:01

Futbolçu təcavüzdə ittiham olunur: Qadının içkisinə dərman atıb...

16:49

"Xəzər Lənkəran"ın heç vaxt belə şeylərdə əli olmayıb"

15:02

Fariz Nəcəfov: "Heç kim Premyer Liqanı tərk etməməlidi"

14:38

Dünya çempionu "Milan" yolunda

14:13

Məşhur idmançı keçmiş xanımını döydü, həbs olundu - FOTOLAR

12:23

Asmir Beqoviç yenidən "Qarabağ"da?

12:19

İki qəza: Biri karyerasını, biri həyatını bitirdi

12:13

"Fənərbaxça"nın ulduzu və xanımı çılpaq FOTOsunu paylaşdı

11:31

Əkrəm İmamoğlunun həyatını dəyişən adam: "Komandaya götürmədim, gedib sədr oldu"

10:51

Dünya çempionu qızıl medalını satdı

09:51

Mahir Emrelidən bacısına təbrik - FOTO

09:43

Azərbaycan futbolunda gülməli və maraqli hadisələr - VİDEO

09:22

Mübariz Mənsimovdan TƏBRİK

02:42

“Yanına çağırıb dedi ki, ağzınla quş tutsan da, səni oynatmayacam” - MÜSAHİBƏ

23 May 2020
22:59

Serb hücumçu sevgilisinin yanında intihar etdi

22:30

Bundesliqa: "Bavariya" 5 qolla qazandı

20:30

"Bavariya" və "Mançester Yunayted"in 20 yaşlı futbolçu uğrunda mübarizəsi

19:20

UFC 250-nin posteri - FOTO

18:10

"Barselona" satmaq istəyir, futbolçular getmir

17:54

Məşhur xanım idmançı çimərlik geyimində göz qamaşdırdı - FOTO

17:32

UFC-nin ən yaxşı döyüşçülərini açıqladı: Həbib birincidi

17:08

Koronavirusa yoluxan Anar Cəfərsoy son durumundan danışdı

17:00

Məşhur azarkeş barabanını satışa çıxardı - Maddi vəziyyəti pisdi (FOTO)

16:49

Baş nazir La Liqanın başlayacağı tarixi açıqladı

16:30

"Hər iki "El Klasiko"da "Real" "Barselona"dan üstün idi"

16:01

Yeni mövsümün başlama tarixi bəlli oldu

15:25

Xorvat mütəxəssis: "Azərbaycan güclü futbol ölkəsidi"

15:05

"Nyukasl" dünyanın ən bahalı müdafiəçilərindən birini transfer etmək istəyir

15:01

Avropanın əfsanəvi kapitanları açıqlandı - Rəşad Sadıqov da var

14:59

"Qəbələ"nin futbolçusu: "3 ay pul verməsələr belə, heç bir problem yoxdu"

14:40

Nazirlikdən veteran idmançılara dəstək - FOTOLAR

14:15

Poçettino qayıdır: "Başqa ölkələrdən gələcək təklifləri dəyərləndirməyə hazıram"

13:39

"Xəzər Lənkəran" uduzmağımız üçün 250 min dollar təklif etdi"

13:36

Mourinyu Quardiola ilə arasında baş verənlərə aydınlıq gətirdi: "Sevinmək üçün tələsməyin" - VİDEO

13:01

"Barselona"nın futbolçusu "Mançester Siti"yə keçmək qərarına gəlib

12:52

Təqibçiləri cazibədar idmançının çimərlikdəki FOTOLARını dəyərləndirdi

12:20

Bundesliqada bu gün: "Bavariya" "Ayntraxt"a, "Borussiya" "Bayer"ə qarşı

11:54

Sabiq "Qarabağ"lı İstanbul nəhənginin formasını geyinəcək!

11:50

"İnter" PSJ-yə "yox" deyəcək

11:43

Holandın şəxsi məşqçisi maraqlı fakt açıqladı

11:25

"Nyu-York Niks" əfsanəsi Patrik Yuinq koronavirusa yoluxub

11:03

Millimizin futbolçusu yol qəzasına düşdü - FOTOLAR

10:52

Millimiz karantin qaydalarını pozdu - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.