17:19 29.12.2020 272

"Matçların təxirə salınmasına qəti şəkildə qarşıyam" - Rəşad Sadıqov

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2020" layihəsi üzrə mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

- Əvvəlcə şəhid futbolçu İlqar Bürcəliyevlə bağlı fikirlərinizi bilmək istərdik...
- Çox sevindiricidir ki, İlqar sorğuda qalib oldu. Hamımız qürur duyur, fərəhlənirik. İlqarın xəyalı yaxşı futbolçu olmaq idi. Amma bundan da uca zirvəyə yüksəldi, torpaqlarımızın işğaldan azad olması uğrunda qəhrəmanlıq göstərdi, canından keçdi. Allahdan ona rəhmət diləyirik. İnanıram ki, qardaşı futbolçu kimi onun arzularını həyata keçirəcək.

- "Zirə"nin 2020-ci ildəki çıxışını necə dəyərləndirirsiniz?
- Futbola gəlincə, ilin ilk yarısı bir az qarışıq keçdi. Mövsüm yarımçıq dayandırıldı. Futbolçular az sayda oyun keçirdilər. Qış fasiləsindən sonra cəmi 6-7 tur oldu. Bu, onların performansına təsir etməyə bilməzdi. Amma sevindiricidir ki, avqustda çempionatımız bərpa olundu. Mövsümün ilk yarısında 13 tur oynadıq. Hətta yoluxma sayına görə çempionatın yenidən dayandırılması təhlükəsi var idi. Sevinirik ki, çətinliklərə baxmayaraq, klublar təcrid olundu və hamı sağaldı. Bundan sonra oyunlarımıza davam etdik. Bu, çox önəmli idi. Onsuz da çempionatda cəmi 28 oyun keçiririk. Kuboku da nəzərə alsaq, futbolçu üçün maksimum 33 qarşılaşma olur. Bu, oyunçunun fərdi inkişafı üçün çox azdır. Ona görədə matçların təxirə salınmasına qəti şəkildə qarşıyam. Hesab edirəm ki, bu, futbolçuların inkişafına zərbə vurur. Ümumi götürsək, komandanın çıxışını yaxşı qiymətləndirirəm. Turnir cədvəlində 3-cü sıradayıq. 4, 5 və 6-cı yerdəki komandalarla xal fərqimiz var. Amma elə də böyük deyil. Nəzərə alaq ki, qarşıda hələ 15 tur var. Yeni qurulan komandayıq. Çoxlu transferimiz oldu. Bu futbolçular ilk dəfədir bir yerdə oynayır. Buna baxmayaraq, bir-birimizə çox tez uyğunlaşdıq. Razıyam, daha da yaxşı ola bilərik. Komandamızın daha yaxşı səviyyəyə gəlməsi üçün çalışacağıq.

- Premyer Liqanın XIII turunda "Qarabağ"a 2:3 hesabı ilə uduzduğunuz oyundan sonra mətbuat konfransında heyəti gücləndirmək üçün 2-3 futbolçu transfer etmək istədiyinizi bildirdiniz. Hazırda danışıqlar nə yerdədir, anlaşdığınız yeni oyunçular varmı? Eyni zamanda, komandadan başqa futbolçuların ayrılmağı gözlənilirmi?
- Ümumiyyətlə, yayda belə, transfer işlərini tamamlamamışdıq. Mənim legionerlərlə bağlı bir prinsipim var. Yaxşı oyunçudursa, transfer edim. Səviyyəsi sual altındadırsa, say doldurmaq naminə kimisə komandaya götürmək istəmirəm. Onsuz da bizdə bir oyunçu transferi var idi. Qış fasiləsinədək Kaio Rangel da Silva və Rəşad Eyyubovla yollarımızı ayırdıq. Bu səbəbdən hazırda bizə mütləq şəkildə 2-3 transfer lazımdır. Bundan sonra kiminsə komandadan göndərilməsi planımda yoxdur. Bəlkə kimsə yenidən ayrılmaq istəsin. Bu, xüsusilə daha çox oynamaq istəyən futbolçulara aiddir. Özüm futbolun içində olmuşam. Kimsə bu fikirlə yanıma gələ bilər və biz yenidən ayrılıq məsləsinə qayıdarıq. Komandanın maraqlarına uyğun fərqli qərarlar qəbul edə bilərik. Bu günlərdə Yurgen Kloppun bir açıqlaması qarşıma çıxdı. Deyib ki, biz getmək istəyən futbolçunu komandada məcbur saxlaya bilmərik. Mən özüm də məsələyə bu cür yanaşıram. Futbolçunu zorla saxlamaq komandaya zərərdən başqa bir şey verməz. Ona görə əminlikdə danışa bilmirəm. Mən tərəfdən mövzu bağlıdır. Hazırda daha çox gələcək futbolçuları düşünürük. Danışıq apardığımız, təklif göndərdiyimiz, izlədiyimiz legionerlər var. Ən azı 2 və ya 3 əcnəbi oyunçu transfer etməyi düşünürük.

- Gündəminizdə yerli futbolçular da var?
- Yerli bazarda vəziyyət çox çətindir. Məsələn, bu gün elə futbolçular var ki, rəhbərliyim altında oynamasını istəyərəm. Amma qışda transfer etmək çətindir. Çünki sənin istədiyin futbolçu klubuna da lazımdır və heç kim onu havayı buraxmayacaq. Bizim büdcəmiz də ona imkan vermir ki, hansısa oyunçuya böyük vəsait ödəyək. Onların müqaviləsinin başa çatmasını gözləməyə məcburuq. Komandamızdakı yerli futbolçular məni qane edir. Hazırda bu mənada ehtiyac olduğunu da düşünmürəm. Amma bəzi mövqelərə legioner alınmalıdır. İstədiyim səviyyədə oyunçu olsa, götürəcəyik. Olmasa, transfer etməyəcəyik.

- Sizə görə Azərbaycanda ilin komandası və oyunçusu hansıdır?
- Aydın məsələdir ki, hamımız "Qarabağ"a səs verməliyik. Çünki həm çempion olublar, həm də Avropa Liqasının qrupunda oynayıblar. Bu uğuru başqa komanda əldə etsəydi, onu fərqləndirəcəkdik. Futbolçuya gəldikdə, şəxsi fikrimdir ki, bu ada Şahruddin Məhəmmədliyev layiqdir. Həm millidə, həm də "Qarabağ"da çətin rəqabətdən əsas heyət üzvünə çevrildi. Bundan əlavə, meydanda aparıcı qüvvə oldu və həlledici məqamlarda komandasını xilas etdi. Ümumiyyətlə, çox xarakterli oyunçudur. Rəqibi kim olur-olsun, hər zaman özünü birinci görür. Bunun hesabına həm millidə, həm də klubunda əsas qapıçıdır.

- Milli komandadan söz düşmüşkən, DÇ-2022-nin seçmə mərhələsindəki şanslarımız barədə nə deyə bilərsiniz?
- Püşkü düzgün qiymətləndirmək lazımdır. Qrupumuza düşən rəqiblərdən hər biri bizdən güclüdür. Buna görə istənilən püşk bizə vahiməli görünə bilər. Amma real yanaşsaq, Portuqaliyadan başqa, digər yığmalar bizə uyğun rəqiblərdir. Məsələn, 2-ci səbətdən seçim imkanım olsaydı, Serbiyanın adını çəkərdim. Yaxud 3-cü səbətdən İrlandiyanı, 4-dən Lüksemburqu seçərdim. Bəli, ilk baxışda bizdən güclü görünə bilərlər. Daha iddialı komandalarla da düşə bilərdik. Həm Serbiya, həm də İrlandiyaya qarşı inamlı mübarizə aparmaq, səfərdə xal almaq, hətta evdə qalib gəlmək də olar. Əvvəlki matçlar da bunu göstərib. Lüksemburqa gəlincə, özümüz də şahidi olduq ki, bu rəqiblə oynaya və yaxşı nəticə əldə edə bilərik. Qarşıya qrupda hansı yeri tutmaq məqsədi qoyulub, bu, artıq mənim səlahiyyətlərimi aşan məsələdir. İmkan daxilində irəliləmək, yaxşı yer üçün mübarizə aparmaq olar. Əsas odur ki, baş məşqçi həm futbolçulara, həm özünə inanır. Albaniya millisinin sükanı arxasında Portuqaliya və Serbiya ilə qarşılaşıb. Pozitiv düşünürəm. İnanıram ki, qrupda inamlı çıxış edəcəklər.

- 2020-ci ili özünüz üçün necə qiymətləndirirsiniz?
- 2020 həyatımızın ən möhtəşəm, yaddaqalan ili olacaq. İllərdir xəyal qurduğumuz, arzuladığımız Qarabağa qovuşduq. Müharibədəqalib gəldik, işğal altındakı əraziləri azad etdik. Yəqin ki, ömrümün sonunadək həyatımda belə il olmayacaq. Düzdür, ilin əvvəlində pandemiya ilə bağlı çətin dövr yaşadıq. Amma sonu möhtəşəm oldu. İnanıram ki, qarşıdakı ildə də futbolumuzla tairx yazacaq, böyük zəfərlər əldə edəcək, yaddaşlarda da elə qalacağıq.
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

01 Mart 2021
02:21

La Liqa: "Atletiko" səfərdə qazandı

01:38

A Seriyası: "Milan" paytaxtda qazandı, "İnter"dən darmadağın

01:31

İPL: "Tottenhem"dən darmadağın, mərkəzi qarşılaşmada qol olmadı

28 Fevral 2021
23:04

Almaniya Bundesliqası: "Bayer" öz meydanında yenildi

22:07

Türkiyə Superliqası: "Fənər" Trabzonda güldü

21:00

XV turun təyinatları açıqlandı

20:10

Millimiz "Qəbələ"yə uduzdu

19:03

Nuriyev Ukraynada dubl etdi, meydandan qovuldu

14:47

"Zirə"də şok itkilər: Onun üçün mövsüm erkən bitdi - SON DURUM

13:40

"David Vilyanın burnunu sındırmamışam" - Azərbaycanlı baş məşqçi

13:22

Elxan Məmmədov: "Bu çəkidə ikinci bir cüdoçu yoxdur ki, ona şans verək"

12:37

"Liverpul" Kloppa əvəzedici axtarır: Əfsanə geri dönür?

11:36

Futbol tarixinin ən yaxşı bombardiri dəyişdi

11:00

Məhəmməd Salah "Liverpul"dan gedir?

10:18

PSJ-nin transfer siyahısı - ŞOK ADLAR

09:26

ADBTİA-nın tələbəsi intihar etdi - AÇIQLAMA

08:22

Qadın idmançı buna görə komandadan qovuldu - FOTOLAR

07:31

"Barselona" "İnter"in müdafiəçisini alır

06:17

Quardiola Mourinyunun rekordunu qırdı

02:10

La Liqa: "Barselona" uddu, "Xetafe" darmadağın etdi

01:52

İPL: "Mançester Siti"dən çətin qələbə, "Lids" yenildi

01:38

A Seriyası: "Latsio" məğlub oldu, "Yuventus" büdrədi

00:27

Əli "qızıl", Turan və Türkan "bürünc" aldı

00:22

Komandasını "əzdilər", bəs Pavel hanı?

27 Fevral 2021
23:46

Almaniya Bundesliqası: "Bavariya", "Ştutqart" və "Borussiya"dan darmadağın

23:00

Türkiyə Superliqası: "Qalatasaray"dan inamlı qələbə

20:18

Nazarov oynasa da...

18:09

Azərbaycanı dünya çempionatında kimlər təmsil edəcək?

17:32

Məşhur futbol funksioneri koronavirusa yoluxdu

16:43

Azərbaycanda mərc oyunlarının idarəetməsi Türkiyə şirkətinə verildi - FOTOLAR

16:23

Millimizin kapitanı: "Çatışmayan cəhətlərimiz var"

15:40

Dünya çempionu xərçəngdən öldü

15:17

Ronaldunun onu ələ salan Şakiranı peşman etdiyi an - VİDEO

14:59

Rəmzi komanda açıqlandı: Messi, Ramos...

14:42

Qadın cüdoçularımızdan dördü göndərildi, biri isə soyadını dəyişir

14:18

Super Liqa klubunda yeni müqavilə

13:57

Avropa çempionatının vaxtı açıqlandı

13:35

Millimiz Böyük Dəbilqəyə 13 cüdoçu ilə yollanacaq

13:14

Arsen Venger Türkiyəyə gəlir?

12:48

Ermənini udan güləşçimizin məşqçisi: "Turan müharibəyə can atırdı"

12:16

Günün oyunları bu kanallarda - AFİŞA

11:45

Millimizin rəqibi "Çelsi"nin məşqçisi ilə anlaşdı

11:22

Məşhur erməni ABŞ yığmasına keçdi

10:56

Ronaldunun uğurlarının sirri açıqlandı

10:38

Çempionlar Liqasında həftənin ən yaxşı qolu

10:24

Güləşçimiz qızıl medal görüşünə çıxacaq

09:59

Millinin qapıçısı dünyasını dəyişdi

09:33

Oyun yaddan çıxdı, hamı onu izlədi - FOTOLAR

09:00

Dörd güləşçimiz beynəlxalq turnirin yarımfinalına vəsiqə qazandı

02:18

"Milan" "Portu"nun braziliyalısını aparır - SON DURUM

01:21

Almaniya Bundesliqası: "Ayntraxt" 3-cü pilləyə yüksələ bilmədi

01:14

La Liqa: "Levante" yenə uduzmadı

00:32

Millimizin yarımmüdafiəçisi Niderlandda 82 dəqiqə oynadı

00:11

Eddi 90 dəqiqəyə nə etdi?

26 Fevral 2021
20:09

Avroliqada həftənin ən yaxşısı "Arsenal"ın oyunçusu oldu

19:17

PFL təxirə salınmış oyunların vaxtını açıqladı

18:05

PFL bir oyunun yerini dəyişdi

17:15

"Zirə" nə qədər Volkovsuz qalacaq? - SON DURUM

16:51

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu

16:27

Avroliqanın püşkü atıldı: "Mançester Yunayted" - "Milan" qarşıdurması... - YENİLƏNİB

16:26

Hava şəraiti idman kompleksinin infrastrukturuna ciddi ziyan vurdu

16:09

UEFA "Qarabağ" üçün pul göndərdi

15:46

Mahir Emreli "Qalatasaray"a təklif edildi

15:21

“Qarabağ”dan növbəti etiraz

14:54

“Neftçi“nin prezidenti işçilərindən 5 manat yığır

14:39

Güləşçimiz ermənini məğlub etdi

14:16

Avropa Liqası: Həftənin rəmzi komandası açıqlandı

14:02

Levon Aronyan Ermənistanı tərk etdi

13:50

Çempionlar Liqasında həftənin rəmzi komandası

13:39

“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun

Facebookdan bizi izləməyi unutmayın.