09:17 28.05.2020 594

Maşallah Əhmədov həbs edilən icra başçısından şikayət etdi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) mayın 5-də keçirdiyi əməliyyatda həbs olunan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham olunan, Səbail rayon Məhkəməsi tərəfindən haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilən Vilyam Hacıyev irəlidə daha bir sürprizlə üzləşə bilər.

Belə ki, sabiq icra başçısının 2012-ci ildə İmişlidə abadlıq-quruculuq işləri görən bir qrup biznesmenə də külli miqdarda pul borcu olduğu, onların Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etməsi haqda bilgi almışıq. Hacıyevin borclu olduğu adamlar arasında Maşallah Əhmədov da var. Deyilənə görə, sabiq icra başçısı "Neftçi”nin veteranına 400 min manat ödəməlidi.

Maraqlıdı ki, bu məsələ zaman-zaman ictimailəşib, mediada işıqlandırılıb, amma hər dəfə də sanki tərəflər hər şeyin üzə çıxmasında maraqlı olmayıblar. Məsələn, 2014-ün noyabrında borc söhbəti üzə çıxarkən Maşallah bəy saytlardan birinə belə demişdi: "Bu xəbərlər çıxanda mən Azərbaycanda deyildim. Vətənə qayıtdıqdan sonra saytlarda haqqımda belə bir xəbərin çıxdığını oxudum. Guya İmişli rayonunun icra başçısı Vilyam Hacıyev mənə 2 milyon manat pul borcludu. İlk növbədə onu deyim ki, bu əsassız xəbərdi. Mən 2012-ci ildə İmişli rayonunda bəzi abadlıq işləri görmüşəm və pulumu da almışam. Samux və Göygöl rayolarında işləməmişəm. Yalnız İmişli rayonunda bəzi işlər görmüşük və pulumuzu da veriblər. İcra başçısı Vilyam Hacıyev mənim dostumdu. Sadəcə, tanınmış adam olduğuma görə adımdan istifadə edib belə yalan xəbərlər yazıblar. Bir daha qeyd edirəm ki, Vilyam Hacıyevin mənə borcu yoxdu”.

Amma bir il sonra – 2015-in dekabrında 72 min manatlıq dələduzluq ittihamı ilə həbs olunan Əhmədov həmin vaxt məhkəmədə problemlərini məhz Hacıyevin onun pulunu yeməsi ilə izah etmişdi. Futbol veteranı gizlətməyə çalışsa da, sabiq icra başcısı ilə aralarındakı dostluq münasibətlərinin illərə söykəndiyi şübhə doğurmur. Hacıyev Göygöl və Samuxda çalışarkən də Əhmədovla biznes əlaqələri olub, tender əməliyyatlarına qatılan sabiq hücumçu adı çəkilən rayonlarda abadlıq-quruculuq işlərində yaxından iştirak edib. Münasibətlərin kəskinləşməsi mərhələsi isə Hacıyev İmişlidə çalışdığı dövrə təsadüf edib.

2015-ci ildə Əhmədovun hətta özünü İmişli rayon İcra Hakimiyyətinin binası önündə yandırmağa cəhd etməsi haqda xəbər yayılmışdı. Deyilənə görə, həmin vaxt İcra Hakimiyyətinin qarşısında olan bir neçə nəfər onun özünə qəsd etməsinin qarşısını alıblar. Lakin bu addım da onun pullarını almasına yardım eyməyib.

Sabiq icra başçısı isə elə həmin 2015-də Əhmədovla münasibətləri haqda belə açıqlama vermişdi: "İmişli rayonunda abadlıq və quruculuq işlərinin görülməsi üçün ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2 milyon manat vəsait ayrılmışdı. Podratçı şirkətlə müqavilə imzalanıb və görülən işlərin həcmində bu vəsait şirkətin hesabına köçürülüb. Bu məsələ ilə bağlı dəfələrlə mən özüm açıqlama vermişəm və bəyan etmişəm ki, İmişli rayonunda abadlıq və quruculuq işlərində Maşallah Əhmədov hər hansı şəkildə iştirak etməyib və ona bir qəpik belə borclu deyilik. Maşallah Əhmədov 3 dəfə haqqında Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb. Maraqlıdı ki, hər dəfə də Əhmədov özünü bu açılan cinayət işlərindən qurtara bilib”.

Bəli, indi haqqında cinayət işi açılan adam Hacıyevdi və Əhmədovdan fərqli çətin ki canını qurtara bilə. Çünki istintaq orqanlarının əlində topdağıtmaz sübutlar var. Fürsəti fövtə verməyən Maşallah bəy artıq DTX-ya ərizə ilə müraciət edərək, Vilyam bəyin ona da borclu olduğunu və pulunun ödənilməsini xahiş edib. 

Mənbə: "Futbol+"

Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2020
21:25

"Fənərbağça" aparıcı oyunçuları ilə bağlı qərar verdi

20:15

"Çelsi" Jorjinyonu bu qiymətə satır

19:25

"Roma"nın yeni baş məşqçisi kim olacaq? - Namizədlər

18:30

"Fənərbağça"nın oyunçusu "Real"ın "radar"ında

17:58

PL: "Arsenal" "Lester"ə qarşı, "Çelsi" "Pelas" səfərində

17:14

"Bavariya"nın Bundesliqadakı 100 qolu - VİDEO

16:49

"Borussiya"dan "Mançester Yunayted"ə ultimatum: 10 avqusta qədər...

16:08

"Barselona" təslim olmamaq üçün hər şeyi edəcək" - Setyen

16:07

Avrokubok təmsilçilərimiz yenidən koronavirus testindən keçəcək

15:34

A Seriyası: "Milan", yoxsa "Yuventus"?

15:17

"Səbail"in baş məşqçisi: "Onun gedişinə qarşı deyilik"

14:39

"Real"ın Mbappe planı: Transfer pulsuz başa gələcək

14:17

Operativ Qərargah 4 komandaya məşqlərə başlamağa icazə verdi

14:05

Azərbaycan vətəndaşlığından və yığmadan imtina edir

13:58

AFFA-dan kreativ addım: Biz hazırıq!

13:50

Sabiq "Qarabağ"la ABŞ-da yeni müqavilə imzaladı

13:46

"Milan"ın yeni baş məşqçisi o olacaq

13:12

"Çelsi"nin yeni forması - FOTOLAR

13:05

Robert Prosineçki: "Mən gələndə komanda sonuncu yerdə idi"

12:46

"Barselona" Messinin maaşını azaldır

12:14

Kəmaləddin Heydərovun rəhbəri olduğu federasiyada nə baş verir?

12:01

"Real"ın oyunçuları mükafatlardan imtina edir - SƏBƏB

11:40

"İnter"in "Barselona"dan tələbi: 90 milyon+oyunçu

11:39

Türkiyə millisinin sabiq üzvü "Qarabağ"a gələcək?

11:07

Rəşad Sadıqov Azərbaycan çempionatının ən yaxşı futbolçusunu açıqladı

11:02

Çılpaq şəkilləri silinən boksçu əsəbləşdi - FOTO

10:55

41 yaşında futbolla vidalaşdı

10:50

"Arsenal"ın hücumçusu "Yuventus" yolunda

10:36

Mourinyu 200-ə çatdı

10:31

Roman Qriqorçuk Azərbaycan millisində?

09:50

"Verder" Bundesliqada qaldı - VİDEO

09:48

Azərbaycanlı baş məşqçinin İndoneziyadan dönüşü dörd aya gerçəkləşdi

09:30

Mourinyu - Ançelotti duelindən portuqaliyalı qalib ayrıldı - VİDEO

09:10

"Beşiktaş" Prosineçkinin komandasına uduzdu - VİDEO

08:50

Kolumbiyalı fitnes-model 5 ən yaxşıdan biridi - FOTOLAR

00:30

"Həbibi yenən ilk idmançı olmaq istəyirəm"

06 İyul 2020
23:50

Con Terriyə baş məşqçilik təklif olundu

22:10

Bundesliqada mövsümün ən yaxşı 10 anı - VİDEO

20:30

"VAR daha çox "Real" kimi hücumameyilli komandaların işinə yarayır" - Simeone

19:15

Bundesliqada ən yaxşı hücumçular kimlərdi? - VİDEO

18:25

Dani Alves "Real"a söz atdı: "Bizə öyrətdilər ki, çempion olmaq üçün..."

17:54

COVİD-19-a qalib gələn ölkənin komandasında 11 futbolçu virusa yoluxdu

17:02

Van Damm Nurməhəmmədovla belə vidalaşdı: "Qardaş, heç vaxt qarşılaşmasaq da..."

16:51

"Keşlə"ni hədələdi: "Pulumu verməsələr, FIFA-ya şikayət edəcəm"

16:41

Çempionlar Liqası: 1/8 finalın cavab oyunlarının taleyinə aydınlıq gəldi

16:39

Casusluq edən keçmiş futbolçu həbs olundu

15:55

Ulduz futbolçunun evi qarət olunub

15:28

"Mançester Yunayted"də yeni müqavilə - FOTO

15:14

Siyasətçilərin azarkeşlik etdiyi Azərbaycan klubları - VİDEO

14:46

AzTV-nin iki məşhur siması koronavirusa yoluxdu - RƏSMİ

14:34

La Liqa klubunda yeni baş məşqçi - FOTO

14:00

"Real"dan son 32 ilin ən yaxşı göstəricisi

13:25

Azərbaycanlı dünya və Avropa çempionu dünyasını dəyişdi - FOTOLAR

13:23

Lebron Ceyms belə məşq edir - FOTO

13:04

Elmar Məmmədyarovun etimad göstərdiyi FK-lar: Siyahıda Mənsimovla Məmmədov da var

12:41

Messi "Barselona"dan ayrılır? - Prezidentdən açıqlama

12:02

"Nyukasl"ın oyunçusunu 3 Avropa klubu istəyir

12:00

"Formula 1"-də mövsüm başladı, Bottas Avstriyada qalib oldu

11:56

İngiltərə klubu millimizin futbolçusunun transferində israrlıdı

11:37

UFC çempionu insan həyatı qurtardı - FOTO

11:36

"VAR həmişə "Real"ın lehinə işləyir" - "Barselona"nın prezidenti

11:19

Türkiyəli gəlin azərbaycanlı əri ilə rinqə çıxdı - VİDEO

10:57

Xavinin müqaviləsini uzatdılar - FOTO

10:43

Premyer Liqada çempion müəyyənləşdi

10:17

Essyen Azərbaycan çempionatının ən yaxşı futbolçusunu açıqladı - FOTO

09:58

"Qalatasaray" "Trabzonspor"a belə uduzdu - VİDEO

09:54

Millimizin hücumçusu "Beşiktaş"a təklif olundu

09:44

"İnter" azlıqda qalan rəqibi ilə bacarmadı - VİDEO

09:40

"Liverpul"dan iki cavabsız qol - VİDEO

09:20

"Mançester Siti" uduzdu - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X  No Image