"Mançester Siti" "Valensiya"nın vinqeri Ferran Torresin transferini yekunlaşdırıb.
Fanat.Az "The Guardian"ın jurnalisti Fabritsio Romanonun "Twitter" hesabına istinadən xəbər verir ki, artıq sənəd işləri tamamlanıb. Torres tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə imza atıb.
Transferin "şəhərlilər"ə 27 milyon avroya başa gəldiyi bildirilir. Bonuslar da anlaşmaya daxildi.
Keçidin tezliklə rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Fanat.Az