13:39 20.04.2020 254

Mahir Emreli: "Çox darıxıram, baxılası film də qalmayıb" - MÜSAHİBƏ

"Qarabağ" klubunun futbolçusu Mahir Emrelinin "Report"a müsahibəsi 

- Karantin günlərini necə keçirirsiniz? 
- Düzü, idmançı həyatını nəzərə alsaq, çox darıxdırıcıdır. Hamı bilir ki, hər gün saatlarla məşq edirdik. Oyunlarımız, təlim məşq toplantıları olurdu. İndi isə evin içindəyik, çox darıxıram. 

- Hobbiləriniz nədən ibarətdir: Hansı filmlərə baxırsınız, kitab oxuyursunuzmu?    
- Baxılası film də qalmayıb (gülür). Məcburiyyətdən evdəkilərin baxdığı seriallara baxıram. #evdəqal həştəqinin bütün tələblərinə əməl edirəm.

-  "Qarabağ" Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edən ilk klubdur. Bu barədə nə deyə bilərsiniz? 
- İlk gündəcə kapitanımız Rəşad Sadıqov zəng etdi və yardım etməyin lazım olduğunu söylədi. Komandada hər kəs can-başla öz üzərinə düşəni etdi. Bu, bizim borcumuzdur. 

- Çempionatın ləğvi gündəmdədir. Mövsüm ləğv olunsa və hazırkı pillələr üzrə avrokuboklara vəsiqə verilsə, ədalətli qərar olarmı?   
- Əlbəttə. Əslində çempionatın ləğv olunmasını istəməzdim. Amma belə bir qərar verilsə, hesab edirəm ki, "Qarabağ"ın çempionluğu tam ədalətli olacaq və heç kimin haqqına girmiş olmayacağıq. Ardıcıl 6 dəfə çempionluq təsadüfi ola bilməz. Hər halda, liqanı oynayaraq başa çatdırsaq, sevinərəm. 

- Düşünmürsünüz ki, oyun praktikasının olmaması ən çox hücumçunun ziyanınadır? Çünki qol vurmaq vərdişlərini itirmiş ola bilər...
- Oyun praktikasının olmaması bütün futbolçuların ziyanınadır. Bir neçə aylıq fasilə peşəkar futbolçuya təsir etməməlidir. Təbii ki, çempionat başlayandan 2-3 matç sonra hər kəs öz formasını bərpa edəcək. Nəzərə alaq ki, hər gün evdə məşq edirik. Ən azından texniki olmasa da, fiziki gücümüzü qorumağa çalışırıq. 

- Azarkeşlərin ölkə xaricində çıxışını görmək istədiyi oyunçulardansınız. Artıq legioner həyatı yaşamağın vaxtı deyilmi? 
- Bu sual mənə tez-tez verilir. Hər futbolçu legioner həyatı yaşamaq istəyir. Amma bir yerə getmək xətrinə çıxıb getmək istəmirəm. Hər dəfə təklif olanda baş məşqçi Qurban Qurbanovla, kapitanımla, menecerimlə, ailəmlə məsləhətləşir, müzakirələr aparırıq. Hesab edirəm ki, ən doğru qərarı birlikdə verəcəyik. 

- İspaniya, Türkiyə və Fransa kimi ölkələrin ikinci liqalarında oynamaq istərdiniz?
- Karyeramın yüksəlişinə qatqısı olan hər bir klubda oynamağa hazıram. Xeyirlisi nədirsə, o da olacaq.  

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

19 Sentyabr 2020
10:17

Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?

10:12

"Neftçi" - "Qəbələ" oyununun "Dalğa Arena"da keçirilmə səbəbi

09:53

"Qəbələ" "Keşlə"yə, "Sumqayıt" "Sabah"a qarşı - YENİLƏNİR

09:37

"Qarabağ"ın oyununun vaxtı açıqlandı

09:16

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:00

Cazibədar taekvondoçu Hollivuddan təklif aldı - FOTOLAR

00:23

"Fənər" braziliyalı oyunçusunu satdı - RƏSMİ

00:10

Kamranın komandasına divan tutdular

00:01

Türk futbolçu İtaliya klubunda - RƏSMİ

18 Sentyabr 2020
22:23

Asim Xudiyev Avroliqa matçına təyinat aldı

21:20

Nağıyev darmadağına sevindi

21:03

"Beşiktaş" sabiq oyunçusunu geri qaytardı - RƏSMİ

19:39

İquayn ABŞ klubunda - RƏSMİ

17:53

"Zirə"nin fəxri prezidenti: “Hədəfimizə doğru səbrlə irəliləyəcəyik”

17:22

"Başakşəhər"in futbolçusu "Neftçi"də

17:21

Azərbaycan Premyer Liqası: IV turun oyun proqramı

16:54

Amil Yunanov yeni klubda

16:27

"Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi

16:03

Elxan Məmmədov səfir ilə görüşdü

15:43

ASTB-nin yeni rəhbərliyi müəyənləşdi

15:10

Cavid İmamverdiyev keçmiş klubuna qayıtdı

14:42

"Neftçi"yə qol vuran futbolçu: "Çox xoşbəxtəm"

13:52

"Keşlə" Cavid İmamverdiyevlə bağlı qərar verdi

13:38

AMADA-dan idmançılar üçün seminar

13:19

Təxirə salınan oyun keçirildi

12:51

Günün oyunları bu kanallarda - AFİŞA

12:33

Hakan Şükür "Neftçi" - "Qalatasaray" qarşılaşmasını belə şərh etdi - VİDEO

12:14

UEFA İcraiyyə Komitəsi iclasının gündəliyi açıqlandı

11:43

"Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq

11:29

Millimizin futbolçusu: "Özümü çox yaxşı hiss edirəm"

11:01

UEFA reytinqində yenə gerilədik

10:44

Avropa Liqası: "Qarabağ"ın qarşılaşa biləcəyi komandalar açıqlandı

10:31

Hafiz Məmmədov Arda Turanla görüşdü: “O, bizim dəyərlimizdir”

10:24

Arda Turan üçün daha bir 66: təsadüf, yoxsa jest?

10:08

"Səbail" sponsoru ilə yeni müqavilə bağladı

01:42

Avropa Liqası: 42 oyun keçirildi, 1-i dayandırıldı

00:01

"Neftçi" "Qalatasaray"a belə uduzdu - VİDEO

17 Sentyabr 2020
23:25

Fatih Terim: "Neftçi"yə yenilmək sürpriz olardı"

23:02

Füzuli Məmmədov: "Uşaq səhvlərindən uduzduq"

22:22

"Roma" Albaniya millisinin üzvünü aldı - RƏSMİ

21:25

"Neftçi" "Qalatasaray"a yenildi - YENİLƏNİB

17:47

"Mölde"də "Qarabağ"la oyunun ən yaxşısı məlum oldu

17:20

Teymur Rəcəbov onlayn şahmat akademiyası açdı

16:51

Şok iddia: “AFFA müəlliflər hüququnu pozub”

16:17

"Zirə"də ayrılıq

15:45

Çempionlar Liqası: Pley-offun vaxtı açıqlandı

15:22

Qurban Qurbanovla 3-cü dəfə...

14:56

"Sumqayıt" "Qarabağ"ı məğlub etdi

14:39

"Zirə" - "Sabah": 8-ci duel

14:16

Qara Qarayev: "Qarabağ"a qarşı qərəz hiss olunur"

13:48

Olimpiya Mərkəzində təmir işləri aparılır

13:15

Millimiz reytinqdə irəlilədi

12:58

"Qarabağ" Avroliqada bu klublardan biri ilə qarşılaşacaq - SİYAHI

12:40

"Sabah" millimizin üzvü ilə yeni müqavilə imzaladı

12:19

"Penalti vuranları Qurban Qurbanov müəyyənləşdirirdi" - Mahir Emreli

12:02

"Neftçi" və "Qalatasaray" rəhbərliyi arasında görüş oldu - FOTO

10:31

"Qalatasaray"ın vitse-prezidenti: "Mərhələni keçərək Türkiyəyə qayıdacaq"

10:07

Bədavi Hüseynov: "Karyeramda ilk dəfə penalti vururdum"

09:45

"Bu məğlubiyyətin təsiri qısa vaxtda getməyəcək" - Qurban Qurbanov

09:31

Qəbələdə Polad Həşimovun adını daşıyan klub yaradıldı

08:02

Millimizin hücumçusu əməliyyat olundu

00:27

ÇL: "Omoniya" və "Makkabi" pley-offda

16 Sentyabr 2020
23:49

"Qarabağ" Çempionlar Liqasını tərk etdi

19:29

Füzuli Məmmədov: "Qələbə şansımızdan yararlanmağa çalışacağıq"

19:21

Fatih Terim: "Qarabağ"ın "Neftçi" ilə rəqabətdə olduğunu bilirəm"

17:51

Avropa Liqası: II təsnifat mərhələsi başlayır

17:44

Çempionlar Liqası: Daha 5 "pley-off"çu müəyyənləşir

17:32

Avropa Oyunlarının proqramında yeni idman növləri

17:02

İttifaq binası qarşısında atışma

16:36

“Liverpul”un rəqibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.