Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Mahir Emreli Türkiyənin "Beşiktaş" klubuna təklif edilib.
Fanat.Az xəbər verir ki, bu barədə "Yeni Asır" məlumat yayıb.
Xəbərə görə, İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçın 23 yaşlı hücumçunu bəyənib.
Lakin hələ iki klub arasında təmasların qurulmadığı bildirilib. Yalçının Emrelini alternativləri arasına əlavə etdiyi də vurğulanıb.
Qeyd edək ki, Mahir Emreli Azərbaycan Premyer Liqasında 10 turdan sonra 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az