Belçika millisinin və "İnter"in hücumçusu Romelu Lukaku A Seriyasında "Torino"nu 4:2 hesabıyla yendikləri oyundan sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, iki top buraxandan sonra dörd qol vuran Milan təmsilçisinə dublla yardımçı olan forvardın söylədiklərini DAZN belə çatdırıb:
"Düzünə qalsa, hələ böyük komanda ola bilməmişik. İlk 60 dəqiqədə bərbad oynadıq. Sanki qələbə qazanmaq istəmirdik. Yaxşı ki, sonradan "oyandıq". Əsas odur ki, üç xal götürməyi bacardıq".
Qeyd edək ki, bu qələbə sayəsində xal hesabını 15-ə çatdıran "İnter" turnir cədvəlində 5-ci yerə yüksəlib.
Fanat.Az