Şotlandiyada futbol çempionatı koronavirusa görə dayandırıla bilər.
Fanat.Az xəbər verir ki, artıq ölkənin futbol assosiasiyası klublarla müzakirələrə başlayıb. Qurumun icraçı direktoru Yan Maksvell klublara məktub yazaraq onların yarışı davam etdirmək istəyib-istəməməyini öyrənir.
Yekun qərar 18 yanvarda veriləcək.
Qeyd edək ki, 23 turdan sonra "Reyncers” 65 xalla liderdir. 3 oyun az keçirən "Seltik”in 44 xalı var.
Fanat.Az