19:00 10.04.2021 307

Ayaqyolu təmizləyən ulduz futbolçu - Araşdırma

"Nəyimə lazımdır 10 "Ferrari", 20 qol saatı, 2 təyyarə? Bütün bunlar mənə və insanlara nə verir? Uşaqlıqda ac qaldığım günlər olub, müharibə görmüşəm, ayaqyalın futbol oynamışam, imkansızlıqdan məktəbə getməmişəm... Bu gün insanlara kömək etmək imkanım var. Olanımdan onlara da pay verməyə çalışıram".

Bu sözlər ölkəsində məktəb tikdirən, doğma kəndindəki məscidi təmir etdirən, dilənçi vəziyyətində olan insanlara geyim, ərzaq yardımı edən "Liverpul"un hücumçusu Sadio Maneyə aiddi. Sərgildiyi futbolla azarkeşlərin könlünü oxşayan seneqallı eyni zamanda, xeyirxahlığı ilə də milyonların qəlbini fəth edə bilib. Ehtiyac içində böyüyən Mane indi zəngindir, dünyanın ən çox qazanan futbolçularından biridir. 29 il əvvəl isə... 

29 il əvvəl isə Mane dünyaya göz açıb. Dövrümüzün ən əliaçıq futbolçularından olan Sadio 1992-ci il aprelin 10-da Seneqalın Sediu şəhərində, çox kasıb ailədə dünyaya gəlib. Sediuyə şəhər deməyə adamın dili gəlmir, 22 min civarında əhalisi var. Az sonra Mane ailəsi Atlantik okeanının sahilində yerləşən Bambali kəndinə köç edib. Kiçik daxma, 10 nəfərlik ailə, kasıbçılıq... Sadionun uşaqlığının mənzərəsi belə idi. Bir də gün boyu futbol. Sadioda futbol sevgisi lap körpəlikdən varmış. Bu sevgi  onun 10 yaşı olanda - 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən mundialda Seneqal yığmasının çıxışı ilə daha da artıb. "Həmin tarix yaddaşıma birdəfəlik həkk olunub. Mayın 31-i - məktəbdə sonuncu dərs günü idi. Müəllimlər bizi dərsdən tez buraxdılar ki, futbola baxa bilək. Seneqal çempionatın açılış oyununda o vaxtki son dünya çempionu Fransa ilə qarşılaşırdı. Evə getmədim. Çünki televizorumuz yox idi. Başqa yerdə ağ-qara ekranda Seneqalın oyununa baxdım..." Seneqal həmin mundialda tarixinin ən yaxşı nəticəsini əldə etmişdi. Milli 1/4 finala kimi yüksəlsə də, burada Türkiyə millisi onun yolunu kəsmişdi. Məhz Seneqal-Türkiyə matçından sonra 10 yaşlı Mane qəti qərar verir: "Futbolçu olacam!" "Valideynlərimin məni məktəbə göndərməyə belə pulu yox idi. Günüm futbol oynamaqla keçirdi. Ağlım kəsəndən futbolçu olmağı, Premyer Liqada oynamağı arzulamışam. Bunu bacaracağıma inanırdım", - deyə Sadio uşaqlığını yada salır.

Onun atası Bambali kənd məscidinin imamı idi. Oğlunun futbolçu olmağını heç istəmirdi. Anası da bir yandan. Oğlunun futbol oynadığını biləndə onu tənbeh edirmiş. Kimsə onun futbolçu olacağına inanmırdı. Bambali hara, futbol hara? Amma balacanın fikri qəti idi və günlərin birində məqsədinə çatmaq üçün evdən qaçır: "Bunu xırdalıqlarına qədər planlaşdırmışdım. Pulum yox idi. Gün batanda əşyalarımı evimizin yaxınlığında gizlətdim. Səhər tezdən heç kimi xəbərdar etmədən evdən çıxdım. Hara gedəcəyimi ancaq yaxın dostuma demişdim. Mənə yolpulunu da həmin dostum vermişdi. Bir neçə kilometr piyada getdikdən sonra Dakara gedən avtobusa mindim..."

Sadionun qaçaq həyatı 2 ay çəkib. Ailəsi onu tapdıqdan sonra Bambaliyə qaytarıb. Balacanın istəyi ürəyində qalsa da, bu hadisədən sonra ailədə futbola münasibət bir qədər dəyişib. Atası dərslərini yaxşı oxuyacağı və məktəbi bitirəcəyi təqdirdə Sadionun futbolla məşğul olmasına icazə verəcəyini bildirib. Deyəsən, bu, hər iki tərəfin ürəyincə idi.

Sadio futbolu o qədər sevirdi ki, qəribə səslənsə də, yuyunmağa belə vaxt tapmırdı. "Çoxlu pulum olanda, onda yuyunacam" deyən gənc məktəb və futbolla yanaşı, düyü tarlasında da çalışırdı. Səhər dərs, ardınca tarla, daha sonra futbol. Üst-başı toz-torpaqlı, tərli vəziyyətdə yatağa uzanmaq...

 

Atasını itirəndə onun 11 yaşı var idi. Bu, ailənin vəziyyətini daha da ağırlaşdırmışdı. Sadio anasını və ona həmdərd olan əmisini inandıra bilmişdi ki, böyük futbolçu ola bilər. Sadəcə, dəstək lazım idi və bu dəstək onun 15 yaşı olanda gəldi. Təkcə doğmalarından deyil, bütün Bambalidən. Mane Ziqinşoranın "Kasa Sport" komandasına azarkeşlik edirdi. Ziqinşora Bambalidən elə də uzaq deyil, avtomobillə saatyarımlıq yoldu. Amma klubun akademiyasında yer olmadığından o, uzaq Dakara getməli olur. Bəs yolpulu? Manenin istedadından xəbərdar olan kənd camaatı ona kömək edib Dakara - "Jenerasyon Fut"un akademiyasına seçimlərə yola salır.

"Orada yüzlərlə uşaq var idi və hər biri öz şansını gözləyirdi. Növbə mənə çatanda... Bir çoxları gülüşdülər. Bu da səbəbsiz deyildi. Futbolçuya qəti oxşamırdım. Butsum çox köhnə idi, bir neçə yerdən tikişi var idi. Geyimim də nimdaş və əynimə böyük idi. Hətta bir yaşlı kişi dəqiqləşdirmək üçün məndən həqiqətən seçimə gəldiyimi soruşdu. Cavabında "hə" dedim və akademiyaya düşəcəyimə əmin olduğumu bildirdim. "Bu geyimlə? Butsun cırılıb, şortun isə futbol üçün deyil..." Amma bu cür yanaşma çox çəkmədi, Meydana çıxdıqdan az sonra məşqçilər akademiyaya götürüldüyümü dedilər..." Manenin peşəkar futbolla tanışlığı belə başlayıb.

Mane "Jenerasyon Fut"un akademiyasında 2 il futbolun sirlərini öyrənib. Bu müddətdə Dakar yaxınlığında bir ailə onu himayəyə götürüb. "Mən onlara vəziyyəti və məqsədlərimi açıqladım. Sağ olsunlar, məni qəbul etdilər, dəstək oldular. 2 il həmin ailənin bir üzvü oldum", - deyə Mane xatırlayır. Bu müddətdə akademiyanın ən yaxşısına çevrilən, 90 oyunda 131 qol vuran Mane böyük futbola 18 yaşında qədəm qoyub. O vaxt "Jenerasyon Fut" Fransanın "Mets" klubu ilə əməkdaşlıq edirdi. Məhz "Mets"in skautlarının diqqətini cəlb edən futbolçu 2010-cu ildə Fransaya köçüb. "Fransadakı ilk günümü yaxşı xatırlayıram. Evə zəng etmək istədim. Amma kartımda pul yol idi. Ertəsi gün komanda yoddaşlarımın köməyi ilə anamı yığdım və Fransada olduğumu bildirdim. Ora getdiyimi heç kimə deməmişdim. Anam sözlərimə şübhə ilə yanaşdı. Hər gün mənə zəng etsə belə, Fransada olduğuma inanmırdı. Məni televizorda göstərənə qədər".

2 il "Mets"in gənclər komandasında çıxış edən Mane 2012-ci il yanvarın 14-də "Bastiya" ilə oyunda əsas komandanın heyətində debüt edir. Mövsümün sonuna kimi 22 oyunda forma geyinən 20 yaşlı futbolçu 2 dəfə fərqlənir. Maraqlıdır ki, o, hər hər 2 halda "Genqam"la oyunda (2:5) qol vurur. "Mets"də oynayarkən Seneqalın olimpiya yığma komandasının heyətində London Olimpiadasının iştirakçısı olur. Olimpiadada sərgilədiyi futbol onun əsas milliyə qapısını açır və az sonra əsas milliyə çağırılır. Eyni zamanda, "Mets"dən yaxşı mənada ayrılmasına səbəb olur. Belə ki, transfer pəncərəsinin sonuncu günü gənc hücumçu 4 milyon avro qarşılığında Avstriyanın "Redd Bull Zalsburq" komandasına transfer olunur və 4 illik müqavilə bağlayır. Avstriyada ilk mövsümdəcə çempion titulunu və Avstriya Kubokunu qazanır. Komandasının bu uğurunda onun əməyi az olmur - 26 oyuna 16 qol. Avstriya təmsilçisi ilə bağlanmış 4 illik nikah tez pozulur və Mane 2014-cü il sentyabrın 2-də "Sauthempton"da 3 illik müqavilə bağlayır. Onun transfer qiyməti 23 miyon avro idi. Beləcə, Sadio uşaqlıq arzusuna çatır - Premyer Liqada oynamağa başlayır. Özü də necə!

Manenin İngiltərə karyerasına qısaca nəzər salsaq, onun xeyli uğur qazandığını görərik. 2 illik "Sauthempton" karyerasından sonra 2016-cı ilin yayında 40,7 milyon avro qarşılığında "Liverpul"a transfer olunan futbolçunun əsas nailiyyətləri bu klubla bağlıdır. 2018/19-cu illər mövsümündə Çempionlar Liqasının qalibi olan futbolçu həmin mövsüm UEFA Superkubokunu və Klublararası dünya çempionatının qızıl medallarını qazanır. 1 mövsüm sonra isə İngiltərə çempionu olur. Fərdi uğurları da az deyil. Onlardan ən gözəgəlimliləri 2018/19-cu illər mövsümündə Premyer Liqanın bombardiri (22 qol) titulu və 2019-cu ildə Afrikanın ən yaxşı futbolçusu seçilməsidir. Hə, bir də Mane İngiltərə Premyer Liqası tarixində ən tez "het-trik" müəllifidir. 2015-ci il mayın 16-da "Sauthempton"da çıxış edərkən "Aston Villa"nı 3 dəfə məyus etmək üçün ona 176 saniyə bəs etmişdi. Bu günə kimi "Liverpul"da 148 oyunda forma geyinib və 70 dəfə fərqlənib. Yəni 100 qol həddinə bir şey qalmayıb. Sadio "Liverpul"la yanaşı, Seneqal millisinin də əsas üzvlərindən biridir. Milli formada 71 oyunda 21 qol vuran Manenin sağ əli bizim hücumçuların başına...

Sadio müsəlmandır, dinini, xalqını çox sevir. Bunu onun həyat tərzindən sezmək mümkündür. 29 yaşlı futbolçu subaydı, ailə həyatı qurmayıb. Məşhurluğuna rəğmən adı bir dəfə də olsun sarı mətbuatda, qalmaqallarda hallanmayıb: "Heç vaxt spirtli içki içməmişəm. Din mənim üçün çox əhəmiyyətlidir. İslam qayda-qanunlarına ciddi yanaşıram. Oruc tuturam, hər gün 5 dəfə namaz qılıram".

Manenin İslam sevgisini sübut edəcək maraqlı hadisə: bir dəfə məsciddə Qanadan olan tanışı ilə rastlaşan Sadio onu evinə dəvət edib. Tanışı cavabında işdə olduğunu, məscidin ayaqyolunu təmizləməli olduğunu bildirib. Həmin gün ayaqyolunu birlikdə təmizləyiblər. Bu hadisəni bir nəfər telefona çəkib. Mane həmin şəxsdən videogörüntüləri paylaşmamağı xahiş edib. Söz alsa da, ertəsi gün görüntülər internetdə yerləşdirilib.

29 il böyük zaman deyil. Amma bir igidin ömrüdür. Bu igid isə "Liverpul"un "10 nömrə"si Sadio Manedir. Kiçik Bambalidən, yoxsulluqdan çıxan, İngiltərəyə, zənginliyə yetişən, keçmişini unutmayan, əsl müsəlman, vətənpərvər Mane. Özünü sıradan biri hesab edən Mane, sıravi Mane. Məşhur mahnıda deyildiyi kimi, "Bax, belə oğlandır sıravi Mane!"

İlqar Tağıyev, 525-ci qəzet
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 May 2021
14:26

Uşaqlara enerji içkisi verən "Xocalı" klubunu hansı cəza gözləyir? - AÇIQLAMA

14:10

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

13:41

Millimiz Böyük Dəbilqəni bir medalla başa vurdu

13:06

“Səbail” – “Neftçi” matçını FIFA referisi idarə edəcək

12:41

"Azərbaycanda futbolçu azdır, seçim imkanı yoxdur" - De Byazi

12:34

Mourinyodan məşhur erməni futbolçuya ağır zərbə

12:01

"Xocalı" futbol klubu azyaşlılara enerji içkisi içirdir - FOTOLAR

11:50

Simeone "Barselona"nın futbolçusuna göz dikib

11:31

Xosep Qvardiolanın atası: "Ona nə edəcəyi mən deyə bilmərəm, amma..."

11:13

"Çelsi" Jorjinyo ilə bağlı qərar verdi

10:56

Həftənin futbolçusu adına namizədlər

10:43

AVRO-2020: Kubok Bakının müxtəlif məkanlarında

10:30

AVRO-2020-nin kuboku İlham Əliyevə təqdim olundu - FOTOLAR

10:27

AVRO-2020-nin kuboku Bakıda

10:03

Tokio-2020: Taekvondoçularımızın növbəti sınağı

00:53

Avropa Liqası: Finalda MY və "Vilyarreal" oynayacaq

00:52

Nurlan Nepalda ilk qolunu belə vurdu - VİDEO

06 May 2021
22:04

"Barselona" Neymarı aparır - MƏBLƏĞ AÇIQLANDI

21:50

Güləşçilərimiz Olimpiadaya lisenziya qazana bilmədilər

18:35

"Neftçi" vaxtından əvvəl çempion oldu

17:51

"Real" Azərbaycana başsağlığı məktubu göndərdi

17:37

Həftənin rəmzi komandası açıqlandı

17:18

Milli Paralimpiya Komitəsi ilə ADBTİA arasında memorandum imzalandı

17:07

Tokio-2020: İki güləşçimiz yarımfinalda

16:58

Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

16:40

Messi Neymarı razı saldı

16:11

"İki topluq fərqə görə demirəm, bombardir o olacaq"

16:07

"Real" Hazarla bağlı qərar verdi

15:55

"Mənim sizin köməyinizə ehtiyacım var!"

15:33

"Qəbələ" və "Keşlə"nin baş məşqçiləri kursa yazıldılar

15:21

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

14:54

Pyaniçin "Barselona"da gələcəyi sual altındadır

14:01

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

13:44

Hidayət Heydərov ipponla uduzdu

13:15

"İnter" Martineslə müqaviləni yeniləyir

12:52

"Çelsi"nin qapıçısı rekorda imza atdı

12:31

Tarixdə ilk dəfə: Transgender olimpiadaya vəsiqə qazandı

12:16

Fernandinyonun yerinə Rays

11:51

I Divizion: "Neftçi" çempionluğu təmin edə biləcəkmi?

11:35

"Çelsi"nin baş məşqçisi ÇL-in tarixinə düşdü

11:17

Günün oyunları bu kanallarda - AFİŞA

10:45

AFFA rəsmisi Çempionlar Liqasının finalına təyinat aldı

10:29

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər

06:49

Vinisius Junior: "Bəlkə də yenilgi qaçılmaz idi"

06:32

"Eden Azar "Real"a belə tüpürür"

00:46

Komandası yenildi, bəs Pavel hanı?

00:38

ÇL: Finalda iki İngiltərə komandası qarşılaşacaq

00:10

"Qalatasaray"da prezident seçkiləri ləğv olundu

05 May 2021
18:00

AFFA azarkeşlərlə bağlı Operativ Qərargaha müraciət etdi

17:51

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi

17:24

AFFA cəzaları yağdırdı

17:13

"Sabah" rəsmisi haqda araşdırma başa çatdı - Qərar

17:08

Azərbaycan Kuboku: Cəzalar açıqlandı

16:56

“Sumqayıt”ın futbolçusuna 4 oyunluq cəza

16:31

Naxçıvan stadionu təmirə bağlanıldı

16:08

Mourinyo "Roma"nın tarixinə düşdü

15:59

Lemann irqçiliyə görə klubdan qovuldu - FOTO

15:34

Honda "Qəbələ" ilə oyundakı hərəkətindən danışdı

15:21

“Sabah”ın futbolçusu üçün əlamətdar oyun

14:53

AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir

14:48

"Barselona"dan sabiq futbolçusuna 100 milyon avroluq təklif

14:08

Millimiz lisenziya turnirinə Özbəkistan və Fransada hazırlaşacaq

13:50

Əliyar Ağayev I Diviziona göndərildi

13:36

Azərbaycan Kuboku: “Keşlə” nominal meydan sahibidir

13:11

Amil Yunanovdan yubiley qolu

12:53

"CBC Sport" "Barselona" - "Atletiko" oyununu yayımlamayacaq - AÇIQLAMA

12:41

"Qarabağ"ın qapıçısı klubun tarixinə düşdü

12:29

Nərgiz İsmayılova Avropa çempionatına təyinat aldı

12:19

Karantin rejimi qaydalarını pozan idman zalı aşkarlandı

12:02

Avropa nəhəngi Türkiyə millisinin üzvünü transfer edir - 50 milyon avroya...

Facebookdan bizi izləməyi unutmayın.