İspaniya La Liqasında 25-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bazar günü daha dörd duel gerçəkləşib.
"Selta” – "Valyadolid” görüşü heç-heçə bitib. "Kadis” evdə "Betis”ə boyun əyibsə, "Qranada” öz meydanında "Elçe”ni yenib.
Lider "Atletiko” isə səfərdə "Vilyarreal”ı üstələyib.
İspaniya La Liqası
25-ci tur
28 fevral
Selta – Valyadolid 1:1
Qollar: Murilyo, 90+4 – Orelyana, 70.
Kadis – Betis 0:1
Qol: Xuanmi, 84.
Qranada – Elçe 2:1
Qollar: Kina, 31. Puertas, 79 – Boye, 40.
Vilyarreal – Atletiko 0:2
Qollar: Pedrasa, 25-öz qapısına. J.Feliks, 69.
1 mart
00:00 Real – Real Sosyedad