"Barselona" koronavirus pandemiyası səbəbindən 100 milyon avro itirə bilər.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona"nın bu maliyyə ili üçün büdcəsi 1 milyard 47 milyon avro təşkil edirdi. Koronavirus yayılmamışdan əvvəl katalon klubu 1,1 milyard avro qazanmışdı. "Blauqrana"nın ilin sonunda mənfəət əldə edəcəyi gözlənilirdi.
Lakin pandemiyanın yaratdığı vəziyyətlə əlaqədar olaraq "Barselona"nın gəliləri kəskin şəkildə azalıb. Mağazalar, muzey bağlandı, stadion turları keçirilmədi. Ən pisi isə komanda 6 ev oyununu boş tribunalar önündə keçirməli oldu.
Bu periodda futbolçuların maaşları 12% azaldıldı. Eyni zamanda, "Barsa" Arturu 80 milyon avroya "Yuventus"a satdı və Neymarın məhkəməsini uddu. Bütün bunlar klubun itkilərini 100 milyon avroya qədər azaltmasına imkan yaradıb.
Qeyd edək ki, "Barselona" rəhbərliyi 200 milyon avro qazanc əldə etməyi planlaşdırırdı.
Fanat.Az