10:25 08.11.2020 324

Koronavirusa yoluxan futbolçumuz: "Testin nəticəsinə təəccübləndim..."

Dünyanı cənginə alan koronavirus bəlası artıq Premyer Liqamıza da yol açıb. Belə ki, bir neçə klubda COVİD-19 testinin nəticəsi pozitiv çıxan futbolçular olub. İlklərdən biri "Səbail"in müdafiəçisi Kamal Qurbanovdu. 26 yaşlı futbolçu sport24.az-a müsahibəsinə bu xoşagəlməz xəbəri necə almasıyla başlayıb.

- Adətən matça 1 gün qalmış - səhər koronavirus testi veririk, sonra oyunöncəsi məşqimiz olur. Nəticələr məşqə çıxanadək bilinir. Həkimimiz elan etdi ki, məndə testin nəticəsi pozitivdi. Bildiyiniz kimi, həkimimizin (Mahir Ələsgərov-müəllif.) özündə də belə problem oldu. Dərhal yığışdıq və evlərimizə yollandıq.

- Testin nəticəsinə təəəcüblənmədin? Özündə bir narahatlıq var idi?
- Yox, Açığı, nəticənin pozitiv olmasına təəccübləndim. Adi günlərdə olduğu kimi, özümü yaxşı hiss edirdim. İndi də belədi, ağrım, hərarətim yoxdu. 

- Bəs, digər əlamətlər - dadbilmənin, qoxubilmənin olmaması?
- Yox, bu cəhətdən də vəziyyətim normaldı. Bazamızda olduğum müddətdə də yemək yeyirdim, hər şey qaydasında idi. Şübhəli nəsə olsaydı, deyərdim də... Ancaq heç bir şey yoxdu. Bu gün də normal qidalanıram, iştaham, dadbilməm yerindədi. Nə öskürürəm, nə boğuluram. Nəfəs almağım da normaldı. Həkimimiz də özüylə bağlı təəccübləndi, çünki onda da hər şey qaydasındadı. Nə edək, belə alındı, dərhal düşərgədən ayrılmalı olduq. Hazırda evdə təkəm, özümü hamıdan təcrid etmişəm. Həyat yoldaşımı evlərinə - valideynlərinin yanına yollamışam. O, azərbaycanlıdı. İndiki dönəmdə xüsusən diqqətli olmalıyıq, çünki yaxında ata olacam. 

- Bu karantin müddətində sənə əsas tövsiyələri nə oldu?
- Evdə olub, heç yerı çıxmamaq, yaxınlarımdan, insanlardan uzaq olmaq ki, heç kimi yoluxdurmayım. Dedilər ki, növbəti test verənədək səbr edim. Həkimimiz bununla bağlı mənimlə əlaqə saxlayacaq.

- Təkrar test nə vaxta gözlənilir?
- Dediyinə görə, 4-5 günə ola bilər. Dərhal olmamalıdı, gərək bir neçə gün vaxt keçsin. Yəqin, gələn həftənin ortası olar. 

- Testin nəticəsinin yanlış olmağınla bağlı şübhən varmı?
- Düzü, bilmirəm. Bu problem məndə ilk dəfə olduğundan, bir şey demək çətindi. Ola bilər ki, nəticə səhvdi. Hər şeyi zaman göstərəcək. Təkrar analizdən sonra hər şey aydınlaşacaq. Allah eləməsin, birdən təkrar testədək vəziyyətim pisləşsə, dərhal təcili tibbi yardıma müraciət etməliyəm. Çünki özünü müalicə vəziyyətdən çıxış yolu deyil. Ən düzgün üsul həkimə vaxtında müraciət etməkdi. 

- Orqanizmində immunitet necədi? Tez-tez qripə yoluxansan?
- Yox. Açığı, sonuncu dəfə nə vaxt xəstələndiyim yadıma gəlmir. Şükür Allaha, nadir hallarda xəstələnirəm, səhhətimdə ciddi problemim olmayıb. Özüm də azərbaycanlıyam, Dağıstandan gələn deyiləm. Sadəcə, burda yox, Ukraynada - Donetsk şəhərində anadan olmuşam. Orda da bilindiyi kimi, burdan qat-qat soyuqdu, əsl qışdı, güclü şaxtalar olur. Özümü tərifləmək istəmirəm, ancaq immunitetim yaxşıdı. Həkimimizdən soruşa bilərsiniz ki, orqanizmim necədi. 

- Koronavirus Azərbaycanda yayılmağa başlayanda buna reaksiyan necə idi?
- Dost-tanışlar var idi ki, bu virusun olduğunu deyirdilər. Həyat yoldaşımın yaxınlarından yoluxanlar da vardı. Mənə söyləyirdilər ki, bu xəstəliyə elə-belə, barmaqarası baxmayın, ciddi təhlükədi. Sadəcə, hərədə fərqlidi. Eləsi var ki, mənim kimi simptomları yoxdu, eləsi də var, ağır keçirir. 

- Özünü nə dərəcədə qoruyurdun? Şübhən varmı ki, harada yoluxa bilərsən?
- Daim özümü qoruyurdum. Qoruyucu maska taxırdım, spirtdən yararlanırdım, gigiyena qaydalarına, sosial məsafəyə əməl edirdim. Bildiyiniz kimi, qapalı yerlərə maskasız girmək mümkün deyil. Həm də başqa yerdə gedən deyiləm - məşqə və evə. Uzağı marketə gedirəm ki, ora da maskasız buraxmırlar. Çətindi mənə demək ki, harda yoluxa bilərəm. Ola bilər ki, marketdə nəyəsə toxunmuşam, əlimdən keçib. Hər şey ola bilər. Deməli, belə olmalı imiş, qismət beləymiş. 

- Valideynlərinin yoluxmana reaksiyaları necə oldu?
- Onlar Ukraynada yaşayırlar. Özüm xeyli vaxtdı ora getmirəm, onları görmürəm. Dedilər ki, narahat olma, çünki elə bir simptomun yoxdu. Vəziyyətimi başa düşdülər, özümü qorumağımı məsləhət gördülər. 

- Bəs, özün hamıya nə məsləhət görərdin?
- Deyilən vacib şərtlərə əməl etsinlər - maska taxsınlar, şəxsi gigiyenalarına fikir versinlər, vacib olmadığı halda evdən çölə çıxmasınlar. Bununla həm özünü, həm də yaxınlarını qorusunlar. 

- Sonda futbol, karyeran haqda. "Səbail" Premyer Liqada 4-cü mövsümdü çıxış edir və burda ilk ilindən qalan yeganə futbolçusan. Ancaq daim ehtiyatda qalırsam, bu mövsüm debüt belə etməmisən. Bu durum səni nə dərəcədə razı qalır?
- Bəli, son vaxtlar oynamıram. Çətindi bir şey demək...Görürsünüz ki, indi vəziyyət elədi heç yerə - kənara gedə bilmirsən. Burda komanda sayı da azdı ki, harasa keçəsən. Əlbəttə, oynamaq istəyirsən. Ancaq baş məşqçinin qərarına hörmətlə yanaşıram. 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2021
01:15

Millinin həkimi: "Kristian xəstəxanaya yerləşdirilməmiş mənimlə danışırdı"

00:52

AVRO-2020: Finlandiya qorxunc oyunu qazandı, rusları Piterdə "kötəklədilər"

12 İyun 2021
22:56

İlham Əliyevlə Mehriban Əliyeva Uels-İsveçrə matçına baxıblar

22:01

Eriksenin xanımı da ağladı, futbolçular da... - FOTOLAR

21:43

Eriksenin vəziyyəti nə yerdədi? - SON DURUM

21:36

Rafiq Hüseynov "bürünc"ü tuşe ilə qazandı

21:28

Uels - İsveçrə matçının ən yaxşısı açıqlandı

21:02

Vladimir Petkoviç: "Fərqli olacaq, qorxmamalıyıq"

20:50

Robert Peys: "Daha çox azarkeşin olmasını istəyirəm"

20:42

AVRO-2020-də ŞOK OLAY: Eriksen ölümün caynağından qurtulacaqmı? - VIDEO

19:16

AVRO-2020: Türkiyə millisi Bakıya gəldi - FOTOLAR

18:56

AVRO-2020: Bakıdakı ilk oyun "sülh"lə bitdi

18:55

AVRO-2020: Bakıdakı oyunda VAR sistemindən istifadə edildi

16:57

AVRO-2020: Bakıda açılış mərasimi keçirildi

16:54

2 karateçimiz Tokio-2020-dən kənarda qaldı

16:45

AVRO-2020: Oyunları hansı kanallardan izləmək olar? - SİYAHI

15:55

"Qarabağ" millimizin futbolçusu ilə müqaviləni uzatdı

14:27

"Qarabağ" hücumçusunu icarəyə verə bilər

14:11

AVRO-2020: Bakıdakı ilk oyuna neçə bilet satılıb?

13:59

Azərbaycan Tokio olimpiadasına daha bir lisenziya qazandı

13:48

"Qarabağ"ın legioneri basketbol oynadı - VİDEO

13:34

AVRO-2020: DYP hərəkət iştirakçılarına müraciət etdi

13:20

"Beşiktaş" transfer bombasını partladır - "İnter"in ulduzu...

13:00

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:57

“Neftçi” ilk transferini rəsmiləşdirdi - FOTO

12:51

AVRO-2020: Tanınmış referini yenə köməkçisi pis vəziyyətdə qoydu - FOTO

12:30

AVRO-2020: DİN-dən azarkeşlərə müraciət

12:21

AVRO-2020: Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılan yollar - FOTO

12:10

Azərbaycanlı müğənninin mahnısı Türkiyədə gündəm oldu - VİDEO

12:03

AVRO-2020-nin şərhçisi: "Formamı bərpa etdiyimi düşünürəm"

11:29

Mariya Stadnik: "Olimpiya çempionluğum Tanrıdan asılıdır"

11:03

AVRO-2020: Onlar Türkiyə millisini seçdi - SORĞU

10:49

Amerika Kuboku: Açılış matçı öncəsi kütləvi yoluxma

10:16

"Şərhçi seçimi kanal rəhbərliyinin səlahiyyətindədir" - Tural Dadaşov

10:12

AVRO-2020 ilə əlaqədar hazırlanmış nəqliyyat planının icrasına başlanıldı

09:57

Avropa çempionatı açılış oyunlarında çıxış etmiş komandalar

00:51

AVRO-2020 başladı: Türkiyə İtaliyaya böyük hesabla uduzdu

11 İyun 2021
23:03

"Qalatasaray" eyni gündə iki oyunçu transfer etdi

21:42

Şəhriyar Məmmədyarov Aronyanı məğlubiyyətə uğratdı

21:18

AÇ-2020: Rusiya yığmasında koronavirus şoku

21:17

5 qol vuruldu, yığmamız Gürcüstana uduzdu

20:42

Belçika çempion olsa... - MÜKAFATLAR AÇIQLANDI

19:01

"Kumirim Aleks kimi əfsanə olmaq istəyirəm" - "Qarabağ"ın yeni transferi

18:34

Bakı klubu 3 futbolçusu ilə müqavilə yenilədi

17:54

Vaqif Cavadov hansı komandanı favorit görür?

17:06

Futbol Kafe sahibləri çətin durumda - yumşalmaya ümid edirlər

16:57

Bu transferi heç kim gözləmirdi...

16:12

"Köhnə" şərhçilər yenilərə qarşı

16:11

"Qəbələ" 9 futbolçusu ilə vidalaşdı

16:01

"Saatları sayıram ki, oyun başlasın..." - İlqar Mikayıloğlu

15:55

"Qarabağ" yeni transferini açıqladı - VİDEO

15:51

"Neftçi" qapıçısı ilə yolları ayırdı

15:22

Azərbaycanlı məşhurlar “Avro-2020”də hansı komandanı dəstəkləyirlər?

15:00

Cavadov İtaliya ilə Türkiyə arasında qaldı - AÇIQLAMA

14:55

Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək

14:27

"Sumqayıt" klubu 2 futbolçusu ilə vidalaşdı

14:20

Asif Bağırov "CBC Sport" və "İdman TV"ni qınadı: "... öz vəzifələrindən qorxdular"

13:36

"Fənərbağça"nın gizli danışıqlar apardığı məşhur mütəxəssis kimdi? - AÇIQLANDI

13:27

"Sumqayıt" futbolçusu ilə müqaviləni uzatdı

12:43

DİQQƏT! Bakı metrosunun iş rejimi dəyişir

12:09

Elnur Əşrəfoğlu 10 il sonra futbol şərh edəcək: "Nostalji hisslər yaşayacağıq"

12:00

Türkiyə - İtaliya oyununu necə izləmək olar?

11:18

"Keşlə" hazırlıq planını açıqladı

11:00

"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubunda?

10:39

Dünya çempionatı: Daha bir cüdoçumuz mübarizəyə başlayır

10:00

AVRO-2020-nin təqvimi

00:38

ABŞ-dan alınan darmadağını baş məşqçiyə bağışlamadılar

00:34

La Liqanın ən yaxşı futbolçusu açıqlandı

10 İyun 2021
23:13

Komandasını "əzdilər", azərbaycanlı gözə dəymədi

23:02

"Azərbaycandakı matçlarda rəqiblərimiz özlərini səfərdə hiss edəcək"

Facebookdan bizi izləməyi unutmayın.