18:54 03.06.2021 190

Könül Nurullayeva: "Böyük idman tədbirləri zamanı ölkəmizin gücü ilə qürur hissi keçirirəm"

Məlum olduğu kimi, 4-6 iyunda paytaxtımızda növbəti Formula-1 üzrə Azərbaycan qran-prisi keçiriləcək. 

Fanat.Az xəbər verir ki, hazırda dünya avtomobil həvəskarlarının diqqəti ölkəmizə yönəlib. Sabah Formula-2 çempionatı ilə ötüşmələrə start veriləcək. Gənc millət vəkilimiz, MOK-un beynəlxalq əlaqələr idarəsinin keçmiş rəisi, Bakı-2015 Avropa oyunlarının əməliyyat komitəsinin xüsüsi məsləhətçisi və Bakı-2017 İslam həmrəylik oyunlarının təşkilat komitəsinin katibi olmuş Könül Nurullayeva nüfuzlu yarışla bağlı öz fikrini bildirib, ölkəmizdə keçirilmiş böyük tədbirlərin gələcəkdə yay olimpiya oyunlarının təşkili üçün də zəmin yaratdığını söyləyib:

"Paytaxtımız Formula-1 yarışlarına 2016-cı ildən ev sahibliyi edir. Obrazlı ifadə etsək, Formula-1-in yeni ünvanlarından olan Bakı, indi həm də dünyanın sürət paytaxtıdır. Xüsusi olaraq qurulan Bakı şəhər halqası, təqvimdə yeni əlavələrdəndir. Dünyada bu yarışı təqribən 500 milyondan artıq tamaşaçı izləyir. Bu göstərici ilə Formula-1, tamaşaçı sayının çoxluğuna görə futboldan sonra 2-cidir. Ona görə belə mötəbər avtomobil yarışının Azərbaycanda keçirilməsi olduqca vacibdir. Azərbaycan ilk dəfə deyil ki, beynəlxalq maraq kəsb edən, bütün dünyada idmansevərlərin izlədiyi populyar idman yarışlarına ev sahibliyi edir.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Özəlliklə, son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunmaqdadır. Qeyd edim ki, vaxtilə milli olimpiya komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri kimi Azərbaycan nümayəndə heyəti ilə xarici ölkələrə səfərlərimiz, eyni zamanda Bakıda keçirdiyimiz görüşlər zamanı beynəlxalq idman təşkilatlarının rəhbərləri yarışlarda nümunəvi təşkilatçılığa görə respublikamıza heyranlıqlarını bildirir, razılıqlarını ifadə edirdilər.

Yadımdadır ki, hələ illər əvvəl Bakı şəhərinin olimpiya oyunlarına evsahibliyi ilə bağlı müzakirələr aparılanda, Avropa və beynəlxalq olimpiya komitələrinin rəhbərlikləri Azərbaycanın bu hərəkatda çox fəal iştirakını və bu hərəkata verdiyi töhfələri qeyd etmiş, ölkəmizdə idman sahəsində gedən quruculuq işlərinin çox geniş vüsət almasını, Bakıda böyük idman tədbirlərinin keçirilməsi üçün infrastrukturun yaradılmasını yüksək dəyərləndirmişdilər.

2011-ci ilin noyabr ayında mənə göstərilən böyük etimad nəticəsində, Bakı-2020 layihəsinin icraçı direktoru təyin olunaraq, dövlətimiz üçün ən böyük və mötəbər idman layihələrindən biri olan Bakı-2020 layihəsi çərçivəsində Azərbaycanın namizədlik prosesinə rəhbərlik etməyə başlamışdım. Həmin ərəfədə Bakıda dünyanın ən yaxşı idman icraçılarından sayılan avstraliyalı Bob Elfinstonla görüş keçirmişdik. Bob Elfinston Bakının gözəlliyi qarşısında heyran qaldığını bildirərək demişdi:

"Bakı dünyanın ən böyük sirlərini özündə gizlədən və kəşflər üçün ən real məkan olan şəhərdir”. 2012-ci ildə Avropa olimpiya komitəsi tərəfindən tarixdə 1-ci Avropa olimpiya oyunlarının Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi də Azərbaycanın bu prosesə verdiyi töhfələrin, Bakıda olimpiya oyunlarını təşkil etmək imkanına malik idman infrastrukturunun mövcud olması demək idi. Bu qərar Avropa olimpiya komitəsinin Romada keçirilən 41-ci baş assambleyasında qəbul edilmişdir. Həmin tədbirdə MOK-un beynəlxalq münasibətlər idarəsinin rəhbəri kimi mən də iştirak edirdim.

Heydər Əliyev fondunun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi hazırlıq işlərini ən mükəmməl səviyyədə həyata keçirdi. Bütün Avropa və dünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına ideal ev sahibliyinin nümunəsini gördü. Bu mötəbər idman yarışını yüksək səviyyədə təşkil etməklə Azərbaycan Avropanın idman tarixinə öz imzasını qoydu. mükəmməl və çoxnövlü idman infrastrukturu ilk Avropa oyunlarında olduğu kimi, 4-cü İslam həmrəyliyi oyunlarında da Azərbaycana yüksək səviyyədə ev sahibliyi etmək imkanı verdi. Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına da Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi.

Həmin etimadı doğrultmaq üçün mən də birinci xanım Mehriban Əliyevanın müdrik rəhbərliyi və mənəvi dəstəyi altında uzun müddət idman sahəsində uğurla xidmət etmiş, Avropa və İslam oyunları kimi bir sıra mötəbər beynəlxalq idman tədbirlərinin layiqincə reallaşmasında əlimdən gələn köməyi əsirgəməmişəm. Bakı-2017 İslam həmrəyliyi oyunlarının təşkilat komitəsinin katibi, İslam həmrəyliyi idman federasiyasının icraiyyə komitəsinin, eləcə də koordinasiya şurasının üzvü, əməliyyat komitəsində MOK-lararası əlaqələr idarəsinin rəhbəri kimi, oyunlar zamanı ölkəmizin gücü ilə qürur hissi keçirmişəm.

Cənab prezident İlham Əliyevin xüsusi diqqəti, birinci xanımın bilavasitə rəhbərliyi ilə həyata keçirilən hazırlıq işlərinin nəticəsi olaraq 4-cü İslam həmrəyliyi oyunları da Azərbaycanın növbəti uğuru kimi tarixə həkk olundu. Bakı-2015-də qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi 4- cü İslam oyunlarında da mükəmməl şəkildə təmin olundu. Ən əsası, bir daha sübut olundu ki, iradə və qətiyyət olan yerdə hər şey mümkündür.

İdmandan söz açarkən, mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsini yad etməmək mümkün deyil. Onun vaxtsız ölümü bizlərin ürəyində dərin iz və kədər buraxdı. İdman ictimaiyyəti gözəl, safqəlbli və peşəkar bir insanı itirdi. Allahdan Azad müəllimə rəhmət, əzizi və doğmalarına isə bir daha sonsuz səbr arzulayıram! İlk Avropa və İslam oyunlarının ölkəmizdə keçirilməsində onun, eləcə də MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin rolunu xüsusi qeyd etməliyəm.

Bu şəxslər dövlət rəsmiləri olaraq ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq idman tədbirlərinin ən yüksək səviyyədə təşkilinə öz töhfələrini veriblər. Məhz rəhbərliyin bizə göstərdiyi daimi mənəvi dəstək, aşıladığını ruh yüksəkliyi və qayğı hər birimizi işimizə daha da məsuliyyət və qətiyyətlə yanaşmağa ruhlandırır, dövlətimizi, vətənimizi və millətimizi layiqincə təmsil etmək amalına kökləyirdi. Gənc yaşlarımda mənə göstərilən etimadları doğrultmaq ikiqat məsuliyyət tələb edirdi. Onu da qeyd edim ki, böyük tədbirlərin Azərbaycanda keçirilməsi gələcəkdə yay olimpiya oyunlarının ölkəmizdə təşkili üçün də zəmin yaradır.

Beynəlxalq idman təşkilatlarının Azərbaycanla bağlı indiyədək yeganə narahatçılığı ölkəmizdə kompleks yarış təcrübəsinin olmamasına dair idi. Birinci Avropa və İslam həmrəyliyi oyunlarından sonra bu narahatçılıq tamamilə aradan qalxdı. Əminəm ki, digər yarışlarda olduğu kimi, növbət Formula-1 qran-prisi də uzun müddət xatırlanacaq və izləyicilırə həyəcanlı və sevincli anlar bəxş edəcək. Çünki bu yarışların təşkilatçısı mötəbər idman turnirlərinin keçirldiyi əsas ünvanlardan olan və dünyada idman dövləti kimi tanınan Azərbaycandır”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2021
00:33

Krıxovyak "Lokomotiv"lə vidalaşdı

00:15

Tokio 2020: Boksçumuz erməniyə qarşı

00:06

UEFA məhkəməni uduzdu

00:01

Nuriyev oynadı, komandası qələbə qazandı

30 İyul 2021
23:26

Millimiz MOİK-ə yenildi

23:22

“Traktor” 4-cü oldu, “Maşinsazi” elitadan düşdü

22:32

"Qarabağ" AEL-i keçsə, kiminlə qarşılaşacaq? - SİYAHI

20:02

Futbol klubuna qarşı terror aktı - Ölənlər var

18:48

İqtisadçı alimdən şok iddia: Messisiz La Liqa...

18:00

Cokoviç "Qızıl Dəbilqə"dən əlini üzdü

17:39

Tokio 2020: Kosovo 2-ci, Gürcüstan 4-cü, Azərbaycan isə...

17:18

İsraildə yaşayan həmyerlimiz: “Ürəyimizi tutmuşduq ki, ...”

16:57

PFL milliyə görə təqvimi dəyişdi

16:46

Tokio 2020: İrinanın medal sevinci - FOTOLAR

16:29

Çempionat oyunlarına azarkeş buraxılacaqmı? - PFL prezidenti açıqladı

16:13

Alfonso Dominqes: "Azərbaycana qızıl medal qazandırmaq istəyirəm"

15:56

"Qarabağ"ın rəqibi AEL-i yaxından tanıyaq

15:43

Mətbuat konfransları fərqli məkanda baş tutacaq

15:30

“Səbail”in növbəti sınağı

15:14

PFL jurnalistlərə kömək vəd etdi

14:59

Tokio 2020: Boksçumuz ən azı "bürünc"ü təmin etdi

14:26

Ramin Musayev: "Əvvəlcə özlərində səhv axtarsınlar"

14:15

Premyer Liqamızda növbəti mövsümün püşkü atıldı

13:57

Tokio 2020: İlk medalçımızın duyğusal qələbə şərhi

13:26

Azərbaycan tarixində ilk

13:14

“Neftçi”nin HİK-lə oyunlarının hakimləri açıqlanıb

13:11

Tokio 2020: Azərbaycan ilk medalını qazandı

13:00

Fərhad Məmmədov: "Ruslan Maşurenko heç bir məşqçilik təcrübəsi olmayan adamdır"

12:52

Futbolçunun matça gəlməmə səbəbi protokolda "paxmel" kimi qeyd olundu

12:36

"Zirə"nin prezidenti "Qarabağ"ı təbrik etdi - FOTO

12:15

Tofiq Bəhramovun tarixi qərarından 55 il ötür - VİDEO

12:01

"Qarabağ Azərbaycandır!" şüarı “Jabotinski” arenada - VİDEO

11:25

32 il sonra avrokuboklarda

11:06

Arye Qut “Qarabağ”ı ziyarət etdi - FOTO

10:52

"Aşdod" - "Qarabağ" oyunundan VİDEOİCMAL

10:33

İKİ-DÖRD, qapını ört...

10:16

Klublarımızın qazancı: 10 oyun, 1 əmsal

10:00

Günün transfer xəbərləri: "Milan" Ziyeş üçün hərəkətə keçdi

09:54

"Böyük şəhərin tək komandası" 16 dəqiqəyə təslim oldu

09:34

Mikayıl Cabbarov Bakıya “Qarabağ”la eyni təyyarədə qayıtdı – FOTOLAR

08:44

Tokio 2020: Cüdonun rekordu təkrarlanmadı

08:30

Messini dünya futboluna bəxş edən salfet - Bir müqavilənin tarixçəsi

01:48

Qurban Qurbanov: "Rəqibimzin kimliyi barədə düşünmürük"

01:26

"Aşdod"un baş məşqçisi: "Bizdən daha güclü komandaya uduzduq"

01:16

UEFA Konfrans Liqası: II mərhələyə yekun vurulur - YENİLƏNİR

01:12

"Qarabağ"ın növbəti mərhələdəki rəqibi müəyyənləşdi

00:52

Qurban Qurbanovun qələbə şərhi

00:30

Tokio 2020: 3 medal imkanı

29 İyul 2021
23:33

Sənan Qurbanov:"Rəhbərlik mənlə davam etmək istəməsə, buna hörmətlə yanaşaram"

23:23

"Soçi"nin baş məşqçisi Bakını bəyənib, "Keşlə"ni təriflədi

23:06

"İstədim ki, futbolçular sərbəst olsunlar" - Ayxan Abbasov

22:56

Konfrans Liqası: "Qarabağ" tarixə düşdü, "Keşlə" və "Sumqayıt" uduzdu

22:33

Keşlədə "Oyundankənar"a düşənlər - Emin, İlqar, Rail, Anar Salmanov

22:23

"Qarabağ"da daha bir itki

21:33

"ASK Arena"da gərginlik

21:27

Tokio 2020: Qayığın zədələnmiş hissəsini prezervativlə bağladı, Olimpiya çempionu oldu

20:33

"Səbail" məğlub oldu

19:30

“Həqiqətən çox pis idim” - Mahir Emreli

18:59

13 yaşlı şahmatçımızdan beynəlxalq uğur

17:56

Formula 1 pilotu mübahisəli qəzadan danışdı

17:22

Tokio 2020: Əkiz azərbaycanlılar medalsız qaldı

17:18

“Səbail” litvalı oyunçu ilə gücləndi - RƏSMİ

17:10

Tokio 2020: "Cırtdan" ölkə tarixində ilk

16:48

Azərbaycanda IV Robot Olimpiadasının finalı baş tutdu

16:36

Gimnastlarımız Tokioya yollanır

16:17

“Səbail”dən Norveçin liderinə

16:00

Klublarımızın oyunlarına harda baxaq? - TV AFİŞA

15:47

“Sabah” döndü, yeni gələnlər düşərgədən ayrıldı

15:30

Cokoviçdən növbəti rekord

15:11

Millimizin futbolçusu "Antalyaspor"a keçdi

Facebookdan bizi izləməyi unutmayın.