15:37 30.06.2020 670

Kin, "təcrübə dovşanı" və reklam meneceri

AFFA-nın cahanşümül siyasəti nəticəsində milli dekabrdan başsızdı. Hə, mövcud pandemiya dönəmində bunun o qədər də önəmi yoxdu. Amma indiki durumun hamıdan çox "şüşəli sarayın baş vəzir"inin - Elxan Məmmədovun işinə yaradığı da faktdı. Niyə məhz Məmmədovun? Qurumda at oynadan icraçı vitse-prezident təcrübə dovşanına çevirdiyi yığmanın üzərində yeni-yeni sınaqlar aparmaq fürsəti qazanıb. Zəlzələdənmi, vəlvələdənmi, əfsanələşən COVİD 19 olayı adamın manevr imkanlarını bir qədər də genişləndirib. İndi həm yaxşı bəhanəsi var, həm də mətbuatdan əvvəlkindən də betər qaçmaq imkanı...

Məşhur futbol veteranı Roy Kinin millinin baş məşqçi postuna əsas namizədlərdən biri olmasını qurum özü də rəsmən təsdiqləyibsə, deməli, bu haqda müəyyən fikirlər səsləndirməli, mənəvi öhdəliyimizi yerinə yetirməliyik. Şübhəsiz, oynadığı dönəmdə haqq etdiyi nüfuzu qazanan irlandiyalı nə yaxşı, nə də orta səviyyəli məşqçidi. Sadəcə, bərbaddı! İngiltərə mənbələrinə baş vursaq, "Sanderlend"i elitaya qaytarandan sonra uğur qazana bilməməsi həm xarakterindəki çatışmazlıqlar, həm də belə desək, yeniliklərlə ayaqlaşa bilməməsi ilə bağlıdı. Effektsiz sərtliyi, oynadığı dönəmin futbolunun nə dərəcədə dəyişdiyini sezə bilməməsi özlüyündə maraqlı məqamlardı. Nə yazıq ki, adam 2011-ci ildən bəri Vəli Qasımov demişkən, inkişaf etmək əvəzinə dal-dala gedir. 9 ildi ki, hər hansı özünə hörmət edən komandadan baş məşqçi olmaq təklifi almayıb. Şəxsi münasibətləri hesabına bir vaxtlar formasını geyindiyi "Nottingem Forest"də fransalı mütəxəssisə - həmyaşıdı Sabri Lyamuşiyə (fransız Kindən 3 ay kiçikdi) kömək edir. Böyük ehtimalla, bu mövsüm də Premyer Liqaya vəsiqə qazana bilməyəcək "meşəbəyilər"in ana problemləri məntiqlə, bizlər üçün indilik xüsusi əhəmiyyət daşımamalıdı. Bu məqamlar üzərində Kin yığmaya "yapışdırılacağı" halda dayanmaq olar.

Əslində AFFA-dakı əlaltılarının ağzını lazım olandan da yaxşı bağlayan Məmmədov avam adam deyil. Özü də bilir ki, nəinki Kin, heç Azərbaycan millisini çalışdırmağa razılıq verəcək ən yaxşı əcnəbi də təmsilçimizlə ciddi dirçəlişə imza atmayacaq. Assosiasiyada kök atan adamın dünyanın gözünü kor qoyub Kinə təklif göndərməsinin isə bircə adı var: növbəti mənəvi cinayət! 

Britaniya futbolu ilə azərbaycanlıların oynaya bildiyi arasında uzlaşma axtarmaq üçün ya futbolu bilməməlisən, ya da yumşaq desək, özünü axmaqlığa qoymalısan. Zamanla "Arsenal"ın əfsanəsi Toni Adamsın "Qəbələ"dəki fəaliyyətini də görmüşük, barmaqla sayılacaq sayda britaniyalının Azərbaycan çempionatındakı oyunlarını da... Şübhəsiz, İngiltərə mətbuatında yayılan xəbərdən sonra biz də özlüyümüzdə daha çox futbol ictimaiyyətini ələ salmaq sayılan təklifin Roya niyə göndərildiyi üzərində baş sındırdıq. Bircə tutarlı faktdan başqa heç nə tapmadıq. Roy pivə və viski azarkeşidi. Hələ "Mançester Yunayted"də oynadığı dönəmdə jurnalistlərin hər axşam "Yaralı Canavar" pabında tapdığı ulduz oyunçu gündəlik spirtli içki qəbul edir. Adams kimi əyyaşlıq üzündən bir neçə dəfə müalicə almasa da, boğazını yaşlamayanda keyfi yerində olmur. Məlum səbəbdən təxirə düşən AÇ oyunlarındakı mümkün pivə çatışmazlığından dəm vuran Elxan bəyin Kin sevdası yalnız bundan qaynaqlana bilər. Təbii, müasir reklam məsələlərindən anlayışı olan "vəzir"in irlanda beynindəki marketinq planlarını həyata keçirmək üçün yaxşı vasitə gözüylə baxması da ağlabatandı.  
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

06 Avqust 2020
17:54

Daha bir bölgə klubu fəaliyyətini dayandırır?

17:16

"Fənərbağça"da yeni baş məşqçi

16:52

Sançesin “İnter”ə keçidi rəsmiləşdi

16:25

"Fənərbağça"dan yeni transfer - 4 illik müqavilə imzalandı

15:58

Dördqat dünya çempionu yeni komandada

15:32

Premyer Liqada yay bazarlığı: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:05

"Kim oyunçu axtarırsa..." - Moytsa Pene

14:46

Azərbaycan və Türkiyə şahmatçıları yoldaşlıq görüşü keçirəcək

14:17

Azərbaycan klubu avrokuboklarda iştirakdan imtina etdi

13:53

"Zirə"dən ayrılan legioner Azərbaycanı tərk edə bilmir

13:32

Avropa Liqasının oyunları bu kanallarda - AFİŞA

13:11

Avropa Liqası: 1/8 final mərhələsinə yekun vurulur - YENİLƏNİR

12:55

Futbol federasiyasının prezidenti koronavirusdan öldü

12:30

Azərbaycan klubu ispaniyalı məşqçi ilə anlaşdı

12:16

Paytaxt klubu satıldı - 591 milyon avroya

11:59

Sumqayıtda sökülən stadion necə olacaq? - FOTOLAR

11:44

UEFA-dan Azərbaycan klublarına məktub: 40 min verib, şərt qoydular - ÖZƏL

11:30

UEFA reytinqi: Azərbaycan yerində sayır

11:18

Ronaldunun sevgilisinin yeni FOTOsu "Instagram"ı "partlatdı"

11:10

"Qalatasaray"a geri dönən Arda Turan: "Çox xoşbəxtəm"

10:50

98 yaşlı klub müflis olub dağıldı

10:29

"Qarabağ" "Keşlə"ni peşman etdi

10:01

"Mançester Yunayted" rəqibini belə üstələdi - VİDEO

09:45

Alman klubu "Şaxtyor"la bacarmadı - VİDEO

09:21

"İnter"dən qələbə - VİDEO

09:00

"Başakşəhər" Avropa Liqası ilə vidalaşdı - VİDEO

00:50

AL: "Kopenhagen" "Başakşəhər"i darmadağınla keçdi

00:40

Rəşad Sadıqova ağır itki

05 Avqust 2020
21:35

NBA-da gecənin ən yaxşı 10 hərəkəti - VİDEO

20:40

Avroliqa yeni mövsüm ərəfəsində iki turnir keçirəcək

19:25

US Open: Cokoviç iştirakçılar siyahısında, Nadal və Vavrinka olmayacaq

18:30

"Qarabağ"ın yeni transferi ulduz futbolçuların sırasında

18:25

"Kəpəz" baş məşqçisi ilə müqaviləni uzatdı

18:20

"Sumqayıt" yenidən Qəbələyə üz tutacaq

18:17

Portuqaliya çempionatı bu tarixdə başlayacaq

18:14

Arda Turan 9 il sonra yenidən "Qalatasaray"da - RƏSMİ

17:42

"Mançester Yunayted" Sançoya üç dəfə artıq maaş ödəməyə hazırdı

17:34

"Barselona"ya 50 milyon avro təklif edən Premyer Liqa klubunun adı məlum oldu

16:45

ÇL: Oyunlar almanlara tapşırıldı

16:15

Quardiola və Mourinyunu qabaqladı, ayın məşqçisi seçildi

15:40

Emeri "Arsenal"ın oyunçusunu komandasında görmək istəyir

15:29

"Mançester Siti" transferdən doymur

14:50

"Real"dan "Atletiko"ya transfer

14:38

Premyer Liqada ayın ən yaxşı oyunçusu - FOTO

13:57

Futbol qaydalarında dəyişikliklər edildi

13:31

Messi Kasilyasla belə vidalaşdı

12:49

Zidan növbəti dəfə "Yuventus"a "yox" dedi

12:16

"Barselona" və ter Şteqen arasında maaş problemi

11:58

"Bavariya" futbolçusuna müştəri tapa bilmir

11:35

Avroliqa: "İnter" "Xetafe"yə qarşı, "Başakşəhər" "Kopenhagen" səfərində

10:57

NBA: "Mayami" qələbə qazandı, "Miluoki", "Klippers" və "Hyuston" uduzdu

10:17

Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşdü

10:02

"Mançester Siti" yeni transferini rəsmən açıqladı - FOTO

09:45

Nadal "US Open"də iştirakdan imtina etdi

09:10

Premyer Liqaya sonuncu vəsiqənin sahibi müəyyənləşdi - VİDEO

08:20

Dördqat dünya çempionu "Instagram"ı belə "partlatdı" - FOTO

04 Avqust 2020
23:27

Nicat 2 həftə oynamayacaq

22:35

Con Terri bu klubun baş məşqçisi ola bilər

20:10

"Sabah" "Neftçi"ni darmadağın etdi

19:25

"Mourinyu futbol tarixinin ən yaxşı məşqçisidi"

18:16

İtaliyada mövsümün oyunçusu müəyyənləşdi

18:10

Bakı klubu yeni transferini açıqladı

17:41

Ramil Quliyev yenə birinci oldu

17:10

Klopp, yoxsa Quardiola? - Levandovski sevimli məşqçisinin adını açıqladı

16:45

Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir

16:28

"Mançester Siti"dən yeni transfer - 5 illik müqaviləyə imza atdı

15:49

Kasilyas karyerasını bitirdi

15:33

NBA-da gecənin ən yaxşı 10 hərəkəti - VİDEO

14:54

"Çelsi" transfer rekordunu qırmalıdı - İngilis müdafiəçiyə görə

14:52

"Səbail"in yeni transferi Bakıda: Müqavilə nə vaxt bağlanacaq?

Facebookdan bizi izləməyi unutmayın.