Ötən ilin noyabrında "Keşlə"dən ayrılan braziliyalı futbolçu Alvaro Tavareş müqavilə ilə məxsus olduğu Ukrayna "Lvov"una qayıdıb.
Fanat.Az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
"Footboom" nəşrinə danışan futbolçu Lvov təmsilçisində qalmaq istədiyini və bu mövsüm komandasına vacib hədəflərə çatmaqda kömək etməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, "Keşlə"nin heyətində 6 oyun keçirən Alvaro Tavareş 1 qol vurub.
Fanat.Az