"Mançester Yunayted”un futbolçusu Edinson Kavani cəzalandırıla bilər.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, belə ki, uruqvaylı hücumçu "Instagram" səhifəsinə irqçi ifadə işlədib.
Premyer Liqanın 10-cu turunda "Sauthempton”la matçda (3:2) iki qol vuran və bir qol ötürməsi verən 33 yaşlı oyunçu ona təbrik yazan azarkeşlərdən birinə "təşəkkür edirəm, qara” cavabını verib. Forvard yazdığını 3 saatdan sonra silib. Lakin İngiltərə Futbol Assosiasiyası hadisəni araşdırmağa başlayıb.
Kavaninin bu hərəkətinə üç oyunluq cəzalandırıla biləcəyi vurğulanıb.
Fanat.Az