14:13 22.01.2021 267

Kamal Umudlu: "Zəfər dəhlizindən keçəndə gözlərim yaşardı"

"Meydana çatanadək bundan xəbərim yox idi. Sadəcə, Elgiz Abbasov demişdi ki, oyundan əvvəl tədbir olacaq. Mənimlə bağlı olduğunu bilmirdim. Artıq tuneldə olanda deyildi ki, hələ gözlə, əvvəl komandalar, sonra sən çıxacaqsan".

Bu fikirləri "Report"a açıqlamasında futbol hakimi Kamal Umudlu Azərbaycan Premyer Liqasının XIV turunun "Səbail" - "Neftçi" matçında onun üçün hazırlanan zəfər dəhlizi barədə təəssüratlarını bölüşərkən deyib.

44 günlük Vətən müharibəsinin iştirakçılarından olmuş referi həmin an möhtəşəm hisslər keçirdiyini bildirib: "117 gündən sonra meydana çıxanda qəribə bir sevinc hissi var idi. Bu, artıq mənim üçün ölümsüzləşdirilmiş an oldu. Həmin vaxt bir anlıq donub qaldım. Dəhlizin içində gedərkən sona yaxın gözlərimin yaşardığını hiss etdim və buna görə başımı aşağı əydim. Möhtəşəm hisslər keçirdim. Müharibədə ən ön sıralarda olmasam da, onu yaxından hiss etdim. Vətən müharibəsindəki zəfərdən sonra bu dəhlizdə addımlamaq, xalqın göstərdiyi o hörməti, ehtiramı görmək tamam fərqli duyğulardır".

117 gündən sonra yaşıl meydana qayıdan Umudlu fiziki baxımdan çətinlik çəkmədiyini vurğulayıb: "Dekabrın 31-də qayıtdıqdan sonra yanvarın 3-də fərdi məşqlərə başladım. Daha sonra isə komanda şəklində hazırlıqlara qoşuldum. İlk həftədə müəyyən çətinliklər olurdu. Növbəti günlərdə isə özümdə müsbət mənada dəyişikliklər olduğunu hiss etdim. Bu matçadək "Qarabağ" və "Zirə" arasındakı yoxlama görüşü idarə etmişdim. Təbii ki, rəsmi görüşlərdə ab-hava başqa cür olur. Amma özümü bu matça tam hazırlamışdım. Bu baxımdan hər hansı problem olmadı".

Döyüş meydanı ilə futbol sahəsini müqayisə edən gənc referi hərəsinin öz çətinliklərinin olduğunu söyləyib: "Amma döyüş meydanında sabahın olub-olmayacağını bilmirik. Orada hər şey 50/50-dir. Daim ölümlə üz-üzə qala bilərsən. Bu mənada, döyüş meydanı daha ağırdır. Həmin vaxt bütün fikrimiz döyüşlərdə olduğu üçün gələcək barədə düşünmürdük. Yalnız müharibə bitdikdən sonra bütün fikrimi öz sahəmə yönəltdim. Oyun qaydaları kitabını əldə etdim və biliklərimi daha da təkmilləşdirməyə başladım. Artıq planlar qurmağa başladım. Çünki hakimliyə qarşı xüsusi sevgim var".

Umudlu müharibədə olduğu vaxt daim AFFA və PFL rəhbərliyinin dəstəyini hiss etdiyini bildirib: "Tez-tez əlaqə saxlayırdılar. Hətta qayıtdığım gün milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov fərdi olaraq mənimlə telefonda danışdı. Maraqlanan hər kəsə təşəkkür edirəm. Hakimlər və Hakim-İnspektorlar Departamentinin mənim üçün ən böyük jesti, hədiyəsi dünənki oyuna təyinat almağım oldu".

Referinin sözlərinə görə, onunla birlikdə daha 4 hakim ön cəbhədə xidmət edib: "Onlardan biri - Taleh Məmmədov Ordu sıralarına səfərbərliklə baş leytenenat kimi yollanmışdı. O, I Divizionda hakimlik edir. Digər hakim yoldaşlarım isə Qalib Əliyev, Əli Əliyev və Tural İbrahimov idi. Sonuncu hələ də qayıtmayıb, Qubadlıda xidmətini davam etdirir. Müharibə dövründə AFFA rəhbərliyi tərəfindən bizə həm maddi, həm də mənəvi yardım edilib".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 Mart 2021
11:23

Günün oyunları bu kanallarda - AFİŞA

11:04

İdman zallarının açılması ilə bağlı nazirlikdən açıqlama

10:56

Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı - FOTO/VİDEO

10:40

Amerikada xəstəxanaya yerləşdirilən Azad Rəhimovdan xəbər var

10:30

Premyer Liqa klubu iki hücumçusunu itirdi

10:13

Böyük Dəbilqə: Kəramət Hüseynovdan qələbə

09:54

Millimizin oyunçusu: "Səfərdən 3 xalla dönməliyik”

08:20

Darya gözəlliyi ilə göz qamaşdırır - FOTOLAR

00:09

Mesut Özil sıradan çıxdı

04 Mart 2021
23:55

Arturo Vidal Liqa 1 klubuna keçir

23:44

Kərim Benzema: "Taysonla qürur duyuram"

22:12

Türkiyə Superliqası: "Fənər" qələbə qazana bilmədi

21:38

Joze Alesio da Silva: "Erkən qol vurmağı tapşırmışdım"

21:04

Busatı millimizə məğlubiyyəti dəyərləndirdi

20:58

Millimiz Moldovanı 5 qolla yendi

17:38

Pandemiya yığma oyunçularını kuryer, taksi sürücüsü və ofisianta çevirdi

17:09

Türk klubu baş məşqçisini istefaya göndərdi

16:51

Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

16:34

Kamal Umudlu I Diviziona göndərildi

16:16

AFFA cəzaları yağdırdı

15:56

“Neftçi” və “Sumqayıt”a pul cəzası

15:39

Millimizin növbəti rəqibi bəlli oldu

15:14

WADA və AMADA arasında görüş keçirdi

14:43

"Qurban Qurbanov qurban olmağı öyrətdi" - "Qarabağ"ın legioneri

14:21

Essyen ölümlə hədələndi

13:57

Qara Qarayev: "Biz komanda olaraq hər zaman doğru olanı etmişik"

13:36

39 nəfər Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıldı

13:04

Tanınmış cüdoçu millimizin heyətindən çıxarıldı

12:41

Təmkin Xəlilzadənin yubiley matçı

12:29

Azərbaycan Kubokunda finalın vaxtı dəyişdi

12:10

Şəhriyar Məmmədyarov həmkarının suallarını cavablandırdı - VİDEO

11:55

"Sabah"ın 50-ci məğlubiyyəti

11:36

Mübariz Mənsimov bu tarixdə azadlığa çıxır?

11:19

20-ci heç-heçə

11:05

Son 17 ilin ən yaxşısı “Qarabağ”dır

10:32

Rəqabətli çempionatlar: Premyer Liqamız neçənci yerdədir?

10:08

"Neftçi"nin futbolçusu: "Çempionluq əlçatmaz deyil"

01:40

A Seriyası: "Atalanda" və "Verona"dan darmadağın, "Milan" yenə xal itirdi

03 Mart 2021
23:12

Türkiyə Superliqası: "Qalatasaray" autsayderə yenildi

22:03

Portuqaliya - Azərbaycan matçı Turində keçiriləcək

21:50

"Neftçi" "Sabah"ı belə məğlub etdi - VİDEO

21:29

Visente Qomes: "Məğlubiyyətlərə görə vəziyyət daha da çətinləşir"

21:08

Samir Abasov: “İtirəcəyimiz xal bizi panikaya sala bilər” - VİDEO

20:56

Ronaldudan daha bir rekord

20:32

“Neftçi” lider mövqeyinə qayıtdı

19:38

"Qəbələ" ilə oyunda çatışmayan aqressiya bu gün var idi"

18:40

"Neftçi" - "Sabah" oyunu dayandırıldı - SƏBƏB

18:07

Rəşad Sadıqov: "Kamerunlu yoldadır, sifariş edəcəyik"

17:26

Sadıqov “Neftçi”nin futbolçusuyla maraqlanıb

16:47

Qara Qarayev: "Çıx, get, xaricdə oyna"

16:38

Serbiya millisi sabiq oyun qurucusuna tapşırıldı

16:12

Avropa Liqası oyununun yeri dəyişdirildi

15:50

ABŞ-da xəstə yatan Azad Rəhimovun vəzifəsini kim icra edir?

15:33

Dmitri Kramarenkonun anası koronavirusdan vəfat etdi

15:28

İtaliya millisinin sabiq futbolçusu azadlıqdan məhrum edildi

15:08

Tanınmış şərhçi vəfat etdi

14:40

Bruno "Sabah"la oyunu buraxacaq

14:14

“Neftçi”nin məşqçisi Əməkdar Məşqçi adına layiq görüldü

13:48

AVRO-2020-yə yenidən 100 gün qaldı: 100-ü keçənlərin siyahısı yeniləndi

13:19

Adı "Neftçi" ilə hallanan futbolçu həbs olundu

12:56

Ozan Can Kökçü: "Bakının yeri qəlbimdə ayrıdır"

12:37

Millimizin üzvü: "Onlarsız mübarizə aparmaq çox çətindir"

12:04

"Yuventus" Pirlonu istefaya göndərir?

11:26

Azərbaycan millisinin yekun heyəti açıqlandı

11:11

Millimizin qapıçısı heyətdən kənarlaşdırıldı

10:43

“Şalke” yeni baş məşqçi ilə anlaşdı

10:28

Nazirin milyonluq "Topaz" biznesi niyə batır? - Əmsalların azlığı...

10:17

"Barselona"dan Mikel Arteta açıqlaması

10:00

Dəhşətli yol qəzası: 9 futbolçu və bir məşqçi həlak oldu

09:31

"Qarabağ"la 5 dəfə Azərbaycan çempionu olan futbolçu karyerasını bitirdi

Facebookdan bizi izləməyi unutmayın.