İspaniyanın "Alaves” klubunun baş məşqçisi Pablo Maçini istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə komandanı Xavier Kabellonun çalışdıracağı bildirilib.
Qeyd edək ki, Maçin ötən ilin avqustundan "Alaves”i çalışdırırdı. Komanda onun rəhbərliyi altında cari mövsümdə 18 turdan sonra 18 xalla 16-cı pillədə qərarlaşıb.
Fanat.Az