17:05 23.11.2016 186

İntiqam hissi azərbaycanlı xanımı qaydasız döyüşçüyə çevirdi - FOTO

Get-gedə qadınlar, hətta güclü kişiləri belə, məşğul olduqları sahədən sıxışdırıb çıxara bilirlər. Artıq bu proses idman rinqlərində də başlayıb. Düzdür, hələ ki, bunun üçün zərif cinsin nümayəndələrinə çox əziyyət çəkmək lazım gəlir, amma artıq belə istisnalar var.

Bunlardan biri Suada Səlimova ilk baxışdan incə bir xanımdır və heç kimin ağlına belə, gəlməzdi ki, bu xanım sırf kişilərə xas olan idmanla - qaydasız döyüşlə məşğul olur. Hazırda Dubaydakı idman klublarından birində məşq edən Suada, karyerasında ilk dəfə olaraq keçiriləcək qaydasız döyüş - ММА (Mixed Martial Arts) üzrə rəsmi yarışa çıxacaq.


Suada Azərbaycanda bu idman növü ilə məşğul olan ilk qadınlardan biridir. Bununla yanaşı, Suada kikboks üzrə dördqat, uşu-sanda üzrə üçqat Azərbaycan çempionu, Sankt-Peterburqda keçirilən döyüş növləri üzrə olimpiadanın qalibi və İspaniyada keçirilən WTKA növü üzrə döyüşlərdə dünya çempionudur. 

İdmanla uşaq vaxtlardan məşğul olduğunu deyən Suada, əvvəlcə bir çox qızlar kimi idmana gimnastikadan başlayıb. Amma sonradan təhsildə axsamamaq üçün gimnastikanı atıb və ali məktəbə girmək məqsədi uğrunda ciddi cəhdlə çalışıb. Hərdən yaşıdları onun xətrinə dəyir, bu incə qızın isə onlara cavab vermək taqəti yox idi.


Onun üçün həlledici nöqtə həmyaşıd qızlarla mübahisə olub. Səbəb isə - bir gəncə olan məhəbbət olub. Qüvvələr bərabərliyinin onun xeyrinə olmadığını görən Suada, 16 yaşından kun-fu və uşu-sanda ilə məşğul olmağa başlayıb. İlk məşqçisi isə bu sahədə ad-san qazanmış, 18-qat dünya çempionu Ramil Allahverdiyev idi. Sonradan Suada gündəlik məşqlərə kikbosu da əlavə etdi.

Düzdür, qazandığı təcrübə ona, üstündə mübahisə düşən gəncin ürəyini qaytarmadı. Amma bu gün Səlimova, mübahisə etdiyi qızı həmişə minnətdarlıq hissi ilə yada salır - məhz həmin qıza cavab vermək üçün Suada məşqlərə başlamışdı. 

O, başa düşür ki, gənclərin "ürək hadisələri" arxada qalıb. Yeri gəlmişkən, həmin cavan oğlan nə ona, nə də rəfiqəsinə qismət oldu. Oğlan başqa bir qızı seçdi. Amma Suada taleyinin belə gətirməsindən şikayətlənmir və hətta razıdır. 

İdmanla yanaşı Suada təhsilini də atmadı. Məktəbi uğurla bitirdikdən sonra Bakı Slavyan universitetinin "Beynəlxalq əlaqələr və regionşünaslıq" fakültəsinə qəbul olunur. Oxuya-oxuya tikinti şirkətində, və Bakı ekspo mərkəzində mühafizəçi işləyir, xarici dillər öyrənir.

İdmançı karyerası boyu onlarla medal və mükafat alan 23 yaşlı Suada bir gün belə, məşqlərini saxlamır: "Bu ilin martında Dubayda işləyən qardaşımın yanına qonaq gəlmişdim. Bir gün burada fəaliyyət göstərən "The Champion Club" klubuna baxmağa getdim. Ad və oradakı şərait, məşqlərin keçirilmə forması çox xoşuma gəldi. Elə buradaca kikboks üzrə üçqat dünya çempionu olmuş bir məşqmi ilə tanış oldum. O, məni yoxladı, döyüş üsulumu bəyəndi və Dubaya köçərək, burada məşq etməyi təklif etdi".

Hazırda Səlimova gündəlik olaraq döyüş növləri idmanı ilə 6 saat məşq edir. Məşqlər siyahısına Braziliya ciu-citsusu da daxil edilib. Yarım ildən sonra Suada həyatında ilk dəfə olaraq qarışıq döyüş növləri üzrə rəsmi yarışa çıxacaq.


Səlimova qarşısına çox aydın məqsəd qoyub: qısa müddətdə bu idman növündə uğur qazanmaq, çempion olmaq və UFC, BELLATOR kimi dünyaca məşhur ABŞ idman şirkətləri ilə müqavilə bağlamaq.

"Mən qaydasız döyüş üzrə idman ustası adı almaq və xanımlar üçün döyüş idman növləri məktəbi açmaq istəyirəm. Ailə barədə onu deyə bilərəm ki, bu məsələni əvvəlcədən planlaşdırmaq olmur, amma qüvvəm çatdıqca məşqləri davam etdirəcəyəm. Ailəm məni tam dəstəklədi. Əvvəllər seçimimə şübhə ilə yanaşırdılar, amma sonradan dəstəklədilər", - deyir xanım idmançı.

Baxmayaraq ki, Suada Səlimova xaricdə məşq edir, karyerasının sonuna qədər Azərbaycanı təmsil edəcəyini əminliklə söyləyir.

Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2020
15:09

"Komandada 15-17 nəfərdə koronavirus aşkarlanmışdı" - İtaliya klubunun prezidenti

14:41

Kompani Quardiolanın təklifini rədd edib

14:35

"Latsio"nun lideri PSJ yolunda

13:59

Cazibədar gimnastımız zəngin iş adamı ilə yeni FOTOLARını paylaşdı

13:52

Memfis Depayın aqibəti necə oldu?

13:45

Arbeloa "Real"a qayıdır

13:20

Premyer Liqa tarixinin ən yaxşı mərkəz müdafiəçisi kimdi? - SIRALAMA

12:44

25 yaşlı futbolçu koronavirusdan dünyasını dəyişdi

12:07

Kamil Zeynallıdan açıqlama: "Kamili qorxutdular, sındırdılar..." - VİDEO

11:47

Azərbaycanlı futbolçunu aktyor belə əzişdirdi - VİDEO

11:25

20 yaşlı futbolçu Bundesliqada tarix yazdı

10:55

"Barselona" Koutinyunu "Tottenhem"ə göndərməyə hazırdı

10:38

"Neftçi"nin hücumçusu: "Cənubi Kipr klubu ilə danışıqlar aparıram"

10:20

"Reno" "Formula 1"-də qalır

09:55

Polis əməliyyat keçirdi: Məşhur hakim fahişəxanada saxlanıldı

09:50

NBA-da yeni format: 20-22 komanda...

09:30

PSJ İkardinin transferini həll etdi

09:07

Dünyanın ən çox qazanan idmançılarının siyahısı açıqlandı

08:20

Rusiyanın ən gözəl döyüşçüsü oktaqona qayıdacaqmı? - FOTOLAR

00:30

Bundesliqa: "Bayer" səfərdə qazandı

00:09

Messi, Ramos və Suares yeni klipə çəkildilər - VİDEO

29 May 2020
23:18

Rusiya Premyer Liqasının oyunları azarkeşsiz keçirilməyəcək

21:25

Azərbaycanlı futbolçu Rusiya klubu ilə müqavilə bağladı

19:15

"Borussiya"da zədə problemi: Holand oynamayacaq

18:54

Klublar Komitəsi Azərbaycan Premyer Liqasının bərpasını müzakirə edəcək

18:45

Operativ Qərargahdan qapalı idman müəssələri ilə bağlı açıqlama

18:10

Bundesliqada 29-cu tura start verilir

17:58

Rusiya klubu azərbaycanlı futbolçu ilə yeni müqavilə imzaladı

17:33

"Liverpul" "Enfild"ə həsrət qalacaq - Çempion olana kimi

17:03

Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi

17:02

Verner "İnter"ə keçməyəcək

16:37

Dieqo Kosta azadlıqdan məhrum edilə bilər

16:08

"Liverpul" və "Yuventus" Heyzel faciəsinin qurbanlarını andılar

15:35

Mədət Quliyev dayanmadan 7 saatdan çox velosiped sürdü - VİDEO

15:25

"Mən nəfəs ala bilmirəm" - Lebron Ceymsdən Corc Floydun ölümünə reaksiya (FOTO)

15:24

Lautaro Martines "Barsa"da nə qədər qazanacaq?

15:18

İranlı futbolçu: "Səbail"lə razılıq əldə etdim, oynayacağam"

14:56

La Liqada cari mövsümün bərpa və yeni mövsümün başlama vaxtları bəlli oldu

14:37

İngiltərə Kubokunun təqvimi açıqlandı

13:54

"Neymar yalnız Messidən geri qalır" - "Barsa"nın keçmiş prezidenti

13:25

UEFA ÇL-in finalını İstanbuldan ala bilər

13:08

At çapması ilə fenomenə çevrilən Gülaydan üzücü xəbər

12:57

Makqreqor yenidən Həbiblə qarşılaşa bilər

12:35

Dünyanın ən dəyərli klubları - SIRALAMA

11:56

"Arsenal"da istefa

11:52

Azərbaycanda baş redaktorun anası koronavirusdan dünyasını dəyişdi

11:11

Premyer Liqa: Oyunların başlama saatları açıqlandı

11:06

PSJ-nin qapıçısı yol qəzasına düşdü - FOTOLAR

10:56

Bundesliqanın liderinə ağır cəza

10:44

Qrossmeysterimiz "İpək Yolu Kuboku"nun qalibi oldu

10:40

"Arsenal"ın ulduzu "İnter"in təklifini rədd etdi

10:10

Ronaldu mövsümün sonunda "Yuventus"dan ayrıla bilər

09:35

İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşdi

09:05

Viktor Valdesin yeni iş yeri bəlli oldu

08:20

"Ona vurulduğum üçün "Qalatasaray" azarkeşi oldum" - FOTOLAR

28 May 2020
21:00

Türkiyə klublarından Azərbaycana təbrik

19:43

Premyer Liqa bu tarixdə bərpa olunacaq

19:28

PSJ-ni "Arsenal"a dəyişir

19:13

Türkiyə Super Liqası ilə bağlı rəsmi qərar açıqlandı

18:15

Sulşer Verneri istəyir, MY rəhbərliyi transferin reallaşacağına inanmır

17:37

"Qalatasaray" "Atletiko"nun futbolçusunu transfer etmək istəyir

17:05

Simeonenin köməkçisi Argentina nəhəngini çalışdıra bilər

16:30

Hər gün futbol izləyəcəyik - La Liqanın bərpa planı

16:04

"Formula 1" üzrə Niderland Qran-prisi baş tutmayacaq - RƏSMİ

15:47

Mayk Tayson şou proqramda kütləvi dava saldı - VİDEO

15:42

“Qalatasaray” Azərbaycanı təbrik etdi

15:42

"Çelsi"nin futbolçusu Avropa nəhənglərinin "radar"ında

15:17

"Neftçi” və “Qarabağ”:100-dən çox böyükhesablı qələbə

15:12

"Şişirdilmiş" futbolçular - TOP-10

14:38

"Yuventus" Pyaniçə görə Frenki de Yonqu "Barsa"dan istəyir

Facebookdan bizi izləməyi unutmayın.