12:21 20.02.2021 316

İlahə Qədimova: "Əlimdən gələni etməyə çalışacağam"

FİDE-nin Yarışlar Komissiyasına yeni katib təyin olunan Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimovanın apasport.az saytına müsahibəsi

- Əvvəl çalışdığınız FİDE-nin Qadın Şahmatı Komissiyasından ayrılaraq Yarışlar Komissiyasına katib təyin edildiniz. Bu dəyişiklik necə reallaşdı?
- Yarışlar Komissiyasının katibi var idi. Sadəcə, o, Məşqçilər Komissiyasına keçdiyindən, FİDE bu boşluğu mənim doldurmağımı məsləhət gördü. Qadın Şahmatı Komissiyasında çalışmaq da çox maraqlı idi. Orada çoxlu işlər görülmüşdü. Ancaq Yarışlar Komissiyası daha məsuliyyətlidir. Bu, FİDE-nin göstərdiyi etimaddır. Mən də bunu doğrultmağa, həmişəki kimi, əlimdən gələni etməyə çalışacağam.

- Bundan əvvəl yer aldığınız komissiyada şahmat adına hansı faydalı işlər gördünüz?
- Bu, əsasən FİDE-nin fəaliyyəti ilə bağlıdır. Orada hakimlər, məşqçilər kimi bir sıra layihələr var idi. Biz çalışırıq ki, qadınlar dünya şahmatının hər istiqamətində daha fəal iştirak etsinlər. 

- FİDE-nin Yarışlar Komissiyasının fəaliyyəti ilə bağlı hansısa yeniliklər gözlənilirmi?
- Komissiyanın işində elə bir yenilik gözlənilmir. Bu komissiya FİDE-nin bir sıra rəsmi tədbirləri üzərində çalışır, beynəlxalq seminarlarını təşkil edir, adları təqdim edir.

- Yeni vəzifəniz dünya səviyyəli yarışlar, o cümlədən İddiaçılar Turnirinin Bakıya salınmasında hansısa rol oynaya bilər?
- Burada məsələ belədir ki, FİDE hansı yarışın nə zaman baş tutacağını açıqlayır, maraq göstərən ölkələr də öz namizədliklərini irəli sürə bilirlər. Ondan sonra qurum məsələyə baxır. Bildiyiniz kimi, Naxçıvanda 16 yaşadək şahmatçılar arasında Olimpiada keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə təxirə salındı. Hazırda da hadisələrin necə cərəyan edəcəyi bilinmir. Elə bir dönəmdir ki, yoluxmalarla bağlı vəziyyətin necə olacağını təxmin etmək çətindir. Sevindirici haldır ki, onlayn şəkildə də olsa şahmat turnirləri təşkil olunur və FİDE də bunda fəal iştirak edir. Həmçinin başqa bir sistem də tətbiq olunacaq. Bu, Hibrit sistemidir. Burada hansısa turnirə qoşula bilməyən komandalar öz ölkələrindən oynaya bilərlər. Hibrit sisteminə görə onlayn oynayacaqlar, amma ya federasiyadan, ya da hansısa klubdan. Orada hakim özü iştirak edəcək. Gələcəkdə belə bir format nəzərdə tutulur.

- Yığmamızın aparıcı üzvlərindən olmusunuz. Koronavirus səbəbindən hazırda daha çox kişilərin yarışı keçirilir. Bu amil qadın şahmatçıların inkişafına mane olmayacaq?
- Onlayn turnirlərin öz spesifikası var. Əlbəttə ki, oflayn turnirlə müqayisə etmək bir az çətindir. Amma istənilən çətin vəziyyətdən çıxış yolu olmalıdır. Onlayn turnir də hazırkı durum üçün çıxış yoludur. İştirakçıların qadın və ya kişi olmasının fərqi yoxdur. Bir çox turnirlər olur, şahmatçılar da öz üzərlərində işləməlidirlər. Sadəcə olaraq, motivasiya itməməlidir. Bu il bir sıra vacib yarışlar olacaq, həmçinin gələn il Olimpiada gözlənilir.

- Son vaxtlar Azərbaycan şahmatı Teymur Rəcəbovun çiyinləri üzərindədir. Gələcəkdə təcrübə toplamaq baxımından bu, digərlərinə problem yaratmayacaq?
- Niyə problem yaratsın? O biri şahmatçılar da başqa turnirlərdə güclərini sınayırlar. Onlayn turnir çox keçirilir. İnanıram ki, bizim şahmatçılar məşqlərini də davam edirlər, onlayn yarışlara da qatılırlar. İnkişaf etmək isə şahmatçıların əsas öz üzərlərində çalışmalarından asılı olacaq. Teymurun daha böyük turnirlərdə iştirakı digərləri üçün heç də mənfi hal deyil.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2021
01:15

Millinin həkimi: "Kristian xəstəxanaya yerləşdirilməmiş mənimlə danışırdı"

00:52

AVRO-2020: Finlandiya qorxunc oyunu qazandı, rusları Piterdə "kötəklədilər"

12 İyun 2021
22:56

İlham Əliyevlə Mehriban Əliyeva Uels-İsveçrə matçına baxıblar

22:01

Eriksenin xanımı da ağladı, futbolçular da... - FOTOLAR

21:43

Eriksenin vəziyyəti nə yerdədi? - SON DURUM

21:36

Rafiq Hüseynov "bürünc"ü tuşe ilə qazandı

21:28

Uels - İsveçrə matçının ən yaxşısı açıqlandı

21:02

Vladimir Petkoviç: "Fərqli olacaq, qorxmamalıyıq"

20:50

Robert Peys: "Daha çox azarkeşin olmasını istəyirəm"

20:42

AVRO-2020-də ŞOK OLAY: Eriksen ölümün caynağından qurtulacaqmı? - VIDEO

19:16

AVRO-2020: Türkiyə millisi Bakıya gəldi - FOTOLAR

18:56

AVRO-2020: Bakıdakı ilk oyun "sülh"lə bitdi

18:55

AVRO-2020: Bakıdakı oyunda VAR sistemindən istifadə edildi

16:57

AVRO-2020: Bakıda açılış mərasimi keçirildi

16:54

2 karateçimiz Tokio-2020-dən kənarda qaldı

16:45

AVRO-2020: Oyunları hansı kanallardan izləmək olar? - SİYAHI

15:55

"Qarabağ" millimizin futbolçusu ilə müqaviləni uzatdı

14:27

"Qarabağ" hücumçusunu icarəyə verə bilər

14:11

AVRO-2020: Bakıdakı ilk oyuna neçə bilet satılıb?

13:59

Azərbaycan Tokio olimpiadasına daha bir lisenziya qazandı

13:48

"Qarabağ"ın legioneri basketbol oynadı - VİDEO

13:34

AVRO-2020: DYP hərəkət iştirakçılarına müraciət etdi

13:20

"Beşiktaş" transfer bombasını partladır - "İnter"in ulduzu...

13:00

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:57

“Neftçi” ilk transferini rəsmiləşdirdi - FOTO

12:51

AVRO-2020: Tanınmış referini yenə köməkçisi pis vəziyyətdə qoydu - FOTO

12:30

AVRO-2020: DİN-dən azarkeşlərə müraciət

12:21

AVRO-2020: Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılan yollar - FOTO

12:10

Azərbaycanlı müğənninin mahnısı Türkiyədə gündəm oldu - VİDEO

12:03

AVRO-2020-nin şərhçisi: "Formamı bərpa etdiyimi düşünürəm"

11:29

Mariya Stadnik: "Olimpiya çempionluğum Tanrıdan asılıdır"

11:03

AVRO-2020: Onlar Türkiyə millisini seçdi - SORĞU

10:49

Amerika Kuboku: Açılış matçı öncəsi kütləvi yoluxma

10:16

"Şərhçi seçimi kanal rəhbərliyinin səlahiyyətindədir" - Tural Dadaşov

10:12

AVRO-2020 ilə əlaqədar hazırlanmış nəqliyyat planının icrasına başlanıldı

09:57

Avropa çempionatı açılış oyunlarında çıxış etmiş komandalar

00:51

AVRO-2020 başladı: Türkiyə İtaliyaya böyük hesabla uduzdu

11 İyun 2021
23:03

"Qalatasaray" eyni gündə iki oyunçu transfer etdi

21:42

Şəhriyar Məmmədyarov Aronyanı məğlubiyyətə uğratdı

21:18

AÇ-2020: Rusiya yığmasında koronavirus şoku

21:17

5 qol vuruldu, yığmamız Gürcüstana uduzdu

20:42

Belçika çempion olsa... - MÜKAFATLAR AÇIQLANDI

19:01

"Kumirim Aleks kimi əfsanə olmaq istəyirəm" - "Qarabağ"ın yeni transferi

18:34

Bakı klubu 3 futbolçusu ilə müqavilə yenilədi

17:54

Vaqif Cavadov hansı komandanı favorit görür?

17:06

Futbol Kafe sahibləri çətin durumda - yumşalmaya ümid edirlər

16:57

Bu transferi heç kim gözləmirdi...

16:12

"Köhnə" şərhçilər yenilərə qarşı

16:11

"Qəbələ" 9 futbolçusu ilə vidalaşdı

16:01

"Saatları sayıram ki, oyun başlasın..." - İlqar Mikayıloğlu

15:55

"Qarabağ" yeni transferini açıqladı - VİDEO

15:51

"Neftçi" qapıçısı ilə yolları ayırdı

15:22

Azərbaycanlı məşhurlar “Avro-2020”də hansı komandanı dəstəkləyirlər?

15:00

Cavadov İtaliya ilə Türkiyə arasında qaldı - AÇIQLAMA

14:55

Bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək

14:27

"Sumqayıt" klubu 2 futbolçusu ilə vidalaşdı

14:20

Asif Bağırov "CBC Sport" və "İdman TV"ni qınadı: "... öz vəzifələrindən qorxdular"

13:36

"Fənərbağça"nın gizli danışıqlar apardığı məşhur mütəxəssis kimdi? - AÇIQLANDI

13:27

"Sumqayıt" futbolçusu ilə müqaviləni uzatdı

12:43

DİQQƏT! Bakı metrosunun iş rejimi dəyişir

12:09

Elnur Əşrəfoğlu 10 il sonra futbol şərh edəcək: "Nostalji hisslər yaşayacağıq"

12:00

Türkiyə - İtaliya oyununu necə izləmək olar?

11:18

"Keşlə" hazırlıq planını açıqladı

11:00

"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubunda?

10:39

Dünya çempionatı: Daha bir cüdoçumuz mübarizəyə başlayır

10:00

AVRO-2020-nin təqvimi

00:38

ABŞ-dan alınan darmadağını baş məşqçiyə bağışlamadılar

00:34

La Liqanın ən yaxşı futbolçusu açıqlandı

10 İyun 2021
23:13

Komandasını "əzdilər", azərbaycanlı gözə dəymədi

23:02

"Azərbaycandakı matçlarda rəqiblərimiz özlərini səfərdə hiss edəcək"

Facebookdan bizi izləməyi unutmayın.