15:04 18.01.2021 199

İdman və fitnes zalları hansı qaydalarla bərpa oluna bilər?

Koronavirus pandemiyası dönəmində hələ də idman və fitnes zallarının istifadəsinə icazə verilmir.

Fanat.Az xəbər verir ki, dünyanın bir sıra ölkələrində bu sahədə yumşalmalar olsa da, Azərbaycanda qapalı məkanda məşq etmək üçün icazə yoxdur.

Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında Operativ Qərargahla birlikdə fitnes və idman zallarının açılması ilə bağlı böyük proqram hazırladıqlarını söyləyib. Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov isə fitnes zallarında 4 nəfərin 1 məşqçi ilə 100 kv.metrlik sahədə fəaliyyət göstərməsinin mümkünlüyünü təklif etdiklərini vurğulayıb.

Pandemiya dövründə belə sahələrə qismən də olsa, icazə verilməsi mütləqdir.

Fitnes məşqçisi və bodibildinq üzrə ölkə, Avropa, dünya və Zaqafqaziya çempionu Vüqar Verdiyev "Report"a açıqlamasında idman və fitnes zallarının mütləq açılmalı olduğunu söyləyib. O bildirib ki, zallarda bəzi məhdudiyyətlər qoymaq lazımdır: "Zalları açmaq mümkündür, bu, bütün dünyada qəbul edilib. Ölkəmizdə zalların indiyədək açılmaması bütün məşqçiləri narahat edir. Nazirliyin açıqlamasına baxmışam, onlar bildiriblər ki, 100 kv.metrlik sahədə 1-i məşqçi olmaqla, 5 nəfər yer ala bilər. 5 nəfərin 100 kv.metrlik yerdə 1 saatdan çox məşq etməsi nə dərəcədə düzgündür, bunu deyə bilmərəm. Hətta belə də olsa, zalların açılmasını qənaətbəxş hesab etmək mümkündür". Bu

Verdiyevin sözlərinə görə, fitnes zallarında qaydalara tamamilə əməl olunur: "Burada heç kim bir-biri ilə güləşmir, dalaşmır. Sadəcə, hərəkəti icra edib dayandıqdan sonra başqa biri həmin hərəkəti yerinə yetirir. Məhdudiyyətlər qoymaq olar ki, zallarda mütləq spirt olsun. İdmançılar uzandıqları yerdə dəsmaldan istifadə etməlidirlər. Durduğu yerdə onun təri silinməlidir. Virus tərlər vasitəsi ilə, "tökülən sulardan" yayıla, dəmirə yapışa, oradan isə ələ keçə bilər. Yoluxmanın bu halda baş verməsi mümkündür. Bütün zallarda mütləq dəsmal, spirt və bəzi vasitələr olmalıdır. Güləş idman növündə döşəyin üstündə mübarizə aparırlar və hamının təri bir-birinə qarışır. Fitnes zalında isə təmizliyə riayət olunsa, yoluxma baş verməz".

Məşqçinin sözlərinə görə, fitnes zallarının məhdudiyyətlərlə fəaliyyət göstərməsi çox çətindir: "İnsanlar fitnes zalına ən çox işdən sonra gəlirlər. İnsanların işləri saat 17:00-da və ya 18:00-da bitir. Həmin vaxtlarda bütün zallarda çoxlu insan olurdu. Günorta və səhər saatlarında isə maksimum 5-6 nəfərə rast gələ bilərsiniz. Saat 8:00-dan 17:00-dək heç bir yerdə 50 nəfər məşq etmir. Ən güclü fitnes zalında 15 - 20 nəfər olar. Mənim yanıma gələn müştərilən çoxu iş adamlarıdır. Kiməsə desəm ki, saat 11:00 və ya 12:00-da məşqə gəlməlisən, gələ bilməyəcək. Həkimə necə deyim ki, saat 10-11 radələrində gələrsən. Bu adamın işi var və saat 18:00-dək xəstəxanada olur. Hamının iş günü axşam bitir. Fitnes zallarında belə qayda yoxdur ki, kim nə vaxt gələcək. Heç kimə demək olmaz ki, müəyyən vaxtda gəl. Məhdudiyyətlər olacaqsa, çətinliklər qaçılmazdır. Bütün fitnes məşqçiləri bu fikirdə olacaqlar".

Azərbaycan millisinin üzvü zallar açılacağı təqdirdə, çox sevinəcəyini sözlərinə əlavə edib: "7 aydır gözləyirik, bir tərəfim üstə oturmuşam. Hansısa məhdudiyyətlər olsa belə, fitnes zallarının açılmasını istəyirik. İllərlə yığdığımız forma hədər getməsin. Bu il Avropa və dünya çempionatları baş tutmadı. Bodibildinq şahmat deyil ki, evdə məşğul olasan. Formanı saxlamaq çox çətindir, milli üzvləri çox əziyyət çəkirlər. Bizim elə də böyük sponsorumuz olmur. Qazandıqlarımızla yarışa çıxırıq. Fitnes zallarının açılması bu baxımdan çox vacibdir".

Verdiyev anabolik steroidlərin daha çox idman zallarında təklif olunmasına da münasibət bildirib: "Bu açıqlamanı Azərbaycan Milli Antidopinq Agentliyi verib. Onlara heç nə demirəm. Dopinq yoxlanışı bütün dünyada qəbul edilib. Amma o fikirlər bütün zallara şamil edilməməlidir. Bütün idman növlərində dopinq nəzarəti var. Mən də işlədiyim zalda bu barədə maarifləndirmə aparmışam, dopinqin ziyanlarını diqqətə çatdırmışam. Heç vaxt heç bir idmançıya anabolik steroidlər məsləhət görməmişik".

Bodibildinq üzrə yığmanın sabiq üzvü və məşqçi Fuad Quluzadə fitnes və idman zallarının açılması ilə bağlı digər ölkələrdən nümunə götürməyin vacibliyini diqqətə çatdırıb: "Avropa və Amerika qitəsində bu sahədə müəyyən qaydalar tətbiq edilir. Onların günlük yoluxma sayları bizdən çox olsa da, zallar qaydalarla fəaliyyət göstərir. Məsələn, aparatlar arasında "şahmat qaydası" tətbiq etmək olar. Bu isə o deməkdir ki, onların arasında məsafə saxlamaq mümkündür. Zallarda müxtəlif yerlərdə spirt və digər maddələr qoymaq lazımdır. Bir məşqçiyə düşən insan sayı da azalmalıdır. Əvvəllər hansısa məşqçi daha çox şəxslə məşq edirdisə, indi belə olmamalıdır".

Quluzadə fitnes zallarında 4 nəfərin 1 məşqçi ilə 100 kv.metrlik sahədə fəaliyyət göstərməsinin pandemiya şərtləri baxımından normal olduğunu deyib: "Onsuz da zalların çoxunda belədir. 100 kv.metrdə 4 nəfərin və 1 məşqçinin olması bir az müəmmalı məsələdir. Bunu kim yoxlayacaq, xüsusi nəzarət olacaqmı? Qayda sadəcə formal olacaq. Bakıda o qədər idman zalı var ki, onlara işçi ayırıb yoxlatdırmaq belə ayrı problemdir. Hansı yerlərin havalandırma sistemi varsa, orada məşqlərə başlamaq olar. Havalandırma sistemi olmayan yerlərdə xəstəlik arta bilər. Bakıda həddindən artıq idman və fitnes zalları var. Tam nəzarət edə biləcəklərinə inanmıram. Bir sözlə, mümkün deyil. Əslində, tətbiq etmək istədikləri qayda pandemiyaya görə normaldır, amma bunu necə nizamlayacaqlarını bilmirəm".

Millinin sabiq üzvü anabolik steroidlərin daha çox idman zallarında təklif edildiyini təsdiqləyib: "Elə məşqçilər var ki, təklif edirlər. Amma bunu hamıya şamil etmək düzgün deyil. İnsanlar bəlkə də daha çox savadsız məşqçilərə yaxınlaşır və onlarla söhbət edirlər. Günahın çox hissəsi anabolik steroidi alanda görürəm. Öz bədəninə həmin ziyanlı maddəni verir. Savadsızlıq edib, hansısa məşqçidən anabolik steroid alıb öz bədənlərinə vururlar. Bu, bütün məşqçilərə qətiyyən şamil edilməməlidir. Şəxsən mənə yaxınlaşıb istəyənlər olur, onları acılayıram. İnsanlar məşqçiləri tanısınlar, araşdırsınlar, daha sonra onunla məşq etsinlər. Siz peşəkar idmançı deyilsinizsə, anabolik steroiddən niyə istifadə edirsiniz? Bu, sadəcə məntiqsizlik, ağılsızlıqdır. Səbəb nədir ki, özlərini bu qədər korlayırlar".

Beynəlxalq Natural Bodibildinq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri və məşqçi Elnur Şıxəliyev idman və fitnes zallarında tər və rütubətin koronavirusun yayılmasına şərait yaradan əsas amillərdən olduğunu vurğulayıb: "Bu səbəbdən, idman zallarında ciddi qabaqlayıcı tədbirlər görülməlidir.İlk olaraq, insanların sayı, hər nəfər üçün istifadə zonası 6 kv metr olmaqla müəyyənləşdirilməlidir. İdman zallarının girişində koronavirusla mübarizə tədbirləri haqqında məlumatlar asılmalı, girişdə və içərisdə əllərin dezinfeksiya edilməsi üçün vasitələr qoyulmalıdır".

Şıxəliyev deyib ki, zala daxil olan müştərilərin və işçilərin hərarəti mütləq yoxlanılmalıdır: "Hərarəti 37-dən yüksək olan şəxslər zala buraxılmamalıdırlar. Zalın ölçüsünə uyğun sayda müştəri qəbul edildikdən sonra giriş qapısı nəzarətçi tərəfindən bağlanılmalıdır. Bütün müştərilər və işçilər maska taxmalıdırlar, zalda olduqları müddətdə maska taxma davam etdirilməlidir. Məşq zamanı ağız su damçılarının sürətli yayılması səbəbindən ən azı müştərilər və işçilər arasında 2 m sosial məsafə saxlanılmalıdır. İdman zallarında kardio (qaçış bandı,velotrenajor və.s) avadanlıqlar arasında ən azı 2 metr məsafə olmalıdır. Kardio və ağırlıq avadanlıqları olan zonaları bir-birindən ayırmaq daha məqsədə uyğundur. Müştərilərin giriş və çıxış vaxtları qeyd edilməlidir".

Mütəxəssis idman zallarının giriş və çıxışlarına pedallı zibil qutularının mütləq şəkildə qoyulmalı olduğunu söyləyib: "Xroniki xəstəlikləri olanların və 65 yaşdan yuxarı şəxslərin zallara gəlməsi tövsiyyə olunmur. Zalların daxilində fəliyyət göstərən yeməkxana, TƏBİB-in tətbiq etdiyi təlimata uyğun olaraq xidmət etməlidir. İdman zalları maye sabun və birdəfəlik kağız dəsmallarla təchiz olunmalıdır. Ağırlıq stansiyasından eyni anda birdən çox adam istifadə etməməlidir. Bir şəxs stansiya ilə tamamilə işləyəndən sonra digər müştəri istifadə edə bilər. Cihazların istifadədən sonra silinməsi ilə bağlı xəbərdarlıq plakatları idman zalının müxtəlif nöqtələrində yerləşdirilməlidir. Bu mövzuda səsli anonslar hazirlanmalıdır. Minimum işçi heyətinə uyğun iş qrafiki planlaşdırılmalıdır. İdman zalları mərkəzi havalandırma sistemləri ilə havalandırılmalı və təmiz hava ilə təmin edilməlidir. İdman salonları tez-tez havalandırılmalıdır". (Report.az)


Oxşar xəbərlər

Xəbər lenti

27 Fevral 2021
14:18

Super Liqa klubunda yeni müqavilə

13:57

Avropa çempionatının vaxtı açıqlandı

13:35

Millimiz Böyük Dəbilqəyə 13 cüdoçu ilə yollanacaq

13:14

Arsen Venger Türkiyəyə gəlir?

12:48

Ermənini udan güləşçimizin məşqçisi: "Turan müharibəyə can atırdı"

12:16

Günün oyunları bu kanallarda - AFİŞA

11:45

Millimizin rəqibi "Çelsi"nin məşqçisi ilə anlaşdı

11:22

Məşhur erməni ABŞ yığmasına keçdi

10:56

Ronaldunun uğurlarının sirri açıqlandı

10:38

Çempionlar Liqasında həftənin ən yaxşı qolu

10:24

Güləşçimiz qızıl medal görüşünə çıxacaq

09:59

Millinin qapıçısı dünyasını dəyişdi

09:33

Oyun yaddan çıxdı, hamı onu izlədi - FOTOLAR

09:00

Dörd güləşçimiz beynəlxalq turnirin yarımfinalına vəsiqə qazandı

02:18

"Milan" "Portu"nun braziliyalısını aparır - SON DURUM

01:21

Almaniya Bundesliqası: "Ayntraxt" 3-cü pilləyə yüksələ bilmədi

01:14

La Liqa: "Levante" yenə uduzmadı

00:32

Millimizin yarımmüdafiəçisi Niderlandda 82 dəqiqə oynadı

00:11

Eddi 90 dəqiqəyə nə etdi?

26 Fevral 2021
20:09

Avroliqada həftənin ən yaxşısı "Arsenal"ın oyunçusu oldu

19:17

PFL təxirə salınmış oyunların vaxtını açıqladı

18:05

PFL bir oyunun yerini dəyişdi

17:15

"Zirə" nə qədər Volkovsuz qalacaq? - SON DURUM

16:51

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu

16:27

Avroliqanın püşkü atıldı: "Mançester Yunayted" - "Milan" qarşıdurması... - YENİLƏNİB

16:26

Hava şəraiti idman kompleksinin infrastrukturuna ciddi ziyan vurdu

16:09

UEFA "Qarabağ" üçün pul göndərdi

15:46

Mahir Emreli "Qalatasaray"a təklif edildi

15:21

“Qarabağ”dan növbəti etiraz

14:54

“Neftçi“nin prezidenti işçilərindən 5 manat yığır

14:39

Güləşçimiz ermənini məğlub etdi

14:16

Avropa Liqası: Həftənin rəmzi komandası açıqlandı

14:02

Levon Aronyan Ermənistanı tərk etdi

13:50

Çempionlar Liqasında həftənin rəmzi komandası

13:39

“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun

13:21

Mövsümün rekord seriyası qırıldı

13:13

150-ci sülh

12:57

Xaymenin "Qarabağ"da yubiley qolu

12:42

Tahir Gözəl: "Qarabağ" adı bizi daha məsuliyyətli olmağa vadar etdi"

12:28

Azad Rəhimovun vəziyyəti necədir? - AÇIQLAMA

12:09

Braziliya çempionu müəyyənləşdi

11:56

Hakimlər Komitəsində nə baş verir? – Məmmədov Stuxlikin yanından uzaqlaşdırıldı

11:15

Millimizdən qələbə

10:59

Millimiz Türkiyədə toplanışa və turnirə qatılacaq

10:37

Premyer Liqamızda mövsümün antirekordu təkrarlandı

10:14

"Sabah" - "Keşlə" oyununda sülh - VİDEO

09:57

"Qəbələ" "Sumqayıt"ı tək qolla yendi - VİDEO

09:39

"Qarabağ"dan əzmkar qələbə - VİDEO

09:17

Həftənin futbolçusu adına namizədlər

09:00

Xocalı soyqırımından 29 il ötür

01:57

Avropa Liqası: 1/8 finalçılar müəyyənləşdi

00:21

Tyerri Anri uşaqlarına görə postundan getdi - RƏSMİ

00:10

Araz Abdullayev sonda yada düşdü, komandası...

25 Fevral 2021
22:53

"Qarabağ" Xocalı soyqırımını unutmadı - FOTO

20:55

"Medina klub tərəfindən cəzalandırılıb" - Qurban Qurbanov

20:42

"Səbail"in baş məşqçisi: "Məğlub olmağa gəlməmişdik"

20:32

"Qarabağ" uddu, "Neftçi" uduzdu

20:28

"Neftçi" "Zirə"yə məğlub oldu - VİDEO

20:09

Visente Qomez: "Vəziyyətdən çıxmağa çalışırıq"

19:48

"Keşlə"nin baş məşqçisi: "Biz daha istəkli idik"

18:44

Rəşad Sadıqov: "Neftçi" bura iddialı gəlmişdi"

18:23

"Neftçi"nin baş məşqçisi məğlubiyyətə şərh verdi

17:46

"Qəbələ"nin məşqçisi hakimlərdən narazılıq etdi

17:29

Ayxan Abbasov: "Qəbələ"dəki istək bizdəkindən üstün idi"

17:02

“Qarabağ”dan etiraz: AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət etdi

15:49

Millimizin üzvü: "Sevindirici olsa da, ağırlığını da hiss edirdik"

15:37

Paşinyan Aronyanı aldadıb

14:43

"Tokio-2020"nin məşəli estafeti yarımçıq dayandırıla bilər

14:17

"Keşlə" Sənan Qurbanovu göndərir?

13:59

Stadionlar Premyer Liqa oyunlarına hazırdır - FOTO

Facebookdan bizi izləməyi unutmayın.