14:21 15.04.2021 114

İdman növünün seçilməsində yaş amili

 
Muxtar Respublikamızda hər bir sahədə olduğu kimi, idman sahəsində də daima dövlət qayğısı və dəstəyi mühaşidə olunur.

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov daima idmanın inkişafına diqqət ayırmışdır. O, Naxçıvanda idmanın inkişaf etdirilməsi məqsədilə xüsusi sərəncam imzalamışdır. Naxçıvan şəhəri və Muxtar respublikanın bütün rayonlarında idman avadanlıqları ilə təchiz olunmuş müasir Olimpiya kompleksləri tikilib, idmançıların və bütün əhalinin istifadəsinə verilmişdir. Hal-hazırdada sədrimiz diqqət və qayğısı nəticəsində idman günü-gündən inkişaf edir.

Bəs yaradılmış bütün bu şəraitdən necə istifadə olunmalıdır ki, yüksək səviyyədə peşəkar idmançılar və ümumilikdə idmanla düzgün məşğul olan sağlam nəsil yetişdirə bilək. Uşaqlar nə vaxt və necə idmanla məşğul olmalıdırlar ?

Əgər biz tam sağlam, dünya görüşlü, müasir dövrün standartlarına cavab verən nəsillər yetişdirmək istəyiriksə ailədə uşaqların əqli, estetik, ümumi tərbiyəsi ilə yanaşı, fiziki inkişafı üçün də şərait yaradılmalıdır. Valideynlər öz uşaqlarının sağlamlığını möhkəmləndirmələrinə, çevik, qüvvətli olmalarına kömək etməlidirlər. Amma unutmaq olmaz ki, hər bir səhədə olduğu kimi idman sahəsindədə həddən artıq məşq və düzgün təşkil olunmamış fəaliyyət saölamlığa yox faciəyə gətirib çıxarda bilər. Dahi Nizami Gəncəvi demişkən: "Bir inci saflığı varsada suda, artıq içiləndə dərd verər oda. Fiziki inkişafın düzgün təşkili üçün fiziki tərbiyə müəllimləri ilə sıx əlaqə saxlanılmalıdır. Həmçinin idmana başlamazdan əvəl uşağın sağlamlığının yoxlanılması zəruridir. Yalnız bundan sonra uşaq yaşına və orqanizminin tələblərinə uyğun idman növü ilə məşğul ola bilər.

Bir çox mütəxəssisin fikrincə ailədə uşaqların fiziki tərbiyəsi aşağıda göstərilən forma əsasında təşkil edilir:

1. Səhər gigiyenası, gimnastika məşğələsi 6-7 umuminkişaf etdirici hərəkətlərdən ibarət olmaqla hər gün icra edilir;

2. Uşaqların boş vaxtlarında ev şəraiti nəzərə alınmaqla, müəllim tərəfindən verilmiş kompleks hərəkət elementləri texnikasının icrası. Bura açıq havada müxtəlif idman alətləri ilə hərəkət, idman oyunları elementləri və müxtəlif oyun forması daxil edilməklə icra olunur;

3. Yorğunluğu çıxarmaq məqsədi ilə bir neçə kompleks hərəkətlər verilir. Xüsusilə, tənəffüslə əlaqədar ümumi inkişafetdirici hərəkətlərdən istifadə olunur.
Kiçik yaşlı uşaqların inkişafında əsasən mütəhərrik oyunlardan istifadə olunur. Bu oyunlar uşaqları təkcə fiziki olaraq sağlamlaşdırmır, həmdə, onlarda vətənə məhəbbət, kollektivçilik, hərbi bacarıqlar kimi bir çox müsbət keyfiyyətləri aşılayır. Bu səbəbdən uşaqların məktəbəqədər dövürdə və ibtidai sinifdə öz yaşına uyğun mütəhərrik oyunlarla məşğul olması təkcə idman mütəxəssisləri tərəfindən deyil, psiixoloqlar tərəfindəndə tövsiyə edilir.
1974-cü ildə Ümummilli lider Heydər Əliyev idmanın uşaqlar üçün necə əhəmiyyətli olduğunu öz çıxışında xüsusilə qeyd etmişdir: "Uşaqlar, oğlan və qızlar məhz məktəbdə ümumtəhsil fənləri üzrə bilik əldə etməklə yanaşı, fiziki cəhətdən də inkişaf etməli, orada hər bir oğlan və qıza bütün ömrü boyu bədən tərbiyəsi və idmana məhəbbət bəsləmək duyğusu aşılanmalıdır. Hər bir şagird başa düşməlidir ki, insan fiziki cəhətdən mətinləşmədən nə istehsalatda, nə elmdə, nə də mədəniyyətdə yüksək zirvələr fəth edə bilməz”.
Bəli, fiziki cəhətdən hazır olmayan bir insan əqli cəhətdən nə qədər inkişaf etmiş olsa da, yenə özündə çatışmamazlıq hiss edəcək.
Bəs uşaqlar idmana necə, hansı yaşda və ən əsası hansı idman növü ilə başlamalıdırlar ?
Bu barədə bir çox müxtəlif dünya təcrübələri mövcuddur. Buna misal olaraq alman təcrübəsini göstərmək olar. Bu bir qədər yeni təcrübədir. Belə ki, Uşaq 14 yaşına qədər üzüçülük, gimnastika və yüngül atletika ilə məşğul olur, 14 yaşına çatdıqda isə artıq komanda idman növləri və yaxud karate, cüdo, güləş, boks kimi yüksək gərginlik tələb edən idman növləri arasından seçimini edir. Ümumiyyətlə kiçik yaşda zədə xarakterli və yaxud hədddən artıq orqanizmə ağır gələ biləcək idman növləri ilə məşğul olmaq düzgün hüsab olunmur. Düzgün seçilməmiş idman növü sağlamlıq yox, yalnız fəlakət gətirə bilər. Belə idman azyaşlının əzələ aparatına zərbə vura bilər, nəticədə qısa boyluluq yarana bilər.Həmdə, kiçik yaşda alınmış zərbə ömür boyu davam edəcək fiziki və əqli qüsurlara gətirib çıxara bilər. Bir çox idman mütəxəssisinin, psixoloqun və həkimin yekdil fikrinə görə idmanın yaşa uyğun bölgüsü aşağıdakı kimi ola bilər:
İdman növünün başlama yaşı:
Yüngül atletika 10-12 yaş
Basketbol 7-8 yaş
Boks 14 yaş
Velosiped 14-15 yaş (profesional velosiped nəzərdə tutulur)
Gimnastika 6-7 yaş
Xizək 6-7 yaş
Futbol 10-12 yaş
Üzmə 3-7 yaş
Cüdo 8-10 yaş
Ümumiyyətlə 14 yaşdan əvvəl boks, ağırlıqqaldırma kimi idman növləri ilə məşğul olmaq məqsədə uyğun hesab olunmur. Çünki sümük inkişafı hələ tamamlanmamıştır və bədənə ağırlıq salan bu idman növü bədən üçün zərərli ola bilər. Xüsusilə bu dövrdə uşağın başlayacağı idmana, fiziki quruluşunun uyğun olub olmadığı çox əhəmiyyətlidir.

Gənclik dövrü komanda işinə istiqamətli idman növü üçün uyğundur. Ancaq seçilən idmana bağlı olaraq tək istiqamətli məşqlərin edilməsi doğru deyil. Bu vəziyyət, uşağın skelet sistemi üçün mənfi təsir yarada bilər. Çünki skelet sistemi çox həssasdır, böyümə valları deyilən boy uzanma və inkişaf valları, yüklənmədən və zədələrdən mənfi təsirlənə bilər. Bunun üçün ailələr 14 yaşından əvvəl qız ya da oğlan uşaqlarının ağırlıqlarla işinə icazə verməməlidir. Bu dövrlərdə qətiliklə ağırlıq və qüvvət məşqləri edilməməlidir. 2-3 yaş: Qaçma, tutma və tullanma kimi təməl hərəkətləri edə bilirlər. Bu səbəbdən bunları ehtiva edən bağçada qaçma, getmə, rəqs etmə, suda nəzarət altında oynama və təcrübəli kəslər yoldaşlığında gimnastika təhsili ola bilər. 4-6 yaş: Rəqs, üzmə, gimnastika, ip atlama və üç təkərli velosipedə minmək kimi idmanlar idealdır.7-10 yaş: Gimnastika, üzmə, futbol, basketbol, voleybol, həndbol, velosiped, tennis və üzmə kimi idmanlarla əlaqədar təməl təhsilə yönləndirilə bilər. 10 yaş və yuxarı: Əvvəlki yaşlarda başladıqları idmanları daha mütəşəkkil olaraq etməyə davam edərkən, atletizm, güləşi başlaya bilər. Bir neçə il sonra isə güc tələb edən boks, tekvando və karateyə də keçə bilərlər.

Əgər uşağınızın profesional idmançı kimi yetişməsini istəyirsinizsə, bu yolun uzun və bir qədər çətin olduğunu başa düşməlisiniz. Tələskənlik bu işdə xeyir gətirə bilməz. Unutmayın, idman bir mədəniyyətdir, bir həyat tərzidir. Bu yolda verilən qərarlara mütləq diqqət olunmalıdır. Və mütləq bir mütəxəssislə məsləhətləşilməlidir. İdman sağlamlığın rəmzidir ! Bunu uğursuzluğa və bədbəxtliyə çevirməyək.

Ağayeva Xatın Elşad qızı
Naxçıvan Müəllimlər İnstitunun "Ümumi fənlər” kafedrasının müəllimi

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 May 2021
15:02

"Neftçi"nin baş məşqçisi: "İndiki futbolçular robotdur"

14:26

Uşaqlara enerji içkisi verən "Xocalı" klubunu hansı cəza gözləyir? - AÇIQLAMA

14:10

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

13:41

Millimiz Böyük Dəbilqəni bir medalla başa vurdu

13:06

“Səbail” – “Neftçi” matçını FIFA referisi idarə edəcək

12:41

"Azərbaycanda futbolçu azdır, seçim imkanı yoxdur" - De Byazi

12:34

Mourinyodan məşhur erməni futbolçuya ağır zərbə

12:01

"Xocalı" futbol klubu azyaşlılara enerji içkisi içirdir - FOTOLAR

11:50

Simeone "Barselona"nın futbolçusuna göz dikib

11:31

Xosep Qvardiolanın atası: "Ona nə edəcəyi mən deyə bilmərəm, amma..."

11:13

"Çelsi" Jorjinyo ilə bağlı qərar verdi

10:56

Həftənin futbolçusu adına namizədlər

10:43

AVRO-2020: Kubok Bakının müxtəlif məkanlarında

10:30

AVRO-2020-nin kuboku İlham Əliyevə təqdim olundu - FOTOLAR

10:27

AVRO-2020-nin kuboku Bakıda

10:03

Tokio-2020: Taekvondoçularımızın növbəti sınağı

00:53

Avropa Liqası: Finalda MY və "Vilyarreal" oynayacaq

00:52

Nurlan Nepalda ilk qolunu belə vurdu - VİDEO

06 May 2021
22:04

"Barselona" Neymarı aparır - MƏBLƏĞ AÇIQLANDI

21:50

Güləşçilərimiz Olimpiadaya lisenziya qazana bilmədilər

18:35

"Neftçi" vaxtından əvvəl çempion oldu

17:51

"Real" Azərbaycana başsağlığı məktubu göndərdi

17:37

Həftənin rəmzi komandası açıqlandı

17:18

Milli Paralimpiya Komitəsi ilə ADBTİA arasında memorandum imzalandı

17:07

Tokio-2020: İki güləşçimiz yarımfinalda

16:58

Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

16:40

Messi Neymarı razı saldı

16:11

"İki topluq fərqə görə demirəm, bombardir o olacaq"

16:07

"Real" Hazarla bağlı qərar verdi

15:55

"Mənim sizin köməyinizə ehtiyacım var!"

15:33

"Qəbələ" və "Keşlə"nin baş məşqçiləri kursa yazıldılar

15:21

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

14:54

Pyaniçin "Barselona"da gələcəyi sual altındadır

14:01

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

13:44

Hidayət Heydərov ipponla uduzdu

13:15

"İnter" Martineslə müqaviləni yeniləyir

12:52

"Çelsi"nin qapıçısı rekorda imza atdı

12:31

Tarixdə ilk dəfə: Transgender olimpiadaya vəsiqə qazandı

12:16

Fernandinyonun yerinə Rays

11:51

I Divizion: "Neftçi" çempionluğu təmin edə biləcəkmi?

11:35

"Çelsi"nin baş məşqçisi ÇL-in tarixinə düşdü

11:17

Günün oyunları bu kanallarda - AFİŞA

10:45

AFFA rəsmisi Çempionlar Liqasının finalına təyinat aldı

10:29

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər

06:49

Vinisius Junior: "Bəlkə də yenilgi qaçılmaz idi"

06:32

"Eden Azar "Real"a belə tüpürür"

00:46

Komandası yenildi, bəs Pavel hanı?

00:38

ÇL: Finalda iki İngiltərə komandası qarşılaşacaq

00:10

"Qalatasaray"da prezident seçkiləri ləğv olundu

05 May 2021
18:00

AFFA azarkeşlərlə bağlı Operativ Qərargaha müraciət etdi

17:51

Böyük Dəbilqə: Cüdoçularımız ilk günü medalsız bitirdi

17:24

AFFA cəzaları yağdırdı

17:13

"Sabah" rəsmisi haqda araşdırma başa çatdı - Qərar

17:08

Azərbaycan Kuboku: Cəzalar açıqlandı

16:56

“Sumqayıt”ın futbolçusuna 4 oyunluq cəza

16:31

Naxçıvan stadionu təmirə bağlanıldı

16:08

Mourinyo "Roma"nın tarixinə düşdü

15:59

Lemann irqçiliyə görə klubdan qovuldu - FOTO

15:34

Honda "Qəbələ" ilə oyundakı hərəkətindən danışdı

15:21

“Sabah”ın futbolçusu üçün əlamətdar oyun

14:53

AFFA aşağı yaş qrupları üzrə yarışları bərpa edir

14:48

"Barselona"dan sabiq futbolçusuna 100 milyon avroluq təklif

14:08

Millimiz lisenziya turnirinə Özbəkistan və Fransada hazırlaşacaq

13:50

Əliyar Ağayev I Diviziona göndərildi

13:36

Azərbaycan Kuboku: “Keşlə” nominal meydan sahibidir

13:11

Amil Yunanovdan yubiley qolu

12:53

"CBC Sport" "Barselona" - "Atletiko" oyununu yayımlamayacaq - AÇIQLAMA

12:41

"Qarabağ"ın qapıçısı klubun tarixinə düşdü

12:29

Nərgiz İsmayılova Avropa çempionatına təyinat aldı

12:19

Karantin rejimi qaydalarını pozan idman zalı aşkarlandı

Facebookdan bizi izləməyi unutmayın.