19:21 01.02.2021 172

Hacıyev səfər qələbəsini belə şərh etdi

"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Maraqlı oyun oldu. "Sumqayıt"ın öz oyun üslubu var. Bilirdik ki, bizi çətin görüş gözləyir. Bundan əvvəl 1/8 finalda "Zaqatala" ilə matçımız da ağır keçmişdi. 10 günün içində 4-cü oyunumuzu keçiririk. Sevindiricidir ki, bu oyunlarda futbolçular ciddi zədələr almadılar. Qalib gəlsək də, bu, yekun nəticə deyil. Bizi daha ağır cavab oyunu gözləyir. Hazırda əsas işimiz futbolçuları qısa müddətdə bərpa edib növbəti matça hazırlaşmaqdır. Bilirik ki, rəqib də asan təslim olmayan komandadır. Cütün taleyinə cavab görüşündə aydınlıq gələcək. "Sumqayıt"a da uğurlar arzu edirəm". Rəqib asan məğlub olmur. Çempionatda turnir cədvəlinin üst pillələrindədirlər. Biz də rahat olmamalıyıq. Çalışacağıq ki, bundan da diqqətli olaq və istədiyimiz nəticəni qazanaq. Onlarla Premyer Liqada da qarşılaşacağıq. Bir-birimizi 3 oyunda görməkdən bezə bilərik. "Sumqayıt" bizə yaxın kollektivdir. Bundan sonra da onları görmək bizə xoşdur. Əsas odur ki, hamı maraqlı oyun izlədi”.
 
Hacıyev uzun müddət sonra rəsmi görüşə çıxan qapıçı Kamran Ağayev haqqında da danışıb: "Kamran təcrübəli qapıçıdır. Ona ölkə tarixində ən istedadlı qapıçı desək, yanılmarıq. Uzun müddətdir ki, birgə çalışırıq. Çəki ataraq tez bir zamanda bərpa olunmaq çətindir. Amma Kamran öz əziyyəti və çalışqanlığı ilə bu mərhələnin böyük hissəsini arxada qoyub. Bu gün vaxtı yetişmişdi, onu əsas heyətdə meydana buraxdıq. Əslində bundan əvvəlki kubok matçında meydana buraxmağı düşünürdük. Sadəcə, atasının yas mərasimi ilə bağlı evdə olmalı idi və bir neçə məşq buraxdı. Ondan sonra isə "Qarabağ"la oyuna az məşq etdiyi üçün risk etmədik. Bu gün artıq vaxtı yetişdi, artıq Ağayevi meydana tez-tez buraxmağa çalışacağıq. Hətta bu gün meydanda 90 dəqiqə qalmağı risk idi. İlk hissədə sonra az da olsa, ağrılar hiss edirdi. Amma Kamran xarakterli oyunçudur. Çətinlikləri geridə qoyub, onu yenidən futbolumuza qazandırmağı düşünürük. İnanıram ki, tezliklə formasını bərpa edəcək".
 
Baş məşqçi bu il qarşılarına fərqli məqsədlər qoyduqlarını sözlərinə əlavə edib: "Çempionatda üçüncü yeri tutanda və bürünc medal qazananda sistem dəyişikliklərinə və ya bir sıra dəyişikliklərə əl atırdıq. Amma bu il daha çox oyunumuzu inkişaf etdirməyi düşünürük. Meydanda gənc futbolçuları daha çox görürsünüz. Onları milli komandaya qazandırmaq niyyətindəyik. Təcrübəli futbolçularımız da var, onların təcrübəsindən ən azı 2-3-4 il ölkə futbolunun faydalanmasını istəyirik".
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 Aprel 2021
17:39

Avropa çempionatı: Cüdoçumuz bürünc medal görüşünə vəsiqə qazandı

16:18

“Neftçi”nin 19-cu, “Qarabağ”ın 15-ci medalı

15:59

Namik Ələskərov üçün ikiqat yubiley: 100-cü oyun, 25-ci qol

15:34

Turun oyunları 3 günü əhatə edəcək

15:17

“Qarabağ” 15-ə çatdı

14:50

"Qəbələ" - "Qarabağ" matçının vaxtı açıqlandı

14:14

"Neftçi"dən 1400-cü qol

13:56

Əhməd haradadır? - İlqar Tağıyevdən yeni yazı

13:14

“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun

12:59

Azərbaycan AÇ-də 5 qadın güləşçi ilə təmsil olunacaq

12:27

Günün oyunları bu kanallarda - AFİŞA

11:41

Bəybalayevin komandası uduzdu

11:02

"Çelsi" İngiltərə Kubokunun finalında - VİDEO

10:23

Avropa çempionatı: Son 4 cüdoçumuz mübarizəyə başlayır

09:51

"Barselona" İspaniya kubokunun qalibi oldu - VİDEO

09:29

Dünya birinciliyi: Daha 2 boksçusumuz 1/4 finalda

17 Aprel 2021
22:48

"Neftçi" "Zirə"ni 4 qolla yendi - VİDEO

22:37

"Qələbənin açarı səbirli oynamağımız oldu" - Samir Abasov

22:28

Rəşad Sadıqov məğlubiyyəti şərh etdi

22:06

"Neftçi" tilsimi qırdı, liderlə xal fərqi azaldı

21:54

"Keşlə" sonuncu pillədən qurtula bilmədi - VİDEO

21:38

Ramin Quliyev: "Hesab oyuna görə oldu"

21:09

"Keşlə"nin baş məşqçisi: "Buna görə özümdən çıxdım"

21:01

Uels millisinin nümayəndələri Bakıya gəlib

19:31

Filip Ozobiç mövsümü başa vurdu

19:05

“Neftçi” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq - VİDEO

17:16

"Neftçi"dən böyükhesablı qələbə

15:58

Vətən müharibəsi şəhidinin xatirəsinə şahmat yarışı keçiriləcək

15:26

Cüdoçularımız Avropa çempionatı ilə erkən vidalaşdı

15:14

Səudiyyə Ərəbistanı şahzadəsi Premyer Liqa klubundan ayrıldı

13:56

Nihat Özdemir: "Hamımız birlikdə Bakıya gələcəyik""

13:19

Ermənistanlı dünya çempionuna cinayət işi açıldı

12:47

"Keşlə"nin qapıçısının anası vəfat etdi

12:21

"Çelsi" "Mançester Yunayted"lə "mübarizə" aparacaq

11:09

Dünya çempionumuza ağır itki

10:37

Hazar yaşıl meydanlara geri dönür

10:19

Futbolçunun qayınanasını döyən şəxslə bağlı rəsmi açıqlama

09:40

Avropa çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə qoşulur

09:23

Bakıda futbolçunun qayınanası döyüldü - FOTO

00:28

Milli futbolçumuz qol vurdu, komandası...

00:03

Şahruddinin başına 25 tikiş qoyulub - mövsümü başa vurdu?

16 Aprel 2021
22:49

"Mənfi situasiyadan çıxa bildik" - Ayxan Abbasov

22:34

"Deməzdim ki, Asif çıxdı deyə, uduzduq" - Elmar Baxşıyev

21:18

"Qarabağ" xal itirdi, "Sumqayıt" 3-cü pilləyə qalxdı

20:42

“İki ay maaş almayan oyunçuları matça kökləmək çətindir”

20:15

Qurban Qurbanov: "Məğlub da ola bilərdik"

18:35

"Qarabağ"ın iki əsas futbolçusu zədələndi

17:21

"Neftçi" - "Zirə" matçının hakimləri açıqlandı

17:17

Avropa çempionatı: Cüdoçumuz medal görüşünə vəsiqə qazandı

17:07

AVRO-2020-yə ev sahibliyi Bilbaodan alınır

16:43

Bundesliqa klubu karantinə alındı

16:06

Avropa Liqası: Həftənin rəmzi komandası

15:17

Millimizin futbolçusu Gəncədən Bakıya xəstəxanaya gətirilir

14:48

"Zirə"nin "Neftçi"dən üstünlüyü

14:23

Neymar həftənin futbolçusu seçildi

13:59

Silahlı şəxslər "Roma"nın futbolçusuna hücum etdi

13:17

Rəcəbov və Məmmədyarov yenidən Çempionlar Turunda

12:58

Millimizdən yubiley qolu

12:39

Super Liqa klubunda koronavirus şoku

12:13

Çempionlar Liqasında həftənin rəmzi komandası

11:22

Dünya birinciliyi: Boksçumuz 1/4 finalda

10:52

Daha bir cüdoçumuz koronavirusa yoluxdu

10:00

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər

00:52

AL: MY, "Arsenal", "Roma" və "Vilyarreal" yarımfinalda

15 Aprel 2021
22:58

Araz darmadağına üzüldü

21:13

ÇL laylasında yerli futbol düşüncələri

20:49

UEFA komitəsinin onlayn iclasına Məmmədov sədrlik etdi

19:17

UEFA rus referini futboldan kənarlaşdırdı

17:59

"Neftçi" braziliyalı müdafiəçisini yollayır

17:37

Avropa çempionatına yollanacaq güləşçilərimiz

Facebookdan bizi izləməyi unutmayın.