Azərbaycan futbolu, Dünya futbolu
20:55
22.11.2020
186
Çexiya II divizionunda VIII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya” (Jijkov) doğma meydanda "Lisen”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, 88-ci dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.
Qeyd edək ki, 8 turdan sonra 15 xala malik "Viktoriya” 2-ci pillədə qərarlaşıb.