14:57 01.01.2021 361

Əsgər Abdullayev kimdən narazıdı? - MÜSAHİBƏ

2019-un yayında Naxçıvan Muxtar Respublikasına dönən Əsgər Abdullayev iki ildən artıqdı ki, kimin üçün "kiçik”, kimin üçünsə "böyük torpaq” sayılan bölgədə məşqçi kimi fəaliyyətini davam etdirir. Yerli federasiyanın böyük məşqçisi və eyni zamanda "Araz Naxçıvan”ın çalışdırıcısı olan Abdullayevlə 2021-ci il ərəfəsindəki söhbətimizdə Muxtar Respublikanın futbol həyatına toxunduq, görülən və planlaşdırılan işlər haqda danışdıq.

- Əvvəlcə Naxçıvan futbolunun bugünkü durumu ilə bağlı məlumat verərdiz. Orda "idmanın şahı”nın inkişafı yönündə hansı işlər görülür?
- Onu bildirim ki, qış tətili ərəfəsində "Araz Naxçıvan”ın üzvləri ilə bu gün görüşdüm. Hər bir futbolçuya tətil günləri üçün fərdi hazırlıq planı təqdim olundu, müəyyən tövsiyə və tapşırıqlarımı verdim. Naxçıvanda futbolun sabahı ümidverici görünür. Bu yöndə yerli federasiya rəhbərliyi təqdirəlayiq işlər görür ki, vaxtaşırı mətbuatda bununla bağlı xəbərlər yayılır. Özünüz də bilirsiz ki, avqustdan etibarən Uzunoba kəndinin yaxınlığında, eyniadlı gölün ətrafında yeni baza inşa olunur. Və müəyyən işlər artıq başa çatıb. Federasiyanın təlim-məşq kompleksinin ərazisinə iki tribunadan ibarət süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınan mini-futbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxildi. Eyni zamanda, tribunaların daxilində paltardəyişmə, hakim və həkim otaqları da mövcuddu. Hazırda tikinti meydançasının müxtəlif hissələrində inşaat gedir. İnzibati bina və çimərlik futbolu stadionunda hörgü işləri tamamlandıqdan sonra hər iki tikilinin fasad və interyerinə suvaq çəkilib. Üstüörtülü meydançanın əsasını təşkil edən metal konstruksiyanın quraşdırılması tam yekunlaşıb. Kompleksin ən böyük ərazisini əhatə edən süni örtüklü stadion və mini-futbol meydançası hasara alınıb, su və kanalizasiya xətləri çəkilib. Uzunluğu 96, eni 47 metr olan oyun meydanı üçün süni ot örtüyü artıq hazırdı. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası inşaat işlərinin gedişinə nəzarət edir. Plana əsasən tikinti işlərinin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub. Bütün bunlar Muxtar Respublikada futbolun inkişafına hesablanan addımdı.

- Bütün bunlara baxmayaraq, Naxçıvan təmsilçisi bu gün nə divizionda, nə də premyer-liqada təmsil olunur. Bu işlər nəyə hesablanıb? Naxçıvanlı azarkeş nə vaxtsa komandasını peşəkar status daşıyan liqalarda görə biləcək?
- Yeni araya-ərsəyə gətirilən baza, mərkəzi stadionda görülən abadlıq işlərinin arxasında, heç şübhəsiz, müəyyən planlar durur. Tikilən yeni baza göz oxşayır. Orda komandaların təlim-məşq toplanışı keçməsi üçün hər cür şərait yaradılıb. Yerli federasiya Muxtar Respublikada futbolun inkişafı üçün əlindən gələni edir və bu məsələdə diqqət və qayğısını əsirgəmir. Ötən il bölgədə futbolun inkişafı üçün 5 illik plan hazırlanıb. Burda istəyirlər ki, inkişaf pillə-pillə olsun. Yəni əvvəlcə yerli kadrlar hazırlansın, infrastruktur baxımından çətinlik olmasın, aşağı yaş qrupları formalaşsın. Ondan sonra Naxçıvan futbolu da ölkənin böyük futbol ailəsinə qovuşsun. Ən sevindirici məqam odu ki, yerli adamların da futbola marağı artıb. Onlar da görülən işlərdən xəbərdardılar, başa düşürlər ki, atılan addımlar boşuna deyil. Bu layihələrin arxasında uzaqqörən siyasət durur. Bu səbəbdən son ildə övladlarını futbol bömələrinə yazdıran valideynlərin sayı artıb, uşaqlar sevə-sevə futbola üz tuturlar.

- Əvvəl də Naxçıvanda çalışmısız, iki ildi də yerli federasiyanın dəvəti ilə Muxtar Respublikadasız. Yerli futbolçuları qısaca necə xarakterizə edə bilərsiz?
- Burdakı uşaqlar xarakteri ilə seçilirlər ki, bu da futbolda heç də sonuncu pillədə olmayan nüansdı. Hər bir idmançıda xarakter olmalıdı. Fərqi yoxdu, o hansı idman növü ilə məşğul olur. Futbolçuda bir çox çatışmazlıqları aradan qaldırmaq mümkündü. Uzağı həmin çatışmazlıqları məşqlərdən sonra qalıb işləməklə aradan qaldırmaq olar. Ancaq xarakter... Bu insanın qanında olmalıdı ki, burdakı futbolçuların əklsəriyyətində var. Bu da məni sevindirir.
 
- Hazırda Naxçıvanda daxili çempionat keçirilir?
- Pandemiya üzündən burda da çempionat dayanıb. Bildiyiniz kimi, Naxçıvan təmsilçisi Region Liqasında mübarizə aparır. Daxili çempionatda qalib olan komanda birbaşa liqanın yarımfinalına vəsiqə qazanır. Region Liqası bəlli səbəbdən keçirilmədiyindən yarışlar təxirə salınıb. Buna baxmayaraq, məşqləri davam etdiririk.
 
- Çempionat keçirilməyən Naxçıvanda qalmaq sizi darıxdırmır?
- Niyə darıxmalıyam ki?! Çempionat olmasa da, yenə deyirəm, məşqlər davam edir. Bu gündən etibarən komanda üzvlərinə müəyyən müddətə istirahət veriləcək. Ondan sonra yenə iş başında olacağıq. Müxtəlif yaş qruplarına gəlincə, AFFA-nın bayrağı altında keçirilən liqalarda çempionat olmadığından burda da yarışlar müvəqqəti dayanıb. Bakıda və Azərbaycanın başqa zonalarında yarışlar başlayan kimi, Naxçıvanda da futbol həyatı yenidən qaynayacaq.
 
- Naxçıvanlı futbolçuların mübariz xarakterə malik olduğunu qeyd etdiz. Ancaq nə aşağı yaş qrupu üzrə millilərdə, nə də U-21 və əsas yığmada Naxçıvan futbol məktəbinin yetirməsinə rast gəlmək olar. Əslən naxçıvanlı futbolçular var, ancaq sırf o məktəbin yetirməsi yoxdu. Bu nədən irəli gəlir?
- Bu yaxınlarda Bakıya səfərim zamanı bir futbolçumuzu aşağı yaş qrupu üzrə yığmaların birinə təklif etdim. Ancaq qarşı tərəfdən reaksiya olmadı. Bilirsiz, necədi? Yığmanı çalışdıran məşçqçilər bölgələrə də diqqət ayırmalıdılar. O vaxt Valeri Lobanovski Kolotov soyadlı futbolçunu birinci dəstədən Kiyev "Dinamo”suna cəlb etmişdi və seçimində də yanılmamışdı. İndikilər hər şeyi burnunun ucunda axtarır, Bakıdan kənara çıxmırlar. Bəli, Naxçıvanda çox sayda perspektivli və gələcək vəd edən gənclər, yeniyetmələr var. Sadəcə, onları görmək və yığmanın düşərgəsinə dəvət etmək lazımdı. İnşallah, gələn il keçirəcəyimiz yerli çempionat oyunları ilə bağlı müəyyən fikirlərimiz var. Yığma məşqçilərini bizm oyunları izləməyə dəvət etməyi düşünürük. Ya onlar gəlib daxili çempionatı yerində izləsinlər, ya da biz perspektivini gördüyümüz uşaqları yoxlanış üçün Bakıya göndərək. Naxçıvan Gənclər və İdman Nazirliyi, yerli Futbol Federasiyası futbolun inkişafı üçün əməli işlər görürlər. Hazırlanan və həyata keçirilən 5 illik plan sayəsində tezliklə bölgədə hansı işlər görüldüyünün şahidi olacaqsız. Naxçıvan elə bir yerdi ki, burda qarşıya məqsəd qoyuldusa, çətinə-asana baxmadan yüz faiz yerinə yetiriləcək. Çünki burda işləməyi bacarırlar. Muxtar Respublikada futbolu həqiqətən çox sevirlər. Bu sevgi sayəsində də çox şeyə nail olmaq mümkündü.

- İlsonunu orda keçirməyi planlaşdırırsız, yoxsa paytaxta gəlməyi düşünürsüz?
- Hələ ki bununla bağlı qərar verməmişəm. Görüləsi müəyyən işlərimiz var. Vaxt tapa bilsəm, Bakıya gələcəm.
 
Mənbə: "Futbol+"
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 Aprel 2021
17:59

"Neftçi" braziliyalı müdafiəçisini yollayır

17:37

Avropa çempionatına yollanacaq güləşçilərimiz

17:20

Samir Abasov: "AFFA-ya yalvaraq ki, ..."

16:58

Rəşad Sadıqov: "Neftçi" çox yaxşı formadadır"

16:33

Çempionlar Liqası: Yarımfinal oyunlarının yeri və vaxtı açıqlandı

16:06

Olimpiya Təsnifat Turnirinə qatılacaq taekvondoçularımız açıqlandı

15:52

Avropa Liqasında yarımfinalçılar bəlli olur - YENİLƏNİR

15:33

Super Liqa klubunda daha 6 yoluxma

15:08

Kamal Umudlu Gəncəyə göndərildi

14:47

“Neftçi”nin oyununun başlama saatı açıqlandı

14:21

İdman növünün seçilməsində yaş amili

14:07

Millimiz Avropa çempionatına bu heyətlə yollanır

13:40

"Real"ın avtobusunu daşa tutdular - FOTO

13:19

İbrahimoviç diskvalifikasiya oluna bilər: 3 illik

12:56

Türkiyə millisinin AVRO-2020 üçün hazırlıq planı

12:33

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

12:08

AFFA-dan klublara pul yardımı: Hər birinə 15 min...

11:50

Avropa Liqasının oyunları bu kanallarda - AFİŞA

11:32

Dünya çempionumuz AIBA-da komissiya üzvü seçildi

11:03

Azərbaycan reallığı: Böyük futbola ehtiyac olmayanda - VİDEO

10:52

Premyer Liqanın mövqelərə görə ən dəyərli futbolçuları - VİDEO

10:38

Azərbaycanlı idmançı Neymar, Novak Cokoviç və Lebron Ceymslə eyni siyahıda

10:29

Millimizin kapitanı: "Çatışmazlığa rəğmən tez toparlandıq"

10:14

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər

09:59

Futbolçunun xanımına əxlaqsız təklif: 1 saat və 500 avro... - FOTOLAR

09:51

"Borussiya" - "Mançester Siti" oyununda vurulan qollar - VİDEO

09:42

"Real"ı yarımfinala adladan heç-heçə - VİDEO

01:16

ÇL: Bütün yarımfinalçılar müəyyənləşdi

14 Aprel 2021
22:01

"Traktor" ÇL-də 6 qol gördü

20:54

Joze Alesio Da Silvadan qələbə şərhi

20:38

Yannis Ziavas: “Azərbaycan millisinin güclü olduğunu bilirdik”

20:30

Millimiz Yunanıstanı darmadağın etdi

17:54

"Neftçi"nin hücumçusu: "Çempionluqdan əlimizi üzməmişik"

17:34

Avropa çempionatında iştirak edəcək gimnastlarımız

17:15

Fransa klubu satışa çıxarılır

16:58

Elnur Məmmədlinin məşqçisinə yeni vəzifə verildi

16:40

Boksçumuz erməni rəqibini məğlub etdi

16:19

Azərbaycanda Çempionlar Liqasını 3 il bu telekanal yayımlayacaq

16:01

“Fənərbağça”nın futbolçusu Bundesliqa klubunda

15:36

Nurlan Novruzov Nepal klubuna keçdi

15:14

Keysuke Honda ən yaxşılar sırasında

14:49

Şumaxerin evi satışa çıxarıldı

14:27

Rövnəq Abdullayev: "Bu memorandum AFFA üçün vacib hadisədir"

13:40

AFFA anlaşma Memorandumu imzaladı

13:21

Moskva "Dinamo"sunun futbolçusu millimizə dəvət olundu

12:53

Universitetdən stadion açıqlaması: "Heç kimdən icazə almamışıq"

12:35

Neymarın keçmiş sevgilisi tanınmaz halda - FOTOLAR

12:14

Azərbaycanda stadionu bostana çevirirlər? - FOTO

11:51

Ronaldu AVRO-2020-də tarixə düşə bilər

11:32

Azərbaycanda idman zalları hansı şərtlərlə açıla bilər? - VİDEO

11:15

"Çelsi" Premyer Liqa klublarını qabaqladı

10:54

Çempionlar Liqasının oyunları bu kanallarda - AFİŞA

10:35

Bakıda beynəlxalq yarışların keçirilməsinə icazə verildi

00:57

ÇL: PSJ və "Çelsi" yarımfinala yüksəldi

13 Aprel 2021
22:19

AÇ-2020: Daha bir ölkə azarkeşlərə xoş müjdə verdi

21:17

Özildən 100 milyon avroluq yardım

20:49

39 yaşlı Koul futbolçu karyerasını bərpa etdi

19:52

Braziliyalı oyunçu Türkiyə klubundan getdi

17:25

Ronaldu, Neymar və Salahı Qarabağa çağırdılar - VİDEO

17:01

Daha bir cüdoçumuz koronavirusa yoluxdu

16:45

Serxio Ramos koronavirusa yoluxdu

16:22

FİDE-dən azarkeşlərə "yaşıl işıq"

15:50

Vətən müharibəsi şəhidləri üçün 321 ağac əkildi

15:23

“Qurban uşaqlıqdan lider kimi seçilib, bir az davakar olub” – MÜSAHİBƏ

15:02

Millimizin baş məşqçisi: "Səfər əleyhimizə işlədi"

14:44

Prezident AVRO-2020 ilə bağlı sərəncam imzaladı

14:31

Alleqrinin məsləhəti: "Kriştianu Ronaldudan qurtulmaq lazımdır"

14:24

"Neftçi" və "Keşlə"nin futbolçusuna 1 oyunluq cəza

14:17

AFFA Məqsəd İsayevi cəzalandırdı

13:51

Serbiya klubları danışılmış oyunlarda ittiham olunur

Facebookdan bizi izləməyi unutmayın.