10:31 19.09.2020 694

Ərəb şeyxinə ərə gedən Zeynəbin dramı: O haradadır?

Ötən həftə sosial mediada yayılan video görüntülərdə Azərbaycanın keçmiş gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı olduğu deyilən qadının keçmiş həyat yoldaşının işçilərinin və polisin onun evinə gəldiklərini və valideynlərini həbs etdiklərini dediyi eşidilir.

Azərbaycanlı hüquq müdafiəçiləri bildiriblər ki, Zeynəb Cavadlının qohumları onlardan yardım istəyib. Onların sözlərinə görə, onlar bir neçə dəfə azərbaycanlı qızları BƏƏ-də işgəncələrdən xilas ediblər.

BBC News Azərbaycanca Zeynəb Cavadlının özü və ailəsi ilə, eləcə də BƏƏ-nin Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlaya bilməyib.

Zeynəb Cavadlı 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şeyxlərindən biri, Dubay əmirinin qardaşı oğlu Səid Əl-Maktumla evlənib.

Keçmiş gimnast şeyxin 3-cü həyat yoldaşı olub və bu evlilikdən onların üç qızı var, media yazır.

Video görüntülərdə nə var?

Bu məsələni BƏƏ-də ədalətsizliklə üzləşən xarici vətəndaşlara hüquqi yardım göstərən bir Britaniya təşkilatı - "Detained in Dubai" gündəmə gətirib. Təşkilat Zeynəb Cavadlıya aid olduğu deyilən İnstagram hesabından edilən canlı yayımları paylaşıb.

Həmin görüntülərdə qadının pəncərədən evinin həyətinə daxil olan bir neçə qadın və kişini göstərərək və ağlayaraq "onlar mənim valideynlərimi aparırlar" deyə qışqırdığı eşidilir.

O, həyətdəki qadınlardan birini işarə edərək "bu qadın məni və anamı döyürdü, mənim telefonumu və uşaqlarımı qoparıb almaq istəyirdi" deyib.

"Mən heç nə etməmişəm. Mən dedim ki, mən heç bir problem olmadan uşaqlarımı aparacağam, uşaqlarımı təhlükədə qoya bilmərəm. Onların mənimlə davranış forması bu cürdür. Burada qanun yoxdur. Mənim evimə polis göndərirsən, məhkəmə qərarı olmadan məni təhdid edirsən, mənə təzyiq edirsən. Bir insan öz uşaqlarına bunu necə edə bilər?! Mən bütün bunlara layiq olacaq nə isə etməmişəm," - Zeynəb Cavadlıya aid olduğu iddia edilən və sonradan YouTube platformasına yüklənmiş canlı yayım görüntülərində deyilir.

Canlı yayım kiminsə Zeynəb Cavadlıdan qapını açmağı istəməsi, onun isə buna etiraz etməsi ilə bitir.

Qadın video görüntülərdə deyir ki, 9 ay ərzində təhdidlərlə "üzləşib".

Yayılan görüntülərdə Zeynəb Cavadlı təqib olunması ilə bağlı yerli polis orqanlarına, prokurorluğa müraciət etdiyini, lakin onlardan "bu, şeyxin məsələsidir, biz qarışa və nə isə edə bilmərik" cavabı aldığını deyib.

BBC News Azərbaycancanın məsələ ilə bağlı BƏƏ-nin Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Mətbuatda yayılan məlumatların "həqiqətə uyğun olmadığını" deyən Azərbaycanın Dubaydakı Konsulu Elnur Məmmədov BBC News Azərbaycancaya bildirib ki, Konsulluq Zeynəb Cavadlı ilə mütəmadi əlaqə saxlayır və o, "normal həyatını davam etdirir".



O, Zeynəb Cavadlının valideynlərinin həbs edilmədiyini bildirib və qeyd edib ki, həbs üçün əsas olmalıdır.

"Onun valideynləri həbs edilməyib. Bura hüquqi dövlətdir və heç bir qanunsuz hərəkət ola bilməz. Burada hər hansı şəxsin o şəkildə saxlanılması, təqib olunması mümkün deyil. Əgər elə bir hal olubsa, niyə bizə məlumat verməyib, yerli polis orqanlarına müraciət etməyib?"

Zeynəb Cavadlı "həbs edilə bilər"

"Detained in Dubai" təşkilatından hüquq müdafiəçisi Radha Stirling BBC News Azərbaycancaya deyib ki, onlarda olan son məlumata görə, Zeynəb Cavadlı hələ də öz uşaqları ilə öz evindədir, lakin uşaqlar "ondan götürüləcək".

Radha Stirling söyləyir ki, Zeynəb Cavadlının məsələni İnstagramda canlı yayımda ictimailəşdirməsi, Dubayın hakim ailə üzvü barədə şikayəti, polisi tənqid etməsi onun özünü ictimai cinayətdə ittiham edilmə riski altında qoyur və o, buna görə həbs edilə bilər.

O deyir ki, indiyədək bu cür hallarda şəxslərin uzun müddətlik həbs edilməsi təcrübəsi olub və buna görə Zeynəb Cavadlının təhlükəsizliyi barədə narahatdırlar.

Azərbaycanın Dubaydakı konsulu Elnur Məmmədov deyir ki, sosial şəbəkələrdə "həqiqəyə uyğun olmayan, dövlət orqanları və şəxslər haqqında yanlış və ya təhrif olunmuş informasiyalar yaymaq hər ölkədə cinayətdir".

"Əgər Zeynəb xanımın əməlində hər hansı cinayət olsaydı, əlbəttə, ona cinayət işi açıla bilərdi, həbs oluna bilərdi. Lakin Zeynəb xanım evindədir, övladları və valideynləri yanındadır və normal həyatına davam edir," - o bildirib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, Zeynəb Cavadlının yaxınları onlara müraciət edib və bu məsələdə kömək istəyib.

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədrinin sözlərinə görə, hüquq müdafiəçiləri Zeynəb Cavadlının məsələsinin yerində araşdırılması üçün Xarici İşlər Nazirliyinə müraciət edəcək ki, onlara Birləşmiş Ərəb Əmirliklərinə getməyə yardım edilsin.

"Bu, birinci dəfə deyil ki, biz azərbaycanlı qızları BƏƏ-də işgəncələrdən xilas edirik", hüquq müdafiəçisi deyir.

"Onların qanunları bir az fərqlidir. Zeynəb Cavadlı şiddət görübsə, bunu təsdiq edən material olmalıdır. İnanmıram ki, həkimi şeyxin evinə buraxalar ki, gəlib şeyxin onu döydüyünü təsdiq etsin. Bunu qanun çərçivəsində sübut etmək çox çətindir. Bütün bunları araşdırmaq üçün yaxşı vəkillər lazımdır".

Novella Cəfəroğlu deyir ki, bu halda hüquq müdafiəçilərinin gücü kifayət etmir və məsələ "ikitərəfli münasibətlər çərçivəsində, dövlət strukturlarının iştirakı ilə" həll oluna bilər.

Konsul Elnur Məmmədov BBC News Azərbaycancaya deyib ki, Konsulluq "Zeynəb Cavadlının məsələsi ilə yaxından maraqlanır və onunla daima əlaqə saxlayır".

Yayılan məlumatları "həqiqətə uyğun olmadığı üçün" təkzib edən cənab Məmmədov bildirir ki, əgər Dubayda qanunlar şeyxin tərəfində olsaydı, "məhkəmə uşaqları ananın yox, atanın himayəsinə verərdi".



Konsul Zeynəb Cavadlının özünün vəkilinin olduğunu və Konsulluğun onunla da əlaqə saxladığını söyləyib.

Elnur Məmmədov deyir ki, Zeynəb Cavadlı və Səid Əl-Maktum 2019-cu ilin noyabrında boşanıblar və məhkəmə uşaqları ananın himayəsinə verib.

Onun sözlərinə görə, məhkəmə ataya həftədə bir dəfə övladlarını görmə icazəsi verib və yaranan problem bunun ətrafında baş verib.

"Ötən ilin noyabr ayından indiyədək uşaqlar ata ilə görüşüblər və heç bir problem olmayıb. Problemin bu şəkildə olmasının səbəbi odur ki, Zeynəb xanım övladlarını ataları ilə görüşə özü aparmaq istəyir. Məhkəmə qərarında isə onların şeyx ofisindən sürücü və ya başqa şəxslə getməsinə dair qeyd var".

Elnur Məmmədov Zeynəb Cavadlının bu istəyinin səbəbini və nə üçün indi ortaya çıxmasını izah etməyib və bu suala "onun özündən cavab almağı" məsləhət görüb.

BBC News Azərbaycanca Zeynəb Cavadlının özü ilə əlaqə saxlaya bilməyib.

Konsul deyir ki, bir neçə gün əvvəl Zeynəb Cavadlı və Dubay Baş Polis İdarəsi arasında görüş keçirilib və ona "uşaqlarının atası ilə görüşə polis müşayiəti altında göndərilə biləcəyi" təklif olunub. Amma cənab Məmmədov görüşün vətəndaş və qurum arasında olduğuna görə danışığın nəticəsinin onlara "məlum olmadığını" söyləyir.
Oxşar xəbərlər

Xəbər lenti

20 Oktyabr 2020
17:30

Suares 54 dəqiqədənbir "partlayır"

17:29

Şəhriyar Məmmədyarov: "Sevincimin həddi-hüdudu yoxdur"

17:06

Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ

16:50

"Keşlə"nin legionerindən Ordumuza dəstək

16:35

Millimizin üzvü toplanışa qatıla bilmədi

16:14

Ermənilər Tərtərə raket atdı: 2 mülki şəxs həlak oldu, 1 nəfər yaralandı

15:53

İlham Əliyev Xocavəndin işğaldan azad edilən kəndinə yeni ad verdi

15:42

"Borussiya" "Real"ın arzusunu gözündə qoydu

15:31

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

15:19

Zəngilan şəhəri işğaldan azad edildi

15:00

"Makkabi"nin baş məşqçi "Qarabağ"la görüşü kənardan izləyəcək

14:41

Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib - VİDEO

14:36

İlham Əliyev xalqa müraciət edəcək

14:31

"Qarabağ"ın oyunu neytral meydanda keçirilə bilər" - AFFA-dan açıqlama

14:25

Kapitan: "Vircilsiz qələbə qazanmağı öyrənməliyik"

14:17

AFFA 4 klubu cərimələdi

14:04

Həndbol komandalarımız yeni mövsümə açıq havada hazırlaşır

13:46

Mbappe PSJ-nin çağırışını cavabsız qoydu - SON DURUM

13:37

Avropa Liqası: "Qarabağ" ən yaxşılar sırasında

13:23

Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur

13:05

Ordumuzun qələbələrində əməyi olan hərbi qulluqçuları tanıyaq - FOTOLAR

12:51

Kumanın etirafı: "Barselona" əsas favorit deyil"

12:40

"Çelsi" Lempardı italiyalı çalışdırıcı ilə əvəzləyir

12:24

"Makkabi" - "Qarabağ" oyununa hakim təyinatı

12:10

"Barselona"nın ulduzu maaşının azaldılmasına razılaşdı

12:03

Artilleriya bölmələrimiz ermənilərə zərbələr endirir - VİDEO

11:56

Neymar gələcək taleyi ilə bağlı qərarını verdi - SON DURUM

11:41

Premyer Liqa tarixinin ən bahalı 5 transferi açıqlandı

11:25

Sezar Meza Kolli: "Artıq çəkim yoxdu, oynamağa hazıram"

11:09

Nazir: "Robinyo dərhal həbs edilməlidi"

10:57

Çempionlar Liqasında iştirakçıların sayı artırıla bilər

10:40

UEFA-dan Azərbaycan klublarına pis xəbər

10:26

“Neftçi”nin sabiq prezidenti Avropa Liqasına təyinat aldı

10:14

Badri Kvaratsxeliya millimizi seçməsinin səbəbini açıqladı

09:59

Qarabağda yeni cəbhə açıldı: Döyüşlər gedir - RƏSMİ

09:48

İngiltərə Premyer Liqasında 8 yeni yoluxma aşkarlandı

09:29

Çempionlar Liqasında qrup mərhələsinə start verilir - YENİLƏNİR

09:00

Cəbhədə son vəziyyət: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

19 Oktyabr 2020
20:00

90 il sonra gələn rekord

19:31

Azərbaycan millisindən imtina edən mütəxəssis "Trabzonspor" yolunda

18:34

"Milan" bunu 25 il gözlədi

18:05

Kuman: "Messi indikindən yaxşı oynaya bilər"

18:01

"Qalatasaray"dan Azərbaycana növbəti dəstək - FOTOLAR

17:43

Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır

17:09

Ermənilərin atəşi nəticəsində daha 4 nəfər xəsarət aldı

16:56

Nikolovdan Azərbaycan ordusuna: "Cəsur olun, mənim dostlarım"

16:28

Koronavirusa inanmayan fenomen virusdan öldü

16:21

Ən yaxşı mərkəz hücumçusu adına namizədlər açıqlandı - SİYAHI

16:13

General-mayor cəbhədəki vəziyyəti açıqladı

16:01

Həbib - Qetji döyüşünə azarkeşlər buraxılacaqmı?

15:36

Azərbaycan yoluxma kəskin azaldı - Ölənlər var

15:32

"Real"ın yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

14:59

“Qarabağ”la oyuna azarkeş buraxılacaq

14:34

Madrid klubunun forvardı sıradan çıxdı

14:34

"Neftçi"nin yeni transferi: "Müharibə məni qorxutmur"

14:24

"Həbibdən heç vaxt neçə kiloqram olduğunu soruşmuram"

14:20

Prokurorluq: Ermənistan Bakı-Novorossiysk neft kəmərini hədəfə alıb

13:33

İbrahimoviç "Milan"la yeni anlaşmaya hazırlaşır - SON DURUM

13:28

Araz Abdullayevin baş məşqçisi qovuldu

13:23

Azərbaycan güləşçiləri Ukraynada qızıl və bürünc medal qazandı

13:17

"Neftçi"nin legioneri koronavirusa yoluxdu

13:01

Düşmən indi də Göygöldəki mövqelərimizi atəşə tutur

12:56

Qetji: "Həbibi yerə sərəndə fanatları göz yaşı tökəcək"

12:46

MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

12:29

Hadrutu azad edən igidlər... - FOTOLAR

12:21

Messi üçün şok təklif - Cəmi 15 milyon...

11:49

Keyn Anri və Runinin rekordunu qırdı

11:46

"Sivasspor"un yarımmüdafiəçisi "Qarabağ"a qarşı oynamayacaq

11:34

Çağlar Söyüncü ilə bağlı “Lester"ə pis xəbər

11:30

Mahir Emreli "Makkabi"yə qarşı oynayacaqmı?

Facebookdan bizi izləməyi unutmayın.