14:14 30.03.2018 763

Çempionun bombardiri: "Burda qalmağın tərəfdarıyam"

"Araz”ın futzalçısı Bolinya Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə müsahibə verib. Fanat.Az-ın məlumatına görə, mövsümün bitməsinə6 tur qalmış çempionluğu təmin edən Naxçıvan təmsilçisinin bombardiri Yüksək Liqanın geridə qalan bölümündən söz açıb.


- EKOL-la oyunun xüsusilə birinci hissəsində çətinlik çəkməyinizi çempionluğu erkən təmin etmək istəyi ilə bağlamaq olarmı?

- Bu oyuna qədər təxminən 10 gün istirahət etdik. Demək olar, məşqlərimiz yox idi. Hamı bayram tətilində idi. Yüngül məşqlərlə tonusda qalmaq mümkün deyildi. Oyunu bizim üçün çətinləşdirən məqam daha çox bununla bağlıdı. Sualda qeyd etdiyiniz məqamın da təsiri yox deyil. Bu dueldə bizə yaxşı, baxımlı oyun nümayiş etdirməkdən çox, nəticə qazanmaq vacib idi ki, çempionluğu təmin edək. Bunun da öhdəsindən gəldik. EKOL-un da əziyyətini qiymətləndirməmək olmaz. Onlar xüsusilə də birinci hissədə çox yaxşı oynadılar. Qol vurmaq üçün imkanları çox oldu, ancaq realizə edə bilmədilər. Biz artıq çempion olduq. Qarşıya qoyulan hədəfə çatdıq. Ancaq "Neftçi” ilə vacib oyunumuz var. Hansı ki, cari çempionatda bizə xal itkisini yaşadan onlardı.


- Hədəfə çatdığınıza görə, qarşıdakı oyunlara daha rahat çıxacağınızı gözləmək olarmı? Motivasiyanız nə olacaq?

- Belə deyək də, artıq üzərimizdə təzyiq hiss etməyəcəyik. Ancaq bu meydana rahat çıxmağımıza, istədiyimiz kimi oynamağımıza əsas verməyəcək. Biz peşəkar oyunçularıq. Çempionluğu təmin etmişik, amma çempionat hələ başa çatmayıb, mübarizə davam edir. Sona qədər oynamalı, hər gün məşqlərimizi etməliyik. Əlbəttə, meydana çıxmaq üçün motivasiyamız olacaq. Yenə deyirəm, peşəkar oyunçunun digərlərindən fərqi belə anlarda görünür. Klubla müqaviləmiz varsa, öhdəliyimizi sona qədər yerinə yetirməyə borcluyuq.


- EKOL-la oyunda het-trik etməklə aktivindəki qolların sayını 30-a çatdırdın. Qarşıdakı oyunlar sırf sənin üçün bombardir olmaq baxımından əhəmiyyət kəsb edəcəkmi?

- Açığı, bu haqda düşünmürdüm. Çünki birinci yerdə hər zaman komandanın uğur qazanması dayanıb. Komandanı bir maşına bənzətsək, hər birimiz onu hərəkətə gətirən hissələriyik. Ona görə də şəxsi uğurları deyil, çətiri altında birləşdiyimiz komandanı zirvəyə qaldırmağı düşünürdük. Aydın məsələdir ki, belə şans yaranıbsa, istifadə etməyə çalışacam. Məşqlərimi edəcəm, oyunlara ciddi hazırlaşacam. Hər bir oyunda çalışacam yenə qollar vurum. Əlbəttə, bunu tək bacarmağım mümkün deyil, komanda yoldaşlarımın köməyinə ehtiyacım olacaq. Onların bunu edəcəklərinə inanıram. Çünki futzal fərdlərin yox, komandanın oyunudu.


- Mayın sonunda müqavilənin müddəti başa çatacaq. Gələcək karyeranla bağlı qərar vermisənmi?

- Bəli, müqaviləmin müddəti başa çatacaq. Artıq iki ilə yaxındı Bakıda yaşayırıq. Həm özüm, həm də ailəm burda olmaqdan məmnunuq. Çempionat başa çatmayıb, ona görə də heç kimlə danışığımız olmayıb. Ancaq mayda danışıqların olacağına inanıram. Burda qalmağın tərəfdarıyam.


- İkinci mövsümdü ki, ölkəmizdə çıxış edirsən. Ötənilki çempionatla hazırkı mövsümü müqayisə edə bilərsənmi? Dəyişən nəsə varmı, yoxsa eyni ssenaridi, davam edir?

- Dəyişən çox nüanslar var. Hazırkı çempionat daha maraqlı, rəqabətli keçir. Düzdü, sona 6 tur qalmış çempionluğu təmin etdik, ancaq oyunların nəticəsinə baxsanız, çətinlik çəkdiyimiz qarşılaşmaların çox olduğunu görərsiz. Legionerlərin dəvət edilməsi sanki Yüksək Liqaya rəng qatdı, rəqabət yaratdı. EKOL, "Marafon Futsal”, "Neftçi” yaxşı komandalardı, "Yasamal” da düzəlməyə başlayıb. "FK.İD.Futsal”la oyunlar da gərgin və çətin keçir. Adətən debütantlar bir qədər zəif olur, ancaq biz çempionatda bunun əksini gördük. Demək, düzgün seçim edilib. Qəti deyirəm, cari çempionat daha gərgin və maraqlı keçdi. Fikrimcə, növbəti mövsüm daha yaxşı keçəcək, komandalar bir qədər də güclənəcəklər. Bu, bizim xeyrimizə işləyəcək. Həm UEFA kubokunda, həm də millinin oyunlarında bu rəqabətin bəhrəsini görəcəyik. Yeniliklərdən biri də oyunların canlı yayımlanması oldu. İstər futzalın təbliği, istərsə də insanların çempionatla bağlı informasiya alması baxımından vacib addımdı. İndi jurnalistləri də oyunlarımızda görürük. Halbuki əvvəllər çempionat sanki yaddan çıxmışdı. Çatışmayan cəhətlərin isə növbəti mövsümə qədər aradan qaldırılacağına inanıram.

 

Fanat.Az

Oxşar xəbərlər

Xəbər lenti

01 İyun 2020
00:02

Avropa Güləş Federasiyasının prezidenti dünyasını dəyişdi

31 May 2020
22:45

"Borussiya"dan maraqlı qələbə sevinci - FOTO

22:05

Bundesliqa: 2 oyun, 2 darmadağın

18:17

Saul: "Üç günə yeni klubumun adını açıqlayacam"

17:34

Millimizin üzvü oynamadı, komandası böyük hesabla uduzdu

16:22

Klublarımız paltardəyişmə otağından istifadə etməyəcək

15:47

Azərbaycan Premyer Liqasının bərpa tarixi açıqlandı - RƏSMİ

15:27

50 milyonluq transfer açıqlandı - RƏSMİ

15:04

Qadın döyüşçü UFC-də ilkə imza atdı

14:57

Azərbaycanda qapalı şəraitdə də məşqlərə icazə verildi - RƏSMİ

14:35

Makqreqor 12 aya nə qədər qazanıb?

14:07

Azərbaycanda ilk dəfə bu idman növündə yarışlar bərpa olunacaq

12:46

İngiltərədə 10 futbolçu koronavirusa yoluxdu

12:21

Üçqat olimpiya çempionu öldü

11:40

"Qəbələ" ispaniyalı legionerini qaytara bilmir

11:05

Anası koronavirusdan vəfat edən azərbaycanlı jurnalistdən ürəkdağlayan sözlər

11:00

AFFA-nın vitse-prezidenti: “Premyer Liqa bərpa olunmalıdı"

10:00

Azərbaycan Premyer Liqası üçün vacib gün - Tarix açıqlana bilər

09:39

Azərbaycanı tərk edə bilməyən əcnəbi məşqçi ömürlük cəzalandırıla bilər

09:30

Məşhur futbolçunun sevgilisi canlı yayımda elə etiraflar etdi ki... - FOTOLAR

09:00

Ulduz futbolçunun evi qarət olundu

08:20

Fahişəxanada yaxalanan məşhur hakimdən şok açıqlama - FOTOLAR

30 May 2020
23:10

Bundesliqa: "Bavariya" qol olub yağdı

21:56

Pavel Paşayev qələbəyə sevindi

19:59

Nurlan Novruzov bu tur nə etdi?

19:40

Gülay Zeynallı: “Kamilə hər zaman dəstəyəm” - VİDEO

19:20

"Arşavini yalnız Messi ilə dəyişə bilərik" - "Zenit"in "Barselona"ya cavabı

18:15

Premyer Liqa bərpa edildi: İlk oyunda qonaqlar sevindi

17:35

Tiaqo Alkantara "Barselona"ya qayıtmaq istəyir

17:28

Rauf Məmmədov: "Sanki yenidən məktəbə getməyə başlamışam" - MÜSAHİBƏ

17:02

"Mən də Ronaldunun fanatıyam, amma tarixin ən yaxşı futbolçusu Messidi"

16:31

Almeydanın "Baniyas"dakı taleyi necə olacaq? - SON DURUM

16:23

5 qat çempion Premyer Liqada iştirakdan imtina etdi

15:50

Azarkeşlər stadionlara buraxıla bilər - La Liqada

15:09

İtaliya klubunun 15-dən çox üzvünün koronavirusa yoluxduğu məlum oldu

14:41

Kompani Quardiolanın təklifini rədd edib

14:35

"Latsio"nun lideri PSJ yolunda

13:59

Cazibədar gimnastımız zəngin iş adamı ilə yeni FOTOLARını paylaşdı

13:52

Memfis Depayın aqibəti necə oldu?

13:45

Arbeloa "Real"a qayıdır

13:20

Premyer Liqa tarixinin ən yaxşı mərkəz müdafiəçisi kimdi? - SIRALAMA

12:44

25 yaşlı futbolçu koronavirusdan dünyasını dəyişdi

12:07

Kamil Zeynallıdan açıqlama: "Kamili qorxutdular, sındırdılar..." - VİDEO

11:47

Azərbaycanlı futbolçunu aktyor belə əzişdirdi - VİDEO

11:25

20 yaşlı futbolçu Bundesliqada tarix yazdı

10:55

"Barselona" Koutinyunu "Tottenhem"ə göndərməyə hazırdı

10:38

"Neftçi"nin hücumçusu: "Cənubi Kipr klubu ilə danışıqlar aparıram"

10:20

"Reno" "Formula 1"-də qalır

09:55

Polis əməliyyat keçirdi: Məşhur hakim fahişəxanada saxlanıldı

09:50

NBA-da yeni format: 20-22 komanda...

09:30

PSJ İkardinin transferini həll etdi

09:07

Dünyanın ən çox qazanan idmançılarının siyahısı açıqlandı

08:20

Rusiyanın ən gözəl döyüşçüsü oktaqona qayıdacaqmı? - FOTOLAR

00:30

Bundesliqa: "Bayer" səfərdə qazandı

00:09

Messi, Ramos və Suares yeni klipə çəkildilər - VİDEO

29 May 2020
23:18

Rusiya Premyer Liqasının oyunları azarkeşsiz keçirilməyəcək

21:25

Azərbaycanlı futbolçu Rusiya klubu ilə müqavilə bağladı

19:15

"Borussiya"da zədə problemi: Holand oynamayacaq

18:54

Klublar Komitəsi Azərbaycan Premyer Liqasının bərpasını müzakirə edəcək

18:45

Operativ Qərargahdan qapalı idman qurğuları ilə bağlı açıqlama

18:10

Bundesliqada 29-cu tura start verilir

17:58

Rusiya klubu azərbaycanlı futbolçu ilə yeni müqavilə imzaladı

17:33

"Liverpul" "Enfild"ə həsrət qalacaq - Çempion olana kimi

17:03

Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi

17:02

Verner "İnter"ə keçməyəcək

16:37

Dieqo Kosta azadlıqdan məhrum edilə bilər

16:08

"Liverpul" və "Yuventus" Heyzel faciəsinin qurbanlarını andılar

15:35

Mədət Quliyev dayanmadan 7 saatdan çox velosiped sürdü - VİDEO

15:25

"Mən nəfəs ala bilmirəm" - Lebron Ceymsdən Corc Floydun ölümünə reaksiya (FOTO)

15:24

Lautaro Martines "Barsa"da nə qədər qazanacaq?

Facebookdan bizi izləməyi unutmayın.