Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, son oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
Turnirin son qalibi "Bavariya” "Zalsburq”u qonaq edəcək. A qrupunun digər matçında "Atletiko” "Lokomotiv”i sınağa çəkəcək.
B qrupunun lideri "Borussiya” (Mönhenqladbax) səfərdə darmadağın etdiyi "Şaxtyor”la üz-üzə gələcək. "İnter” Milanda turnirin ən titullu klubu olan "Real”la görüşəcək.
"Olimpiakos”un qonağı olacaq "Mançester Siti” 1/8 finala yüksəlmək şansından yararlanmağa çalışacaq. C qrupunun digər matçında "Marsel” və "Porto” üz-üzə gələcək.
D qrupunda "Ayaks” "Midtülland”la ev oyununa çıxacaq. İtkisiz irəliləyən "Liverpul” öz meydanında "Atalanta” ilə münasibətlərini ayırd edəcək.
Qeyd edək ki, turun digər 8 oyunu noyabrın 24-də keçirilib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
IV tur
A qrupu
00:00. "Atletiko" (İspaniya) - "Lokomotiv" Moskva (Rusiya)
00:00. "Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya)
Xal durumu: "Bavariya" - 9, "Atletiko" - 4, Lokomotiv" (Moskva) - 2, "Zalsburq"- 1
B qrupu
21:55. "Borussiya" Münxenqladbax (Almaniya) - "Şaxtyor" (Ukrayna)
00:00. "İnter" (İtaliya) - "Real Madrid" (İspaniya)
Xal durumu: "Borussiya" (Münxenqladbax), "Şaxtyor" - 4, "Real Madrid" - 4, "İnter" - 2
C qrupu
21:55. "Olimpiakos" (Yunanıstan) - "Mançester Siti" (İngiltərə)
00:00. "Marsel" (Fransa) - "Porto" (Portuqaliya)
Xal durumu: "Mançester Siti" - 9, "Porto" - 6, "Olimpiakos" - 3, "Marsel" - 0
D qrupu
00:00. "Ayaks" (Niderland) - "Midtüllan" (Danimarka)
00:00. "Liverpul" (İngiltərə) - "Atalanta" (İtaliya)
Xal durumu: "Liverpul" - 9, ""Ayaks" - 4, Atalanta" - 4, "Midtüllan" - 0.
Qeyd edək ki, ilk oyun günündəki nəticələrdən sonra İspaniyanın "Sevilya", "Barselona", İngiltərənin "Çelsi" və İtaliyanın "Yuventus" klubları 1/8 finala vəsiqə əldə ediblər.