Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Fanat.Az-ın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutub.
Günün maraqla gözlənilən oyunu İspaniyada "Real" və "Liverpul" arasında olub.
Hər iki komanda görüşə ciddi itkilərlə çıxıb. "Kral klubu"nun heyətində kapitan Serxio Ramosla yanaşı, Eden Azar və Dani Karvahalın zədə səbəbindən oynamayıbsa, qonaqlarda isə Vircil van Deyk, Co Qomes, Cordan Henderson və Divok Origi eyni səbəbdən kənarda qalıb.
Madridlilər ilk yarıda özünə bənzəməyən "qırmızılar"ın qapısından fasiləyədək 2 top keçirib. Fasilədən sonra toparlanan ingilislər qollardan birinin əvəzini çıxsalar da, İspaniya təmsilçisi 3-cü qolu da vurmağa imkan tapıb. Matç bu hesabla bitdiyindən "Real" yarımfinala aparan yolda inamlı addım atmış olub.
Günün digər matçı İngiltərədə gerçəkləşib. "Mançester Siti" "Borussiya"nı (Dortmund) qəbul edib.
"Şəhərlilər"in matça itkisiz çıxıbsa, Dortmund təmsilçisi zədədən əziyyət çəkən oyunçularının - Dan-Aksel Zaqadu, Ceydon Sanço və Yussufa Mukokonun xidmətindən yararlana bilməyib.
De Bröynenin qoluyla hesabı açan ingilislər matçın sonlarına yaxın topu tordan çıxarmalı olub. Mançesterlilər təzyiqi artıraraq son dəqiqədə qələbə qoluna imza atsalar da, Almaniya klubu yenilginin əvəzini çıxmaq şansını saxlayıb.
Bu komandaların cavab görüşləri aprelin 14-də reallaşacaq.
Çempionlar Liqası
1/4 final
İlk oyunlar
6 aprel
Real (İspaniya) - Liverpul (İngiltərə) 3:1
Qollar: Vinisius Junior, 27; 65; Asensio, 36 - Məhəmməd Salah, 51
Mançester Siti (İngiltərə) - Borussiya (Almaniya) 2:1
Qollar: De Bröyne, 19; Foden, 90 - Reus, 84