14:39 19.09.2020 171

"Əminəm ki, federasiya lazımi dəstəyi göstərəcək" - Millimizin üzvü

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü, 2 qat Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı Rafiq Hüseynov bugünkü açıq məşq zamanı brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
 
Fanat.Az həmin müsahibəni təqdim edir...

- Ümumi hazırlıqlar necə gedir?
- Hazırda açıq havada məşqlərimizə davam edirik. Hava şəraiti də buna imkan verir. Pandemiyanın sərt karantin dövründə yığma məşqçilərinin verdiyi xüsusi proqram əsasında ev şəraitində hazırlaşırdıq. Federasiya bunun üçün bizi bütün lazımi idman ləvazimatları ilə təmin etmişdi.

- Ev şəraitindən açıq havada məşqə qayıdış zamanı ən çox hansı çətinliklərlə üzləşdiniz?
- Əslində mən bağ şəraitində məşq edirdim. Orada qaçış, velosiped trenajorları var idi. Bu baxımdan, mənim üçün açıq havada məşqlərə qayıtmaq çətin olmadı. Amma rəqiblərlə işləmək tam fərqlidir. Bilirsiniz ki, güləş kontakt idman növüdür. Bu mənada rəqiblərlə birlikdə işləməliyik. Düzdür, həminki formada deyilik. Amma ümid edirəm ki, 1 ay ərzində əvvəlki fiziki vəziyyətimizə qayıdacağıq.

- Bu il keçirilməli olan dünya çempionatının təxirə salına biləcəyini nəzərə alsaq, kollektivdə ümumi ab-hava necədir?
- Hədəfimiz Tokio-2020 Yay Olimpiya Oyunlarıdır. Qarşımıza belə bir məqsəd qoymuşuqsa, dünya çempionatının təxirə salınması bizi təəssüfləndirməməlidir. İşimiz məşq etməkdir. Ümid edirik ki, o vaxtadək koronavirus vaksini tapılacaq, olimpiada təxirə salınmayacaq və yarışda çıxış edəcəyik. Amma dünya çempionatının taleyi hələ bilinmir. Oktyabrın 5-də Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında yarışın keçirilib-keçirilməyəcəyinə aydınlıq gələcək.

- İdmançılar aktiv həyat tərzinə öyrəşiblər. Karantin vaxtı evdə qalmaq çətinlik yaratmadı?
- Mən evdə oturmurdum. Bağ şəraiti olduğu üçün rahat idim. Səhərlər qaçışla məşğul olur, bəzən velosiped sürürdüm. Bu mənada çətin olmadı. Amma biz dünyanı gəzməyə öyrəşmişik. Ayda 2-3 səfərimiz olurdu. Hazırda isə səfərlərimiz yoxdur və bizə çətin gəlir. Ən ağırı odur ki, yarışlardan uzaq qalmışıq. Yarış vəziyyətinə qayıtmaq bizim üçün çətin olacaq. Əminəm ki, federasiya rəhbərliyi bunu nəzərdə saxlayıb və lazımi dəstəyi göstərəcək.

- Pandemiyanın maliyyə fəsadları da oldu. İdmançının pulu idmandan çıxır. Bu dövrdə maddi çətinliklə üzləşmədiniz?
- Nəticə vermiş güləşçilər dövlətin diqqət mərkəzindədir və onlar müxtəlif işlərlə təmin olunublar. Məsələn, mən hərbi sistemdəyəm, ordu zabitiyəm. Biri Sərhəd Qoşunlarının zabitidir, digəri polisdir.Vaxtında maaşlarımızı aldığımız üçün maddi çətinliyimiz olmadı. Biz digər idman növlərindəki kimi böyük Qran-prilərdə böyük pullar qazanmırıq. Yarışlar olmasa da, federasiyadan, dövlətdən məvacibimi alırdım.

- Tokio olimpiadasının təxirə salınması güləşçilərə necə təsir etdi? Ruhdan düşmə, həvəssizlik halları hiss olunmur?
- Əlbəttə, bu, xoşagələn hal deyil. Təsəvvür edin, illərlə hazırlaşdığınız yarış bir anda təxirə salınır. Nə etmək olar? Bu problemlə təkcə bizim komanda üzləşməyib. Fikrimcə, digər idmançılar da mənim kimi təəssüflənirlər. İstək varsa, səbr edəcək, gözləyəcək və vaxtı çatanda çıxıb güləşəcəksən. İstək yoxdursa, təxirəsalmanın da heç bir mənası qalmır. Özüm barədə deyə bilərəm ki, olimpiya medalını qazanmaq istəyim var. 2021-ci ili gözləyək. Ümid edək ki, vaksin tapılacaq.

- Olimpiada vaksin tapılmasa belə, keçirilə bilər. Bayaq özünüz də qeyd etdiniz ki, güləş kontakt idman növüdür. Bu mənada, yarış zamanı koronavirusa yoluxma ilə bağlı hansısa narahatlıq var?
- Yaponiyanın keçmiş baş naziri demişdi ki, olimpiadayadək vaksinin tapılması elan edilməsə, yarış təxirə salınacaq. Açığı, mən də o fikirdəyəm. Amma hazırda vaksinin sınaqlarının 3-cü mərhələsidir. İnanırıq ki, sınaqlar uğurla başa çatacaq və idmançılar üçün yol açılacaq. Bilirsiniz, güləş velosiped, tennis kimi növlərdən deyil ki, bir-birimizlə məsafə saxlayaq. Vaksinsiz çox çətin olacaq. Çünki orada 1 görüş keçirmirik. Hər çəkidə 30-40 nəfər idmançı olur. 8 çəki dərəcəsi olduğunu nəzərə alsaq, bu qədər güləşçini nəzarətdə saxlamaq çətindir. Aralarında bir nəfər xəstə olarsa, kütləvi yoluxma ola bilər. İnanmıram ki, vaksin tapılana və ya dünyada pandemiya ilə bağlı vəziyyət düzələnədək bizim yarışlar keçirilsin. (Report.az)
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

20 Oktyabr 2020
17:30

Suares 54 dəqiqədənbir "partlayır"

17:29

Şəhriyar Məmmədyarov: "Sevincimin həddi-hüdudu yoxdur"

17:06

Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ

16:50

"Keşlə"nin legionerindən Ordumuza dəstək

16:35

Millimizin üzvü toplanışa qatıla bilmədi

16:14

Ermənilər Tərtərə raket atdı: 2 mülki şəxs həlak oldu, 1 nəfər yaralandı

15:53

İlham Əliyev Xocavəndin işğaldan azad edilən kəndinə yeni ad verdi

15:42

"Borussiya" "Real"ın arzusunu gözündə qoydu

15:31

İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

15:19

Zəngilan şəhəri işğaldan azad edildi

15:00

"Makkabi"nin baş məşqçi "Qarabağ"la görüşü kənardan izləyəcək

14:41

Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib - VİDEO

14:36

İlham Əliyev xalqa müraciət edəcək

14:31

"Qarabağ"ın oyunu neytral meydanda keçirilə bilər" - AFFA-dan açıqlama

14:25

Kapitan: "Vircilsiz qələbə qazanmağı öyrənməliyik"

14:17

AFFA 4 klubu cərimələdi

14:04

Həndbol komandalarımız yeni mövsümə açıq havada hazırlaşır

13:46

Mbappe PSJ-nin çağırışını cavabsız qoydu - SON DURUM

13:37

Avropa Liqası: "Qarabağ" ən yaxşılar sırasında

13:23

Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur

13:05

Ordumuzun qələbələrində əməyi olan hərbi qulluqçuları tanıyaq - FOTOLAR

12:51

Kumanın etirafı: "Barselona" əsas favorit deyil"

12:40

"Çelsi" Lempardı italiyalı çalışdırıcı ilə əvəzləyir

12:24

"Makkabi" - "Qarabağ" oyununa hakim təyinatı

12:10

"Barselona"nın ulduzu maaşının azaldılmasına razılaşdı

12:03

Artilleriya bölmələrimiz ermənilərə zərbələr endirir - VİDEO

11:56

Neymar gələcək taleyi ilə bağlı qərarını verdi - SON DURUM

11:41

Premyer Liqa tarixinin ən bahalı 5 transferi açıqlandı

11:25

Sezar Meza Kolli: "Artıq çəkim yoxdu, oynamağa hazıram"

11:09

Nazir: "Robinyo dərhal həbs edilməlidi"

10:57

Çempionlar Liqasında iştirakçıların sayı artırıla bilər

10:40

UEFA-dan Azərbaycan klublarına pis xəbər

10:26

“Neftçi”nin sabiq prezidenti Avropa Liqasına təyinat aldı

10:14

Badri Kvaratsxeliya millimizi seçməsinin səbəbini açıqladı

09:59

Qarabağda yeni cəbhə açıldı: Döyüşlər gedir - RƏSMİ

09:48

İngiltərə Premyer Liqasında 8 yeni yoluxma aşkarlandı

09:29

Çempionlar Liqasında qrup mərhələsinə start verilir - YENİLƏNİR

09:00

Cəbhədə son vəziyyət: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

19 Oktyabr 2020
20:00

90 il sonra gələn rekord

19:31

Azərbaycan millisindən imtina edən mütəxəssis "Trabzonspor" yolunda

18:34

"Milan" bunu 25 il gözlədi

18:05

Kuman: "Messi indikindən yaxşı oynaya bilər"

18:01

"Qalatasaray"dan Azərbaycana növbəti dəstək - FOTOLAR

17:43

Çempionlar Liqası: 14 milyard avroluq tamaşa başlayır

17:09

Ermənilərin atəşi nəticəsində daha 4 nəfər xəsarət aldı

16:56

Nikolovdan Azərbaycan ordusuna: "Cəsur olun, mənim dostlarım"

16:28

Koronavirusa inanmayan fenomen virusdan öldü

16:21

Ən yaxşı mərkəz hücumçusu adına namizədlər açıqlandı - SİYAHI

16:13

General-mayor cəbhədəki vəziyyəti açıqladı

16:01

Həbib - Qetji döyüşünə azarkeşlər buraxılacaqmı?

15:36

Azərbaycan yoluxma kəskin azaldı - Ölənlər var

15:32

"Real"ın yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

14:59

“Qarabağ”la oyuna azarkeş buraxılacaq

14:34

Madrid klubunun forvardı sıradan çıxdı

14:34

"Neftçi"nin yeni transferi: "Müharibə məni qorxutmur"

14:24

"Həbibdən heç vaxt neçə kiloqram olduğunu soruşmuram"

14:20

Prokurorluq: Ermənistan Bakı-Novorossiysk neft kəmərini hədəfə alıb

13:33

İbrahimoviç "Milan"la yeni anlaşmaya hazırlaşır - SON DURUM

13:28

Araz Abdullayevin baş məşqçisi qovuldu

13:23

Azərbaycan güləşçiləri Ukraynada qızıl və bürünc medal qazandı

13:17

"Neftçi"nin legioneri koronavirusa yoluxdu

13:01

Düşmən indi də Göygöldəki mövqelərimizi atəşə tutur

12:56

Qetji: "Həbibi yerə sərəndə fanatları göz yaşı tökəcək"

12:46

MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

12:29

Hadrutu azad edən igidlər... - FOTOLAR

12:21

Messi üçün şok təklif - Cəmi 15 milyon...

11:49

Keyn Anri və Runinin rekordunu qırdı

11:46

"Sivasspor"un yarımmüdafiəçisi "Qarabağ"a qarşı oynamayacaq

11:34

Çağlar Söyüncü ilə bağlı “Lester"ə pis xəbər

11:30

Mahir Emreli "Makkabi"yə qarşı oynayacaqmı?

Facebookdan bizi izləməyi unutmayın.