12:50 23.11.2019 1074

Elxan Məmmədov islahatlara qarşı

"Hədəfimiz Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmaqdı” – bu cümləni ilin əvvəlində Elxan Məmmədov işlətmişdi. AFFA-nın baş katibi o təlatümlü günlərdə Qurban Qurbanovun istefaya göndərilməsinə, millini Nikola Yurçeviç kimi sıradan birinə tapşırmalarına don geyindirmək, ölkə rəhbərliyinin tələblərinə boyun əymək üçün bu sözləri demişdi.
 
Vəd idi, verirdi, zamanın ona işləyəcəyinə, vəziyyəti düzəldəcəyinə ümid edirdi. Uğursuzluğun məsuliyyətini boynuna yıxmaq üçün qurban tapacağına inanırdı. Və məqam yetişdi, milli komanda tarixinin ən pis göstəricisinə imza atdı. İndi bütün gözlər baş katibə baxır, o isə çabalayır, vəziyyətdən çıxmaq üçün hamını hədəf göstərir. Sən demə, jurnalistlər günahkar imiş...
 
***
 
Elxan bəy yenə vaxt udmağa çalışır, manevr edir. Ömrünü yaya kimi uzatmaq, dövlətin əməyi sayəsində uğurla təşkil olunacağı şübhə doğurmayan Avro-2020-nin Bakıdakı oyunlarından sonra qılığa girmək, özünü vəziyyətdən çıxarmaq niyyətindədi. Sanki elə bu cür də olmalıymış. Milli komanda cəmi 1 xal toplayıb, lakin nəticəyə görə cavabdeh olan AFFA süddən çıxmış qaşıq olmaq istəyir.
 
Məmmədov seçmə mərhələnin yekunu ilə bağlı hesabat xarakterli müsahibə verdi. Dünən "İdman” TV-nin canlı efirinə çıxdı, özündən başqa hamını günahlandırdı. Sanki hər şey çox yaxşıdı, Avropanı fəth etmişik...
 
Müsahibədə danışılan futbol məsələlərinə toxunmayacam. Nəticə göz önündədi. Nəinki əsas milli, aşağı yaş qrupundan olan bütün yığmaların biabırçı nəticələri reallıqdı. Qiyməti "yuxarılar” verməlidi. Heç kim öz ayranına turş demir, Elxan bəy də belə etdi. Biz hətta əks müzakirə açmaq belə istəmirik. İstənilən müqayisə yersizdi. AFFA-nın indiki rəhbərliyinin 12 illik fəaliyyət dövründə yalnız geri getmişik. Səbəb doğru idarəetmənin olmamasıdı, Məmmədova növbəti yazılarda detallı izahatlar verəcəyik.
 
***
 
Dünənki müsahibədə ən çox diqqət çəkən jurnalistlərlə bağlı açıqlama oldu. Sən demə, bu qədər uğursuzluğun qarşılığında mətbuat susmalı və ya tərif yağdırmalı imiş. Əcəba, niyə?
 
Ölkə başçısı İlham Əliyev son vaxtlar çox mühüm islahatlar həyata keçirdi. Və prezident çıxışları zamanı bir məqamı xüsusi vurğuladı, mətbuatdan kömək istədi. O, problemlərin işıqlandırılmasında jurnalistlərə arxalandığını bildirdi, ictimaiyyətin fikrinə diqqət yetirilməli olduğunu bildirdi. Bütün məmurlardan bunu tələb etdi.
 
Məmmədov isə əks fikirdədi. O, tənqid edən jurnalistləri hədəfə alıb, onları qeyri-peşəkarlıqda suçlayır. Bircə arqument göstərə bilmir, yalnız günahkandırır. Ölkə futbolu uçurumun dibindəykən, milli komanda cəmi 1 xal qazanarkən susmayanlar, haqlı tənqid edənlər belə təqdim edilirsə, deməli, prezidentin açıqlamalarının bu şəxs üçün əhəmiyyəti yoxdu. Dövlət başçısı ictimai fikri əsas götürür, baş katib isə bu istiqamətdə fəaliyyət göstərənləri qınayır.
 
"Peşəkar veteranların, keçmiş futbolçuların da narazılıqlarını anlayırıq, sağlam tənqidi qəbul edirik. AFFA rəhbərliyi, şöbə müdirləri futbol oynamır. Bunu demişik, deməyə də davam etdəcəyik. AFFA rəhbərliyi bu gün milli komandalar üçün şərait yaratmalıdır. Biz də bunu yaradırıq. Maliyyə ilə təmin edirik, infrastruktur yaradılıb. Liqalar təşkil olunub. 600 komanda, hər həftə 7 minə yaxın uşaq müxtəlif liqalarda, müxtəlif bölgələrdə mübarizə aparırlar. Bu turnirlər təkcə təşkil olunmur, bəzilərinə həm də maliyyə yardımı göstərilir. Bütün bunları AFFA-nın strategiyasına uyğun həyata keçirik. Tənqidlər, hətta təhqirlər də var. Bunu kimlər yaradır? Dırnaqarası jurnalistlər, dırnaqarası peşəkarlar. Futbolun yanında olan bəzi insanlar. Mən, AFFA rəhbərliyi, bəzi əməkdaşlarımız kimlərisə qane etmir. Çünki bizim fəaliyyətimiz onlara çirkin işlərini həyata keçirməyə mane olur. Mənim gedişimlə millimiz dünya və Avropa çempionatına vəsiqə qazanacaqsa, gedərəm. Bu, gülməli iddiadır”.
 
Bəli, AFFA rəhbərliyi futbol oynamır, futbolla oynayır. Bütün klublara öz adamlarını təyin edir – birinə keçmiş inzibatçını, digərinə makler-meneceri. O adamı ki, klub prezidenti ola-ola millimizin indiki məşqçilərinə vasitəçilik edib, onlardan faiz qazanır, onlarla faydasız milliləşənin əməliyyatında əli var.
 
Bəli, sizin fəaliyyətsizliyiniz bizi qane etmir. Ortada hansısa nəticə olsaydı, haqlı olardız, lakin 1 xal alnınıza damğadı. Biz də rəqibin heyətində futbol oynamırdıq. İş görmüsüzsə, fəaliyyətiniz müsbət yöndə olubsa, hanı nəticə? Niyə heç kimə qalib gələ bilmədiz?
 
Və bundan narazılıq edən insanları qınayırsız. Susmalı, sizə çəpik çalmalıydıq? Deməli idik ki, ilə onmilyonları xərcləyib, futbolu rəzil günə qoymaqda düz edibsiz? Mümkün deyil, Elxan bəy, bizim üçün ölkə rəhbərliyinin tələbləri daha mühümdü. Prezident mətbuatdan kömək istəyir, biz də həqiqətləri çatdırmağa borcluyuq. Onun islahatları sizi qane etmirsə, özünüz bilərsiz.
 
***
 
Qəribədi, Elxan bəy özündən başqa hamını qınayır – futbolçuları, məşqçiləri, İcraiyyə Komitəsini. Məmmədov, nə edirsiz? 12 ildə hansı futbolçuları yetişdirdiz, onlar haradadı? Yetişdirmisizsə, niyə nəticə qazana bilmirlər? Məşqçiləri də siz seçmisiz – nəticə qazananları ləkələyib göndərmisiz, yerinə milyon avroluğunu gətirmisiz. Səhv seçiminizin də səbəbkarı jurnalistlərdi? Axı, onlar təyinat reallaşan vaxt bu fiaskonu proqnozlaşdırır, yazırdı.
 
İndi yalnız icraçı olduğunuzu deyirsiz. Xatırladım ki, İcraiyyə Komitəsinin qərarı ilə Rövnəq Abdullayevi əvəz edə biləcək qədər səlahiyyət almısız, Nikola Yurçeviç də sizin təqdimatınız əsasında sözəbaxan İK üzvləri tərəfindən təsdiq edilib, çünki bu təyinatın ölkə başçısı tərəfindən məsləhət bilindiyini demisiz. İndi günahı kimin üzərinə atırsız? Bu gün tanınmayan, əsasən ikinci məşqçi kimi işlədiyini dediyiniz xorvata 1 milyon avro maaşın verilməsini razılaşdıranda bu məqamları nə əcəb yada salmırdız?
 
Əgər həmişə günahkar futbolçular, məşqçilər olacaqsa, siz nəyə lazımsız? Səhv seçimlər etmək, dövlətin pulunu dağıtmaq üçünmü? İşinizin müsbət nəticələri yoxdusa, deməli, səriştəsizsiz və getməlisiz. 1, 2, 3 il olsaydı, səbr etmək olardı, amma artıq 12 ildi eyni səhvlər sıralanır, nəticələr hər il pisləşir, milli komanda dünya reytinqində bir addım da irəli getmir. Bütün bunları yazan, qabardan jurnalistlərmi günahkardı?
 
***
 
"AFFA rəhbərliyi bu nəticədən razı deyil. Məsələnin digər tərəfi də var. Təəssüf ki, subyektiv, qeyri-peşəkarlar, bəzən təhqirə yol verən yazılar dərc edirlər. Özlərinə "jurnalist” deyənlər, futbolda şəxsi maraqlarını güdənlərin bir kampaniyasıdı”.
 
Ad çəkin, Elxan bəy. Biz sizin adınızı çəkirik və yazdıqlarımızı da dövlət başçısına apardığı doğru islahatlarda dəstək olmaq üçün edirik. Zəhmət olmasa, siz də deyin: kimdi kampaniya aparanlar? Legioner limitinin ləğv edilməsi üçün silsilə yazılar dərc etdirənlər ("Futbolinfo”da bu barədə bircə xəbər belə getməyib, çünki biz də bunun əleyhinəyik- red.) kimlərdi? Ölkəyə müxtəlif menecerlərin keyfiyyətsiz oyunçu gətirmək istədiyini, bu üzdən də belə kampaniya aparıldğını deyirsiz. "Sumqayıt”a prezident qoyduğunuz makleri, Riad Rəfiyevimi nəzərdə tutursuz? Hansı ki, ölkəmizə gətirdiyi futbolçular indiyədək yalnız havayı pul alıb, qaçmaqla yadda qalıb. Yoxsa Avropada imicmeykeriniz olduğu üçün 10 ildi AFFA-da saxlayıb, bəslədiyiniz, Almaniyadakı yararsız türkləri millilərimizə gətirib faiz qazanan Bernard Lipperti deyirsiz?
 
***
 
Baş katibin bir çox inadlarını görmüşdük, dünən isə onun qırmızı-qırmızı danışmağı, özündənrazılığın son həddi oldu. Hər şeyin günahkarı olasan və ətrafındakıları suçlayasan – bunun başqa adı yoxdu. Sən demə, cəmi 1 xal qazanmış millini, futbol bu vəziyyətə gətirən AFFA-nı tənqid etmək olmazmış. Tənqid edənlər dırnaqarası jurnalist və mütəxəssis sayılacaqmış.
 
Bu yazını baş katibə cavab olsun deyə yazmırıq. Haqq sözünü deyənlərdən biri də bizik və heç kimlə qərəzimiz yoxdu. Dövlətin son 10 ildə futbola yönəltdiyi milyardların müqabilində nəyə görə hələ də qapazaltı olduğumuzun hesabatını istəyirik. Cənab prezident mətbuatdan, ictimaiyyətdən islahatlar yolunda dəstək gözləyir, biz də bu tapşırığa əməl edirik. Kimsə bunu qərəz saya bilər, amma biz final mərhələsinə vəsiqə qazanan komandanı yox, Avropada 55 ölkə arasında 53-cü olan yığmanı, futbolumuzu bu hala gətirənləri tənqid edirik. Dövlətçilik naminə həmişə də belə olacağıq. Kiməsə sərf etməyə bilər, kiminsə xoşuna gəlmək yox, ədalətli olmaq üçün buradayıq. Ölkə rəhbərliyi, nəhayət, bu sahədə də islahatlara başlayacaq. Üzərimizə düşən real mənzərəni çatdırmaqdı.
 
Yalan deyiriksə, Elxan bəy doğruları göstərsin. Aldatmasın, manevr etməsin, reallığı göstərsin. Başqalarını qeyri-peşəkarlıqda suçlamaq asandı. Haqlı olmaq üçün özü peçəkar kimi davranmalı, nəticələri gün işığına çıxarmalıdı. Bəlkə hansısa milli komandamız nəticə qazanıb, biz xalları gizlədirik?
 
Vüsal Mahmudov
Futbolinfo.az
Oxşar xəbərlər

Xəbər lenti

06 İyun 2020
15:16

Messi yenə fərdi məşq etdi - FOTOLAR

15:00

Gözəl gimnastın bu paylaşımı təqibçilərini coşdurdu - FOTO

14:52

AFFA-nın vitse-prezidenti: "Klublar çox ağır vəziyyətə düşüb"

14:36

"İrqçi təhqirlərə məruz qalsam, meydanı tərk edəcəm" - "Mançester Yunayted"in futbolçusu

14:08

Hakimi "Real"a qayıdır? - SON DURUM

13:34

Kevin Dyurent oynamayacaq: "Mənim üçün mövsüm bitib"

13:12

1281 manatlıq idman ayaqqabısı geyinən azərbaycanlı müğənni kimdir? - FOTO

13:04

"ÇL-də mövsüm ləğv olunsa, "Atletiko" qalib elan edilməlidi"

12:40

Azərbaycanlı iş adamı "AZE Nakchivan-Köln" klubu üçün 800 min avroluq stadion tikdirir

12:29

AFFA millinin yeni çalışdırıcısı ilə 2 illik müqavilə bağlayacaq - ÖZƏL

12:26

Çempionlar Liqası tarixinin reytinqi: Klublarımız neçəncidi? - SİYAHI

12:20

"İki dəfə "Yuventus"dan ayrılmağa yaxın olmuşam" - Kyellini

12:02

Bundesliqada bu gün: "Bavariya" "Bayer" səfərində, "Borussiya" "Herta"ya qarşı

11:34

"Yaxşı ki, "Barselona"ya keçməmişəm" - Di Mariya

11:19

Millimizin hücumçusu: "Həftəsonu qadağaların olması çempionata təsir edəcək"

10:50

Modriç Ronaldu ilə Mourinyunun davasından danışdı: "Kriştianu ağlayacaqdı..."

10:46

"Qarabağ"ın ilk transferi kolumbiyalı oldu

10:16

Balotelli ilə yollar ayrıldı

09:35

Bundesliqa: "Borussiya" uduzdu - VİDEO

09:10

Maykl Cordan irqçiliklə mübarizəyə 100 milyon dollar ayırdı

08:20

"Playboy" modeli futbol klubunu aldı, qızı ən gənc prezident oldu - FOTOLAR

00:36

Məşhur braziliyalı forvard Rusiya klubuna keçir

05 İyun 2020
21:22

Evə bərbər çağırdılar, cərimələndilər

19:30

Beyl "Real"da qalır? - Menecerindən açıqlama

18:11

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

17:59

"Qarabağ" Türkiyə millisinin sabiq üzvünü transfer edir

17:52

FIFA Superliqa klubuna transfer qadağası qoydu

17:44

Premyer Liqa klubu kredit götürdü - 175 milyon

17:27

Quardiolanın yeni köməkçisi o olacaq

16:47

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

16:41

Timo Vernerin yeni klubu bəlli oldu

16:25

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

16:23

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

15:55

Premyer Liqamızda koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

15:53

Azərbaycan Kubokunda 6-cı əvəzetməyə icazə verildi

15:49

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

15:41

"Mançester Siti" - "Liverpul" oyunun tarixi bəlli oldu - İPL-in təqvimi

15:29

PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı

14:52

"Neftçi"dən Platellas və Mustivar açıqlaması

14:49

Messinin zədəsi ilə bağlı SON DURUM

14:48

Həftəsonu qadağaları davam etsə, PFL hansı addımı atacaq?

14:36

"Neftçi"dən ayrılacaq legionerlərə biri də qoşuldu

14:21

"Döyüş adası" nə vaxt hazır olacaq? - UFC prezidenti açıqladı

14:01

Azərbaycanın yarım milyonunu mənimsəyib

13:30

İlk milyarder futbolçu - Kriştianu Ronaldu

13:20

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

13:03

"Barsa"nın Lautaroya görə növbəti təklifi: 80 milyon avro + Firpo

12:36

Klub avtobusuna hücum edilib: İki futbolçu xəsarət alıb

12:32

“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - FOTOLAR

12:17

Milli futbolçumuz "Bohum"da qalacaq? - SON DURUM

11:58

"Liverpul"u "Lester"ə dəyişir

11:30

"Yeni Pirlo" "İnter"ə keçir

10:53

"Liverpul", yoxsa "Çelsi"? - Vernerin seçimi

10:37

Elxan Məmmədov gizli şirkətini kimin adına rəsmiləşdirib? - ARAŞDIRMA

10:20

"Real" 17 yaşlı vunderkindin transferini əsas hədəf sayır

10:10

"Real"ın 80 milyon avroluq təklifini rədd etdilər

09:37

Pellenin model sevgilisi təqibçilərini məst etdi - FOTO

09:35

NBA-nın bərpa tarixi və formatı dəqiqləşdi

09:24

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

09:05

"Yuventus" - "Milan" və "Napoli" - "İnter" matçları bu tarixlərdə oynanılacaq

09:00

"Neftçi"nin sabiq baş məşqçisinə İtaliya klubundan təklif

00:30

"Xəzər Lənkəran"da oynamış yarımmüdafiəçi baş məşqçi oldu

04 İyun 2020
20:20

Tanınmış məşqçinin zalı yandırıldı

19:10

İran millisinin üzvü "Arsenal"ın "radar"ında

18:27

Operativ Qərargahdan "Formula 1"lə bağlı açıqlama

18:15

"Rus ayısı": "Amerikada indi ağdərili olmaq çətindi"

17:35

Premyer Liqada 5 oyunçu dəyişikliyinə icazə verildi

17:10

Məhkəmə ulduz futbolçu barədə qərar çıxardı: 6 aylıq həbs cəzası...

16:30

"Real"ın əfsanəsi Bundesliqa klubunun baş məşqçi postuna əsas namizəddi

16:23

FİFA Rusiya klubuna transfer qadağası qoydu

Facebookdan bizi izləməyi unutmayın.