13:22 28.02.2021 298

Elxan Məmmədov: "Bu çəkidə ikinci bir cüdoçu yoxdur ki, ona şans verək"

"Son yarışda istədiyimiz nəticəni əldə etdik. Çünki bizdə 60 və 81 kq çəki dərəcələrində problem var idi. Uzun müddət idi ki, 60 kq-da uğur qazanmırdıq. Nəhayət ki, Davud Məmmədsoy bu yarışda yüksək nəticə verdi".

Bu fikirləri "Report"a açıqlamasında kişi cüdoçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Elxan Məmmədov İsrailin paytaxtı Təl-Əvivdəki Böyük Dəbilqənin nəticələrini dəyərləndirərkən deyib.

39 yaşlı mütəxəssis bildirib ki, turnirdə qızıl medal qazanan Məmmədsoy (60 kq) demək olar ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib: "Bundan sonra hansısa yarışda 3, 5 və ya 7-ci yer tutsa, lisenziyamız olacaq. Hazırda reytinqdə 32-ci yerdədir. Amma orada elə ölkələr var ki, bir çəkidə iki təmsilçisi var. Onları çıxanda hardasa 22-24-cü yerə düşür. Bundan sonra hansısa yarışda 3 - 5-ci olarsa, 17 və ya 18-ci pilləyə yüksələcək".

Məmmədovun sözlərinə görə, uzun müddətdir 81 kq çəki dərəcəsində də problem müşahidə olunur: "2012-ci ildə Elnur Məmmədlidən sonra bu çəkidə problem var. Bizdə Murad Fətiyev həmin çəkidə lisenziyaya yaxındır. Ümid edirik ki, gələcək yarışlarda Hidayət Heydərov və Murad Fətiyev lisenziya məsələsini həll edəcəklər".

Böyük məşqçi Heydərovun 73 kq-da daha yaxşı çıxış etdiyini söyləyib: "Çünki hər çəkinin öz güləş tərzi, həm də idmançıya görə hündürlüyü var ki, rəqib ona problem yaratmasın. Hidayətin texniki səhvləri var. Biz də çalışırıq ki, yarışlarda və məşqlərdə səhvləri görək. Cüdoçuları başa salaq ki, nə necə olmalıdır. Murad Fətiyev bu çəkidə lisenziyaya yaxındır. Ümid edirik ki, özünü doğruldacaq. Hidayətin isə yaşı azdır. Onun döyüşkənliyi bizə əsas verir ki, 81 kq-da özünü göstərə biləcək. İkinci bir adam yoxdur ki, ona şans verək ki, özünü doğrultsun".

Gənc mütəxəssis 81 kq-dakı digər cüdoçu Zelim Tskayevi 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək olimpiadaya hazırladıqlarını etiraf edib: "O da gənc cüdoçudur. Bir ildir ki, bizimlədir. Ona da şans verilir. Tskayevi Paris olimpiadası üçün saxlamışıq. Hidayət və Zelim 81 kq çəkinin reytinqində geridədir. Onlara şans veririk ki, hansı özünü doğrultsa, bundan sonra planı onun üzərində duraq. Belə baxıram ki, Murad Fətiyev özünü Daşkənddə göstərəcək. Ümid edirik ki, 81 kq çəki dərəcəsində də lisenziya qazana biləcəyik".

İki aya yaxındır zədəli olan Rüstəm Orucovun (73 kq) qarşıdakı Böyük Dəbilqə turnirində iştirak edəcəyini bildirən Məmmədov 66 kq-dakı Orxan Səfərovun qeyri-sabit çıxışının səbəbini də açıqlayıb: "Orxan təlim-məşq toplanışında xəstələnmişdi. O, ötən ilin sonunda Böyük Dəbilqədə bürünc, Avropa çempinatında isə qızıl medal qazanıb. İnsanın pik və eniş dövrü olur. Bu, hər bir idmançıya xas xüsusiyyətdir. Heç bir idmançı zirvədə qala bilməz. Başqa növlərdə bilmirəm, amma bizdə belədir. Müəyyən yarışlarda aşağı düşür, amma lazımi turnirlərdə gəlib pikə çatırlar".

O, Telman Vəliyevin (73 kq) Daşkəndə aparılmamasının koronavirusa yoluxma ilə bağlı olmadığını vurğulayıb: "Bu, düzgün informasiya deyil. Sadəcə, zədəli olduğu üçün qarşıdakı turniri buraxacaq".

Azərbaycanın 100 kq-da yeganə dünya çempionu olan Elxan Məmmədov bu çəki dərəcəsindəki Elmar Qasımovun son vaxtlar zəif çıxışına da toxunub: "Bizdə 66 kq-da Orxan Səfərovla Nicat Şıxəlizadə, 73 kq-da Rüstəm Orucovla Hidayət Heydərov, həmçinin 100 kq-da Elmar Qasımovla Zelim Kotsoyev arasında rəqabət var. Hidayəti 81 kq-a çıxarmaq istəyirik. Çünki bu çəkidə boşluq var. Əslində bir çəkidə iki güclü idmançının olması yaxşı şeydir. Avropa çempionatınadək tərtib etdiyimiz plan var. Həmin turnirdən sonra kimin harada olduğu bilinəcək. Xalı çox olan idmançılar olimpiadaya hazırlaşacaqlar".
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 Aprel 2021
19:12

TFF başqanı: “Azərbaycanlı futbolçuları Türkiyə yığmasında oynadarıq”

17:57

Böyük Britaniyada Avropa Superliqasının oyunları qadağan ediləcək

17:52

FİFA prezidenti: "UEFA-nı tam dəstəkləyirik"

17:37

İngiltərə klubları geri addım atdı: Avropa Super Liqasından çıxırlar

17:15

Avropa çempionatı: Güləşçimiz yarımfinalda

17:02

"Neftçi" qələbə qazanıb vahid lider oldu

16:56

Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin açılışı olub - FOTOLAR

16:37

Gimnastlarımızdan uğursuz çıxış

16:18

"Keşlə" rəsmisinin ailəsində ağır itki

15:54

UEFA İcraiyyə Komitəsinə türk seçildi

15:27

Rəşad Əhmədov Sumqayıta göndərilir

15:11

Təxirə salınmış oyunun təyinatları açıqlandı

14:46

Avropa çempionatı: Final mərhələsi İspaniyada təşkil olunacaq

14:17

AÇ: Güləşçimiz medal görüşünə çıxacaq

13:59

PSJ Çempionlar Liqasının qalibi elan oluna bilər

13:36

Azərbaycanlı olimpiya çempionu vəfat etdi

13:09

Rövnəq Abdullayev və Elxan Məmmədov UEFA-nın konqresində

12:49

Hakimi təhqir edən baş məşqçiyə 5 oyunluq cəza

12:20

AFFA-dan Superliqa açıqlaması: "Separatçılığı qınayırıq"

11:54

Honda Afrikadakı layihələrə investisiya qoyacaq

11:31

UEFA prezidenti: "55 üzv ölkənin hamısı Superliqaya qarşı çıxdı"

11:03

Günün oyunları bu kanallarda - AFİŞA

10:45

Avropa Klublar Birliyinin yeni prezidenti bilindi

10:26

Türk klubunda yeni baş məşqçi

10:08

Avropa çempionatı: Daha dörd idmançımız mübarizəyə başlayır

09:47

Azərbaycan boksçusu DÇ-də erməniyə rəqib oldu

00:05

Araz Abdullayev qələbədə pay sahibi oldu

19 Aprel 2021
23:24

Orxanın komandası yarımfinala yüksəldi

21:15

AÇ: 3-ü yarımfinalda uduzdu, Bayramov finala çıxdı

19:33

Yığmamız uduzdu

18:15

Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı

18:12

La Liqa Avropa Superliqasına qarşı sərt mövqe sərgilədi

17:52

Fanatları "Liverpul"u boykotla hədələdi - SƏBƏB

17:47

Xarici çempionatlarda çıxış edə biləcək futbolçularımız açıqlandı - SİYAHI

16:34

Azərbaycanda federasiya prezidenti vitse-prezidenti işdən çıxardı - Xəyanət ittihamı

16:27

Avropa çempionatı: Dörd güləşçimiz yarımfinalda, Zubairov uduzdu

16:06

"Qarabağ"ın qapıçısı: "Başıma 25-dən artıq, üzümə 7 tikiş qoyulub"

14:56

Sadıxovun qolu Avropada ilk "10-luğ"a layiq görüldü

14:43

"Yuventus"un prezidenti UEFA və ECA-dan istefa verdi

13:59

Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gəldi

13:47

Sumqayıtda stadionun iki yerə bölünməsi ilə bağlı araşdırmalara başlanıldı

13:17

Prezidentin oğlu saxtakarlıqla qalib elan olundu - VİDEO

12:55

Federasiya prezidenti koronavirusdan vəfat etdi

12:52

Asif Əsgərov: "Böyük klubların öz aralarında oynamaq istəkləri sezilirdi"

11:59

Boksçumuz dünya çempionatında 4/1 finala yüksəldi - VİDEO

11:54

Conson Super Liqaya qarşı çıxdı, Makron Fransa klublarına təşəkkür etdi

11:37

FIFA-dan sərt mövqe: İştirakçılar bütün beynəlxalq yarışlardan kənarlaşdırılacaq

10:58

ECA yeni Super Liqanı "qiyamçı çempionat" adlandırdı - BƏYANAT

10:25

Avropa çempionatı: Beş sərbəst güləşçimiz mübarizəyə başlayır

10:15

Yeni Super Liqaya sədr təyin edildi

01:15

İspaniya Primyerası: "Atletiko" şou göstərdi, "Real" xal itirdi

00:50

A Seriyası: "Yuventus" və "Roma" uduzdu, "İnter"dən bərabərlik

00:02

DÇ: Azərbaycanın daha bir boksçusu 1/4 finala yüksəldi

18 Aprel 2021
23:00

İPL: "Arsenal"dan heç-heçə, MY 3 xalı 3 qolla qazandı

22:00

Türkiyə Superliqası: İstanbul derbisini "Fənər" qazandı

21:21

UEFA Super Liqaya qatılmaq istəyən Avropa nəhənglərini hədələdi

20:47

AÇ: Əli erməniylə qarşılaşacaq

20:03

AÇ: Yığmamız yarışı iki medalla başa vurdu

16:18

“Neftçi”nin 19-cu, “Qarabağ”ın 15-ci medalı

15:59

Namik Ələskərov üçün ikiqat yubiley: 100-cü oyun, 25-ci qol

15:34

Turun oyunları 3 günü əhatə edəcək

15:17

“Qarabağ” 15-ə çatdı

14:50

"Qəbələ" - "Qarabağ" matçının vaxtı açıqlandı

14:14

"Neftçi"dən 1400-cü qol

13:56

Əhməd haradadır? - İlqar Tağıyevdən yeni yazı

13:14

“Sabah”ın iki futbolçusu üçün əlamətdar oyun

12:59

Azərbaycan AÇ-də 5 qadın güləşçi ilə təmsil olunacaq

11:41

Bəybalayevin komandası uduzdu

11:02

"Çelsi" İngiltərə Kubokunun finalında - VİDEO

10:23

Avropa çempionatı: Son 4 cüdoçumuz mübarizəyə başlayır

Facebookdan bizi izləməyi unutmayın.