İngiltərənin "Çelsi” klubu baş məşqçisi Frenk Lemparla yolları ayırmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə "Telegraph” məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, London təmsilçisi artıq bu gün gənc mütəxəssisin gedişini elan edəcək. Hətta klub rəhbərliyi futbolçulara səhər bazaya gəlməməyi tapşırıb.
İddialara görə, onun yerinə PSJ-dən ayrılan Tomas Tuxelin gətirilməsi gözlənilir.
Qeyd edək ki, Frenk Lempard "Çelsi”nin sükanı arxasına 2019-cu ilin yayında keçib. Komanda hazırda Premyer Liqada 9-cu pillədə qərarlaşıb.
Fanat.Az