FİFA referisi Əliyar Ağayev Yunanıstan Superliqasının oyununa təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Superliqanın 23-cü turunda VAR sisteminin tətbiq ediləcəyi "Atromitos” – AEL (Larissa) qarşılaşmasını idarə edəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Azərbaycanlı ədalət təmsilçisi ertəsi gün keçiriləcək "Volos” – "Apollon Smyrnis” oyununda isə VAR hakimi olacaq.