17:59 22.10.2020 881

Döyüşün gedişatını dəyişən PUA-lar: “Gör və məhv et” düşmənin canına qorxu salır - FOTOLAR

Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dünyaya "XXI əsrdə müharibə necə aparılar?” mövzusunda dərs oldu. Hətta bu gün Müdafiə Sənayesi Nazirliyi "İti qovan” adını verdiyi PUA-nı ictimaiyyətə təqdim etdi. Bu döyüşlərdə Azərbaycanın ən müasir silahlardan istifadə etməsi qlobal güclərin də diqqətini çəkdi. Hətta düşmən də bunu etiraf etməli oldu. Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Azərbaycanın üstünlüyünü belə etiraf edib: "Hazırda Qarabağda fövqəldövlətlərin arsenalında olan texnikadan istifadə olunur. Bu, yeni PUA, yüksək dəqiqlik raketləri, raket-artilleriya kompleksi, REB sistemləridir. Biz beşinci nəslin müharibəsini görürük”.

Burada əsas yeri isə dronlar tutur. Türkiyə və İsraildən alınan, həmçinin Azərbaycanın özünün istehsal etdiyi Pilotsuz Uçuş Aparatları (PUA) Ermənistan ordusunun məhv edilməsində müstəsna rol oynayır. 

Azərbaycanın hazırda döyüşlərdə istifadə etdiyi PUA-ların xarakteristikasına aid açıq mənbələrdə olan məlumatları təqdim edirik:

Yerli "Zərbə”

İlk olaraq özümüzün, Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "Zərbə” dronlarından başlayaq.

2016-cı il sentyabrın 21-də mərhum nazir Yavər Camalov bu PUA haqda Prezident İlham Əliyevə təqdimat edərkən məlumat vermişdi.

Belə ki, "Zərbə” Müdafiə Sənayesi Nazirliyi "Şərq” İstehsalat Birliyinin "AZAD Sistemlər” müəssisəsində hazırlanır və müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malikdir.



Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilib. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir.  "Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik "K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. 

2016-cı ilin aprel hadisələri zamanı da "Zərbə” PUA-larından istifadə olunub. Azərbaycan 2013-cü ildə İsraillə birgə "Orbiter-2M” və "Aerostar” tipli PUA-lar istehsal edib. Azərbaycan həmçinin, "Orbitr-4” və "Orbitr-3” müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları da istehsal edir. Lakin bu dronlar haqda geniş məlumat yoxdur.

"Bayraktar TB2”

Daha sonra isə son günlərdə öz adını Azərbaycan xalqına sevdirən və bütün dünyaya tanıtdıran Selçuk Bayraktarın müəllifi olduğu "Bayraktar” PUA-ları haqda məlumat verək.

Türkiyənin istehsal etdiyi bu dronlar iki cür olur: silahlı və silahsız.

"Baykar” şirkəti "Mini”, "DİHA”, "Malazgirt”və "Bayraktar TB2” dronları istehsal edir. "Mini”, "DİHA”, "Malazgirt” dronları müşahidə və kəşfiyyat məqsədləri üçün istifadə olunur. Bu dronlar yüksək keyfiyyətə malik kameralarla təchiz edilib, görüntü və rəqəmsal məlumat ötürmə xüsusiyyətinə malikdir.



Onların ən müasiri isə "Bayraktar TB2” zərbə dronudur. Məlumata görə, Azərbaycan Türkiyədən "Bayraktar TB2” PUA-sını idxal edib. İstehsalçısı "Baykar Makina" şirkətinin texnoloji imkanları sayəsində kompleksin bütün detalları yerli və milli marka altında istehsal olunur. Buna görə də Azərbaycanın bu PUA-lardan istədiyi qədər ixrac etməyə imkanı var.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 14-də "France 24” televiziya kanalına müsahibəsi zamanı jurnalistin "Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?” – sualına dövlət başçısı gülərək "Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır” deyə cavab verib. 

Dövlət başçısı müharibənin gedişatında verdiyi müsahibələrdə PUA-ların önəmindən danışıb. Ali Baş Komandan bildirib ki, PUA-lar insan itkimizin qarşısını aldı: "Düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçan aparatlarına ehtiyacımız var idi. Çox xoşbəxtik ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi gözəl PUA və zərbə PUA-larını istehsal etməyə başlayıb. Azərbaycan ilk ölkələrdəndir ki, bu zərbə PUA-larını ala bilib. Yalnız Türkiyə istehsalı PUA-lar ilə bir milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edilib. Müharibənin gedişatını çox dəyişdirib. Daha çox insan həlak ola bilərdi. Biz çox xoşbəxt ölkəyik ki, Türkiyə kimi bir müttəfiqimiz, qardaşımız var”.

"Bayraktar TB2"nin yerüstü idarəetmə stansiyası



Kompleks "Bayraktar TB2" PUA platformasından, yerüstü idarəetmə stansiyasından, məlumat terminalından, uzaqdan görüntü terminalından, aerodrom avadanlıqlarına və generatora malik qoşqu vasitəsindən ibarətdir. Taktiki sinfə aid zərbə tipli "Bayraktar TB2" PUA-sı kəşfiyyat və müşahidə missiyaları üçün orta hündürlükdə uzun müddət uçuş üçün təsnif edilən sinfə aiddir. Üç ədəd avionika sistemi və sensor füzyon arxitekturası ilə tam avtonom taksi, qalxma, enmə və normal kreyser uçuşu qabiliyyətinə malikdir. 27 min 30 fut yüksəkliyə qalxmaqla havada 27 saat 3 dəqiqə qalaraq zaman və hündürlük kimi iki əsas rekordu birdən qırıb.

"Bayraktar TB2"-nin uzunluğu 6 metr, kütləsi 650 kiloqramdır. Sürəti 250 km/saat-a qədər qalxa bilir. 8 min metrdən yüksəkliyə qalxa bilən PUA-nın idarəetmə məntəqəsindən 150 kilometr radiusda fəaliyyətinə nəzarət olunur. Dronun faydalı yükü 55 kiloqram olan 4 ədəd lazerlə idarəolunan raketlərdir. Kəşfiyyat, fasiləsiz havadan müşahidə və s. kəşfiyyat tapşırıqlarını uğurla yerinə yetirən PUA-ya, Türkiyənin "Roketsan" şirkətinin MAM-L və MAM-C milli və smart döyüş sursatları inteqrasiya edilib. "Bayraktar TB2" zərbə PUA-sı, quraşdırılan lazer nişangahı ilə hədəfləri yüksək dəqiqliklə nişan alaraq, daşıdığı dörd ağıllı raketlə hədəfi məhv edə bilir. "Bayraktar TB2" hədəfə yaxın ərazilərə zərər verməmək üçün sürətli "gör və məhv et" funksiyasına malikdir. Kompleksin bu xüsusiyyəti mülki əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsinə imkan verir. PUA-nın real zamanda müşahidə və video arxivləmə (BGAM) sistemi yüksək qətnaməli canlı görüntüləri eyni vaxtda çox sayda istifadəçi tərəfindən izlənilməsinə imkan verir. BGAM, istifadəçilərə şəbəkə və ya mobil tətbiqi istifadə etməklə planşetdə canlı görüntüləri etibarlı şəkildə izləməyə imkan verir. Bütün canlı görüntülər BGAM sistemi tərəfindən 30 dəqiqəlik qovluqlarda avtomatik olaraq arxivlənir.

Artıq vətəndaşlar da Müdafiə Nazirliyinin yaydığı görüntülərdə "Bayraktar”ın videoçəkilişin şahidi olub. 

PUA-nın çəni 300 litr yanacaq tutumuna malikdir. "Bayraktar TB2" idarəetmə radiusundan çıxdıqdan sonra tam avtomatik uçuşa nəzarət edə bilir, 3 ehtiyat avtopolit sisteminə malikdir. Dron yürüstü sistemlərindən asılı olayaraq tam avtomatik qalxma və enmə edə bilir. Əvvəldən müəyyən edilən marşrut üzrə GPS asılılığı olmadan özünün daxili naviqasiya sistemi ilə avtomatik uçuş edə bilir. "Baykar"ın hazırladığı mobil yerüstü mobil idarəetmə stansiyası "Bayraktar TB2" platformasına bazadan uzaqda yerləşən ərazilərdə idarəetməni təmin edir və NATO-nun ACE III standartına uyğun qorunma səviyyəsindədir.

Türkiyə bu dronlardan Liviya və Suriyada əməliyyatlar zamanı geniş istifadə edib. "Bayraktar TB2" PUA-sı istehsalçı olan Türkiyə ilə yanaşı, yalnız Azərbaycan, Qətər və Ukraynada var.

Kamikadze "Harop”



Düşməni özü ilə birgə məhv edən bu kiçik dronları İsrail istehsal edir və bu ölkədən başqa yalnız Hindistan və Azərbaycana satılıb. Almaniya isə özünün müəyyən etdiyi xüsusiyyətlərdə "Harop”u birgə istehsal edərək əldə edib. Bu dron anti-radiasiya kateqoriyalı drondur – hədəfin, əsasən radarların yaydığı radiodalğalara kilidlənərək özünü həmin hədəflərə vurur. Digər PUA-lardan fərqli olaraq, əsas döyüş başlığı daşımaqdansa, bu dronun özü bütövlükdə döyüş başlığı sayılır. Hədəfi özünü hədəfə vurmaqla məhv edir. Dron həm avtonom olaraq özünün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, yaxud da yerüstü idarəetmə mərkəzindən idarə olunur. Əgər hədəf aşkarlanmazsa, dron özü avtomatik olaraq bazaya qayıdır. Dron dizayn olunarkən ölçüsünün kiçik olması ilə düşmən radarında görünmə ehtimalının aşağı olması nəzərdə saxlanılıb. Bu cür kiçik dronlar düşmənin əsas Hava Hücumundan Müdafiə sistemlərinə demək olar ki görünməz olduqlarına görə (kiçik RCS-ləri olduğuna görə) onlardan asanlıqla yayınırlar və buna görə də onlar döyüşdə ilk sırada göndərilirlər. Beləliklə, düşmənin radar bazalarını, Hava Hücumundan Müdafiə sistemlərini yararsız vəziyyətə saldıqdan sonra digər təyyarələr düşmən Hava Hücumundan Müdafiə (HHM) sistemləri tərəfindən vurulmaq riski daha az şəkildə düşmən ərazisində əməliyyatlara başlayırlar.

Harop havada 6 saat qala bilər və maksimal uçuş məsafəsi 1000 kilometrdir. Harop yerüstü baza və dənizdən buraxıla bilməklə yanaşı, lazım olarsa havadan buraxılmaq üçün də modifikasiya edilə bilər.



Harop ilk dəfə hərbi əməliyyatlara 2016-cı il aprel ayında "4 günlük müharibə” zamanı Azərbaycan tərəfindən istifadə olunmaqla girdi. Bu hadisə dünya hərb tarixində ilk dəfə "gəzən sursatdan” istifadə kimi düşdü. Bu döyüşlərdə Haropla endirilən bütün zərbələr uğurlu alındı. Bunlara Ermənistandan Qarabağ zonasına göndərilən könüllü, birinci Qarabağ müharibəsi veteranlarını daşıyan avtobus da daxildir. Hazırda Azərbaycan ordusu dünyada ən uzaq mənzilə malik PUA-sı olan "Harop”un postsovet məkanında yeganə istifadəçisidir. HHM qüvvələri əsasən nisbətən iri hədəflərə - döyüş təyyarələrinə və idarəolunmaz raketlərə qarşı hesablandığına görə, bu cür kiçik hədəflərə qarşı preventiv tədbirlər görməkdə çətinlik çəkirlər. 

Uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan "Harop” saatda 185 kilometr/saat sürətlə irəliləyərək havada 6 saat qala bilir və maksimum 1000 km məsafəyə qədər fəaliyyət göstərə bilir.

Mənbə: Qafqazinfo.az
Oxşar xəbərlər

Xəbər lenti

24 Noyabr 2020
23:46

"Barselona" bu futbolçu üçün 130 milyon avro ödədi

23:26

Türk klubu geri qayıtmayan futbolçunun müqaviləsini ləğv etdi

23:00

Millinin futbolçusu məhkəmə qarşısında

20:31

Hayster: "Ronaldudan topu aldığım üçün formasını mənlə dəyişmədi"

20:05

Futbolda əlavə əvəzetməyə icazə verilə bilər

18:00

Prezidentliyə namizəddən Messi açıqlaması: "Barselona"dan gedəcək?

17:25

"Qarabağda postlararası patrul xidməti aparılacaq" - Hulusi Akar

17:04

İşğaldan azad olunmuş Abdal və Gülablı kəndlərinin görüntüləri

16:47

Erməni təxribatından əziyyət çəkən veteranlarla görüş keçirilib

16:24

Putindən Qarabağla bağlı yeni açıqlama

16:01

"Oğlum "Real"ı tərk etmək istəyir" - Atası açıqladı

15:50

"Qalatasaray" şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi

15:43

Sabiq futbolçusu "Barsa"nın təklifini rədd etdi

15:23

AFFA “Zirə” və “Sumqayıt”ı cərimələdi

15:17

"Qalatasaray"ın prezidenti şəhidimizin atasına zəng vurdu

15:15

Sabahın ulduzları “Sabah”ın Akademiyasında yetişir - VİDEO

15:06

“Ən yaddaqalan düşmənlərimizə qarşı Moskvada olan oyun idi” – Qurbanov

15:01

"Qalatasaray" iki şəhidimizi yad edəcək - FOTOLAR

14:54

Azərbaycan Kuboku: Püşkatma mərasiminin VİDEOSU

14:40

Günün oyunları bu kanallarda - AFİŞA

14:24

"Barselona" məşhur müdafiəçini heyətə qatır

14:08

Əliyar Ağayev Avropa Liqasının oyununda

13:51

Lempard Kontenin arzusunu gözündə qoymaq istəyir

13:40

PFL prezidenti: "Kubokun finalını Qarabağda keçirmək istəyirik"

13:29

De Bröynenin aqibəti necə olacaq? - SON DURUM

13:21

Azərbaycan Kuboku: Yeni mövsümün püşkü atıldı

13:16

"Qarabağ" - "Sivasspor" oyununun hakimləri açıqlandı

13:13

Ramin Musayev: "Qələbə münasibəti ilə Ali Baş Komandana təşəkkür edirəm"

12:54

Konte "Çelsi"nin forvardını aparır - SON DURUM

12:40

Şahruddin Məhəmmədəliyevin Ağdamla bağlı istəyi

12:28

Millimiz Avropa çempionatına bu heyətlə yollanır

12:15

"Barselona" Dembeleyə görə yenə 5 milyon ödədi

11:43

Premyer Liqada daha 8 yoluxma

11:27

“Neftçi”, “Karvan”, “Qarabağ”

11:02

Prezident: "Ağdam əməliyyatı planlaşdırılırdı"

10:49

"Paşinyan mənim sözümə qulaq assaydı, belə rəzil durumda olmazdı" - Azərbaycan Prezidenti

10:36

Son 17 ilin rekordunun təkrarı

10:29

"Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda"- İlham Əliyev

10:20

Qərar verildi: "Barsa" hücumçusu ilə vidalaşır

10:11

Qrizmann zəif çıxışının səbəblərini açıqladı

10:04

"Qarabağ"ın rəqibində növbəti yoluxma

09:39

“Başakşəhər”in “Mançester Yunayted” sınağı - YENİLƏNİR

09:34

İtaliya klubu Bordinlə maraqlanır

08:30

Bekhem daha bir ulduzu Avropadan Amerikaya aparır

08:00

"Qalatasaray" "Barselona"da 46 qol vuran ulduzu transfer edir

23 Noyabr 2020
23:51

“Qalatasaray” “Kayserispor”la matçda xal itirdi - VİDEO

22:52

Teymur Rəcəbov Levon Aronyana qalib gəldi

22:41

"Məzarıma "Qalatasaray"ımın bayrağını da asarsız" deyən şəhidin istəyi yerinə yetirildi - FOTO

22:03

Futbolçu şəhid qardaşının adını kürəyində daşıyacaq - VİDEO

21:23

UFC Pourye - Makqreqor döyüşünü təsdiqlədi

19:20

Ermənistanın idman naziri də vəzifəsindən azad edildi

19:09

Qarabağ müharibəsində qəhrəmanlıq göstərən polkovnik şəhid oldu

18:54

"Sabah"ı 6 tur sonra güldürən qələbə - FOTO/VİDEO

18:31

Visente Qomez: "Son dəqiqədə buraxdığımız qol bizi həyəcanlandırdı"

18:20

Aftandil Hacıyev: "İmmunitetimizi artırmağa çalışacağıq"

18:01

Premyer Liqada XI turun oyun cədvəli açıqlandı

17:52

"Sabah" 6 məğlubiyyətdən sonra qələbə sevinci yaşadı

17:25

Nazirlik: "Güləşçilərin məşqləri təqvim planımıza uyğun deyil"

17:07

Rıza Çalımbay: "Qarabağ" yaxşı komandadır"

16:11

“Qarabağ”ın son ev oyununun stadionu dəqiqləşdi

15:41

FİFA-nın vitse-prezidenti həcc ziyarətinə görə futboldan getdi

15:38

Azərbaycanda ən çox hansı ölkələrin futbolçuları oynayır?

15:36

Ordumuzun Qarabağda məhv etdiyi erməni futbolçu - FOTO

15:32

Lempard Barklini geri qaytarır

14:54

Güləş federasiyası bəyanat yaydı

14:31

Milli üzvü dünyasını dəyişdi

14:17

Əfran İsmayılov: "Test müsbət çıxıb, amma yaxşıyam, yeyib-içirəm"

14:03

3 Türkiyə nəhəngi 60 milyonluq futbolçunun transferi üçün hərəkətə keçdi

13:55

Millinin sabiq futbolçusundan Azərbaycana dəstək

13:28

“Səbail”də koronavirusa yoluxan futbolçularının adları bilindi

Facebookdan bizi izləməyi unutmayın.