Eddi Hau ilə yolları ayıran "Bornmut" baş məşqçi axtarışlarına başlayıb.
Fanat.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, Con Terri "Bornmut"un baş məşqçi postuna namizəddi. 39 yaşlı mütəxəssis hazırda "Aston Villa"da kömək-məşqçi işləyir.
Mövsümün nəticələrinə əsasən 34 xalla 18-ci olan "Bornmut" Premyer Liqa ilə vidalaşıb. "Albalılar" yeni mövsümdən Çempionşipdə mübarizə aparacaq.
Fanat.Az